Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə46/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   42   43   44   45   46   47   48   49   ...   256

96 

 

mənafeyinə cavab verir və  İngiltərə Türkiyənin bitərəfliyinin səbəblərini başa 



düşür. Çörçill Stalinə yazırdı ki, Türkiyə  İngiltərə  və Rusiyaya yaxındır və 

mümkündür ki, 1943-cü ilin sonunda, ola bilsin ki, daha tez müharibəyə daxil 

olsun. Eyni zamanda Çörçill bildirirdi ki, türklər SSRİ      tərəfindən hər hansı 

dostluq hərəkətinə eyni qaydada cavab verəcəklər. Lakin bu təklifə Stalinin cavabı 

çox sərt oldu. O yazırdı: Mən hesab edirəm ki, Türkiyəyə münasibətdə bizim 

tərəfimizdən istər sovet-alman müharibəsinin başlanmasına bir neçə ay qalmış, 

istərsə də bu müharibə başlanandan sonra dostluq xarakteri Britaniya hökumətinə 

məlum olan bir sıra bəyanatların verilməsini xatırlatmaq yerinə düşərdi.Türklər 

görünür almanların   qəzəblənməsindən   ehtiyat   edərək   bu   addımlara reaksiya 

verməyiblər. Bir tərəfdən, Türkiyə SSRİ ilə dostluq və bitərəflik haqqında 

müqavilə    ilə    və Böyük Britaniya  ilə    təcavüzə    müqavimət göstərmək üçün   

qarşılıqlı yardım haqqında müqavilə ilə bağlıdır . Digər tərəfdən o, Almaniya ilə 

dostluq haqqında müqavilə ilə bağlıdır. Mənə  məlum deyil ki, Türkiyə SSRİ  və 

Britaniya qarşısındakı öhdəliklərini Almaniya qarşısındakı  öhdəlikləri  ilə birlikdə 

yerinə yetirməyi  necə düşünür. Bununla belə,  əgər türklər SSRİ ilə öz 

münasibətlərini daha dostcasına və sıx etmək istəyirlərsə, qoy bunu elan etsinlər. 

Sovet İttifaqı  bu halda türklərin qarşısına çıxmağa hazırdır (62). 

Bu yazışmaların nəticəsi kimi Türkiyə siyasi dairələri Sovetlərlə münasibətləri 

yaxşılaşdırmaq istiqamətində bir sıra addımlar atdılar. Bundan əlavə, 1943-cü ilin 

yazından başlayaraq, Türkiyə hökuməti Balkanlarda diplomatik fəallığını bir 

qədər artırdı. 1943-cü ilin 9 martında Ankarada yeni hökumət təşkil edildikdən 

sonra bu fəallıq daha artıq hiss edilirdi. 

Sovetlər mart ayının 9-da Ş.Saracoğlunun təşkil etdiyi yeni hökumət kabineti, 

xüsusən Kabinetə daxil edilmiş yeni nazirlərlə ciddi şəkildə maraqlanırdı. 

Ankaradakı Sovet səfirliyinin birinci katibi A.Jeqalovanın Moskvaya göndərdiyi 

gizli arayışda göstərilirdi ki, hökumətdə  dəyişiklik ancaq ikinci dərəcəli dörd 

nazirliyi əhatə etmişdir. Yeni təyin olunmuş ədliyyə, iqtisadiyyat, ticarət, gömrük 

nazirləri Xalq Cümhuriyyətçi Partiyada iş təcrübəsi qazanmış gənclərdən ibarətdir. 

Türk ictimaiyyətinin fikrincə yeni təyin edilmiş gömrük naziri Suat Hayri 

Ürqüplü, ticarət naziri Celal Sait Siren, iqtisadiyyat naziri Ali Fuat Simnen, 

ədliyyə naziri Ali Riza Türel son illərdə partiya aparatında işlədikləri zaman geniş 

populyarlıq qazandırlarından hətta, onları "partiyanın sevimliləri" adlandırırdılar. 

Sovet səfirliyinin  əməkdaşı  əlavə edirdi ki, onların siyasi görüşləri hələlik bizə 

aydın deyil, lakin qeyd etmək olar ki, yeni nazirlər İsmət İnönü v Ş.Saracoglunun 

iradəsinin kor-koranə icraçıları olacaqlar. Prezident və baş nazirin fikrincə, gənc 

partiya kadrları içərisindən rəhbər iş üçün seçilmiş yeni nazirlər bacarıqlı adamlar 

idi. Səfirliyin birinci katibi A.Jeqalova 

 



97 

 

Moskvaya bildirirdi ki, ingilislər və amerikalılar kabinetin tərkibində baş verən 



dəyişikliklərdən razı qalıblar.O, ictimai işlər naziri Ali Fuat Cebesoyun yollar 

naziri vəzifəsinə keçirilməsinə xüsusi əhəmiyyət verirdi. Bu dəyişikliyi Jeqalova 

Cebesoyun ictimai işlər naziri vəzifəsində özünü yaxşı göstərməsi, ingilis-

amerikan hərbi yüklərinin daşınmasına hazırlıqla bağlı Türkiyə  nəqliyyatının 

işinin yaxşılaşdırılmasının hökumətin əsas vəzifələrindən birinə çevrilməsi ilə izah 

edirdi. Eyni zamanda o, əlavə edirdi ki, bu, yaxın zamanlarda əsgəri-hərbi 

daşımaların mümkünlüyü ilə  də bağlı ola bilər (63). Hökumət kabinetində baş 

verən dəyişikliklərlə bağlı Sovet səfiri S.Vinoqradov 22 aprel 1943-cü ildə SSRİ 

Xarici  İşlər Komissarlığının Orta Şərq  Şöbəsinin müdiri S.Kavtaradzeyə 

göndərdiyi gizli məlumatda hökumətə daxil edilmiş dörd yeni nazirin hər birini 

ayrılıqda xarakterizə edirdi. O, yazırdı:  İndi ancaq onu demək olar ki, Türk 

mətbuatı və ictimai xadimləri bütün bu dörd naziri praktiki işdə və partiya işində 

özünü yaxşı göstərmiş Türkiyədə, Atatürkün tərbiyə etdiyi yeni gəncliyin 

nümayəndələri kimi qiymətləndirirlər. S.Vinoqradovun məlumatına görə, gömrük 

naziri S.H.Ürqüplü yüksək bir ailədən çıxmış, ilk təhsilini  İstanbulda almış, 

əvvəlcə Nişantaşda ingilis məktəbini, sonra isə Qalatasarayda litseyi bitirmiş  və 

İstanbul Universitetinin hüquq fakültəsindən məzun olmuşdur. Ürqüplü bir 

müddət  İstanbulda müxtəlif məhkəmələrdə çalışmış, 1939-cü ildə isə altıncı 

çağırış Böyük Millət Məclisinə millət vəkili seçilmişdi. Ticarət naziri Celal Sait 

Siren Adanada doğulmuş, mülki məmur hazırlayan məktəbi bitirmiş, Parisdə 

maliyyə  məsələləri ilə bağlı ixtisasartırma kursu keçmiş,  Ədliyyə Nazirliyində 

müxtəlif rəhbər vəzifələrdə  işləmişdi.  İzmitdə  və Boluda Xalq Cümhuriyyətçi 

partiyasının müfəttişi kimi çalışmış, altıncı çağırış Böyük Millət Məclisinə deputat 

seçilmişdi.  İqtisadiyyat naziri Ali Fuat Sirmenə  gəldikdə isə, S.Vinoqradovun 

məlumatına görə, o, İstanbulda doğulmuş, Ali poçt-rabitə  məktəbini, İstanbul və 

Roma Universitetlərinin hüquq fakültələrini bitirmişdi. Fuat Sirmen Roma 

Universitetində hüquq doktoru rütbəsini almışdı. Maliyyə nazırliyində müxtəlif 

vəzifələrdə çalışdıqdan və Ankara prokurorluğuna dörd il rəhbərlik etdikdən sonra 

beşinci və altıncı çağırışlarda Məclisdə millət vəkili olmuşdu. 

Ədliyyə naziri Ali Riza Türel Salonikdə doğulmuş, Fuat Sirmenlə birlikdə 

İstanbulda Ali poçt-rabitə məktəbini və İstanbul Universitetinin hüquq fakültəsini 

bitirmişdi. Eyni zamanda Türel dörd il Parisdə hüquq təhsilini davam etdirmiş, 

1928-ci ildə Türkiyəyə döndükdən sonra hüquq mühafizə orqanlarında müxtəlif 

vəzifələrdə çalışmış, 1935-ci ildə beşinci çağırış, 1939-cu ildə altıncı çağırış 

Böyük Millət Məclisinə deputat seçilmişdi.Türel Xalq Respublikaçı Partiyanın 

Baş katibliyinin üzvü idi (64). 

43-cü ilin martında Kabinetdə dəyişikliklərdən sonra türk hökuməti Sovetlərlə 

münasibətləri yaxşılaşdırmaq istiqamətində bir sıra addımlar 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə