Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə42/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   38   39   40   41   42   43   44   45   ...   256

88 

 

Ş.Saracoğlunun kabinetində xarici işlər naziri vəzifəsini təcrübəli diplomat



beynəlxalq hüququn gözəl bilicisi Numan Menemençioğlu tutdu. 

N.Menemençioğlu tanınmış türk şairi Namiq Kamalın nəvəsi idi. O, 1936-cı ildə 

Boğazlar məsələsinə dair Montrö konfransının çağırılması üçün əsas kimi 

götürülən notanın müəllifi idi. Eyni zamanda Menemençioğlu Montrödə  fəallıq 

göstərən türk diplomatlarından idi. Diplomatik kanallarla alınan məlumatlarda 

göstərilirdi ki, o, Montrö konfransında SSRİ-yə qarşı  sərt mövqedə dayanmışdı. 

Ankaradakı Sovet səfirliyi onun haqqında hazırladığı arayışda göstərirdi ki, 

Menemençioğlu Baş katib vəzifəsində  işlədiyi vaxt faktiki olaraq Xarici İşlər 

Nazirliyinin bütün işini aparır, siyasi və iqtisadi danışıqlarda başlıca rol oynayırdı. 

Sovet səfirliyinin məlumatına  əsasən, o, öz siyasi baxışlarına görə qatı millətçi, 

almanpərəst, Almaniya ilə iqtisadi əməkdaşlığın ardıcıl tərəfdarı idi. Sovet 

diplomatik orqanları belə hesab edirdilər ki, Menemençioğlu ingilis-türk ittifaq 

müqaviləsinə tərəfdar olsa da, bu müqavilənin yerinə yetirilməməsi üçün müxtəlif 

bəhanələr axtarıb tapırdı. Sovet xüsusi xidmət orqanlarının məlumatına görə guya 

Menemençioğlu məhdud dairədə deyib ki, əgər Alman-türk paktı sovet-alman 

müharibəsində SSRİ-nin məğlum olmasında heç olmasa hansı dərəcədəsə yararlı 

olarsa, onda o, müsbət rol oynamış olardı (45). 

Əlbəttə, bütün bu məlumatlar Sovet rəhbərliyini, ilk növbədə isə  İ.Stalini 

qıcıqlandırırdı. 1942-ci ilin avqust ayının ortalarında Britaniya Baş naziri 

U.Çörçillə Kremldə apardığı danışıqlarda  İ.Stalin Türkiyəyə qarşı acıqlı 

mövqeyini belə ifadə etmişdi: "Şayiələr gəzir ki, türklər bizə hücum edəcəklər. 

Əgər bu belədirsə, onlarla mən haqq-hesab çəkə bilərəm". U.Çörçill onu 

sakitləşdirərək demişdi ki, belə bir təhlükə yoxdur. Türklər kənarda qalmaq 

niyyətindədirlər, təbiidir ki, onlar İngiltərə ilə dalaşmaq istəmirlər (46). Avqust 

ayının 12-dən 15-nə qədər İ.Stalinlə U.Çörçill arasında əsasən axşamlar keçirilən 

görüşlərdə Sovetlər tərəfindən Molotov, Voroşilov, Britaniya tərəfindən Kadoqan, 

Bruk, Moskvadakı  səfir Kerr, səfirliyin katibi Denlot, Çörçillin yavəri Tomson, 

katibi Rouen, prezident Ruzveltin nümayəndəsi Harriman və digərləri iştirak 

edirdi. Britaniya-Sovet danışıqlarında müharibə meydanında və dünyada gedən 

proseslər, habelə müttəfiqlərarası münasibətlərin bir sıra tərəfləri müzakirə edildi. 

Danışıqlar zamanı U.Çörçill İ.Stalindən soruşdu: "O, almanların Qafqaz 

dağlarından keçməsinin, Xəzər dənizinə  çıxmasının və Bakı neft mədənlərini 

tutmasının qarşısını ala bilərmi?" Çörçill belə hesab edirdi ki, almanlar bu 

regiondan istifadə edərək sonralar Türkiyə  və ya İran vasitəsi ilə  cənuba doğru 

irəliləyə bilərdilər. Britaniya Baş naziri öz xatirələrində yazır: O, (Stalin-C.H.) 

xəritəni stolun üstünə  sərib sakit bir əminliklə dedi: "Biz onları dayandırarıq. 

Onlar dağlardan keçə bilməzlər" (47). 

Türkiyənin  Şərq vilayətlərinə  əlavə ordu hissələri gətirməsi keçmiş Sovet 

tarixşünaslığında bir qayda olaraq Türkiyənin SSRİ-yə hücuma hazır 

  



89 

 

laşması kimi qiymətləndirilirdi. Təəssüf ki, müasir rus tarixşünaslığında da bu  



səhv yanaşma hələ bütövlükdə aradan qaldırılmamışdır.V.N.Kontevskinin 2003-

cü ildə Rusiya Elmlər Akademiyasının  Şərqşünaslıq  İnstitutunda,   çap olunmuş 

kitabında qeyd edilir ki, 1942-ci ilin ortalarında, xüsusilə cəbhədə SSRİ üçün ağır 

vəziyyət yarandığı dövrdə Türkiyə bizim sərhədlərimizdə  25-dən  artıq  diviziya 

cəmləmişdi  və  Sovet komandanlığını məcbur edirdi ki, Zaqafqaziyanın müdafiəsi 

üçün xeyli qüvvəni burada saxlasın (48). Türkiyənin Sovetlərlə  sərhədlərə  əlavə 

hərbi qüvvələr göndərməsi Sovet İttifaqının Zaqafqaziyada hərbi hazırlıq  

tədbirləri ilə bilavasitə bağlı idi. Sənəd və materialların araşdırılması göstərir ki, 

əgər Türkiyənin SSRİ-yə doğrudan da hücum etmək fikri var idisə, bunun üçün ən 

əlverişli vaxt 1942-ci ilin payızı idi. 1942-ci ilin avqust-sentyabr aylarında Şimali 

Qafqaz və  Cənub cəbhələri Almaniyanın Stalinqrada və Qafqaza doğru 

irəliləyişinin qarşısını ala bilmədikdə, Zaqafqaziya cəbhəsinə  əmr verildi ki, 

Qroznı-Bakı istiqamətində 400 km-lik cəbhə  xəttinin müdafiəsini təşkil etsinlər. 

Bu dövrdən etibarən Zaqafqaziya cəbhəsinin bütün ehtiyatları  Şimala doğru 

yönəldildi.  Şimal istiqamətindən Zaqafqaziyaya daxil olan bütün yollar nəzarətə 

götürüldü. Bütün ordu hissələrinin və ehtiyat qüvvələrinin  şimala göndərilməsi 

Türkiyə ilə  sərhədlərin mühafizəsini xeyli zəiflətdi. Zaqafqaziyanın cənub 

sərhədlərini qoruyan sərhəd qoşunlarının sayı bu dövrdə 20 mindən artıq deyildi 

və bunun da böyük əksəriyyəti yeni formalaşdırılmış, yaxşı təlim görməmiş atıcı 

diviziyalardan ibarət idi. Almaniyanın bütün təkidlərinə baxmayaraq, Türkiyə 

üçün yaranmış belə bir əlverişli  şəraitdə bir sıra rus tarixçilərinin dili ilə desək 

"gözlənilən fəlakət baş vermədi",  ən nəhayətdə "Türkiyə müharibəyə girməyə 

cəsarət etmədi". Alman faşist qoşunlarının Stalinqradda məğlubiyyətindən sonra 

ümumiyyətlə, Türkiyənin müharibəyə daxil olması məsələsi Berlin tərəfindən bir 

daha qaldırılmadı (49). Əksinə, bundan sonra Türkiyənin müttəfiqlər tərəfindən 

müharibəyə daxil olması müzakirə mövzusuna çevrilməyə başladı ki, bu da bir 

qayda olaraq Sovetlərin artan təzyiqi fonunda baş verirdi. 

1942-ci ilin sentyabrında Sovetlər tərəfindən demək olar ki, Türkiyənin bütün 

siyasi mənzərəsi öyrənilmiş, siyasi mühitdə  fəaliyyət göstərən bütün tanınmış 

adamlar haqqında  geniş arayış hazırlanmışdı. SSRİ Xarici İşlər Komissarlığının 

Orta  Şərq  şöbəsinin materialları  əsasında hazırlanmış 34 səhifəlik "Türkiyənin 

siyasi və ictimai xadimləri haqqında qısa biblioqrafik arayışda" 117 tanınmış 

siyasi və ictimai xadim haqqında məlumat verilirdi. Burada hər bir şəxs, onun 

keçdiyi həyat yolu, tutduğu vəzifələr, siyasi orientasiyası, SSRİ-yə münasibəti və 

s. məsələlər  əks olunmuşdu.  Əlifba sırası ilə hazırlanmış arayışda Fuad Aqralı, 

Fazil Aykaç, Mühiddin Akyüz, Ali Haydar Aktay, Zeki Alsan, Hulusi Alataş, 

Zekayi Apaydın, Rahmi Apak, Rüşdü Aras, Ali Riza 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə