Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə40/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   36   37   38   39   40   41   42   43   ...   256

84 

 

Hücumun birinci mərhələsində Türkiyənin Qars hərbi qruplaşması məhv edilməli



Pazar, Artvin, Merdenek, Qars və Kaqızman hüdudları  ələ keçirilməli, ikinci 

mərhələdə Oltu-Sarıqamış qruplaşması darmadağın edilməli Eqdem, Oltu, Qars-

Kurt hüdudları  ələ keçirilməli və  İspir, Tortum, Çiftlik yol qovşaqları üzərində 

Sovet Ordusunun nəzarəti təmin edilməli, nəhayət  üçüncü mərhələ isə Ərzurumun 

ələ keçirilməsi ilə başa çatmalı idi. Birinci mərhələ 10 gün, ikinci mərhələ 

əməliyyatın başlanmasından sonra 16 gün üçüncü mərhələ isə  hərbi  əməliyyatın 

başlanmasından sonra 31 gün ərzində başa çatdırılmalı idi (34). 

Aprel ayının 25-də Zaqafqaziya hərbi dairəsindəki vəziyyəti müzakirə etmək 

üçün Dövlət Müdafiə Komitəsinin sədri İ.Stalin İ.Tülenevi qəbul etdi. Axşam saat 

19:50-dən 22:05-ə  qədər aparılan müzakirələrdə Dövlət Müdafiə Komitəsinin 

üzvləri L.Beriya, Q.Malenkov, A.Mikoyan, Baş  qərargah rəisi marşal 

B.Şapoşnikov, onun müavini P.Bodin və digərləri iştirak edirdi. Müzakirələrin 

nəticəsi kimi Zaqafqaziya hərbi dairəsmi silah və  hərbi texnika ilə 

möhkəmləndirmək məqsədilə Baş  qərargahın 26 aprel direktivi imzalandı. 

Direktivə əasən bir atıcı və bir atlı diviziyası, bir tank korpusu, altı aviapolk, altı 

artilleriya polku, altı zirehli qatar, yüz yük avtomobili Zaqafqaziya hərbi dairəsinə 

göndərildi. Zaqafqaziyaya göndərilmiş hərbi qüvvələr Türkiyə sərhədləri boyunca 

yerləşdirildi və may ayının 1-də Zaqafqaziya hərbi dairəsi bazasında Zaqafqaziya 

cəbhəsi yaradıldı. May ayının 5-də isə 45 və 46-cı ordunun komandaları direktiv 

aldılar ki, Türkiyə  ərazisinə soxulmaq üçün hazır olsunlar. Bütün bunlar artıq 

təlim xarakteri daşıyan hərbi oyun olmayıb, Türkiyəyə hücum üçün hazırlıq  

xarakteri daşıyan real hərbi hazırlıq tədbirləri idi (35). 

1942-ci ilin may ayının 26-da Londonda ingilis-sovet ittifaq müqaviləsinin 

imzalanması Sovetlərin Türkiyəyə qarşı hərbi hazırlıq tədbirlərinin səngiməsində 

müəyyən rol oynadı. Müqavilənin imzalanması  ərəfəsində  tərəflər Türkiyə ilə 

bağlı birgə  bəyanatla çıxış etdilər. Bəyanatda 1941-ci ilin avqust ayının 10-da 

Türkiyəyə verilmiş  təminatlar bir daha təntənəli  şəkildə  təsdiq edildi. Bəyanatda 

Britaniya və Sovet hökuməti Türkiyənin ərazi bütövlüyünə vicdanla əməl etməyə 

hazır olduqlarını, Türkiyə hökumətinin müharibəyə  cəlb olunmaqdan qaçmaq 

cəhdlərinı tam başa düşdüklərini, Türkiyə  hər hansı digər dövlətin hücumuna 

məruz qalarsa, ona hər cür kömək və yardım göstərməyə hazır olduqlarını 

bildirdilər. Sovet hökuməti tərəfindən bu bəyanatın məzmunu may ayının 26-da 

Kuybışevdəki türk səfirinə  və Ankaradakı sovet səfiri S.Vinoqradova çatdırıldı 

(36). 


Böyük Britaniyadan sonra ABŞ-a gedən V.Molotovun prezident F.Ruzveltlə 

danışıqlarında da Türkiyə ilə bağlı  məsələlərə toxunuldu.F.Ruzvelt dedi ki, son 

zamanlar SSRİ ilə Türkiyə arasındakı münasibətləri əvvəlki dövrdən fərqli olaraq 

dost münasibətlər adlandırmaq olmaz. 

 



85 

 

Lakin "Amerika hökuməti çox arzu edir ki, Türkiyə ilə SSRİ arasındakı 



münasibətlər,  əvvəllər olduğu kimi, yenə dostluq münasibətləri olsun".Hətta 

F.Ruzvelt bu işdə SSRİ-yə kömək etmək arzusunu da təklif etdi.V Molotov Sovet 

İttifaqının Türkiyə ilə yaxşı münasibətlərdə olmaq arzusunu təsdiq etdi, lakin bu 

məsələnin üzərində geniş dayanmadı (37). 

1942-ci ilin mayından etibarən sovet-alman cəbhəsində vəziyyətin ağırlaşması, 

Krımda və Xarkov istiqamətində böyük itkilər də öz növbəsində Zaqafqaziya 

cəbhəsində Türkiyəyə qarşı  hərbi hazırlıq tədbirlərini bir qədər səngitdi.Lakin 

Sovetlərin qeyd edilən cəbhədə hərbi hazırlıq  tədbirləri Türkiyəni məcbur etdi ki, 

SSRİ ilə sərhəd bölgələrinə diqqəti artırsın. Almaniya qoşunlarının Qafqaza doğru 

irəliləməsi də eyni dərəcədə Türkiyəni öz sərhədlərinin müdaifəsini artırmağa 

vadar edirdi. 1942-ci ilin iyul ayının 29-da Zaqafqaziya cəbhəsi kəşfiyyat 

orqanlarının məlumatına görə, SSRİ ilə sərhədlərdə Türkiyə silahlı qüvvələrinin 4 

ordu korpusu, 16 piyada, 2 atlı diviziyasının olduğu, iyul ayı  ərzində ölkənin 

içərilərindən 2 diviziya və 1 motopolkun sərhəd bölgələrinə gətirildiyi bildirilirdi. 

Lakin Türkiyənin Zaqafqaziya ilə  sərhədlərdə  hərbi hazırlıq  tədbirlərinin zəif 

getdiyini Sovet kəşfiyyat orqanları özləri də etiraf edirdilər. Belə ki, kəşfiyyat 

materiallarında Qara dəniz sahillərinin almanların  əlinə keçdikdən sonra Sovet-

Türkiyə sərhədlərində bir sıra hadisələrin qeydə alındığı göstərilirdi (38). 

Bununla belə qeyd etmək lazımdır ki, sərhəd ərazisində münaqişə kimi təqdim 

olunan hadisələr Sovet-Türkiyə sərhədlərindən daha çox müttəfiq qoşunları İrana 

daxil olduqdan sonra SSRİ-nin nəzarətinə keçmiş İran-Türkiyə sərhədlərində baş 

vermişdi. 1942-ci ilin iyul ayının 1-də  İran-Türkiyə  sərhədlərində baş vermiş 

münaqişə  nəticəsində Sovet əsgəri Litovkonun ölümü iyulun 20-də Xalq Xarici 

İşlər Komissarlığının Türkiyə  səfirliyinə etiraz notası  təqdim edilməsinə  gətirib 

çıxarmışdı. Avqustun 1-də Moskvadakı Türkiyə  səfirliyi cavab notasında 

bildirmişdi ki, iyul ayında İran-Türkiyə sərhədindəki münaqişə Sovet əsgərlərinin 

Türkiyə  sərhədlərinə  keçməsi  nəticəsində  baş  vermişdir. Sovet  İttifaqı yenidən 

bu məsələyə Türkiyəyə qarşı  təzyiqləri gücləndirdiyi dövrdə, 1944-cü ilin 

martında qayıtdı və bildirdi ki, bu məsələ barəsində SSRİ Xarici İşlər Komissarlığı 

əvvəlki mövqeyindədir (39). 

1942-ci ilin 23 iyulunda baş verən sərhəd münaqişəsi də bu qəbildən idi. 

Həmin gün üç Sovet əsgəri Soraşan rayonu ərazisində Türkiyə  sərhədlərini 

pozaraq ölkə  ərazisinə daxil olmuşdular. Sərhəd pozucuları  əmrə tabe 

olmadığından atışma başlanmış, serjant A.Romanov atışmada yaralanmış, 

V.Qureyev və Smorj adlı  əsgərlər isə  İran  ərazisinə qaça bilmişdilər. Sovet 

məlumatlarına görə yaralanmış Vasili Qureyevin meyidi həmin gün İran 

ərazisindəki Raviya kəndi yaxınlığında tapılmışdı.Bu hadisə  də öz növbəsində 

Xarici  İşlər Komissarlığı ilə Türkiyə  səfirliyi arasında etiraz notalarının 

mübadiləsi ilə müşayiət olunmuşdu. 

  



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə