Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə39/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   35   36   37   38   39   40   41   42   ...   256

82 

 

protokollarda təsbit etmək istəyirdi. Lakin A.İden nəinki bu protokolları 



imzalamaqdan, bu layihəni təfərrüatı ilə müzakirə etməkdən belə  qəti  şəkildə 

imtina etdi. O, Stalinə öz fikrini "belə geniş təfsilatı ilə açıq ifadə etdiyinə" görə 

təşəkkürünü bildirməklə yanaşı qeyd etdi ki, Avropanın müharibədən sonra 

yenidən qurulması  məsələləri Amerika tərəfinin iştirakı olmadan müzakirə edib 

bilməz. Bununla da A.İden bir növ SSRİ-nin müharibəyə  qədərki (1939-1940-cı 

illərdəki dəyişikliklər nəzərdə tutulur-C.H.) sərhədlərini tanımaqdan imtina etdi. 

Bütün bunlar Stalini bərk  əsəbiləşdirsə  və  məyus etsə  də, o, haqlı olaraq belə 

qənaətə  gəldi: ola bilsin ki, bu məsələləri müzakirə etməyin zamanı yetişməyib 

(28). 

İ.Stalin  İkinci Dünya müharibəsi başlandıqdan sonra Sovet İttifaqının  əldə 



etdiyi  əraziləri müqavilə vasitəsi ilə Britaniyaya qəbul etdirmək istəyirdi və 

nümunə kimi qarşılıqlı yardım haqqında  ingilis-türk müqaviləsini gətirirdi.O, 

İdendən soruşurdu: "Doğrudanmı SSRİ Türkiyədən pisdir?" İ.Stalinin bütün ciddi 

cəhdlərinə baxmayaraq Britaniya tərəfi onun təklif etdiklərinə getmədi (29). 

Stalinin Türkiyəni mükafatlandırmaq ideyasını müzakirəyə çıxarması daha çox 

bu məlumatın türk siyasi dairələrinə  eşitdirilməsi, Türkiyənin bitərəfliyini daha 

etibarlı etmək zərurətindən irəli gəlirdi. Türkiyədə millətçi qüvvələrin bəzi 

çağırışları Sovet kəşfiyyat orqanları  tərəfindən operativ şəkildə Moskvaya 

çatdırılır və həmin məlumatlar bəzən şişirdilmiş formada təqdim edilirdi. Məsələn, 

SSRİ-dəki türk hərbi attaşesinin fəaliyyətini izləyən  əks kəşfiyyat orqanlarının 

məlumatına görə, guya hərbi attaşe şəxsi söhbətlərində əminliklə bildirib ki, əgər 

almanlar Qafqazı  işğal edərlərsə, o bu regionda qabaqlayıcı  tədbir kimi mühüm 

strateji mövqelərin türk ordusu tərəfindən tutulması barədə düşünməyi öz Baş 

qərargahlarına tövsiyə edəcək. Sovet kəşfiyyatının məlumatına görə, Türk səfiri 

Aktayın Molotova dedikləri ilə,  Ş.Saracoğlunun Ankaradakı Alman səfiri fon 

Papenə dedikləri arasında fərqlər müşahidə edilirdi. Ankaradakı Sovet səfirliyinin 

məlumatına görə Ş.Saracoğlu SSRİ diplomatları ilə söhbətlərində Sovetlərlə dost 

olduğunu və bu dostluğa böyük əhəmiyyət verdiyini dilə  gətirsə  də, digər 

diplomatlarla söhbətlərində SSRİ haqqında dostluqdan uzaq olan tonda danışmış, 

Sovetlərdən ehtiyatlandığını gizlətməmişdi.Xüsusilə, 1942-ci ilin fevral ayının 26-

da Alman səfiri fon Papenə qəsd edilməsində Sovet cəsuslarının əli olması barədə 

Xarici İşlər Nazirliyinin  mövqeyi   Sovetləri  Ş.Saracoğluya münasibətdə  daha da 

acıqlandırmışdı (30). 

İ.Stalinin Türkiyəni Bolqarıstan limanı, Yunanıstan adaları və Suriya əraziləri 

hesabına mükafatlandırmaq ideyası Ankarada çox ehtiyatla qarşılandı. Türkiyə 

siyasi dairələri ehtiyat edirdilər ki, bu istiqamətdə olan hər hansı  dəyişikliklərə 

əvəz olaraq Moskva əlavə tələblər, o cümlədən Boğazlarla bağlı iddialar irəli sürə 

bilər. 


 


83 

 

Sovetlər müharibəyə daxıl olduqdan sonra Türkiyənin əhəmiyyəti müttəfiqlər 



üçün müstəsna dərəcədə artmışdı. U.Çörçill ABŞ Prezidenti F.D.Ruzvelt və 

İ.Stalinlə yazışmalarında Türkiyənin müharibəyə daxil olması üçün ona hər cür 

yardım göstərilməsini zəruri hesab edirdi. O Stalinə yazırdı: "Əgər Türkiyə 

müharibəyə daxil olsaydı... bu bizə daha sürətli və effektli kömək olardı" (31). 

1942-ci ilin mayında V.Molotovla söhbətdə U.Çörçill Almaniyanın Bakı 

vasitəsi ilə Qafqaza zərbə endirmək ehtimalının gücləndiyini bildirdi. Məhz 

Türkiyənin Qafqaz sərhədləri boyunca ordu cəmləşdirməsi alman təhlükəsinin 

artması ilə bağlı idi. May ayının 22-də Çörçill İdenlə söhbətdə Türkiyənin 

mövqeyindən razı qaldığını və onun Almaniyanın tərəfinə keçməyəcəyini bildirdi. 

O, dedi: "İlin sonuna qədər ingilislər və amerikanlar Türkiyəyə böyük həcmdə 

müasir silahlar verməyi düşünürlər, bu Türkiyəni müttəfiqlərlə daha çox 

bağlamalıdır" (32). 

1941-ci ilin dekabrında Moskva altında qələbədən sonra SSRİ-nin vəziyyətinin 

yaxşılaşması müttəfiqlərarası münasibətlərə da müsbət təsir göstərdi. 1942-ci ilin 

yazından başlayaraq Zaqafqaziya hərbi dairəsində  təbliğat orqanları  əsgər və 

zabitlər arasında Türkiyə təhlükəsi altında açıq kompanya aparmağa başladılar. Bu 

dövrdə Gürcüstan, Ermənistan və Azərbaycanda Sovet ordusunun sayı 25 

diviziyaya çatdırıldı. Zaqafqaziyada yerləşdirilən ordunun qarşısında qoyulan əsas 

vəzifə türk və ya türk-alman hücumunu dəf etməyə hazırlıq  idi. 1942-ci ilin fevral 

ayında Zaqafqaziya hərbi dairəsmi möhkəmləndirmək məqsədilə general-leytenant 

D.T.Kozlovun yerinə ordu generalı  İ.V.Tülenev dairəyə komandan təyin edildi. 

İ.Tülenev 1939-1940-cı illərdə Zaqafqaziya dairəsinə  rəhbərlik etdiyindən 

regionda iş  təcrübəsinə malik bir hərbçi idi. Zaqafqaziya hərbi dairəsinə 

komandan təyin edildikdən sonra üç Cənubi Qafqaz respublikasındakı silahlı 

qüvvələrlə yanaşı,  İran Azərbaycanındakı Sovet ordu hissələri də ona tabe 

olunmuşdu (33).1942-ci ilin mart ayının 12-də İ.Tülenev Tbilisidə M.C.Bağırov, 

K.Çarkviani və Q.Arutinovla müzakirələr keçirdikdən sonra mart ayının 13-də 

Zaqafqaziya hərbi dairəsində  təlim xarakterli hərbi oyunlar keçirilməsi barədə 

direktiv imzaladı. Türkiyə bu oyunlarda şərti olaraq düşmən qüvvə kimi götürülür 

və oyun qaydalarına görə  Şimali-Şərqi Türkiyəyə hücumla başlayan hərbi 

əməliyyatlar Oltu, Sanqamış, Trabzon və  Ərzurumun  ələ keçirilməsi ilə 

nəticələnirdi. "Zaqafqaziya cəbhəsi  əməliyyatlarının planlaşdırılması üzrə 

mülahizələr" adlı  sənəddə isə Qara dəniz sahili istiqamətində 210 km, Ərzurum 

istiqamətində 300 km-ə  qədər bir ərazidə Trabzon, Bayburt, Ərzurum xətti üzrə 

türk ordusunun darmadağın edilməsi Zaqafqaziya hərbi dairəsmin  əsas strateji 

vəzifələrinə daxil edilmişdi. Hərbi  əməliyyatların hazırlıq  mərhələsində türk 

ordusunun sərhəd boyunca kəşfiyyat və mühafizə sisteminin sıradan çıxarılması, 

hücum  üçün   hazırlıq   vəziyyətinin   elan   olunması   nəzərdə   tutulurdu. 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə