Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə47/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   43   44   45   46   47   48   49   50   ...   256

98 

 

atdı. Moskvadakı türk səfiri Mehmet Açıkalın Çörçillin Türkiyə  rəhbərləri ilə 



SSRİ və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılmasının zəruriliyini özündə 

ehtiva edən məktub mübadiləsi haqda Molotova məlumat verdi (65). Lakin 

bundan sonrakı dövrdə müttəfiqlər arasında bir sıra müzakirələr keçirilməsinə 

baxmayaraq, Sovetlərin Türkiyəyə münasibəti sərt addımlarla müşayiət olunmağa 

başladı. 1943-cü ilin yayında hakim Xalq Respublikaçı Partiyanın VI qurultayı 

haqqında toplanan materiallar və qurultayın nəticələrinin Sovet orqanları 

tərəfindən dəyərləndirilməsi bunu açıq ifadə edirdi. 

Türkiyə hökumətinin kadr bazasını  təşkil etdiyindən Xalq Cümhuriyyətçi 

Partiyanın fəaliyyəti bütövlükdə Sovet səfirliyinin və xüsusi xidmət orqanlarının 

diqqət mərkəzində idi. Partiyanın 1943-cü ilin iyun ayının 8-dən 15-nə  qədər 

keçirilən VI qurultayı haqqıında Ankaradakı Sovet səfirliyi 18 səhifəlik arayış 

hazırlayıb SSRİ Xarici İşlər Komissarlığına göndərmişdi. Sovet səfirliyinin 

hazırladığı arayışda qeyd olunurdu ki, Xalq Respublikaçı Partiyanın son 

qurultaylarında partiyanın rəhbər orqanlarının işinə tənqidi münasibət bəslənilmir, 

qurultaylarda ancaq rəsmi  şəxslər çıxış edir, nizamnamə  və proqram 

komissiyalarını çıxmaq şərti ilə partiyanın heç bir rəhbər orqanı qurultaya hesabat 

vermir, qurultay partiyanın bütün orqanları üçün məcburi olan qərarlar qəbul 

etmirdi. Bununla bərabər arayışda göstərilirdi ki, yüksək rəhbərlik partiya 

qurultayının tribunasından hökumətin daxili və xarici siyasətini, habelə millətin 

qarşıdakı  vəzifələrini müəyyən etmək üçün bacarıqla istifadə edir. Ən nəhayət, 

arayışın giriş hissəsində qeyd edilirdi ki, partiya qurultaylarından demaqogiya 

məqsədləri üçün geniş istifadə edilir, bir qayda olaraq demokratiya milli birlik 

haqqında, iqtisadiyyatın inkişafı, millətin maddi vəziyyətinin yaxşılaşdırılması 

sahəsində partiya və hökumətin uğurları haqqında hay-küy qaldırılır (66). 

Sovet səfirliyinin məlumatına görə, Xalq Respublikaçı Partiyanın VI 

qurultayında 800 nümayəndə  iştirak edirdi. Bundan 278 nəfəri vilayətlərdən 

gəlmiş, qalanı isə nizamnaməyə görə qurultayda həlledici səs hüququna malik 

partiya rəhbərləri və Millət Məclisinin deputatlarından ibarət idi. Prezident 

İ.İnönünün qurultaydakı çıxışı arayışda geniş təhlil edilirdi. İ.İnönü müharibədən 

kənarda qalmaq istiqamətində hökumətin fəaliyyətini yüksək qiymətləndirirdi. 

XRP-nin VI qurultayında beynəlxalq münasibətlərlə bağlı partiya proqramına 

edilən dəyişikliklər və  əlavələr Sovetlərin narahatlığına səbəb olmuşdu. Orada 

göstərilirdi ki, beynəlxalq münasibətlərdə partiya digər xalqların maraqlarına 

ziyan vurmayan, bütün bəşəriyyətin rifahına istiqamətlənmiş türk millətçiliyindən 

mühüm amil kimi istifadə etməlidir. Sovet səfirliyinin arayışında göstərilirdi ki, 

partiya proqramında Türk milləti və millətçiliyinin belə şərhi bizim şübhələrimizi 

təsdiqləyir ki, 

 



99 

 

Türkiyə  gələcək sülh konfransında beynəlxalq  ədalətin və beynəlxalq hüququn 



"tərəfdarı", kiçik ölkələrin "müdafiəçisi" rolunda çıxış emtəyə Avropa işlərində 

böyük dövlət mövqeyi tutmağa hazırlaşır (67). Sovet səfirliyinin narahatçılığı 

onunla bağlı idi ki, bu ideya hələ qurultaydan qabaq bir neçə  dəfə türk 

mətbuatında deyilmiş  və xarici işlər naziri N.Menemençioğlunun    Beynəlxalq    

Hüquq    İnstitutunun    açılışındakı çıxışında irəli sürülmüşdü. 

Proqrama yeni əlavə edilən "Müharibə zamanı  rəhbərlik" və "Müharibədən 

sonrakı dövrün niyyətləri" fəsilləri də Sovetlərin diqqətini cəkmişdi. Orada 

göstərilirdi ki, Türkiyə bitərəflik siyasətini axıra qədər davam etdirmək 

niyyətindədir və ölkə üçün "Yurdda sülh, cahanda sülh" siyasətinin prinsipləri 

dəyişilməz olaraq qalır. Eyni zamanda əlavə edilirdi ki, Türkiyə onun şərəf və 

milli maraqlarına toxunulmayana qədər sülhü qoruyacaqdır. Bununla yanaşı ona 

da diqqət yetirilirdi ki, partiya onun arzusundan asılı olmayaraq millətin 

muharibəyə girmək imkanını da nəzərdən qaçırmayacaqdır. Ona görə  də milli 

müdafiənin möhkəmləndirilməsi müharibə olacağı təqdirdə millətin bütün maddi 

və mənəvi gücünün hazır vəziyyətdə saxlanması zəruri hesab edilirdi (68). 

Qurultayda səslənmiş belə fikirləri Sovetlər, sülh konfransında öz maraqlarını 

uğurla müdafiə etmək üçün Türkiyənin real gücə arxalanmaq niyyətləri ilə izah 

edirdilər. Onların fikrincə, Ankaranın inadla bitərəflik siyasəti yürütməklə yanaşı, 

geniş  hərbi proqram həyata keçirməsi və müdafiə  işlərinə böyük vəsait qoyması 

bununla bağlı idi. Ankaradakı Sovet səfirliyinin attaşesi B.Savinov yazırdı: "Onlar 

(türklər - C.H.) arxalarında çox böyük, zəhmli silahlı qüvvələrə güvənməklə sülh 

konfransına gəlmək istəyirlər" (69). 

XRP proqramına müharibədən sonrakı dövrlə bağlı yeni istiqamətlərin  əlavə 

edilməsi Sovet orqanlarını daha da şübhələndirmiş  və  hələ uzaq üfüqdə görünən 

sülh konfransında Türkiyənin güclənəcəyindən ehtiyatlanmaq fikrini doğurmuşdu. 

XRP -nin VI qurultayında bitərəflik siyasətinin davam etdirilməsinin zəruriliyi 

qeyd edilsə  də, iyun ayının 15-də qurultayın sonuncu günü Baş nazir 

Ş.Saracoğlunun müharibədən kənarda qalmaq siyasətinin davam etdiriləcəyi bir 

daha vurğulansa da, müttəfiqlər tərəfindən Türkiyəyə qarşı təzyiqlər artmaqda idi. 

Ankaradakı Britaniya böyük elçisi 1943-cü ilin yayında açıq şəkildə bəyan etmişdi 

ki, Türkiyə yaxın zamanda müharibəyə girməklə müharibədən sonra tənha qalmaq 

arasında seçim etməlidir (70). 

Türkiyənin müharibəyə qatılması istiqamətində eyni təhdidlər Sovetlər 

tərəfindən də hiss edilməkdə idi. 1943-cü ilin iyul ayının 16-da SSRİ-nin 

Ankaradakı   səfiri   S.Vinoqradov   xarici   işlər   komissarı   V.Molotova yazdığı 

məktubda Türkiyəyə qarşı təzyiqləri artırmağı təklif edirdi. O 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə