Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə44/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   40   41   42   43   44   45   46   47   ...   256

92 

 

olanlar  daha  çox  daxili  həyat  və  məhəlli  məsələlər  haqqında  qısa materiallar 



verirdilər; üçüncü qrup qəzetlər isə  Məclisin qanunlarını hökumətin və yerli 

hakimiyyət orqanlarının qərarlarını, ticarət elanlarını  dərc edirdilər.  Əyalət 

mətbuatı haqqında  hazırlanmış arayışdan məlum olur ki, Sovet İttifaqının 

müxtəlif hərbi, siyasi, diplomatik və xüsusi xidmət orqanları  əyalət mətbuatını 

təhlil etməklə Türkiyənin daxili sosial-siyasi vəziyyətini öyrənməyə  cəhd 

göstərirlər. Sovet orqanlarının araşdırmalarından aydın olur ki, əyalətlərdə  də öz 

siyasi sifəti olan qəzetlər nəşr olunurdu. Buna misal olaraq İzmirdə  çıxan 

"Anadolu" və "Yeni Asır"qəzetlərini göstərmək olar. Sovetlər üçün müharibənin 

ən ağır vaxtlarında,   Alman   təbliğatının  bu  gün-sabah  SSRİ-nin   çökəcəyi   

barədə  məlumatları bütün dünyaya yaydığı zaman "Yeni Asır" soyuqqanlıqla 

yazırdı ki, Sovet İttifaqının alman hücumuna qarşı durmağa həmişə imkanı olub 

və bundan sonra da olacaqdır. "Anadolu" və "Yeni Asır" demək olar ki, hər gün öz 

səhifələrində Sovet İttifaqından və müharibədən bir neçə şəkil nəşr edirdi. Sovet 

məlumatlarını isə  həmin qəzetin daha oxunaqlı yerlərində verməyə çalışırdılar. 

Hətta arayışda qeyd edilirdi ki,bütövlükdə türk mətbuatı son vaxtlar Almaniya 

üzərinə daha cəsarətlə hücuma keçməyə, Hitleri lağa qoymağa, almanların 

vəziyyətinə ironik münasibət bəsləməyə başlamışlar. Eyni zamanda əlavə edilirdi 

ki, artıq alman məlumatları üçün ayrıca başlıq verilmir, Almaniya informasiya 

orqanlarının  yaydığı  şəkillər  türk  mətbuatında  demək  olar  ki,  nəşr edilmirdi. 

Sovet-Alman əməkdaşlığı  dövründə antisovet mövqedən çıxış edən və Adanada 

nəşr edilən "Türk Sözü" qəzeti də 1942-ci ilin payızından artıq Sovetlərə  rəğbət 

bəsləməyə başlamışdı. Bu münasibət qəzetin Sovet məlumatlarını  və foto 

materiallarını daha cəlbedici başlıqlarla və daha münasib yerdə verməsində hiss 

edilirdi.  Sovet tərəfi bunu Qırmızı Ordunun son böyük qələbələri ilə izah etməyə 

çalışırdı.  Əyalətdə  çıxan "Türk Eli" qəzeti də antialman mövqeyinə görə 

Sovetlərin diqqətini cəlb etmişdi. Qəzetin materiallarından Sovet İttifaqına, 

İngiltərə  və ABŞ-a rəğbət açıq-aydın hiss edilirdi. "Türk Eli" Sovetlərə açıq 

rəğbətini ifadə edərək yazırdı ki, almanlar başlanğıcda bir sıra uğurlar qazansalar 

da,onlar qələbədən çox uzaqdırlar. Sovet İttifaqı Almaniya hücumunu dəf etmək 

gücündə  və qüdrətindədir (53). Eyni zamanda Türkiyənin paytaxt və  əyalət 

qəzetlərinin təhlili belə bir fikir söyləməyə əsas verir ki, Almaniyanın müharibədə 

məğlubiyyətini arzulayan türk ictimaiyyəti Sovetlərin güclənməsinə də birmənalı 

yanaşmır və bu güclənmənin Türkiyəyə qarşı yönələcəyindən ehtiyatlanırdı. Belə 

ehtiyatlanma üçün isə yetərincə  əsaslar var idi. Zaqafqaziya cəbhəsində ordu 

qruplaşmalarının gücləndırilməsi, fon Papenə  qəsdlə bağlı  məhkəmə prosesinin 

SSRİ üçün doğurduğu uğursuz nəticələr, Sovet mətbuatında Türkiyə  əleyhinə 

yazıların çoxalması,  gizli  yazışmalarda  müharibəyə  qatılmaq  üçün  Türkiyəyə 

 



93 

 

təzyiqlər  göstərilməsinin  intensiv  xarakter alması  və  s.  bunun  açıq təzahürləri 



idi. 

Qeyd etmək lazımdır ki, xarici ölkələrin mətbuat səhifələrində də Türkiyə ilə 

bağlı  yazılar gedirdi. Tanınmış Amerika jurnalisti Henri Tevlor "Rides Daycest" 

jurnalının noyabr nömrəsində "Türkiyə heç vaxt ox ölkələrinə birləşməyəcək" adlı  

maraqlı bir yazı ilə çıxış etmişdi. Türkiyənin Baş naziri Ş.Saracoğlunun "Biz milli 

azadlıq uğrunda vuruşmağa hazırıq və hazır olacağıq" sözləri məqalədə epiqraf 

kimi verilmişdi. Henri Teylor Türkiyə  səfərindən sonra yazdığı  məqalədə qeyd 

edirdi ki, Türkiyənin "ox" ölkələrinə birləşməsi mümkünsüzdür. Türkiyə onun ən 

böyük arzusu kimi ya müharibədən kənarda olacaq, ya da Almaniya ilə 

vuruşacaqdır.   Bunun   səbəbini   Teylor   türklərin,   xüsusilə   mövcud 

hökumətin almanları yaxşı tanıması ilə izah edirdi. O yazırdı: "Prezident İsmət 

İnönü, Baş  nazir Ş.Saracoğlu, Türkiyə Baş  qərargahının rəisi marşal Fevzi 

Çakmak böyük Kamal Atatürkün ardıcılları olduğundan, Almaniyanın Türkiyəyə 

məsuliyyətsiz münasibətini yaxşı xatırlayırlar. Ankaradakı Alman səfiri fon 

Papenin fəaliyyətinə toxunan H.Teylor qeyd edirdi ki, hücum etməmək haqda 

Sovet-Alman müqaviləsi dövründə o, Hitlerin  göstərişi  ilə Rusiyanın  arxasında 

fəaliyyət göstərərək faşist təminatı altında Rusiyanı Dardanelldən uzaqlaşdırmağa 

yönəlmiş Alman-Türk ittifaq müqaviləsinə nail olmalı idi. Lakin o buna nail ola 

bilmədi. Hitler  Stalinə  hücum etməklə  İngiltərəni  Rusiyanın  müttəfiqi  etdiyi 

zaman Britaniya artıq Türkiyənin müttəfiqi idi. 

Türk ordusunun hazırlıq vəziyyətinə toxunan H.Teylor qeyd edirdi ki, türklər 

güclü millətdirlər. Onlar dünyada ən yaxşı təbii döyüşçülərdir. Onlarda çox gözəl 

hərbi ruh vardır.  İndi Türkiyənin nizami ordusunun sayı  əsasən Batumun 

qarşısında yerləşən 750.000 nizami döyüşçüdən ibarətdir. Almanlar cənubi 

Qafqaza doğru irəliləməyə başlayanda türklər öz ordusunu Bolqarıstan 

sərhədlərindən götürüb burada 700 millik bir məsafədə yerləşdirdilər. Bu ordu 

yaxşı  təlim görüb və yaxşı  təchiz edilib. Bundan əlavə,  150 000 minlik təlim 

görmüş partizan hissələri vardır. H.Teylorla  söhbətində  Baş  nazir  Ş.Saracoğlu  

bildirmişdi  ki,   nəyin bahasına  olursa-olsun   milli   müstəqilliyə  nail   olmaq  

Türkiyə    xarici  sıyasətinin  əsas prinsipi olaraq qalır. Bu siyasətdə heç bir 

dəyişiklik olmayacaq (54). H.Teylorun məqaləsi Sovetlər üçün xüsusi maraq kəsb 

etdiyindən həmin məqalə SSRİ Xarici İşlər Komissarlığında rus dilinə  tərcümə 

edilmişdi. 

1942-ci ildə aparılan gizli yazışmalarda müttəfiq ölkələrin dövlət başçıları belə 

qənaətə gəlmişdilər ki, 1943-cü ilin yazında Türkiyənin müharibəyə girməsi üçün 

mümkün olan hər şeyi etmək lazımdır. 1943-cü ilin yanvar ayının 19-da ingilis və 

amerikanların Kasablanka konfransında qərara alınmışdı ki, cənub cinahından 

Almaniyaya zərbə endirmək 

  



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə