Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə45/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   41   42   43   44   45   46   47   48   ...   256

94 

 

və Rusiyaya yeni yol açmaq üçün Balkan cəbhəsi açılmalıdır. Britaniyal Baş naziri 



U.Çörçill yazırdı ki, Türkiyə belə planların həyata keçirilməsi üçün açar idi. Artıq 

uzun aylar idi ki, bizim məqsədimiz Türkiyəni müttəfiqlər tərəfindən müharibəyə 

cəlb etmək idi. İndi bu israrlı məsələni həll etməyə  yenidən  ümid  yaranmışdı.  

Bu  məsələdə  Stalin Ruzveltlə və mənimlə tam razı idi. Mən Türkiyə ərazisində 

şəxsən prezident İnönü ilə  görüşüb bu məsələni qəti şəkildə həll etmək istəyirdim 

(55). Məhz bu məqsədlə U.Çörçill A.Kadoqanın və generallardan Bruk, Aleksandr 

və Vilsonun müşayiəti ilə Adanaya gəldi. 

Prezident  İ.İnönü, Baş nazir Ş.Saracoğlu, hökumət üzvləri və Baş  qərargah 

rəisi F.Çakmakla U.Çörçill və onu müşayiət edən  şəxslər arasında 30 yanvar-1 

fevral 1943-cü il tarixdə aparılan danışıqlar çox gərgin keçdi. Müzakirələr əsasən 

iki məsələ - müharibədən sonrakı quruculuq və Türkiyə ilə Rusiya arasında 

münasibətlərin gələcəyi barədə aparılırdı. Danışıqların gedişində Çörçill bildirdi 

ki, Stalin və Molotovla görüşlərdən belə qənaətə gəlib ki, onlar hər ikisi Britaniya 

və ABŞ-la dostluq şəraitində yaşamağı istəyirlər. Rusiya qarşıdakı on ildə bütün 

gücünü öz bərpa işlərinə yönəldəcək. Biz gərək Rusiya ilə dostluq münaisbətləri 

saxlayaq,  əgər  İngiltərə  və Birləşmiş  Ştatlar bir yerdə  hərəkət etsələr və yetəri 

qədər hərbi-hava qüvvələrini saxlasalar, onlar stabilliyin dayanıqlılığını təmin edə 

bilərlər. U.Çörçill belə hesab edirdi ki, Türkiyə müharibədən sonrakı dünyanın 

quruculuğunda iştirak etmək  üçün savaşa qatılmalıdır. O, hələ Kasablankada 

A.İdenə bildirmişdi ki, Türkiyəyə görə çox narahatdır. Türkiyə  qızıl kimi bir 

imkanı əldən buraxa bilər (56). 

Eyni zamanda Kasablanka görüşü zamanı prezident Ruzveltin nümayəndəsi 

H.Hopkins bildirmişdi ki, əgər Çörçill Türkiyənin inadkar mövqeyini dəyişə 

bilməsə, onda Rusiyanın Boğazlar məsələsinə dair mövqeyinə  nəzarət edə 

bilməyəcək. Məsələ bundadır ki, Kasablanka konfransının ikinci günü Ş.Saracoğlu 

"Tayms" qəzetinin müxbirinə bildirmişdi ki, Türkiyə özü üçün müharibədən 

kənarda qalmaq imkanlarını təmin etməyə cəhd göstərəcəkdir (57). 

Adana danışıqlarında Çörçill təklif etdi ki, Türkiyə Ankara paktına riayət 

edirsə, dərhal savaşa girməli və Boğazları açmalıdır. Eyni zamanda Çörçill əlavə 

etdi ki, Türkiyədən nə isə tələb etməyə gəlməyib, gəlib ki, silah və hərbi sursatla 

bağlı Türkiyənin ehtiyaclarını öyrənsin. Prezident İ.İnönü bu təklifə cavab olaraq 

dedi: "Türkiyə Ankara paktına sədaqətdən ayrılmamışdır. Böylə bir niyyəti də 

yoxdur. Ancaq bir ordu bol təchizat və modern silahlara malik olmadan hərbə 

girərsə, məğlub olar. Türk ordusu təchizat və modern silahdan məhrumdur. 

İngiltərə türk ordusunun təchizat və silahını  təmin edərsə, biz də savaşa girərik" 

(58). Söhbətə qoşulan Baş nazir   Ş.Saracoğlu   əlavə   etdi   ki,   müharibədəki   

qələbələr   Rusiyanı 

 



95 

 

imperialist dövlətə çevirə bilər. Belə bir ifadəni danışıqların gedişində ilk dəfə U. 



Çörçill   işlətmişdi. Saracoğlunun  fikrincə,məhz  bu   səbəbdən Türkiyə ehtiyatlı 

davranmalı idi. Çörçillin dünyada sülhü və  təhlükəsizliyi edəcək Millətlər 

Cəmiyyətindən daha güclü bir beynəlxalq təşkilatın yaradılacağı  və artıq onun 

kommunizmdən qorxmadığı fikrinə cavab olaraq Ş.Saracoğlu dedi ki,o, hadisələrə 

daha real baxır. Bütün Avropa slavyanlarla və kommunistlərlə dolmuşdur.  Əgər 

Almaniya darmadağın edilsə bütün məğlub ölkələr slavyanlaşacaq və 

bolşevikləşəcəkdir. U.Çörçill türk siyasi dairələrini sakitləşdirmək üçün bildirdi 

ki, əgər Rusiya heç bir səbəb olmadan Türkiyəyə hücum edərsə, bütün beynəlxalq 

təşkilatlar Türkiyənin müdafiəsinə qalxacaqdır.  İndiki müharibədən sonra nəinki 

Türkiyəyə, eləcə  də bütün Avropaya münasibətdə  təminatlar daha qətiyyətli 

olmalıdır. O əlavə etdi ki, əgər Rusiya Almaniyanı yamsılasa, mən onun dostu 

olmayacağam. Əgər o, belə addım atsa, biz ona qarşı birləşərik və mən tərəddüd 

etmədən bunu Stalinə deyərəm (59). Lakin Britaniya Baş nazirinin bütün cidd-

cəhdlərinə baxmayaraq Türkiyənin savaşa girməsini razılaşdırmaq mümkün 

olmadı. Bunun başlıca səbəbi türk siyasi dairələrinin Sovetlərə inanmaması, 

Almaniyanın məğlubiyyəti ilə SSRİ-nin Avropaya hakim olacağı, türk ordusunun 

zəruri silah və sursatla təmin olunmaması  və s. ilə bağlı idi (60). Adana görüşü 

Türkiyənin müharibədən kənarda qalmaq siyasətini dəyişdirə bilmədi. Qeyd etmək 

lazımdır ki, Türkiyə Almaniya ilə yanaşı müttəfiqlərə, o cümlədən İngiltərəyə də 

axıra qədər inanmırdı. Lakin bununla belə Adana görüşü səmərəsiz olmadı. 1943-

cü ilin 31 yanvarında gecədən xeyli keçmiş İngiltərə ilə Türkiyə arasında yüksək 

rütbəli hərbçilərin müzakirələrindən sonra qərara alındı ki, Türkiyə ordusunun 

təchizatını yaxşılaşdırmaq üçün siyasi danışıqlardan asılı olmayaraq müttəfiqlər 

tərəfindən silah və hərbi sursat göndərilsin. İkinci razılaşmaya görə, əgər Türkiyə 

müharibəyə girərdisə, İngiltərə İstanbul və İzmir də daxil olmaqla bəzi bölgələrin 

hava hücumundan müdafiəsində  iştirak etməli idi. Türkiyə savaşa qatılacağı 

təqdirdə İngiltərə ayrıca olaraq bəzi hərbi birliklərin göndərməsini də öz üzərinə 

götürtürdü (61). 

Adana görüşü barədə fevral ayının  1-də Stalinə  məktub göndərən U.Çörçill 

yazırdı: "Mən müharibəyə daxil olmaq barədə hər hansı dəqiq öhdəlik və ya vəd 

istəmədim, lakin mənə belə  gəlir ki, onlar bunu bu ilin sonuna qədər edəcəklər. 

Ola bilsin ki, ona qədər bitərəfliyin geniş yozumu ilə, müharibəyə girincəyə qədər 

ABŞ-ın etdiyi kimi bizə icazə versinlər ki, onların aerodramlarından Ploeşti neft 

mənbələrinə uçuşlar keçirən ingilis-amerikan bombardmançı  təyyarələrinin 

yanacaq götürməsi məqsədilə istifadə edək". Lakin hadisələrin gedişi göstərdi ki

türklər bununla razılaşmadılar.  İ.İnönü ilə fikir mübadiləsindən sonra U.Çörçill 

Türkiyənin bitərəflik siyasəti ilə razılaşmalı oldu. O, fevral ayının 2-də bəyan  etdi  

ki,  Türkiyənin  bitərəfliyi  onun  özünün  və  müttəfiqlərin 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə