Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə43/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   39   40   41   42   43   44   45   46   ...   256

90 

 

Artunkal, Saffet Arıkan, Rıfkı Atay, Mehmed Açıkalın, Celal Bayar Hüseyn 



Baydur, Halid Bayrak, Ali Fuad Cebesoy, İsmət  İnönü,  Şükrü Kaya, Kazım 

Karabəkir, Numan Menemçençioğlu, Hasan Menemençioğlu,  Yunis Nadi, Fəthi 

Okyar, Rauf Orbay, Kazım Orbay, Recep Peker Abdulhaluk Renda, Ruşen Eşref, 

Necmettin Sadak, Refik Saydam, Hasan Saka, Şükrü Saracoğlu, Selim Sarper

Mustafa Sertel, Tevfiuk Sılay, Hüsnü Taray, Fikri Tuzer, Tarik Us, Tahsin Uzer, 

Ahmed Ferid, Fevzi Çakmak, Ali Çətinkaya, İbrahim Tali Öngörən, Ahmed Emin 

Yalman, Hüseyn Cahid Yalçın və digərləri haqda çox mühüm məlumatlar vardı 

(50). Sovet xüsusi xidmət orqanları  hətta Türkiyə siyasi xadimləri, hökumət 

dairələri içərisində intriqalara da böyük maraq göstərirdilər. Ş.Saracoğlu Baş nazir 

təyin edildikdən sonra Sovet məlumatlarına görə onunla və N.Menemençioğlu ilə 

Baş  qərargahın rəhbərliyi marşal F.Çakmak və Kazım Orbay arasında, xüsusilə 

Türkiyənin öz müttəfiqləri qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə 

dair fikir ayrılığı olduğu göstərilirdi. Həmin məlumatda qeyd edilirdi ki, 

hökumətin yüksək vəzifəli  şəxsləri Baş  qərargahın yüksək rütbəli zabitlərinin 

prezident İ.İnönüyə yaxın olmasından ehtiyatlanırdılar (51). 

Hakimiyyət orqanları və siyasi dairələrlə yanaşı, Sovet xüsusi xidmət orqanları 

nəinki Türkiyənin aparıcı mətbuat orqanlarını, eləcə də əyalətlərdə çıxan qəzetləri 

də diqqətlə izləyidilər. 1942-ci ilin sonlarında SSRİ Xarici İşlər Komissarlığında 

S.P.Kozırevin adına hazırlanmış arayışda "Tan", "Hakikat", "Anadolu" qəzetləri 

haqqında məlumat verilirdi. Məsələn, "Tan" haqqında məlumatda göstərilirdi ki

bu qəzet Zekeriyye Sertelin redaktorluğu ilə 30-35 min tirajla çıxır,  əsas siyasi 

məqalələri Almaniyanın əleyhinə yazılır, digər türk qəzetləri ilə müqayisədə daha 

obyektivdir. Z.Sertel özünün siyasi icmallarında İngiltərə meyllidir, bununla belə 

son il yarımda qəzetdə Sovetlər  əleyhinə yazı verilməyib. Xarici İşlər 

Komissarlığında hazırlanmış başqa bir arayışda Türkiyədə  çıxan  əsas qəzetlər, 

onların redaktorları və əməkdaşları, tirajı və istiqaməti haqqında məlumat verilir. 

Arayışda haqqında məlumat verilən  əsas qəzetlər "Ulus",  "Cümhuriyyət",  

"Repablik",  "Tan",  "Yeni  Sabah",  "Vakıt", "Haber", "Son Posta", "Son 

Teleqraf', "Vatan", "Akşam", "İstiklal", "İkdam" və başqalarıdır (52). Sovet 

orqanları Türkiyədə  çıxan mətbuat orqanlarını o qədər diqqətlə öyrənirdilər ki, 

təkcə Ankarada 30 min tirajla çıxan  və Xalq Cümhuriyyətçi partiyanın orqanı 

olan  "UIus" qəzetı haqqında hazırlanan arayış beş səhifədən ibarətdir. Qəzetin baş 

redaktoru  Rıfkı Atay, beynəlxalq icmal şöbəsinin redaktoru Şükrü Esmar, məsul 

katibi isə Mümtaz Faik Fenik idi. "Ulus"da Ali Küçük, Kemal Ünal, Sırrı Tarcan,  

Sadrettin Enver, Nurettin Artam,  Qalib Atac,  Xakkı  Uluq, Nurullah Atay, Rahmi 

Apak, Ali Riza Erem və digər tanınmış publisistlər və yazıçılar çalışırdılar. 

Arayışda göstərilirdi ki, "Ulus" Türkiyə xarici 

 



91 

 

siyasətinin ümumi istiqamətlərini  əks etdirdiyindən sovet-alman müharibəsi 



başlandıqdan sonra onu izləmək çox maraqlı olmuşdur. Sovet informasiya 

bürosunun məlumatlarını, dövlət xadimlərinin çıxış  və bayanatlarını çox qısa 

şəkildə çap etdiyindən bəzən isə ümumiyyətlə çap etmədiyindən Ankaradakı 

Sovet səfirliyi "Ulus"un rəhbərliyindən narazı idi. Alman faşistlərinin işğal 

olunmuş Sovet ərazilərində törətdiyi vəhşiliklərlə bağlı V.Molotovun notasının nə 

üçün nəşr edilmədiyinin səbəbini soruşduqda Faik Fenik cavab vermişdi ki. "bu 

notanın siyasi əhəmiyyəti yoxdur və Türkiyə qulağı  kəsilmiş, gözü çıxardılmış, 

edam olunmuş kəndlilərlə maraqlanmağa borclu deyildir". Əlbəttə, "Ulus"un belə 

mövqeyi təqdirə layiq olmasa da, öz növbəsində Sovet səfirliyi də "Ulus"dan 

bütün Sovet rəsmi məlumatlarını dərc etməsi tələbi Türkiyənin bitərəflik siyasəti 

ilə bir araya sığmırdı. Digər tərəfdən, Sovet rəsmiləri fin müharibəsi dövründə və 

sovet-alman  əməkdaşlığı zamanında "Ulus"un anti-sovet mövqeyini yaddan 

çıxarmırdılar. 1942-ci ilin fevralında Alman səfiri fon Papenə qəsdlə bağlı açılan 

məhkəmə prosesindən və bu prosesə  cəlb edilmiş Sovet səfirliyinin  İvanov və 

Kornilov familiyalı iki əməkdaşının fəaliyyətindən geniş reportajlar verdyinə görə 

səfirlik "Ulus"a qarşı çox acıqlı idi. Xüsusilə Kornilovun onların mühakimə 

olunduğu məhkəmə prosesinin ədalətliliyi və haqlılığı barəsində söylədiklərinin 

qəzetdə böyük başlıqla çap olunması Sovet səfirliyini elə  də yaxşı  vəziyyətdə 

qoymamışdı. Görünür, bütün bunların nəticəsi idi ki, səfirlik "Ulus"un baş 

redaktoru Atayı siyasi görüşlərinə görə mürtəce və Sovet İttifaqının qatı düşməni 

kimi xarakterizə edirdi. Sovet səfirliyinin Moskvaya verdiyi məlumatda 

göstərilirdi ki, guya Atay bir neçə  dəfə, o cümlədən A.İdenin Türkiyəyə  səfəri 

zamanı ingilislərdən pul alıb. "Ulus"un redaktoru Türkiyə Böyük Millət 

Məclisinin xarici siyasət komissiyasının üzvü Şükrü Esmer və  məsul katibi Faik 

Fenik haqqında da səfirliyin məlumatları Sovetlərin nöqteyi-nəzərindən müsbət 

deyildi. Ş.Esmer haqda yazırdılar ki, o, özünün antisovet görüşləri ilə məşhurdur 

və eyni zamanda müharibədə anqlosaksların qələbəsinə dərindən inanır. Kamalçı 

inqilab zamanında isə o, Türkiyəni Amerika mandatı altına verməyin tərəfdarı 

kimi çixış edib. 

1942-ci ilin sonlarında Türkiyənin əyalət qəzetləri haqqında hazırlanmış arayış 

da bəzi cəhətlərinə görə diqqəti cəlb edir. SSRİ Xarici İşlər Nazirliyi SİTA-nın 

məlumatına istinadən bildirirdi ki, Türkiyədə həmin dövrdə 113 qəzet, 227 jurnal 

nəşr olunur. Onlardan 42 qəzet və 169 jurnal Ankara və  İstanbulda çıxır və bir 

qayda olaraq, paytaxt mətbuatı adlanır,digər 71 qəzet və 58 jurnal isə Türkiyənin 

qalan  şəhərlərində  nəşr olunurdu. Əyalət qəzetlərini öz məzmununa görə Sovet 

şərhçiləri üç qrupa bölürdülər. Birinci   qrupa   aid   olanlar   ancaq   Anadolu   

agentliyinin beynəlxalq vəziyyətlə bağlı  rəsmi məlumatlarını yayır; ikinci qrupa 

daxil 


 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə