Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə48/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   44   45   46   47   48   49   50   51   ...   256

100 

 

yazırdı: "Beynəlxalq vəziyyətin dəyişməsi ilə bağlı bitərəf Türkiyə arzuolunmaz 



amilə çevrilmişdir. Belə ki, Türkiyə müttəfiqlərin hərbi  əməliyyatları Balkanlara 

keçirməsi yolunda maneəyə çevrilmişdir". S.Vinoqradov təklif edirdi ki, türk 

ərazisindən müharibə meydanı kimi istifadə etmək üçün müttəfiqlər eyni zamanda 

Türkiyəyə birgə  təzyiq etməlidirlər  Əgər Türkiyə imtina etsə, bu imtina bizim 

üçün "faydasız" olmayacaqdır Belə ki, bu imtina, zamanı gələndə Türkiyəyə elan 

edəcəyimiz iddiaların sayını artıra bilər (71). 

Sovet  İttifaqı 1943-cü ilin yayında müttəfiqlərin Balkanlarda ikinci cəbhə 

açmaq ideyasının  əleyhinə olsa da, Türkiyənin müharibəyə girməsində ciddi 

şəkildə maraqlı idi. Sovetlər belə hesab edirdi ki, Türkiyənin müharibəyə girməsi 

müttəfiqlərin Balkanlara daxil olmaq ideyasına son verə bilər. 1943-cü ilin 

yayında Sovet mətbuatında Türkiyənin neytral mövqeyinin sərt formada tənqid 

edilməsi ilk növbədə bununla bağlı idi. İyun ayının 28-də Moskvadakı türk səfiri 

Mehmet Cavat Açıkalını  qəbul edən V.Molotov sərt  şəkildə bildirdi ki, 18 iyun 

1941-ci il Türk-Alman müqaviləsi göründüyü kimi, həm Türkiyə üçün, həm də 

Almaniya üçün faydalıdır. Səfirə isə məlumdur ki, Almaniya SSRİ-nin ən qəddar 

düşmənidir. V.Molotov Türkiyəni qınayaraq xatırladırdı ki, 18 iyun Türk-Alman 

müqaviləsi imzalanan zaman bütün Avropa siyasi xadimləri bilirdi ki, SSRİ-yə 

qarşı hücum hazırlanır və türklərin çoxu da bunu başa düşürdü. Eyni zamanda 

səfir Açıkalın da öz növbəsində V.Molotovun kinayəli atmacalarını cavabsız 

qoymadı. O dedi ki, türklər Almaniya ilə müqaviləni ingilislərin icazəsi ilə 

bağlayıblar. Həmin vaxt beynəlxalq vəziyyət Türkiyə üçün çox mürəkkəb idi, belə 

ki, Fransa yıxılmış, ingilislər Yaxın Şərqdə və Balkanlarda məğlubiyyətə uğramış, 

SSRİ ilə Almaniya arasında isə fikir ayrılığının hər hansı görüntüləri mövcud 

deyildi. Səfir soruşdu: "Əgər Boğazlar, sonra isə Türkiyə  və  İran Almaniyanın 

əlinə keçsəydi, onda indi cəbhə  xətti haradan keçmiş olardı?" V.Molotov 

hədələyici atmacalarını Açıkalınla avqust ayının 4-dəki görüşlərində  də davam 

etdirdi. O qeyd etdi ki, beynəlxalq  şəraitin dəyişməsinə, o cümlədən  İtaliya 

faşizminin iflasa uğramasına baxmayaraq Türkiyə özünün əvvəlki mövqeyində 

dayanmaqdadır. "Nə etmək olar, yaşayarıq, görərik, bu, heç olmasa Türkiyənin 

özünün xeyrinə olacaqmı?" (72). 

1943-cü ilin avqustunda müttəfiqlər Siciliyaya desant çıxartdıqdan sonra 

Kvebekdə keçirilən konfransda Türkiyə  məsələsi yenidən gündəliyə  gəldi. 

Prezident Ruzveltlə Baş nazir Çörçill arasında keçirilən görüşdə qərara alındı ki, 

Türkiyəni israrla davam etdirdiyi müharibədən kənar qalmaq siyasətini dəyişməyə 

təzyiq göstərmək lazım deyil. Nəzərə almaq lazımdır ki, müttəfiqlər də öz 

növbəsində Türkiyəyə  vəd edilən silah sursatı ona çatdırmaq imkanında deyildir 

(73). Lakin Kvebek danışıqlarında qərara alındı ki, Balkanlarda açılması nəzərdə 

tutulan ikinci cəbhə 

 



101 

 

ilə baglı Türkiyənin aerodromlarından istifadə etmək niyyəti türk hökumətinə 



çatdırdsın. 1943-cü ilin yayından etibarən bu istiqamətdə Türkiyəyə  təzyiqlərin 

artdığı bir dövrdə Sovet İttifaqı müttəfiqlərin bu qənaətini bölüşmür və daha çox 

Türkiyənin savaşa qatılması  məsələsində israr edirdi. Sovetlərin fikrincə

Türkiyənin savaşdan kənarda qalması müttəfiqlərin deyil, daha çox Almaniyanın 

xeyrinə idi (74). Məhz bunu əsas tutaraq V.Molotov Türkiyənin müharibəyə 

girməsi məsələsini 1943-cü ilin oktyabrında SSRİ, ABŞ  və  İngiltərə xarici işlər 

nazirlərinin Moskva konfransının gündəliyinə təklif etdi. V.Molotov izah etməyə 

çalışırdı, ki, Sovet ordusunun Avropada irəliləməsini asanlaşdırmaq üçün 

Türkiyəni müharibəyə girməyə  məcbur etmək lazımdır. Molotova görə, 

Türkiyənin müharibəyə girməsi bir tövsiyə formasında deyil, bir "əmr" formasında 

olmalıdır. Onun fikrincə, Türkiyənin müharibəyə girəcəyi təqdirdə Almaniya 15 

diviziyasını Sovet cəbhəsindən çəkmək zorunda qalacaqdır (75). ABŞ və İngiltərə 

xarici işlər nazirləri Molotovun bu təklifinin  əleyhinə  çıxsalar da, son anda 

güzəştli qərar qəbul edildi. Qərara görə ilk növbədə Türkiyənin aerodromlarından 

istifadəyə razılıq alınmalı, ilin sonuna doğru Türkiyənin müharibəyə girməsi 

istiqamətində addımlar atılmalı idi. Moskva konfransının yekun sənədi kimi 

xüsusi gizli protokolda nəzərdə tutulurdu ki, üç dövlətin adından "Türkiyənin 

təcili olaraq müharibəyə daxil olması" Türk hökumətinə  təklif edilsin. 

V.Molotovla A.İden arasında Türkiyə haqqında imzalanmış protokolda belə bir 

fikir ifadə olunurdu ki, Türkiyə 1943-cü ilin sonuna qədər müharibəyə 

qatılmalıdır. Eyni zamanda Türkiyədən xahiş edilməli idi ki, öz aviabazalarından 

istifadəyə şərait yaratmaq yolu ilə Birləşmiş Millətlərə bütün mümkün köməkliyi 

göstərsin. Moskva konfransından bir neçə gün sonra Moskvadakı ABŞ  səfiri 

A.Harriman Molotova məktub yazaraq Birləşmiş  Ştatların Türkiyə barəsində 

Britaniya-SSRİ protokoluna qoşulduğunu bildirdi (76). 

Müttəfiqlərin bu qərarını Türkiyəyə çatdırmaq üçün A.İden noyabr ayının ilk 

günlərində xarici işlər naziri N.Menemençioğlunu Qahirəyə dəvət etdi. A.İden onu 

həmçinin xəbərdar etdi ki, müttəfiqlərin xahişindən imtina edibcəyi təqdirdə 

İngiltərə Türkiyəyə yardım göstərilməsini dayandıracaq.  N.Menemençioğlu ilk 

növbədə bildirdi ki, Türkiyənin müharibəyə girməsi üçün müttəfiqlər tərəfindən 

ona yetərincə yardım göstərilməlidir.   İkincisi  isə    o,    belə  hesab  edirdi  ki,  

Türkiyənin  öz aviabazalarından müttəfiqlərə istifadə üçün icazə verilməsi ilə 

savaşa atılması arasında elə bir fərq yoxdur. Bu halda da Türkiyə Alman 

aviasiyasının zərbələrinə  hədəf ola bilərdi. Moskva konfransının Türkiyənin 

müharibəyə      girməsi   barədə      qərarı      olmasına   baxmayaraq,   Qahirə 

danışıqlarında A.İden Türkiyə aviabazalarından müttəfiqlərin istifadəsinə icazə 

verilməsinə daha çox üstünlük verirdi (77). Bütövlükdə, 1942-ci ilin noyabrından   

başlayaraq   hadisələrin   təhlili   göstərir   ki,   müharibəyə 

  



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə