Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə50/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   46   47   48   49   50   51   52   53   ...   256

104 

 

Tehran konfransının iştirakçıları  məqsədəuyğun saydılar ki, Ruzvelt və 



Çörçillin Türkiyə prezidenti İ.İnönü ilə görüşü təşkil edilsin. Belə bir görüş   

1943-cü   ilin  dekabr  ayının  4-6-da  Qahirədə  keçirildi.   Sovet İttifaqını Qahirə 

görüşündə Ankaradakı  səfir S.Vinoqradov təmsil edirdi Qahirə      danışıqlarında   

U.ÇörçilI   müttəfiqlərin   Tehran   konfransının qərarlarına   uyğun  olaraq  

Türkiyənin  müharibəyə  qatılmasında  israr edərək bildirdi ki,  15 fevral  1944-cü 

ildə ingilis-amerikan aviasiyası Türkiyəyə girəcəkdir.  Əks  təqdrdə  Çörçill  

müttəfiqlərin  Türkiyə ilə əlaqələrini kəsəcəyi ilə hədələmişdi. Qahirə danışıqları 

zamanı İ.İnönü prinsip etibarilə Türkiyənin müharibəyə qatılmasına razı olsa da, 

müttəfiq dövlətlərin başçıları ilə bir sıra məsələlərin aydınlaşdırılmasına cəhd 

göstərdi.  İ.İnönü müttəfiqlərə izah etməyə çalışırdı ki, "müttəfiq" Qızıl Ordu 

Boğazlara girərsə bir daha oradan çıxmayacaqdır. Türkiyə dövlət başçıları indi 

Almaniyadan deyil, daha çox Rusiyanın imperialist olacağından ehtiyatlanırdılar. 

Türklərin bu narahatçılığına cavab olaraq Çörçill   bildirdi ki, yeni yaradılması 

nəzərdə tutulan beynəlxalq təşkilat (BMT nəzərdə tutulur -C.H.) rusları 

Türkiyədən uzaqlaşdırmaq üçün zəruri ölçülər götürəcəkdir (86). 

Qahirə danışıqları zamanı  İ.İnönü xatırlatdı ki, Türk ordusu silah və  hərbi 

sursatın çatışmamazlığından müharibəyə hazır deyildir. Bunun üçün Türkiyəyə 

geniş miqyasda yardım göstərilməlidir.  İ.İnönü baş  qərargah rəhbərlərinin 

görüşdən sonra Türkiyənin müharibəyə girməsi məsələsinə qayıdılmasının 

mümkünlüyünü bildirdi. Müttəfiq dövlətlərin başçıları onun bu təklifı ilə 

razılaşdılar. ABŞ,  İngiltərə  və Türkiyə dövlət başçılarının Qahirə konfransı 

haqqında  elan olunmuş rəsmi məlumatda Türkiyə ilə Britaniyanın ittifaqına, türk 

xalqı ilə Amerika və Sovet xalqı arasında sıx dostluğa böyük əhəmiyyət verilirdi. 

1943-cü ilin dekabrında Qahirədən qayıtdıqdan sonra müttəfiqlər ilə  hərbi 

əməkdaşlığı genişləndirmək və Britaniya ilə yaxınlaşmanı nümayiş etdirmək üçün 

İ.İnönü bir sıra addımlar atdı. 1939-cu ildə Londonda ingilis-fransız-türk Baş 

qərargahlarının danışıqlarında Türkiyəni təmsil etmiş ordu generalı Kazım Orbay 

1943-cü ilin dekabrında Türk ordusu Baş  qərargah rəisinin müavini, bir neçə 

gündən sonra isə istefaya çıxmış marşal Fevzi Çakmakın yerinə Baş qərargah rəisi 

təyin edildi. Bu təyinat Sovetləri ciddi şəkildə maraqlandırırdı. Onlar Orbayın 

təyinatını daha çox Türkiyənin  İngiltərə qarşısında öhdəliklərinin yerinə 

yetirilməsində yaranmış böhranlı vəziyyətlə izah edirdilər. Bəzi məlumatlara görə, 

bu məsələdə marşal Çakmakla Baş nazir Ş.Saracoğlu və xarici işlər nazin 

N.Menemençioğlu  arasında  ziddiyyətlər  yaranmışdı.   Diplomatik kanallarla 

alınmış  məlumatlarda marşal Çakmakın və onun müavini Asım Gündüzün   

istefası   daha   çox   ikincinin   hərbi   dünyagörüşünə   görə mühafizəkarlıqda, 

şablon və köhnəpərəstliyə aludəçilikdə, orduya rəh- 

 



105 

 

bərlikdə yeni metodların qəbul edilməsinə qadir olmamasında və Türk ordusunun 



modernləşdirilməsinə yönəlmiş 

cəhdlərin qarşısının alınmasında 

günahlandırılması   ilə  əlaqələndirilirdi.   Ankaradakı   Sovet  səfirliyinin birinci 

katibi S.MixaiIov yazırdı ki, Qahirə konfransından sonra ingilislər qarşısında çətin 

vəziyyətə düşmüş Türk hökuməti ingilisləri razı salmaq üçün Çakmakı 

kənarlaşdırıb Orbayı Baş  qərargah rəisi təyin etdi. Bu addım Türk hökumətinin 

ingilislərə münasibətdə elə də böyük olmayan güzəşti idi (87). 

Eyni zamanda Sovet səfirliyi K.Orbayın Türk ordusunun rəhbərliyinə 

gəlməsini ordunu özünə tabe edən  Ş.Saracoğlu hökumətinin mövqelərinin 

möhkəmlənməsi, bununla da Türkiyənin siyasi səhnəsində antisovet elementlərin 

güclənməsi kimi izah edirdi. Səfirliyin məlumatında deyilirdi: "Atatürkün köhnə 

silahdaşı kimi marşal Çakmak özünün bütün mühafizəkarlığına baxmayaraq belə 

bir həqiqəti anlayırdı ki, Türkiyənin maraqları Sovet İttifaqı ilə dost olmağı tələb 

edir. O, antisovet hərəkətlərdə və deyimlərdə son dərəcə ehtiyatlı idi". K.Orbaya 

gəldikdə isə, səfirliyin məlumatına görə o, Türk siyasətinin  İngiltərəyə 

meyllənməsinin tərəfdarı idi. Türkiyədəki ingilis diplomatları K.Orbayı qatı 

ingilispərəst hərbçi kimi xarakterizə edir, Britaniya mətbuatı onun təyinatını 

məmnunluqla qarşılayırdı. Ankaradakı Sovet səfirliyi Moskvaya göndərdiyi 

məlumatda göstərirdi ki, Britaniya mətbuatının fikrincə, ingilis-fransız-türk Baş 

qərargahlarının 1939-cu il London görüşü zamanı ingilis və fransız aviasiyası 

imkan  əldə etdi ki, Türkiyə  əraziləri vasitəsi ilə Sovet neft rayonları üzərindən 

kəşfiyyat üçüşları etsin. Britaniya mətbuatı K.Orbayın digər xidmətini onda 

görürdü ki, onun hazırladığı "Orbay planı" əsasında Türk ordusunun ingilis silahı 

ilə təchizatının əsası qoyulmuşdu. 

Qeyd edilən məsələlər haqqında ətraflı məlumat verildikdən sonra Ankaradakı 

Sovet səfirliyinin məlumatında göstərilirdi ki, bizim əlimizdə K.Orbayın birbaşa 

antisovet fikirləri barədə  dəlillər yoxdur. Əksinə bizim dıplomatik və  hərbi 

nümayəndələrlə söhbətlərində o, Sovet İttifaqına olan dostluq hisslərini büruzə 

verməyə çalışır. 

Sovet diplomatik və xüsusi xidmət orqanları belə hesab edirdilər ki,İ.İnönü   

marşal   Çakmakı   istefaya   göndərməyə   məcbur   olub.   Bunu əsaslandırmaq 

üçün prezident İnönünün Fevzi Çakmaka istefaya çıxdığı gün göndərdiyi son 

dərəcə  səmimi məktuba istinad edilirdi. Bu məktubda nəinki   marşalın   bütün   

fəaliyyətinə   yüksək  qiymət   verilir,həm  də prezident ümidvar olduğunu 

bildirirdi ki, Çakmak Türkiyənin qarşısında duran yeni vəzifələrin yerinə 

yetirilməsində  gələcəkdə  də böyük məmnuniyyətlə  iştirak edəcəkdir.  Sovet 

orqanlarının məlumatlarında qeyd olunurdu ki, prezidentin bu fikrinin nə  qədər 

əsaslandırılmış olduğunu söyləmək çətindir, lakin tamamilə aydındır ki, öz 

silahdaşı ilə vidalaşmaq İsmət uçun təəsüfləndirici idi (88). 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə