Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə37/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   33   34   35   36   37   38   39   40   ...   256

78 

 

1941-ci ildə Türkiyə hökumətinin təqdimatı ilə ölkə parlamenti tərəfindən 60 



yaşından yuxarı olan sıravilərin, 65 yaşından yuxarı ehtiyatda olan zabitlərin 

orduya çağırılması haqqında hökumətə icazə verilməsi, habelə Frakiya dairəsinə 

aparılmış 40 minlik ordunun yerini doldurmaq üçün Şərq vilayətlərində səfərbərlik 

elan edilməsi Sovetləri narahat edən məqamlar idi (16). 

1941-ci ilin avqustunda Sovet və Britaniya qoşunlarının  İrana daxil olması 

Türkiyə üçün əlavə narahatlıq doğurdu. Müttəfiq qoşunların  İrana daxil 

olmasından iki həftə əvvəl, avqust ayının 10-da İngiltərə və Sovet İttifaqı Boğazlar 

rejiminə  və Türkiyənin  ərazi bütövlüyünə hörmətlə yanaşdıqları barədə birgə 

təminatlarını  bəyan etdilər. Eyni zamanda bəyanatda Türkiyəyə hücum olacağı 

təqdirdə ona yardım göstəriləcəyi bildirildi. Almaniya təbliğatının təsirini 

azaltmaq üçün 10 avqust bəyanatında Sovet tərəfi Montrö sazişinə sadiq qaldığını, 

Boğazlara münasibətdə  hər hansı  təcavüzkar niyyətinin və iddiasının olmadığını 

bir daha təsdiq etdi. Sovet tərəfi bildirdi ki, Türkiyə hökumətinin müharibəyə cəlb 

olunamamaq arzusunu başa düşdüyündən hər hansı Avropa ölkəsi tərəfindən ona 

hücum olarsa, Türkiyə hökumətinə hər cür yardım göstərməyə hazırdır (17). 

Türkiyəyə münasibətdə Böyük Britaniya və SSRİ-nin birgə  bəyanatı 

diplomatik vasitələrlə bu ölkənin bitərəfliyini daha təminatlı etmək və Türkiyədə 

Almaniya təsirini zəiflətmək məqsədi daşıyırdı (18). 

SSRİ Xarici İşlər Komissarlığının 10 avqust bəyanatında Boğazlara və 

Türkiyənin  ərazi bütövlüyünə münasibətdə yüksək təminatların elan olunmasına 

baxmayaraq avqust ayının 25-də sovet qoşunlarının İranın şimalına daxil olması, 

İranın Türkiyə ilə  sərhədlərinin Sovetlərin nəzarətinə düşməsi, SSRİ xüsusi 

xidmət orqanlarının "kürd məsələsi ilə oynaması" və kürd separatizmi 

məsələsindən istifadə etmək barədə xüsusi təkliflər hazırlaması Türkiyənin hərbi, 

siyasi və diplomatik orqanlarının diqqətindən yayınmamışdı. Türkiyə bu məsələyə 

ciddi maraq göstərdyindən 1941-ci ilin avqustunda Ankarada olan alman səfiri fon 

Papen xarici işlər  naziri  Ribbentropa  göndərdiyi  gizli  məlumatda  yazırdı:   

yaxşı    məlumatlanmış etibarlı  şəxs bildirir ki, almanların Rusiyada uğurları 

fonunda Türkiyə hökumət dairələri Azərbaycan türklərinin taleyi ilə daha artıq 

dərəcədə    məşğul   olmağa  başlamışlar  (19).Sovet  qoşunları      Güney 

Azərbaycanda möhkəmləndikdən sonra Türkiyə  mətbuatında 1941-ci ilin 

payızından başlayaraq İran türkləri ilə bağlı bir sıra yazılar verilməyə başlamışdı. 

"Yeni Sabah" qəzetinin redaktoru Hüseyn Cahid Yalçın öz yazılarında İranda türk 

dilinin qadağan edilməsini, türklərin dil və mədəniyyətinin sıxışdırılmasını tənqid 

etməsi  İran mətbuatının ciddi etirazlarına səbəb olmuşdu. Bu yazışmalarla tanış 

olduqdan sonra Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının birinci katibi 

M.C.Bağırov Türkiyə 

 



79 

 

mətbuatının Güney Azərbaycan məsələsinə müdaxiləsinə  sərt reaksiya 



vermisdi.İran Azərbaycanında Sovetlərin möhkəmlənməsini  və yerli əhalinin 

siyasi proseslərə sürətlə  cəlb etməsini diqqətlə izləyən  İranın xarici işlər naziri 

M.Ə.Soheyli Ankaradakı İran səfirinə yazırdı: "Əgər işlər  bundan sonra da belə 

davam etsə, onda biz Azərbaycanı itirəcəyik"(20).Cənubi Azərbaycanda baş 

verənlərin fonunda Türkiyəyə qarşı  ərazi iddialarını özündə  əks etdirən "Dəftəri 

müfəssəli vilayəti Gürcüstan" kitabının Tiflisdə S.Cikiya tərəfindən nəşr edilməsi 

türklərdə müəyyən narahatlıqlar doğurmuşdu (21). 

Sovet ordusu 1941-ci ildə  İrana daxil olduqdan sonra öz növbəsində Sovet 

xüsusi xidmət orqanları Türkiyənin Güney Azərbaycan məsələsinə münasibətini 

daim diqqətdə saxlayırdılar. Regionda cərəyan edən hadisələr barədə Tehrandakı 

Sovet səfirliyinin hazırladığı hesabatda qeyd edilirdi ki, türklərin  İran 

Azərbaycanında fəaliyyətləri diqqəti cəlb edir. Azərbaycanda öz təsirlərini 

artırmaq məqsədilə onlar belə bir təbliğat aparırlar ki, ancaq Türkiyə Azərbaycan 

əhalisini kürdlərin soyğunçu hücumlarından xilas edə bilər. Sovet səfirliyi belə 

güman edirdi ki, bununla onlar müharibədən sonra Azərbaycanı Türkiyəyə 

birləşdirmək üçün zəmin hazırlayırlar (22). Eyni zamanda həmin dövrdə Təbrizdə 

fəaliyyət göstərən türk diplomatları haqqında kəşfiyyat məlumatlarının toplanması 

da sovet xüsusi xidmət orqanlarının başlıca vəzifələrindən idi (23). 

İkinci Dünya müharibəsi başlandıqdan az sonra, xüsusilə 1942-ci ildən 

başlayaraq kürd məsələsi Türkiyəyə qarşı istifadə edilən başlıca amillərdən birinə 

çevrildi. 1942-ci ilin martında Zaqafqaziya hərbi dairəsmin komandanı, ordu 

generalı İ.V.Tülenev Stalin üçün hazırladığı məruzədə qeyd edirdi ki, Türkiyə ilə 

müharibə olacağı təqdirdə kürdlərin insan ehtiyatlarından istifadə etmək məqsədilə 

onlarla dostluq münasibətlərini saxlamaq lazımdır (24). 

1941-ci ilin sentyabr ayının sonlarında üç dövlətin nümayəndələrininMoskva   

konfransında   Britaniya   nümayəndəsi   Biverbruk   Stalin   və Harrimana təklif 

etdi ki, türklər üçün bir şey eləmək lazımdır ki, onlar bizə rəğbətlə  yanaşsınlar.   

İ.Stalin  qeyd  etdi  ki,  türklərin  Almaniya tərəfinə keçməməsi üçün bu, yaxşı 

olardı. Lakin əlavə etdi ki, bununla belə onlar özlərini İngiltərənin müttəfiqi kimi 

aparmırlar. Onlara kömək etmək üçün təminat olmalıdır ki, bu yardımlar itmirlər.  

Türkiyə ilə İngiltərə   arasında   ittifaq   mövcud   deyildir,   bitərəflik   vardır. 

Lord Biverbruk cavab verdi ki, biz onlardan şikayət edə bilmərik. Biz özümüz bir 

sıra öhdəlikləri yerinə yetirməmişik. İ.Stalin qeyd etdi ki, Türkiyə Bolqarıstandan 

və onun Almaniya ilə ittifaqından qorxur (25). 

194l-ci ilin yayında və payızında Almaniyanın hər cür təzyiqinə  və şantajına 

baxmayaraq Türkiyəni  faşist blokuna cəlb etmək mümkün olmadı. Xüsusilə Sovet 

İttifaqı müharibəyə daxil olduqdan sonra ölkəni 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə