Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə38/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   34   35   36   37   38   39   40   41   ...   256

80 

 

müharibədən və hərbi əməliyyatlardan kənar saxlamaq, sülh və barış vəziyyətində 



yaşamağı  təmin etmək Türkiyə xarici siyasətinin başlıca istiqamətinə çevrildi. 

1941-ci ilin noyabr ayında Türkiyə Böyük Millət Məclisinin   iclaslarında  

müharibənin  doğurduğu  vəziyyət,  Türkiyənin yeritdiyi siyasət, vuruşan ölkələrə 

münasibət və digər məsələlər geniş müzakirə edildi. Böyük Millət Məclisindəki 

açılış nitqində prezident İ.İnönü yaranmış vəziyyəti belə qiymətləndirirdi: "Balkan 

hadisələri ilə başlayan  hərəkətlər,  İraq  və    Suriyadakı   gəlişmələrlə    Qərb  və 

cənub    qonşularımızı müharibə və işğal vəziyyəti halına qoydu və birdən-birə bir 

div addımı ataraq Alman-Sovet silahlı münaqişəsini meydana çıxardı.Böyləcə 

şimal qonşumuz da hərbin yanğınları içinə girdikdən sonra, digər qonşumuz İran 

işğal faciəsini gördü. Məmləkətimizi bu qədər yaxından  əlaqələndirən  əsgəri 

hərəkətlər bizim sayıqlığımızı son dərəcə artırmış  və  təhəddüdlərimizə  və 

dostluqlarımıza sədaqət çərçivəsi içində  şərəfimizi və  əmniyyətimizi   qoruyan   

sülh   arzusu   siyasətimizin   əsasını   təşkil etmişdir" (26). 

1941-ci ilin dekabrında baş verən iki hadisə - Almaniya qoşunlarının Moskva 

altındakı  məğlubiyyəti və Birləşmiş  Ştatların müttəfiqlər tərəfindən müharibəyə 

daxil olması Türkiyə siyasi dairələrində müttəfiqlərin qələbəsi haqqında 

tərəddüdləri ortadan qaldırdı. Vəziyyətin belə xarakter alması Türkiyənin 

tərəfsizliyinin  əhəmiyyətini daha da artırır və onun Almaniya tərəfindən 

müharibəyə qatılmaq ehtimalını heçə endirirdi. 

1941-ci ilin dekabr ayının ortalarında Britaniya xarici işlər naziri A.İdenin 

Moskvaya səfəri zamanı bir çox məsələlərlə yanaşı, Türkiyəyə münasibət məsələsi 

də müzakirə mövzusuna çevrildi. Dekabr ayının 16-da başlayan Britaniya-Sovet 

danışıqlarında  İ.Stalin qarşılıqlı      hərbi yardım və müharibədən sonrakı 

problemlərin həlli haqqında iki müqavilə layihəsini A.İdenə təklif etdi. Sonra isə 

o, ikinci müqaviləyə müharibədən sonra Avropa sərhədlərinin yenidən 

qurulmasının ümumi sxemini nəzərdə tutan gizli protokolun əlavə edilməsinin 

Sovetlər tərəfindən arzu olunduğunu ifadə etdi. Dekabr ayının 16-da İ.Stalinin 

Kremldə A.İdenlə danışıqlarda müharibədən sonrakı dövrün ərazi dəyişiklikləri 

barədə irəli sürdüyü təkliflərin əsas mahiyyəti 1939-1940-cı illərdə Almaniya ilə 

razılıq  əsasında SSRİ-nin tərkibinə qatılmış  ərazilərin yeni müttəfiqə  qəbul 

etdirilməsindən ibarət idi. Dekabrın 16-dakı danışıqlarda İ.Stalin Sovet İttifaqının 

1941-ci ilin iyul ayına qədərki sərhədlərinin bərpasını zəruri hesab etməklə yanaşı, 

müharibədən sonrakı  sərhədlər barəsində öz görüşlərini açıqladı. O belə hesab 

edirdi ki, Tilzit Sovet Litvasına qatılmalıdır, fin Petsamosu Sovet İttifaqına 

"qaytarılmalıdır", Rumıniya və Finlandiya ilə ittifaq müqaviləsi bağlanmalı, bu 

müqavilələrə  əsasən 1939-1940-cı illərdə Pribaltikada olduğu kimi onların 

ərazisində Sovet hərbi bazaları  şəbəkəsi yaradılmalıdır. Digər ölkələrə  gəldikdə 

Stalin ilk 

 

 



81 

 

nöbədə Almaniyanın parçalanması, onun yerində Bavariya dövləti, Reyn vilayəti 



və s. yeni qurumların yaradılmasını  təklif etdi. Almaniyadan təzminat alınması 

məsələsi də Moskva danışıqlarında müzakirə edildi. Britaniyanı dünyanın yenidən 

bölüşdürülməsinə maraqlandırmaq üçün Stalin   təklif   etdi   ki,   Belçika,  

Hollandiya,   Norveç   və      Danimarka  ərazilərində bir sıra ölkələrin (SSRİ   

nəzərdə tutulurdu) Baltik dənizinə  çıxış  və girişinə  təminat verilməsi  şərti ilə 

Britaniya bazaları şəbəkəsi yaradıla bilər. Bunlardan əlavə, Sovet tərəfi beynəlxalq 

hərbi gücə malik olan Avropanın "demokratik dövlətlərinin hərbi ittifaqının" 

yaradılması, Avropada dövlət federasiyasının qurulması ideyasını irəli sürdü. Belə 

qurumların içərisində Balkan federasiyası, Polşa-Çexoslovakiya federasiyası  və 

digərlərinin adı çəkildi. 

Müttəfiqlərin qələbəsindən sonra ərazi dəyişiklikləri haqqında  öz 

düşüncələrini bölüşən zaman Stalin Türkiyəni də yaddan çıxarmadı. İ.Stalin dedi 

ki, bitərəfliyə riayət etməsinə görə Türkiyəni mükafatlandırmaq lazımdır.O,bunu 

Almaniyaya meylli mövqeyinə görə  cəzalandırılmalı olan Bolqarıstan hesabına 

etmək istəyirdi. Stalin dedi: Türkiyə bitərəfliyə riayət edilməsinin  əvəzi kimi 

Dodekanesi, Burqasın cənubuna doğru Bolqarıstanın türk əhalisi yaşayan 

rayonlarını  və ola bilsin ki, Suriyada hansısa  əraziləri ala bilər. Türkiyəyə onun 

vacib limanlarından çıxışı bağlayan Egey dənizindəki bir neçə adanı da vermək 

olar. Bu məsələ ilə bağlı A.İden qeyd etdi ki, Dodekanesə yunanlar artıq çoxdan 

iddia edirlər, belə ki, adanın əhalisi də yunanlardır. Lakin o, bu məsələnin tənzim 

və müzakirə edilməsinin zəruriliyini qəbul etdi. İ.Stalin  əlavə etdi ki, 

Bolqarıstandan Burqas rayonunun alınması müharibə zamanı onun əməllərinin 

cəzalandırılması kimi olardı.  İ.Stalin qeyd etdi ki, bolqarlara Qara dənizdə bir 

liman - Varna da yetərlidir. Bir sıra məsələlərə toxunduqdan sonra A.İden yenidən 

Türkiyə haqqında məsələyə qayıtdı  və soruşdu: elə bir şey etmək olmazmı ki, 

Türkiyəni müttəfıqlərlə  sıx bağlasın?  İ.Stalin cavab verdi ki, bu nəticəni almaq 

üçün  ən yaxşı vasitə Dodekanesi Türkiyəyə  vəd etməkdir. A.İden türklərin 

almanlara münasibətində son zamanlar hər hansı  dəyişikliyin müşahidə edilməsi 

barədə İ.Stalinin fikrini soruşduqda o, cavab verdi ki, türklər almanları sevməsələr 

də, onlardan çox qorxurlar. A.İden türklərin alman qoşunlarını öz ərazilərindən 

buraxa bilməsi ehtimalı haqqında  İ.Stalinin fikri ilə maraqlandıqda Stalin buna 

şübhə ilə yanaşdığını bildirdi. Bir neçə  dəqiqədən sonra Stalin yenidən bu 

məsələyə qayıtdı  və A.İdenə bildirdi ki, onun dedikləri ciddidir və yaxşı 

düşünülmüşdür (27). 

Rus alimləri A.A.Danilov və A.V.Pıjikov haqlı olaraq qeyd edirlər ki, Stalin 

Böyük Vətən Müharibəsi başlanana qədər Almaniya ilə  sınaqdan keçirdiyi 

əməkdaşlıq variantını eynilə Böyük Britaniyaya təklif edirdi. Təkliflər eyni olduğu 

kimi, fəaliyyət taktikası da eyni idi: bu razılaşmaları Stalin gizli 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə