94
və Rusiyaya yeni yol açmaq üçün Balkan cəbhəsi açılmalıdır. Britaniyal Baş naziri
U.Çörçill yazırdı ki, Türkiyə belə planların həyata keçirilməsi üçün açar idi. Artıq
uzun aylar idi ki, bizim məqsədimiz Türkiyəni müttəfiqlər tərəfindən müharibəyə
cəlb etmək idi. İndi bu israrlı məsələni həll etməyə yenidən ümid yaranmışdı.
Bu məsələdə Stalin Ruzveltlə və mənimlə tam razı idi. Mən Türkiyə ərazisində
şəxsən prezident İnönü ilə görüşüb bu məsələni qəti şəkildə həll etmək istəyirdim
(55). Məhz bu məqsədlə U.Çörçill A.Kadoqanın və generallardan Bruk, Aleksandr
və Vilsonun müşayiəti ilə Adanaya gəldi.
Prezident İ.İnönü, Baş nazir Ş.Saracoğlu, hökumət üzvləri və Baş qərargah
rəisi F.Çakmakla U.Çörçill və onu müşayiət edən şəxslər arasında 30 yanvar-1
fevral 1943-cü il tarixdə aparılan danışıqlar çox gərgin keçdi. Müzakirələr əsasən
iki məsələ - müharibədən sonrakı quruculuq və Türkiyə ilə Rusiya arasında
münasibətlərin gələcəyi barədə aparılırdı. Danışıqların gedişində Çörçill bildirdi
ki, Stalin və Molotovla görüşlərdən belə qənaətə gəlib ki, onlar hər ikisi Britaniya
və ABŞ-la dostluq şəraitində yaşamağı istəyirlər. Rusiya qarşıdakı on ildə bütün
gücünü öz bərpa işlərinə yönəldəcək. Biz gərək Rusiya ilə dostluq münaisbətləri
saxlayaq, əgər İngiltərə və Birləşmiş Ştatlar bir yerdə hərəkət etsələr və yetəri
qədər hərbi-hava qüvvələrini saxlasalar, onlar stabilliyin dayanıqlılığını təmin edə
bilərlər. U.Çörçill belə hesab edirdi ki, Türkiyə müharibədən sonrakı dünyanın
quruculuğunda iştirak etmək üçün savaşa qatılmalıdır. O, hələ Kasablankada
A.İdenə bildirmişdi ki, Türkiyəyə görə çox narahatdır. Türkiyə qızıl kimi bir
imkanı əldən buraxa bilər (56).
Eyni zamanda Kasablanka görüşü zamanı prezident Ruzveltin nümayəndəsi
H.Hopkins bildirmişdi ki, əgər Çörçill Türkiyənin inadkar mövqeyini dəyişə
bilməsə, onda Rusiyanın Boğazlar məsələsinə dair mövqeyinə nəzarət edə
bilməyəcək. Məsələ bundadır ki, Kasablanka konfransının ikinci günü Ş.Saracoğlu
"Tayms" qəzetinin müxbirinə bildirmişdi ki, Türkiyə özü üçün müharibədən
kənarda qalmaq imkanlarını təmin etməyə cəhd göstərəcəkdir (57).
Adana danışıqlarında Çörçill təklif etdi ki, Türkiyə Ankara paktına riayət
edirsə, dərhal savaşa girməli və Boğazları açmalıdır. Eyni zamanda Çörçill əlavə
etdi ki, Türkiyədən nə isə tələb etməyə gəlməyib, gəlib ki, silah və hərbi sursatla
bağlı Türkiyənin ehtiyaclarını öyrənsin. Prezident İ.İnönü bu təklifə cavab olaraq
dedi: "Türkiyə Ankara paktına sədaqətdən ayrılmamışdır. Böylə bir niyyəti də
yoxdur. Ancaq bir ordu bol təchizat və modern silahlara malik olmadan hərbə
girərsə, məğlub olar. Türk ordusu təchizat və modern silahdan məhrumdur.
İngiltərə türk ordusunun təchizat və silahını təmin edərsə, biz də savaşa girərik"
(58). Söhbətə qoşulan Baş nazir Ş.Saracoğlu əlavə etdi ki, müharibədəki
qələbələr Rusiyanı
95
imperialist dövlətə çevirə bilər. Belə bir ifadəni danışıqların gedişində ilk dəfə U.
Çörçill işlətmişdi.
Saracoğlunun fikrincə,məhz bu səbəbdən Türkiyə ehtiyatlı
davranmalı idi. Çörçillin dünyada sülhü və təhlükəsizliyi edəcək Millətlər
Cəmiyyətindən daha güclü bir beynəlxalq təşkilatın yaradılacağı və artıq onun
kommunizmdən qorxmadığı fikrinə cavab olaraq Ş.Saracoğlu dedi ki,o, hadisələrə
daha real baxır. Bütün Avropa slavyanlarla və kommunistlərlə dolmuşdur. Əgər
Almaniya darmadağın edilsə bütün məğlub ölkələr slavyanlaşacaq və
bolşevikləşəcəkdir. U.Çörçill türk siyasi dairələrini sakitləşdirmək üçün bildirdi
ki, əgər Rusiya heç bir səbəb olmadan Türkiyəyə hücum edərsə, bütün beynəlxalq
təşkilatlar Türkiyənin müdafiəsinə qalxacaqdır. İndiki müharibədən sonra nəinki
Türkiyəyə, eləcə də bütün Avropaya münasibətdə təminatlar daha qətiyyətli
olmalıdır. O əlavə etdi ki, əgər Rusiya Almaniyanı yamsılasa, mən onun dostu
olmayacağam. Əgər o, belə addım atsa, biz ona qarşı birləşərik və mən tərəddüd
etmədən bunu Stalinə deyərəm (59). Lakin Britaniya Baş nazirinin bütün cidd-
cəhdlərinə baxmayaraq Türkiyənin savaşa girməsini razılaşdırmaq mümkün
olmadı. Bunun başlıca səbəbi türk siyasi dairələrinin Sovetlərə inanmaması,
Almaniyanın məğlubiyyəti ilə SSRİ-nin Avropaya hakim olacağı, türk ordusunun
zəruri silah və sursatla təmin olunmaması və s. ilə bağlı idi (60). Adana görüşü
Türkiyənin müharibədən kənarda qalmaq siyasətini dəyişdirə bilmədi. Qeyd etmək
lazımdır ki, Türkiyə Almaniya ilə yanaşı müttəfiqlərə, o cümlədən İngiltərəyə də
axıra qədər inanmırdı. Lakin bununla belə Adana görüşü səmərəsiz olmadı. 1943-
cü ilin 31 yanvarında gecədən xeyli keçmiş İngiltərə ilə Türkiyə arasında yüksək
rütbəli hərbçilərin müzakirələrindən sonra qərara alındı ki, Türkiyə ordusunun
təchizatını yaxşılaşdırmaq üçün siyasi danışıqlardan asılı olmayaraq müttəfiqlər
tərəfindən silah və hərbi sursat göndərilsin. İkinci razılaşmaya görə, əgər Türkiyə
müharibəyə girərdisə, İngiltərə İstanbul və İzmir də daxil olmaqla bəzi bölgələrin
hava hücumundan müdafiəsində iştirak etməli idi. Türkiyə savaşa qatılacağı
təqdirdə İngiltərə ayrıca olaraq bəzi hərbi birliklərin göndərməsini də öz üzərinə
götürtürdü (61).
Adana görüşü barədə fevral ayının 1-də Stalinə məktub göndərən U.Çörçill
yazırdı: "Mən müharibəyə daxil olmaq barədə hər hansı dəqiq öhdəlik və ya vəd
istəmədim, lakin mənə belə gəlir ki, onlar bunu bu ilin sonuna qədər edəcəklər.
Ola bilsin ki, ona qədər bitərəfliyin geniş yozumu ilə, müharibəyə girincəyə qədər
ABŞ-ın etdiyi kimi bizə icazə versinlər ki, onların aerodramlarından Ploeşti neft
mənbələrinə uçuşlar keçirən ingilis-amerikan bombardmançı təyyarələrinin
yanacaq götürməsi məqsədilə istifadə edək". Lakin hadisələrin gedişi göstərdi ki,
türklər bununla razılaşmadılar. İ.İnönü ilə fikir mübadiləsindən sonra U.Çörçill
Türkiyənin bitərəflik siyasəti ilə razılaşmalı oldu. O, fevral ayının 2-də bəyan etdi
ki, Türkiyənin bitərəfliyi onun özünün və müttəfiqlərin