456
Xalit Nazmi Keşmir və on altıların Paris görüşünün iştirakçısı Ali Riza Türel öz
açıqlamalarında bildirirdilər ki, 1948-1951-ci illərdə Türkiyə büdcəsinin illik
kəsiri 615 milyon dollar hesablanıb və Dövlət Departamentinin məruzəsindən belə
məlum olur ki, Türkiyə qarşıdakı 4 il ərzində bu kəsiri bağlamaq üçün məhz bu
məbləği ala biləcəkdir. Türkiyənin siyasi dairələri və aparıcı mətbuat orqanları
Türkiyəyə göstərilən yardımının azlığına görə Marşall planını tənqid edir,
amerikanları inandırmağa çalışırdılar ki, Türkiyəsiz Avropanın bərpası, Trümen
doktrinasının və onunla bağlı olan Marşall planının həyata keçirilməsi mümkün
olmayacaqdır. Demokrat partiyasının tanınmış liderlərindən olan F.Köprülü
Türkiyəyə yardımın zəruriliyini müdafiə edir və bildirirdi ki. Türkiyəni Marşall
planı üzrə yardımdan məhrum etmək böyük siyasi səhv olardı (7).
Yanvar ayının sonlarında Millət Məclisində Marşall planı ilə bağlı verilən
sorğuya fevral ayının 2-də xarici işlər naziri N.Sadak geniş cavab verdi. N.Sadakın
cavablarından aydın olurdu ki, Marşall planı çərçivəsində Türkiyəyə göstərilən
yardımla bağlı ölkərini rəsmi dairələrində narahatçılıq mövcuddur. Əslində yardım
proqramı elan olunduqdan sonra Türkiyəyə münasibətdə onun şərtləri elə də
qaneedici deyildi. N.Sadakın çıxışını şərh edən mətbuat orqanları bu şərtləri
Türkiyənin Avropanın dirçəldilməsindən kənarda qoyulması kimi dəyərləndirirdi.
Xarici işlər naziri məlumat verirdi ki, hazırda yardımın həcminin artırılması ilə
bağlı Vaşinqtonda və Ankarada danışıqlar aparılır. Fevral ayının ortalarında ABŞ
senatının Avropanın bərpası məqsədilə 1948-ci il üçün ayrılan vəsaiti 5 milyard
300 milyon dollara endirməsi Türkiyə siyasi dairələrində narahatçılığı daha da
artırmış, Türkiyənin yardım proqramında iştirakı üçün əlavə çətinliklər yaratmışdı.
Bu ümidsizliyi aradan qaldırmaq üçün Trümenin, Marşallın, Makbraydın və
digərlərinin çıxışlarında Türkiyəyə hərbi yardımın həcminin artırılacağı
vurğulanırdı. Fevral ayının ortalarında Dövlət katibi C.Marşallın çıxışından aydın
olurdu ki, ABŞ Sovet təzyiqləri qarşısında Türkiyəni hərbi və siyasi baxımdan tək
qoymaq fikrində deyildir. Amerika dövlət rəsmiləri təsdiq edirdilər ki, Türkiyə
Birləşmiş Ştatların strateji planlarında əsas rolunu davam etdirəcəkdir. Amerikada
Türkiyə informasiya bürosunun rəhbəri Şükrü Esmer Marşall planı haqqında
yazdığı geniş məqalədə Türkiyənin bu və ya digər formada həmin plan üzrə
yardım alacağını əsaslandırırdı (8).
1948-ci ilin yanvarında Britaniya xarici işlər naziri E.Bevinin icma palatasında
çıxışı Türkiyədə böyük maraqla qarşılandı. Sovet təhlükəsinə qarşı dayanmaq
üçün E.Bevin qərb blokunun yaradılması ideyasını irəli sürürdü. Türk mətbuatı
onun çıxışını İkinci Dünya müharibəsindən sonra ən mühüm çıxış kimi
qiymətləndirirdi. Sovet nəzarəti altında olan ölkələrin bloklaşması və kommunist
ideologiyasının coğrafiyasının
457
genişlənməsi Britaniyanı təkcə Qərb blokunun deyil, eyni zamanda Yaxın və Orta
Şərqi, Aralıq dənizi hövzəsini əhatə edəcək Orta Şərq blokunun yaradılmasının
təşəbbüsçüsü etmişdi. Türkiyənin bu təşəbbüsə marağı Sovetlərin Balkanlarda
yeritdiyi siyasətin onun üçün ciddi təhlükə törətməsi ilə izah edilirdi. Cinahdan
sıxılma cəhdlərinə qarşı Türkiyə Yaxın Şərqdə nəzərdə tutulan "təhlükəsizlik
bloku"na daxil olmaqda maraqlı idi. Türkiyə ilə İran, İraq, Suriya, Livan, Fələstin,
Transiordaniya və Misir arasında formalaşan dostluq atmosferi onun belə bir
blokda aparıcı rol oynayacağına ümid yaradırdı. Beləliklə, ABŞ tərəfindən
müdafiə olunan Britaniyanın Sovet İttifaqı əleyhinə istiqamətlənmiş qərb və orta
şərq blokları yaratmaq ideyası Türkiyə tərəfindən maraqla qarşılanırdı.
Yanvar ayının ortalarında Brumen Vaytın "Qlazqo Herald" qəzetində dərc
olunmuş "Türkiyə və soyuq müharibə " məqaləsi "Le jurnal d Oriyan"da yenidən
nəşr olundu. Məqalədə Türkiyənin xarici siyasəti Balkanlarda və xüsusilə
Yunanıstanda baş verən son hadisələrin işığında araşdırılırdı.V.Vayt yazırdı:
"Baxmayaraq ki, rus radiosu bir vaxtlar Sudet vilayətinin ilhaq edilməsi ərəfəsində
Gebbelsin sözlərini xatırladan təhqiramiz fikirlərini təkrar edir, lakin indi bu
təhqirlər getdikcə daha az effekt verir. Tamamilə aydındır ki, belə radio
verilişlərinin Türkiyənin qətiyyətini, onun sərhədlərinə ola biləcək hər hansı
hücuma qarşı müqavimətini qıracağını gözləmək olmaz". V.Vayt yazırdı: "İgidlik,
milli iftixar və şərəf türk xalqının dərin köklərindən gələn saciyyəvi
xüsusiyyətidir. Sovetlər bunu yaxşı bilir, lakin əgər bu keyfiyyətləri zəiflədə
bilmirlərsə, ruslar təhdid təbliğatı aparmaqla Türkiyənin iqtisadi həyatını
pozmağın mümkünlüyünü həmişə diqqət mərkəzində saxlayırlar". B.Vayttın
fikrincə, Atatürkün Türkiyədə görməyi arzuladığı işlər bu gün Türkiyədə həyata
keçirilirdi. Atatürkün siyasəti onun sağ əli olmuş və hazırda varisi prezident
İ.İnönü tərəfindən yeridilirdi (9).
1948-cilin yanvar ayının 26-da Türkiyə milli mücadilə dövrünün tanınmış
simalarından sayılan Şərq cəbhəsinin qəhrəmanı, Türkiyə Böyük Millət Məclisinin
sədri Kazım Karabekir paşanı itirdi. Onun vəfatı ilə bağlı prezident İ.İnönü "Ulus"
qəzetinin 29 yanvar tarixli sayında vida sözü ilə çıxış edib Kazım paşanın keçdiyi
həyat yolunu, qəhrəmanlıq yürüşlərini, şəxsi keyfiyyətlərini yüksək
qiymətləndirirdi. O, yazırdı: "Bizim xalqımız Kazım Karabekirin milli azadlıq
mübarizəsi qarşısında xidmətlərini iftixar hissi ilə tarixə qeyd edəcəkdir. Şərq
cəbhəsinin komandanı kimi böyük ustalıqla o, bizim milli azadlıq hərəkatımızın
təhlükəli yürüşlərinə rəhbərlik etdi və onu tam qələbəyə qədər apardı". İ.İnönünün
vida sözü ilə bağlı bu yazını geniş təhlil edən Ankaradakı Sovet səfirliyinin birinci
katibi S.Kiktev həmin yazıda Sovet İttifaqı ilə bağlı məsələlərə xüsusi diqqət
verərək SSRİ Xarici İşlər Nazirliyinə yazırdı: "Yanvar ayında türk mətbuatının
Sovet-Türk münasibətlərini