Microsoft Word Heyvanlar alemi cavab az doc



Yüklə 181,51 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix26.10.2017
ölçüsü181,51 Kb.
#6618
1   2   3   4   5   6   7

“gübrə” toplanmışdır. Burada  biogen elementlərin tükənməz ehtiyatı – azot, fosfor 

və silisium vardır. Dəniz orqanizmlərində toplanmış çoxlu miqdarda üzvi maddələr 

onların ölümündən sonra həyat fəaliyyəti üçün məhsul kimi yenidən dəniz suyuna 

daxil  olur.  Beləliklə,  canlı  orqanizmlər  öz  bədənlərilə  suya  müxtəlif  maddələr 

qaytarırlar.  

   Dəniz  faunası  olduqca  müxtəlif  olub,  heyvanlar  aləmi  üçün  səciyyəvi  olan 

özünəməxsus  əlamətlərə  malikdir.  Okean  heyvanlarının  hərəkətli  olması,  okeanın 

eynicinsli mühitə malik olması, okean və dənizlərin bir-birilə birləşməsi hər şeydən 

ə

vvəl,  onların  yayılmasına  təsir  göstərən  ekoloji  faktorlardan  asılıdır.  Okean  və 



dənizlərin  orqanizmləri  aşağıdakı  qruplara  bölünür:  1.  Plankton  –  su  qatında 

yaşayanlar;  2.  Bentos  –  suyun  dibində  yaşayanlar;  3.  Nekton  –  suda  sərbəst 

üzənlər; 4. Perifiton – sudakı əşyalara yapışaraq yaşayanlar. 

    


36. Azərbaycanın yarımsəhra və çöl zonasının heyvanları. 

   Buraya  Kür-Araz  ovalığı  və  Naxçıvanın  Arazboyu  düzənliyi  aiddir.  Burada 

yarımsəhra,  şoranlıq,  bozdağlar,  Kürsahili  tuqay  meşələri  və  Xəzər  sahillərinin 

qumluqları kimi landşaftlar vardır. Açıq yarımsəhrada ceyran, tülkü, porsuq, xallı 

safsar,  gəlincik,  gəmiricilərdən  çöl  siçanı,  qırmızıquyruq  siçan,  Boqdanov  çöl 

siçanı,  Vilyams  ərəbdovşanı,  xırda  ərəbdovşanı,  bozdağ  siçanı,  meşə  siçanı  və 

dovşan, quşlardan daşquşu, boz torağay, kəkilli torağay, çöl torağayı, qaraqarın çil, 

qırmızı  ördək,  avdot  cüllütü,  adi  göyərçin,  ev  yapalağı,  qara  çalağan,  leylək,  çöl 

qaraquşu,  ağbaş  Asiya  kərkəsi,  leşyeyən  qartal,  zağca,  sığırşın,  ağ  leylək, 

sürünənlərdən  tısbağalar,  kərtənkələlər,  gürzə,  təlxə,  kor  ilan,  suda-quruda 

yaşayanlardan  qurbağalar,  həşəratlardan  əqrəb,  skolopendr,  zəhərli  qaraqurd, 

gənələr,  donuzanqurdu,  dəvədəlləyi  və  s.  yaşayır.  Bozdağların  ən  səciyyəvi 

heyvanları  kaftar,  tülkü,  canavar,  yarasalar,  qaya  kəkliyi,  gekkon,  tuqay 

meşələrində  isə  çöl  donuzu,  qamışlıq  pişiyi,  çaqqal,  dovşan,  kirpi,  yarasalar, 

çalağan, bayquş, zığzığ, göycə qarğa, qurqur, sarıköynək, arıquşu, sərçə, qırqovul, 

turac, koramal və s.-dir. 

 

37. Azərbaycanın dağ meşələrinin heyvanları. 

   Buraya  Böyük  Qafqaz,  Kiçik  Qafqaz  və  Talışın  800-2200  m-də  yerləşən  dağ 

meşələri  zonası  aiddir.  Böyük  və  Kiçik  Qafqazda    nəcib  maral,  cüyür,  köpgər, 

Dağıstan turu, çöl donuzu, qonur ayı, vaşaq, meşə pişiyi, sincab, dələ, safsar, kirpi, 

gəlincik,  meşə  siçanı,  süleysin,  quşlardan  sarıköynək,  şanapipik  (hophop), 

ağacdələn,  süzər,  qar  quşu,  bülbül,  alaqanad,  bayquş,  qırmızıboğaz,  su  sərçəsi, 

arıquşu,  qaratoyuq,  sığırçın,  yapalaq,  sürünənlərdən  gürzə,  təlxə,  koramal,  suda-

quruda  yaşayanlardan  qurbağa  vardır.  Talış  meşələrinin  səciyyəvi  heyvanları 

bunlardır: cüyür, xallı bəbir, çöl donuzu, vaşaq, porsuq, dələ, köstəbək, qalxansifət 

ilan, kələz, kaftar, dağ siçanı, tülkü, canavar, çaqqal və s. 



 

38. Azərbaycanın yüksək dağ çəmənlikləri və qayalıqların heyvanları. 

   Buraya Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan və Talışın 2200 m-dən hündürdə 

yerləçən əraziləri aiddir.Burada məməlilərdən qaplan (qar bəbiri), dağ keçisi, qaya 

keçisi,  köpgər  (qarapaça),  Dağıstan  turu,  muflon  (dağ  qoyunu),  tülkü,  dovşan, 

canavar, kor köstəbək, quşlardan Qafqaz uları (dağ hind toyuğu), Xəzər uları, tetra, 

qırmızıdimdik,  alp  dolaşası,  dağ  qaratoyuğu,  dağ  ant  quşu,  qırmızıqarın 

işıldaquyruq, saqqallı quzuqapan kərkəz, ağbaş Asiya kərkəzi, sar, qızılquş (şahin, 

tərlan), sürünənlərdən qaya kərtənkələsi, qonur ilan, amfibilərdən xaçlıca qurbağa 

vardır.  Naxçıvanda  isə  Bezoar  keçisi  (qılıncbuynuz  keçi),  muflon,  qaplan,  Kiçik 

Asiya gürzəsi və  s. vardır. 

   Talışşın yüksək dağlıq ərazilərində (yüksək Zuvand dağ çölü) tülkü, dovşan, çöl 

siçanı,  kəklik,  qalxansifət  ilan,  xarabalıq  kələzi,  korca,  dağ  siçanı,  girdəbaş 

kərtənkələ  rast  gəlinir.  Bu  Zuvand  dağ  çölü  ran  dağ  yaylasının  Azərbaycan 

ə

razisinə girmiş hissəsidir. 



 

39. Xəzərin faunası. 

    Ümumilikdə  Xəzər  dənizində  1334  növ  heyvan  yaşayır  ki,  bunların  da  çox 

böyük  əksəriyyətini  onurğasızlar  təşkil  edir.  Hazırda  Xəzər  dənizində  yaşayan 

yeganə  məməli  heyvan  Xəzər  suitisidir  ki, bu  da  endemik  növ  sayılır.  Quşlardan 

Xəzərin  Qızılağac  görfəzində  bir  sıra  su  quşlarına,  o  cümlədən,  3  növ  qu,  2  növ 

qutan,  çəhrayı  flaminqo  (qızılqaz),  kəkilli  anqut,  qara  ördək,  qırmızıbaş  ördək, 

yaşılbaş ördək, qarabattağa rast gəlinir. Sürünənlərdən su ilanı və Xəzər tısbağası 

vardır.  Xəzərdə  111  növ  balıq  vardır  ki,  bunlardan  5  növü  qədim  balıq  olan 

qığırdaqlı balıqlardır. Bunlar nərəkimilərdir: bölgə, nərə, uzunburun, kələmo (qaya 

balığı),  cökə.  Qalanları  isə  sümüklü  balıqlardır:  kilkə,  kütüm,  külmə,  sıf,  çəki, 

durnabalığı, siyənək, xul balığı, ağ qızılbalıq, xəşəm, iynə balığı, ilan balığı, kefal, 

qızılbalıq və s. Onurğasızlardan xərçənglər (amfipodlar və ya yanüzən xərçənglər, 

mizidlər,  kum  xərçəngləri,  dəniz  tarakanı)  mollyusklar  (dreyssena,  kardium, 

didakna,  teodoks),  ağcaqanad  sürfələri,  su  böcəyi,  qurdlar  (nereis,  rotatorilər, 

planarilər), meduzalar və süngərlərə rast gəlinir. 

 

40. Azərbaycanın göl, çay, bataqlıq və su anbarlarının faunası. 

   Buraya  Kür,  Araz,  Tərtər,  Qanıx,  Qabırrı,  Qudyalçay,  Girdiman,  Ağsu,  Əlican, 

Ə

yriçay  və  bir  çox  dağ  çayları,  göllərdən  Sarısu,  Ağgöl,  Mehman,  Hacıqabul, 



Ağzıbirçala, Göygöl, Maralgöl, su anbarlarından isə Mingəçevir, Varvara, Şəmkir, 

Yenikənd, Araz, Mil-Muğan, Yekəxana, Aşıq Bayram, Nohurqışlaq, Cavanşir və s. 

aiddir.  Kür  çayının  və  onun  qollarının  faunası  Xəzər  dənizi  ilə  sıx  əlaqədardır. 

Xəzərin  bir  sıra  qiymətli  vətəgə  balıqları  kürü  tökmək  üçün  Kürə  girirlər.  Lakin 

Kürün  özünün  spesifik  balıqları  da  vardır.  Onların  35  növü  məlumdur.  Bunlara 



xramulya,  qumlaqça,  şirbit,  gümüşcə,  dağ  çaylarında  qızılxallı  və  ya  ala  balıq 

(forel)  geniş  yayılmışdır.  Qamışlı  göllərdə  və  bataqlıqlarda  çöl  donuzu,  qamışlıq 

pişiyi, çaqqal, su siçovulu, boz siçovul, çoxlu su quşları (ağ vağ, anqut, danquşu, 

sultan  toyuğu,  balıqcıl,  qamışquşu,  qarabattaq,  ördəklər,  boz  qaz,  boz  durna), 

sürünənlərdən  su  ilanı,  tısbağa,  suda-quruda  yaşayanlardan  qurbağa,  balıqlardan 

çəkı,  çapaq,  enlialın,  ağ  amur,  naxa,  durnabalığı,  sıf,  ilanbalığı,  tikanbalığı, 

həmçinin çay xərçəngi, su böcəkləri, mollyusklar (anodonta, korbikula), ağcaqanad 

sürfələri və s. yaşayır. 

 

41. Azərbaycanda heyvanların mühafizəsi və “Qırmızı Kitab”. 

   Azərbaycan Respublikası ərazisində heyvanları qorumaq məqsədilə 14 qoruq, 17 

yasaqlıq  və  2  ovçuluq  təsərrüfatı  yaradılmışdır.  Qoruqlar  bunlardır:  Böyük 

Qafqazda – Zaqatala,  lisu,  smayıllı, Pirqulu, Altıağac, Kiçik Qafqazda – Göygöl, 

Qaragöl,  Kür  dağarası  çökəkliyində  -  Şirvan,  Qızılağac,  Ağgöl,  Qarayazı, 

Türyançay,  Talışda  –  Hirkan,  Naxçıvanda  –  Ordubad.  Yasaqlıqlar  bunlardır: 

Böyük  Qafqazda  –  Qusar,  smayıllı,  Şəki,  Abşeron,  Kiçik  Qafqazda  –  Şəmkir, 

Qızılca,  Laçın,  Qubadlı,  Daşaltı,  Kür  dağarası  çökəkliyində  Kiçik  Qızılağac, 

Ağgöl,  Qarayazı-Ağstafa,  Bərdə,  Korçay,  Xəzər  dənizində  Gil  adası,  Bəndovan, 

Talışda  –  Zuvand.  Ovçuluq  təsərrüfatları  bunlardır:  Samux  və  Uludüzü.  Bundan 

başqa Əyricə qırqovulyetışdirmə təsərrüfatı da vardır. 

   Azərbaycanın  ilk  “Qırmızı  Kitabı”  1989-cu  ildə  SSR   dövründə  buraxılmışdır, 

Bu  kitabda  çoxlu  sayda  səhvlər  olduğuna  görə  ondan  istifadə  edilməmiş  və 

yenisinə  ehtiyac  yaranmışdır.  2-ci  “Qırmızı  Kitab”  artıq  müstəqillik  illərində, 

2013-cü  ildə  buraxılmışdır.  Bu  kitaba  223  növ  heyvan  salınmışdır.  Onlardan  80 

növ onurğasızlar, 6 növ suda-quruda yaşayanlar, 14 növ sürünənlər, 9 növ balıq, 72 

növ quş və 42 növ məməlilərə aiddir.  

42. Zaqatala qoruğu. 

Bu qoruq 1929-cu ildə Zaqatala və Balakən rayonları ərazisində təşkil edilmişdir. 

Qoruğun  sahəsi  23,8  min  ha-dır.  Zaqatala  qoruğu  Böyük  Qafqazın  cənub 

yamacında  yerləşir.  Şimaldan  Dağıstan,  qərbdən  Gürcüstan,  şərqdən  Baş  Qafqaz 

silsiləsi,  cənubdan  isə  Balakən  və  Zaqatala  meşə  təsərrüfatlarının  ərazisi  ilə 

həmsərhəddir. Onun ərazisi Böyük Qafqazın Quton zirvəsindən (3646 m) başlayıb, 

560  m  hündürlüyə  qədər  alçalır.  Deməli,  hündürlük  amplitudu  3100  m-dir. 

Qoruğun  uzunluğu  qərbdən-şərqə  40  km,  eni  isə  şimaldan  cənuba  5-12  km-dir. 

Qoruq bir-birindən ayrılan 2 hissədən ibarətdir. 

   Ərazisinin  95,4  %-i  meşə  və  dağ-çəmən  bitkiləri  ilə  örtülüdür,  4,5  %-i  isə 

qayalıqlar, uçqunlar və digər çılpaq sahələrdir. Qoruqda Qafqaz maralı, dağ keçisi 

(təkə və ya dağ kəli), köpgər, muflon, cüyür, çöl donuzu, qonur ayı, canavar, meşə 

dələsi, daşlıq dələsi, vaşaq, quşlardan Qafqaz uları, tetra, anqut, torağay, bildirçin, 



göyərçin,  alabaxta  və  s.  qorunur.  Qoruğun  nəzdində  “Təbiət  muzeyi” 

yaradılmışdır. 

 

43.  lisu qoruğu. 

Bu qoruq  Böyük Qafqazın  cənub yamacında,  Qax  rayonu  ərazisində 1987-ci  ildə 

yaradılmışdır. Qoruğun sahəsi 9,3 min ha olub, şimaldan cənuba 14 km, qərbdən 

şə

rqə isə 12 km məsafədə uzanır. Ərazinin 93 %-i meşə ilə örtülüdür. Ərazi  Böyük 



Qafqazln  dik  yamaclı,  çay  dərələri  ilə  parçalanmış  relyefə  malikdir.  lisu 

qoruğunun  faunası  növcə  qonşu  Zaqatala  və  smayıllı  qoruqlarından  az  fərqlənsə 

də, sayca xeyli zəngindir. Qoruqda nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu, 

qonur ayı, canavar,tülkü, meşə dələsi, daşlıq dələsi, gəlincik, porsuq, yenot, meşə 

pişiyi,  vaşaq,  dovşan,  süleysin,  siçan,  sincab,  ağdiş,  qonurdiş,  kirpi,  nalburun 

yarasa, quşlardan sarıköynək, şanapipik, ağacdələn, bayquş, sürünınlərdən  gürzə, 

koramal, təlxə, kərtənkələlər qorunur.  

 

44.  smayıllı qoruğu. 

   Bu  qoruq  1981-ci  ildə  Böyük  Qafqazın  cənub  ətəyində,  smayıllı  rayonu 

ə

razisində 



yaradılmışdır.  Qoruq  600-2250  m  hündürlükdə  yerləşir.  Sahəsi  5,5  min  ha-dır. 

Ə

razinin 84,5%-i meşə ilə örtülüdür.  smayıllı qoruğu 2 hissədən ibarətdir: 



   1-ci  (əsas)  hissə  dağlıq  ərazidən  ibarət  olan  Topçu  meşələrindədir.  Bu  hissə 

ş

imaldan subalp çəmənliyi, şərqdən Axoxçay boyunca Talıstan meşələri, cənubdan 



Topçu meşəsinin suayırıcı xətti və qərbdən Göyçay çayı ilə sərhədlənir. Hündürlük 

2250 m-ə qədərdir. 

   2-ci  hissə  isə  Qalıncaq  meşəliyinin  189  ha  sahəsini  tutur.  Qanıx-Əyriçay 

vadisinin şərqə davamı olan düzənlikdə yerləşir. Hündürlük 600 m-dir. 

   Qoruqda cüyür, nəcib maral, çöl donuzu, köpgər, təkə, qonur ayı, vaşaq, canavar, 

porsuq,  tülkü,  dovşan,  yenot,  çaqqal,  meşə  pişiyi,  dələ,quşlardan  qırqovul,  turac, 

qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn və s. qorunur. 

 

45. Pirqulu qoruğu. 



   Bu  qoruq  1968-ci  ildə  Böyük  Qafqazın  cənub  ətəyində,  Şamaxı  rayonu 

ə

razisində  yaradılmışdır.  Sahəsi  1,5  min  ha-dır.  Ərazisinin  94%-ni  meşələr  təşkil 



edir.  Qoruğun  ərazisi  3  ayrı-ayrı  hissədən  ibarətdir:  1.  Araxçın  sahəsi.  2.  Pirqulu 

sahəsi. 3. Cəngi sahəsi. Qoruq 800-2000 m hündürlükdə yerləşir. Qoruqda cüyür, 

nəcib  maral,  qonur  ayı,  çöl  donuzu,  təkə,  vaşaq,  canavar,  tülkü,  dovşan,  çaqqal, 

porsuq,  dələ,  quşlardan  qaratoyuq,  qırqovul,  alabaxta,  bildirçin,  sarıköynək, 

çobanaldadan,  ağacdələn,  qarğa,  və  s.  qorunur.  Qoruğa yaxın  ərazidə  AMEA-nın 

Ş

amaxı Astrofizika Rəsədxanası yerləşir.  



 


46. Altıağac qoruğu. 

   Bu qoruq Böyük Qafqazın şimal-şərq yamacında, Xızı rayonu ərazisində 1990-cı 

ildə yaradılmışdır. Sahəsi 4,4 min ha-dır. Qoruğun ərazisinin 90%-ni meşə tutur.  

   Altıağac qoruğunda və ona qonşu ərazilərdə Qafqazın digər sahələrinə nisbətən 

heyvanlar  aləmi  nisbətən  azdır.  Bunun  da  başlıca  səbəbi  Azərbaycanın  digər 

ə

razilərində  olduğu  kimi,  qanunsuz  ovçuluqdur.  Burada  heyvanlar  aləmi  qonşu 



Pirqulu qoruğundakından həm növcə, həm də miqdarca xeyli azdır.  

   Qoruqda  cüyür,  qonur  ayı,  çöl  donuzu,  vaşaq,  yenot,  tülkü,  dələ,  canavar, 

quşlardan qırqovul, alabaxta, qaratoyuq, bildirçin, çobanaldadan, çöl qartalı, və s. 

qorunur. 

   Qoruqda  heyvan  və  quşlar  qeyri-bərabər  paylanmışlar.  Bu  da  ayrı-ayrı  landşaft 

sahələrinin müxtəlif keyfiyyətlərə malik olması ilə əlaqədardır. 

   Əvvəllər  burada  Ussuriya  xallı  maralları  saxlanılırdı.  Lakin,  sonradan  onları 

cənuba, Lənkəran rayonundakı Hirkan qoruğuna köçürtdülər. 

 

47. Türyançay qoruğu. 

   Bu  qoruq  1958-ci  ildə  Kür-Araz  ovalığının  Şirvan  düzündə,  Ağdaş  və  Yevlax 

rayonları ərazilərində yaradılmışdır. Sahəsi 12, 6 ha-dır. Qoruğun sahəsinin75%-i 

meşəlikdir.  Qoruğun  ərazisi  alçaq  dağ  tirələrindən  ibarətdir.  Ərazi  kəskin 

parçalanmış relyefə malikdir. Qoruq 300-600 m hündürlükdə yerləşir. 

   Qoruqda  qonur  ayı,  çöl  donuzu,  porsuq,  dələ,  tülkü,  dovşan,  çaqqal,  vaşaq, 

canavar,  quşlardan  qırqovul,  kəklik,  göyərçin,  qurqur,  ağbaş  Asiya  kərkəsi, 

leşyeyən  qartal,  qara  kərkəs,  sərçələr,  qaratoyuq,  zığ-zığ,  payız  bülbülü,  dağ 

vələmirquşu,  arıquşular  və  s.,  sürünənlərdən  çoxlu  gürzə,  kərtənkələlər,  Xəzər 

tısbağası vardır. 

   Qış  yalarında  Böyük  Qafqazın  yamaclarının  sərt  hava  şəraiti,  qalın  qar  örtüyü 

heyvanları  nisbətən  isti  aşağı  dağlıq  sahələrə,  xüsusilə  də  Türyançay  qoruğunun 

ə

razisinə  toplaşmağa  məcbur  edir.  Ona  görə  də  burada  qışda  məməli  heyvanlar 



daha çox olur. Deməli, qoruğun ərazisi heyvanların ən əlverişli qışlaq yeridir. 

 

48. Qarayazı qoruğu. 



   Bu  qoruq  1978-  ci  ildə  Qazax  rayonu  ərazisində  Kürsahili  Qarayazı  düzündə 

yaradılmışdır. Qarayazı qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və 

Qarayazı  düzünün  xeyli  hissəsini  əhatə  edir.  Onun  sahəsi  6  min  ha-dır.  Ərazinin 

72%-ni Kürətrafı tuqay meşələri təşkil edir. 

   Qarayazı  qoruğunda  nəcib  maral,  qunduz,  dələ,  gəlincik,  dovşan,  çöl  donuzu, 

tülkü,  çaqqal,  çöl  pişiyi,  süleysin,  quşlardan  qırqovul  ,  göyərçin,  alabaxta, 

qaratoyuq,  ağacdələn,  sığırçın,  bülbül,  ördək,  su  fərəsi,  sürünənlərdən  su  ilanı, 

gürzə , təlxə, kərtənkələ, tısbağa, amfibilərdən qurbağalar vardır. 




   Qoruq  ərazisində  balıqlardan  şəmayı,  çapaq,  naxa,  şirbit  və  s.  Kürün  daimi 

sakinləridir.  Qoruğun  əsas  vəzifələrindən  biri  də  buradakı  heyvanlar  aləmini 

qorumaq,  onların  təbii  yolla  çoxalmaları  üçün  əlverişli  şəraiti  mühafizə  edib 

yaxşılaşdırmaqdır. 

 

49. Şirvan qoruğu. 

   Bu  qoruq  1969-cu  ildə

  Kür-Araz  ovalığının  şərqində,  Cənub-Şərqi  Şirvan 

düzündə, Salyan və Neftçala rayonları ərazisində yaradılmışdır. Onun sahəsi 25,7 

ha-dır.  Qoruğun  yaradılmasında  başlıca  məqsəd  yarımsəhra  landşaftının  əsas 

komponentlərini – ceyranları və su quşlarını qorumaq, ceyranların yaşayış şəraitini, 

yem bazasını, bioloji xüsusiyyətlərini və artırılması yollarını öyrənmək üçün elmi-

tədqiqat işləri aparmaqdır.  

   Bu  qoruq  yaradılarkən  Azərbaycanda  ceyranların  sayı  katastrofik  dərəcədə 

azalaraq,  cəmi  77  baş  təşkil  edirdi.  Bunun  da  əsas  səbəbi  təkcə  brakonyerlik 

deyildi. Kür-Araz ovalığının çox böyük bir ərazisinin əkin sahələrinə çevrilməsi də 

ceyranların sayının azalmasına öz mənfi təsirini göstərdi. Çünki, tarlalarda əkilən 

pambıq ceyranların təbii yemi olan yovşanı sıxışdırıb çıxarırdı. 

   Hazırda qoruqda ceyranlar  xeyli  artmış və  buna görə də,  onları  buradan yavaş-

yavaş respublikanın digər bölgələrinə köçürürlər. 

   Şirvan qoruğunda ceyranlarla yanaşı qunduz, çöl donuzu, tülkü, canavar, dovşan, 

çaqqal,  Xəzər  suitisi,  porsuq,  quşlardan  turac,  bəzgək,  dovdaq,  qu,  boz  qaz, 

flaminqo,  Quba qazı,  qızılbaş  ördək, boz ördək, bizquyruq  ördək, qara leylək, ağ 

vağ, boz vağ, sarı vağ, balıqlardan çəki, çapaq, sıf, durna balığı, həmçinin, su ilanı, 

gürzə, kərtənkələ, tısbağa, təlxə, qurbağalar və s. vardır. 

 

50.Qızılağac qoruğu. 

   Bu  qoruq  1929-cu  ildə  Xəzər  dənizinin  Azərbaycan  sahillərindəki  ən  böyük 

görfəzi  olan  Böyük  Qızılağac  görfəzində,  Lənkəran  rayonu  ərazisində  təşkil 

edilmişdir.  Sahəsi  88,3  min  ha  olub,  Azərbaycanın  ən  böyük  qoruğudur.  Onun 

ə

razisinin 58,4%-ni su təşkil edir. Burada çoxlu qamışlıq sahələr vardır ki, bunların 



arasında bir çox su quşları yuvalayaraq, bala çıxarırlar. 

   Qızılağac  qoruğunun  yaradılmasında  əsas  məqsəd  zəngin  su  quşları  aləmini 

qorumaqdır.  Burada  həm  yerli  quşlar,  həm  qışda  tundra  zonasından  uçub  gələn 

qışlayan  quşlar,  həm  də  yayda  Afrikadan  uçub  gələn  yaylayan  quşlar  qorunur. 

Qoruqda flaminqo (qızıl qaz), 3 növ qu quşu (harayçı qu, fısıldayan qu, kiçik qu), 

Misir  vağı,  iri  ağ  vağ,  sarı  vağ,  çəhrayı  qutan,  qıvrınlələk  qutan,  qara  leylək, 

mərmər  cürə,  dəniz  qartalı,  məzar  qartalı,  berkut,  turac,  dovdaq,  bəzgək,  sultan 

toyuğu,  ərsindimdik,  qırmızıdöş  qaz,  cüllüt,  qarıldaq,  qarabattaq,  qaşqaldaq, 

qaravay,  marek,  bizquyruq  ördək,  qara  ördək,  torağay,  yaşılbaş  ördək,  enliburun 

ördək,  məməlilərdən  çaqqal,  tülkü,  qamışlıq  pişiyi,  porsuq,  ağdiş,  qunduz,  kirpi, 




dovşan,  su  siçovulu,  sürünənlərdən  su  ilanı,  tısbağa,  koramal,  təlxə,  gürzə, 

amfibilərdən  qurbağalar,  balıqlardan  isə  çəki,  çapaq,  sıf,  külmə,  naxa,  kefal, 

kütüm,  siyənək,  kilkə  rast  gəlinir.  Yuvalama  dövründə  quşların  ümumi  sayı  on 

milyondan çox olur. 

 

 

 



 

 

 

 

     


 

 

 



 

 

Yüklə 181,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə