Microsoft Word Hikmet 15. doc



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə6/57
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76442
1   2   3   4   5   6   7   8   9   ...   57

14   Щикмят 
 
 
 
Ey 
əxi, nəfs itdir, onu çək dara, 
Ruzi üçün açma 
əl alçaqlara, 
Dadma paxıl rizqini, ye torpa
ğı, 
Torpaq olub, olma r
əzil tapdağı. 
Qoy 
əlinə, qəlbinə batsın tikan 
İşlə, çalış, durma bekar bircə an. (sitat: Səfərli, Yusifov, 1982: 96) 
 
Bilindiyi kimi, halal v
ə haram məsələsi cəmiyyətdə bir çox problemlərin 
yaranmasına v
ə ya qarşısının alınmasına səbəb ola bilər və bu kontesktdə bir 
əsnaf təşkilatı olan əxilikdə birləşənlər mütləq bir peşə sahibi olmalı, 
dolanı
şığını alın təri ilə qazanmalı idi. Hətta, “dolanışığını  təmin edəcək bir 
m
əslək və ya sənəti olmayanlar əxi ola bilməzdilər”. (Çalışkan, İkiz, 1993: 24)  
Nizami G
əncəvi “Məxzənül-əsrar”dan verdiyimiz misralarda və xüsusilə 
d
ə bu əsərindəki “Kərpickəsən qocanın bir gənclə hekayəti” və “Süleyman və 
qoca 
əkinçi” kimi didaktik hekayələrində  əxiliyin həmin prinsipinə uyğun 
öyüdl
ər vermişdir. Süleyman padşah olsa da, digərlərinin qazancı ilə 
dolanı
şığını təmin etdiyi üçün şairin və susuz səhralarda əkdiyi torpağı alın təri 
il
ə sulayan əkinçinin nəzərində dəyərsizdir və hər ikisi tərəfindən tənqid edilir: 
 
Kür
əyimin təridir – mənim suyum, selim də
Bu d
əmir dırnağımdır xış əvəzi belim də
Şah deyiləm, məmləkət dərdi çəkib yıxılım, 
Ömrü boyu 
şadam ki, vardır dənim, taxılım. (Gəncəvi, 1981: 82) 
 
“B
əşərin düşkünlüyü və keşməkeşli həyat” başlıqlı beşinci məqalədə 
yen
ə əxiyə müraciətlə halal zəhmətlə dolanmağın üstünlüyündən bəhs edilir: 
 
Quduz n
əfsi yaraşmaz, ey əxi – qardaş, sənə
Haram süfr
ə başında haramdı bardaş sənə(Gəncəvi, 1981: 88)  
 
Bilindiyi kimi, “
Əxilik, başqalarının  əsiri olmamaq üçün doğruluğu, aç 
qalmamaq üçün s
ənət öyrənməyi, başqalarından üstün yaşamaq üçün 
f
əzilətliliyi, hər işdə  ağılla hərəkət etməyi, uğur qazanmaq üçün bilik sahibi 
olma
ğı, yaxşılığa daima yaxşılıqla cavab verməyi,  əgər rahatlığını itirmişsə, 
s
əbr və  məntiqlə davranmağı, Allahı və insanları sevməyi təşviq edən, duz-


Ədəbiyyatşünaslıq
 
 15 
 
 
çör
əyi bol, süfrəsi açıq, yaxşı insanların cəmiyyətidir”. (http://www. 
ozcanbortepe.com/ahi-evran-v
ə-ahilik.htm-09.10.2008)  
K
ərpickəsən qoca və gəncin hekayəsində də başlıca məsələ ac qalmamaq 
üçün s
ənət öyrənmək və bu istiqamətdə  gənclərə öyüd verməkdir. Yəni 
dolanı
şığını kərpic kəsməklə  təmin edən qocaya cavan bir adamın lağ etməsi 
müqabilind
ə qocanın dili ilə halal zəhmətin təbliği dayanır: 
 
Qocalar k
ərpic kəsər, halallıqla yaşayar, 
Köl
ələr, əsir qullar ağır yüklər daşıyar.  
Qar
şında boyun büküb əl açmayım deyə mən, 
Əzəldəəl atmışam belə bir peşəyə mən. 
N
ə xəzinə yığanam, nə də tirmə geyənəm, 
Öz halal z
əhmətimin çörəyini yeyənəm. 
Halalca nem
ətimə naşükür olma mənim, 
Nem
ətə xor baxana nemət qənimdir, qənim. (Gəncəvi, 1981: 91)  
 
Əsərlərində  əxilərə öyüd verən Nizaminin yaşadığı dövrdə bu təşkilatın 
Az
ərbaycanın hər bir bölgəsində mövcudluğu əhalinin müəyyən qisminin onlara 
r
əğbət bəsləməsinə sübut ola bilər. R.Hüseynovun və M.Heydərovun verdikləri 
bilgiy
ə görə, əski Gəncədə “Comərd Qəssab” türbəsi mövcuddur və türbənin adı 
əxiliklə bağlıdır. Hətta  şairin adının önündəki “Şeyx” kəlməsi də  əxilərdən 
birinin ruhani ba
şçısı anlamında olması ehtimalını üzə çıxarır: “Böyük ehtimalla 
Nizami “
Şeyx” rütbəsini alimliyinə görə deyil, hər hansı bir əxinin mürşidi 
oldu
ğu üçün almışdır. Çünki belə bir rütbəni Nizaminin Kiçik Asiyadakı 
ça
ğdaşı Əxi Evran Xoyi də daşımışdır”. (Qeydarov, 1987: 22)  
B
əlli olduğu kimi, Nizaminin əsərlərinə yüzlərlə nəzirələr yazılmışdır və 
G
əncəli  şairin təsiri altında qələmə alınan əsərlərdən biri XIII-XIV əsr türk 
ədəbiyyatının tanınmış siması və özü də  əxi olan, “Kəraməti-Əxi Evran” 
ba
şlıqlı  əsərində  məşhur  əxi  Şeyxini öyən Gülşəhridir. Akademik Həmid 
Araslıya gör
ə o, “Məntiqüt-teyr” adlı əsərinə daxil olan “Büşrname” başlıqlı 
dastanını Nizaminin “Bü
şr və  Məlixa”sının (“Həft peykər”) təsiri altında 
yazmı
şdır, daha doğrusu, dastanı Türkcəyə  sərbəst olaraq çevirmişdir. (bax: 
Araslı N. Nizami v
ə türk ədəbiyyatı, s. 146). Gülşəhrinin təsvir etdiyi Büşr, bir 
əxidir və əsərdə əxiliklə bağlı məlumatlar yer tutmaqdadır. Hüd-hüddən əxiliyin 
prinsip v
ə qaydalarını öyrənən şair xüsusi əhəmiyyət daşıyan üçlük qaydasına 
uymayan 
əxiləri tənqid edir: 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə