Microsoft Word Hikmet 15. doc



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76442
1   2   3   4   5   6   7   8   9   ...   57

8   Щикмят 
 
 
larında v
ə bəyənilmiş əxlaqında şəkk-şübhə yaratdılar. İş o yerə çatdı ki, onların 
şəxsiyyətlərini eybəcərləşdirdilər. Onların şücaətini xəyanət və yalançılığa, 
İslama olan məhəbbətini heyvani nəfsi məhəbbətə çevirdilər. Bütün bunlar 
xristianların hicri-q
əməri 5-ci əsrdə  Şama, eləcə  də tatarların və monqolların 
hücumuna z
əmin yaratdı. 
Seyid Camal
əddin həmin fəsad dolu təlimlər vasitəsilə formalaşmış 
u
ğursuzluq nəticəsində insanların İslamdan uzaqlaşmasına işarə edir və belə 
n
əticə çıxarır: tarixçilər müsəlmanların zəifləməsi və süqut nöqtəsini səlib 
yürü
şündən saysalar da, yaxşı olar ki, onun başlanğıcını həmin fəsadlı təlimlərin 
v
ə batil fikrlərin yayılmasından hesab edək.  
Seyid ilk müs
əlmanları öz dövrünün müsəlmanları ilə müqayisə etdikdən 
sonra 
İslam ümmətinin nicat yolunu İslama qayıdışda və onun həyatverici 
əmrlərinə əməl etməkdə görür. Buna görə də din islahatçılarının sözlərinə qulaq 
asma
ğı və onların dəvətini qəbul etməyi istəyir.  
Onun fikrinc
ə, dünya müsəlmanları  əsl  İslama qayıtmaq üçün lazımi 
hazırlı
ğa malikdirlər. Buna görə də, hər kəs İslamı və İslam ümmətini diriltmək 
üçün qiyam etm
əlidir və belə olduqda az bir müddət ərzində onların şüurlarında 
dini t
əfəkkür oyana bilər. Xalqlar özlərinin nicatı üçün İslama söykənməklə 
qiyam etdikl
əri zaman son mərhələyə və qalib olana qədər mübarizə aparacaqlar.  
Seyid öz z
əmanəsinin ziyalılarına xəbərdarlıq edir: "Müsəlmanlara nicat 
verm
ək istəyən hər bir şəxs bizim təklif etdiyimiz yol ilə öz ümmətini islah 
etm
əlidir, yoxsa lazımi nəticəni əldə edə bilməz və tərbiyə prinsiplərinin əksinə 
h
ərəkət etmiş olar. O öz ümmətinə bədbəxtlikdən başqa heç nə verə bilməz".  
Seyid Camal
əddin sözünün davamında ərəb xalqının tarixi təcrübəsini 
xatırladır v
ə müsəlmanların və bütün bəşəriyyətin nicatı üçün İslam potensialın-
dan yararlanma
ğı vurğulayır.  
O, lazımi z
əmin hazırlanandan sonra İslama qayıdış yolunu belə  təsvir 
edir: 
1.
 
İslamın həqiqi simasını tanıtmaq 
2.
 
İslamı xurafat və bidətlərdən təmizləmək.  
(davamı var)


Ədəbiyyatşünaslıq
 
 
 
 
Ədəbiyyatşünaslıq 
 
 
 
Elmira M
əmmədova
 
 
 
 
N
İZAMİNİƏXİLİ
KONTEKST
İNDƏ İCTİMAİ GÖRÜŞ 
V
Ə OBRAZLARI 
 
 
 
Nizami G
əncəvinin əxiliklə əlaqəsinə  
dair m
ənbələr və mülahizələ
 
Dünya 
şöhrətli şair və mütəfəkkir Nizami Gəncəvi (XII əsr) haqqındakı 
ara
şdırmaların  əhatəsi və sayı böyükdür. Bu araşdırmalarda onun həyatından, 
mühitind
ən bəhs ediləndə çox zaman əxiliklə əlaqəsindən də söz açılmışdır. Bu 
c
əhətə Azərbaycanlı,  İranlı, Rusiyalı, Türkiyəli müəlliflərin  əsərlərində rast 
g
əlirik. Ümumiyyətlə, son iki əsrdə aparılan araşdırmaların istinad etdiyi əsas 
qaynaq “T
əzkireyi-Dövlətşah”dır. Təzkirədəki “Şeyx Nizami, Əxi Fərəcəyi 
Z
əncaninin (Tanrı onun əziz sirrini təqdis etsin) müridlərindən idi” (Dövlətşah, 
1990: 213) cüml
əsi araşdırıcıların mübahisəsinə səbəb olmuş, bəziləri bu şəxsin 
onun h
əqiqi (birbaşa) mürşidi olduğunu, bəziləri isə yaşam tarixləri uyğun 
g
əlmədiyi üçün sadəcə onu özünə  xəyali olaraq mürşid qəbul etdiyini qeyd 
etmi
şlər. Nazir Akalın (1998: 73-74) “Nizami Gəncəvinin həyatı,  ədəbi 
şəxsiyyəti və  əsərləri” başlıqlı məqaləsinin “Mürşidi” adlı bölümündə  bəzi 
t
əzkirələrə  və Vilhelm Baxer, Ahmed Atəş kimi araşdırıcıların yazdıqlarına 
istinad
ən  Şeyx  Əxi Fərəci-Zəncaninin onun mürşidi olması ehtimalını şübhə 
altına alır: “Dövl
ətşah, Lütfəli Azər, Məhəmməd Qüdrətullah Qupaməvi və Rza 
Kulixan Hiday
ət kimi təzkirə müəllifləri ilə  ədəbiyyat tarixçisi Şibli Nu’mani 
şairin sülûk aləmində, məşayihin məşhurlarından  Şeyx  Əxi Fərəci-Zəncaninin 
irad
əsinə  təslim olduğunu qeyd edirlər. Ahmed Atəş, bu şeyxin “Həft  İqlim” 


10   Щикмят 
 
 
əsərindən Zəncandan kənara getmədiyinin bəlli olduğunu və ölümünün 
557/1181-1182-ci il
ə təsadüf etdiyini, yenə Gəncədən çıxmayan Nizaminin də 
onunla görü
şüb müridi olmasının həm zaman, həm də  məkan baxımından 
imkansızlı
ğını vurğulayır. Ancaq Atəşin qeyd etdiyi bu tarix, Nizaminin adı 
ç
əkilən  Şeyxin müridi olması tezisini ortadan qaldırmağa yetərli bir dəlil 
deyildir.” Akalın 
şairin ümumiyyət tərəfindən qəbul edilmiş doğum tarixi ilə 
(1135-1145) 
Şeyxin yaşam tarixində zaman uyuşmazlığı olmadığını qeyd edir.  
Amma “Tarixi-Güzid
ə”də adı çəkilən  şeyxin ölüm tarixinin 457/1064-cü il 
oldu
ğunu və belə olan halda Nizami Gəncəvinin  əxi  şeyxinə müridlik edə 
bilm
əyəcəyi həqiqətinin üzə çıxdığını yazır.  
Bu probleml
ə bağlı Claud Cahen adlı müəllifin  əsərində isə  aşağıdakı 
m
əlumatlar verilir: “...bildiyim qədər indiyə kimi bir əxi haqqında ən dəqiq və 
əski söz 460/ 1068-9-cu ildə Qullabi Hucvirinin dediyi sözdür. O, Əxi Fərəc 
Z
əncani adlı birisindən: “Bir az öncə öldü”, - deyərək bəhs edir. Daha sonrakı 
ill
ərin müəllifi kimi Cami də qaynaq göstərmədən bu Əxinin 457/1065-6-cı ildə 
öldüyünü deyir... 
Əxi Fərəcin yaşadığı dövrdə çox böyük şöhrət qazandığı 
şübhəsizdir. Çünki Dövlətşah tərəfindən qeyd edildiyinə görə, Nizami Gəncəvi 
onun mürididir. Bu iki 
şəxs arasında birbaşa əlaqənin mövcudluğu imkansızdır. 
Çünki Nizami miladi XII 
əsrdə yaşamışdır. Amma o, mütəsəvvüf olduğu üçün 
Əxi Fərəcin müridləri ilə əlaqədə ola bilərdi”. (Cahen, 1987: 591-592) 
Bu m
əsələyə Rusiyalı araşdırıcılar da toxunmuşlar. Bu baxımdan Krımski 
v
ə Bertelsin araşdırmalarında diqqəti çəkən məqamlar vardır. A.E.Krımski onun 
Əxi Evrənin müridi olmasını və digər böyük sufilər kimi həyatdan üz döndərib 
x
əlvətə  çəkildiyini ifadə etməkdədir. O, “Nizami və onun çağdaşları” adlı 
kitabında dahi 
şairin müridlərinə  və  Əxiliklə bağlantısına toxunarkən avropalı 
t
ənqidçilər tərəfindən aparılan tədqiqatlardan bəhs etməklə yanaşı, onlardan 
b
əzilərinin yanlışlarına da diqqət çəkir. Bu baxımdan Baxer və Broun kimi 
tanınmı
ş  şərqşünasların “mürid” və  “əxi” sözlərini səhv oxumaları və ya şərh 
etm
ələri nəticəsində Qərb şərqşünaslığında Nizami ilə bağlı yanlış bilgilərin əks 
olundu
ğunu qeyd edir. Sprenqerin bununla əlaqədar daha doğru məlumatlar 
verdiyini, y
əni Nizaminin tərcümeyi-halından bəhs edərkən  Əxi Fərrux  
Z
əncaninin (
Bu 
şəxsin adını kimiləri Fərəc, kimiləri də Fərrux şəklində oxumuşlar
) müridi 
oldu
ğunu qeyd etməsini vurğulayan Krımski  Hammerdəki məlumatları  əks 
etdir
ən Brounu hər kəsə yaxşı məlum olan “mürid” kəlməsinin mənasını 
bilm
əməkdə  və birincini Dövlətşahdakı izahı təhrif etməkdə günahlandırır. O, 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə