Microsoft Word Hikmet 15. doc



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə8/57
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76442
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

Ədəbiyyatşünaslıq
 
 19 
 
 
əkirlər. “Əxiliyin iqtisadi əsaslarını bu təşkilatın yaradıcısı və sistemin tətbiqçisi 
Əxi Evran: Keyfiyyətli, bol, ucuz məhsulun ictimai asayişin, sülhün 
qazanılmasında ön
əmli bir faktor olduğunu qeyd edir”. 
(http://64.233.183.104/search?q=cache:O8SYRUEREtoJ:www. 
ahilik.net/pages/4.doc+ahil
ərin+toplumsal+gorusu&hl=ru&ct=clnk&cd=2&gl=
az -09.10.2008) Bu 
şəhərdə də istehsal belədir: “Toxumu torpağa atır, qalanını 
Tanrıdan gözl
əyirik; biçin fəsli gəlmədikcə kimsə arpa, buğda əkininə getməz; 
özü-özün
ə bitən məhsuldan, birə qarşı 700 alırıq.” (sitat: Resulzade, 1991: 269)  

Əxilik insanın alın tərini dəyərləndirmiş, ticarət və istehsal sahəsində 
keyfiyy
əti hədəfləmişdir... Keyfiyyətsiz və pis mal istehsalı yasaqlanmışdır. 
Sosial yardımla
şma Ortaq Sandığı ilə qurulmuşdur”.  
(
http://sbe.dpu.edu.tr/7/43.pdf
.) 
İskəndərin gəldiyi şəhərin adamları da sosial 
yardımla
şmada, xüsusilə  də biri zərər gördükdə “Ortaq sandıq”dan  istifadə 
edirl
ər: 
Bizim aramızda, bils
ək ki əgər, 
Birin
ə yetişib bir işdə zərər. 
Biz öz kis
əmizdən onu ödərik, 
Verib mayasını t
əmin edərik. (Gəncəvi, 1982: 574) 
 
“Qarda
şlıq, həmrəylik zəminində;  əsgərləri, istehsalçıları, əməkçiləri, 
əsnafı birləşdirmək və beləcə dövləti gücləndirmək, sosial ədalət və sosial 
asayi
şə nail olmaq” (http://www.ozcanbortepe.com/ahi-evran-və-ahilik.htm-
09.10.2008) kimi t
əməl prinsiplərə malik  Əxilik toplumundakı təki bu şəhərdə 
d
ə sosial güvənlik ən önəmli məsələlərdəndir: 
 
O
ğrudan qorxmarıq, biz nə şəhərdə
Ke
şikçi qoyarıq, nə də çöllərdə
O
ğurluq eləməz bizdə bir nəfər, 
O
ğurlaya bilməz bizdən özgələr. 
N
ə zəncir, nə qıfıl görər qapılar, 
Göz
ətçisiz otlar bizim mal-davar. (Gəncəvi, 1982: 574) 
 
Əxi olan bu şərtləri daşımalı idi: “Dilini saxlamalı, dedi-qodu etməməli, 
pis söz söyl
əməməli, kimsənin eybini görməməli, kimsəyə pis gözlə baxmamalı, 
kims
ənin qüruruna, namusuna göz dikməməli idi”. 
(
http://www.ozcanbortepe.com/
ah
i-evran-v
ə-ahilik.htm-09.10.2008
) 
Şəhərdəkilər də bu əxlaqi xüsusiyyətlərə malikdirlər: 


20   Щикмят 
 
 
 
X
əbərçilik bilməz bir nəfərimiz, 
Özg
ənin eybinə göz yumarıq biz. 
Birini q
əzəbli, acıqlı görsək, 
Ona m
əsləhətlə elərik kömək. 
Heç k
əsi pis yola əsla çəkmərik, 
Fitn
ə axtarmarıq, qan da tökmərik. (Gəncəvi, 1982: 575)   
 
“... 
Əxi birliklərini Qərb və  Şərqdəki bənzər təşkilatlardan ayıran 
xüsusiyy
ət, din adamlarının da, dövlət adamlarının da əxilər üzərində hər hansı 
bir t
əsirinin olmamasıdır. Bunun nəticəsi olaraq əxilik sivil toplum 
qurulu
şlarının  ən  əski modelidir”. (
http://www.cerezforum.com/
əxilik-
haftasi
t12382.html?s=374f10401beef13ee65183f6a84ac541&-09.10.2008) 
“Bizl
ərdən biri rəhbər olarsa, hamımız ona fikirlərimizlə yardım edərik” (sitat: 
Resulzade, 1951: 269), - dey
ərək sivil bir toplum modelini İskəndərə  təqdim 
ed
ən, əsl demokratiyanı göstərən şair bunlar qarşısında İskəndərin heyranlıq və 
h
əsəd duyğularını da ifadə edir. İskəndər onların qarşısında özünü Peyğəmbər 
elan etm
əkdən çəkinir: 
 
El
ə bil dünyanı o pərvərdigar, 
Bu m
ərd insanlarçün etmiş bərqərar. 
Bunlar 
şövkət vermiş aləmə yəqin,  
Sütunu bunlardır bütün al
əmin. 

İskəndər görəndə onları dindar, 
Pey
ğəmbərliyini etmədi izhar. (Gəncəvi, 1982: 576)  
 
Bu toplum h
ər kəsin üzünə açıq olsa da, onun sərt qaydalarına uyma-
yanlar buradan qovulurlar. “
Əxiliyə girmiş və ustalıq şeti bağlanmış belə olsa, 
əxlaqsızlıq,  əyyaşlıq, zina, iftira və  xəyanət edənlər  əxilikdən çıxarılar, 
ustalıqdan dü
şər”. (Çalışkan,  İkizler, 1993: 24) Nizaminin təsvir etdiyi 
toplumda da eyni qaydalar vardır:  
 
Biziml
ə birlikdə o adam yaşar - 
Ki, ola bizimt
ək təmiz, pəhrizkar. 
Tutdu
ğumuz yoldan çıxsa bir insan, 
Kim olsa, qovarıq öz aramızdan. (G
əncəvi, 1982: 576) 
 


Ədəbiyyatşünaslıq
 
 21 
 
 
“Bu anlayı
şa (əxiliyə - E.M.) görə, din, dil, irq fərqi olmadan hər kəslə 
b
ərabərhüquqlu davranılır. Bir toplumda sosial təbəqələşmə ola bilər; fəqət ikisi 
arasındakı f
ərq çox olmamalıdır. Əxilik zənginliyə qarşı deyildir. Çalışmaq və 
istehsal etm
ək, alın təri ilə qazanmaq Əxilikdə bir qaydadır”. 
(
http://www.cerezforum.com/
ah
ilik-haftasi-t12382.html?s=374f10401bee 
f13ee65183f6a84ac541&-
09.10.2008). Bu ideyanın kökünd
ə Quran və 
islam maarifi dayanır.  

İskəndərnamə”dəki toplumun ən mühüm xüsusiyyətlərindən biri insanlar 
arasında mal b
ərabərliyinin olmasıdır: “Kimsənin kimsədən çox malı da yox; 
h
ər kəsin özünə görə neməti var”. (sitat: Resulzade, 1951: 269) “İskəndər 
pey
ğəmbərin axtarıb tapdığı bu ideal sistem, həkim Nizaminin, şübhəsiz, şəxsən 
gerç
əkləşməsini arzuladığı ictimai nizamın ta özüdür. Sovet şərqşünaslarından 
Bertelsi “
İskəndərnamə”nin “Cənnət - şəhər” haqqındakı əhvalatını oxuyarkən 
“h
əyəcanlı bir qürur və öyünmə duyğusu” qərq edir. Çünki Nizami bu ideal 
sosializmi 
şimalda, SSRİ-nin olduğu bir yerdə yerləşdirirmiş”. (Resulzade, 
1951: 270)  
Fikrimizc
ə, Sovetlər dövründə Nizami Gəncəvinin bədii əsərlərinə dövlət 
s
əviyyəsində, həm də bütün SSRİ daxilində olan böyük marağın və elmi 
t
ədqiqatların çoxluğunun  əsas səbəblərindən biri də bu dahi şairin, daha 
do
ğrusu, onun mənsub olduğu Əxilik təşkilatının ümumi prinsiplərinin dövrün 
ideologiyası v
ə sosializm prinsipləri ilə üst-üstə düşməsi idi. “Bütün ölkələrin 
z
əhmətkeşləri, birləşin”  şüarının rəhbər tutulduğu və feodallara nifrət
əməkçilərə sevgi duyğularının orta məktəblərdən universitetlərə  qədər bütün 
n
əsillərə sözdə  təbliğ edildiyi dönəmdə Nizaminin əsərləri bir vasitə  olaraq 
istifad
ə edilirdi. Bunu dövrün ədəbiyyat tarix və  tənqidi fikirlərində  də 

şahidə etməkdəyik. Böyük şairin halal zəhmətlə dolanmağı təbliği, dəfələrlə 
ayrı-ayrı hökmdarlarla 
əxlaqi vəzləri,  ədaləti müdafiə etməsi, tərbiyə 
mövzularına toxunması bu v
ə ya digər səbəblərlə dinlə, əxiliklə deyil, sosialist, 
materialist fikir baxımından 
şərh edilirdi. Təbii olaraq, Rəsulzadənin ifadə 
etdiyi kimi, “Dini 
əxlaqa və ictimai tənasübə əsaslanan “Nizami sosializmi” ilə 
dini r
ədd edən və siniflər qovğasını  əsas tutan qanlı “Rus sosializminin” bir-
birin
ə bənzər heç bir tərəfi yoxdur”. (Resulzade, 1991: 271)  
Bu kontekstd
ə Sovetlər dönəmində Nizami ilə bağlı aparılan tədqi-
qatlardan birind
ə əxilik mövzusuna necə toxunulduğuna diqqət çəkmək istərdik: 

Əxilərin zəhmətkeşlərə dini əqidəsindən asılı olmayaraq hörmət bəsləməsi və 
zalımlara qar
şı nifrət etməsi Nizaminin  dünyagörüşündə kök salmaqla, onun 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə