Microsoft Word Hikmet 15. doc



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə5/57
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76442
1   2   3   4   5   6   7   8   9   ...   57

Ədəbiyyatşünaslıq
 
 11 
 
 
Baxerin mürid m
əfhumunun anlamını bilməməsinə heyrətini dilə  gətirərək, 
onun Hammerin do
ğru izahını yanlış anlamasına da diqqət çəkir. Hammer bu 
ifad
ənin təsəvvüflə əlaqəsini vurğulamışdı. (Krımski, 1981: 55) Rusiyalı alimin 
Brouna ikinci t
ənqidi qeydi “əxi” terminini bilməməsi və  “əxu”  şəklində 
d
əyişdirməsidir. “… bu da maraqlıdır ki, XIV əsrdə yaşamış  İbn Batutanın 
əxilərdən geniş  bəhs etdiyi “Səyahətnamə”si çoxdan fransız dilinə çevrilmiş 
(1853-1859) v
ə bir neçə nüsxəsi nəşr olunmuş, qərbli alimlərin istifadəsinə 
verilmi
ş olduğu halda, Broun kimi bir ingilis alimi “əxi” (qardaşlar təşkilatının 
üzvü) sözünü anlamamı
ş  və Nizaminin mürşidi “Əxi Fərrux”un adını özünün 
anlayaca
ğı şəkildə, yəni “Əxu Fərrux” olaraq dəyişdirmişdir”. (Krımski, 1981: 
69-70) Bu kimi  yanlı
şlıqlar sonradan Avropa şərqşünaslığında da özünə yer 
etmi
ş  və  “İslam Ensiklopediyası”nda Nizami ilə bağlı bölümdə  də  əks 
olunmu
şdur.   
M
əşhur rus şərqşünası Bertels də şairin tərcümeyi-halından, mühitindən 
b
əhs edərkən onun əxiliklə  əlaqəsi məsələsinə toxunmuşdur. Onun qənaətinə 
gör
ə, Nizami heç bir təriqətə üzv olmamışdır və ya olmuşsa da, mömin dərvişlər 
bunu yazma
ğa qorxmuşlar. O, bunları Məhəmməd Dara-Şukuhun 1639-cu ildə 
tamamladı
ğı “Safinat al-auliya” adlı məşhur təzkirəsindən təqdim edir: “Həzrət 
Şeyx Nizami Gəncəvi…. Doğum yeri Gəncədir. Batini və zahiri elmlər ona 
yax
şıca bəlli idi. O, Əxi Fərrux Reyhaninin müridlərindəndi… ” (Bertels, 1962: 
90) 
Az
ərbaycanlı araşdırıcı M.H.Heydərov “XIII-XIV əsrlərdə Azərbaycanın 
şəhərlərində ictimai-iqtisadi əlaqələr və əsnaf təşkilatları” adlı kitabında Gəncə 
şəhərində əxi təşkilatı və əsnaf birlikləri məsələsinə toxunurkən Nizamidən də 
b
əhs edərək onun əxi olması üzərində dayanır. Bu şəhərdə əxilərin varlığına dair 
birba
şa bilgilərin yoxluğuna təəssüf edən araşdırıcı onların dünyagörüşünün, 
humanizminin, 
ədalət üçün cəhdlərinin böyük şair Nizaminin əsərlərində  əks 
olundu
ğunu qeyd edir.  
Nizaminin bu birliyin üzvlüyün
ə dair konkret məlumat yoxsa da, onun 
ça
ğdaşları və yaxın münasibətdə olduğu və haqlarında rəğbətlə söz açdığı 
M
əhsəti Gəncəvi və Xaqani Şirvaninin  əxiliklə  əlaqəsinə dair mülahizələr 
mövcuddur. Bu baxımdan R
əfael Hüseynovun “Məhsəti Gəncəvi-özü, sözü, 
izi” adlı kitabında G
əncə sənətkarları və onları vəsf edən XII əsr şairlərinin 
əsərləri,  şəhraşubları, Məhsəti, Xaqani, Nizami və digərlərinin  əxilik 
t
əşkilatı ilə bağlantıları barəsində mühüm məlumatlar vardır: “Bir sıra 


12   Щикмят 
 
 
tutu
şdurmalar və faktlar şəhraşublar və əxilər arasındakı bağlılıqlar zənnini 
do
ğurur. Bu özümlü şeir janrı və orta əsrlər şəhərinin həyatında mühüm rol 
oynamı
ş  əxilərin  əlaqələri işığında onları vəsf edən ilk şairlərdən biri kimi 
M
əhsətini görürük… Göründüyü kimi, əxiliyin mərkəzində gənclər dururdu 
v
ə bir çox əxi münasibətləri də məhz gənclərin ətrafında cərəyan edirdi. Bu 
baxımdan M
əhsəti  şəhraşublarının məhz cavan sənətkarlara həsr edilməsi 
t
əbii görünür”. (Hüseynov, 2005: 132-135)  Bu kontekstdə  Məhsətinin 
rübail
ərində  Qəssab adlı bir gəncin tez-tez vəsf edildiyini və bu adın 
G
əncədə əxiliklə əlaqəsi olan Comərd Qəssabı yada saldığını, eyni zamanda 
G
əncədə Xərabat adlı yerin təsvirinin (bu yer əxilərin məskəni hesab edilir) 
v
ə cavanmərd olmayanların buradan kənar edildiyini vurğulayan 
R.Hüseynovun ara
şdırmasının məqalə mövzumuzla bağlı mühüm tutarqa 
verdiyini söyl
əyə bilərik. R.Hüseynova görə, Xaqani Şirvaninin bir əsnaf 
ail
əsində doğulması, sonradan əsərlərində sənətkarlarla bağlı mövzulara yer 
verm
əsi onun da əxilərlə əlaqəsini meydana çıxarır.   
Nizaminin 
əsərlərində  də bir çox əsnaf, sənət adamlarının (çörəkçi, 
k
ərpickəsən, dəmirçi, toxuyucu, boyaqçı, həkkak, dulusçu, sap əyirən və s.) 
oldu
ğunu vurğulayan R.Hüseynov bu qənaətə  gəlir: “Nizami poemalarında 
da 
əxi dünyagörüşü ilə uyğun gələn yerlər az deyildir”. (Hüseynov, 2005: 
119)  
Nizami haqqında kitab yazanlardan biri – M
əmmədəmin Rəsulzadə həm 
onun t
əzkirələrdə adı çəkilən mürşidlərinin əxi olmalarını, həm də öz əsərlərinə 
istinad
ən bu təşkilata üzv ola biləcəyi ehtimalını qəbul edir: “Nizami Gəncəvi 
əxidirmi? Bu zamana qədər aparılan tədqiqatlarda  əsas diqqət Nizaminin 
mür
şidləri kimi Əxu Fərrux və  Əxi Fərəcin üzərinə  cəmlənmişdir. Bu şəxslər 
haqqında t
əfərrüatlı məlumat, təəssüf ki, yoxdur. Ancaq Nizaminin mürşidləri 
kimi anılan bu 
şəxslərin adlarındakı əxu və ya əxi kəlmələrinə istinad edən bəzi 
t
ədqiqatçılar bildirmişlər ki, böyük ehtimalla şairin müəllimləri əxilik təriqətinin 
üzvl
əridir. Burada belə bir metodu tətbiq etmək məntiqli olacaqdır. Öncə əxilik 
t
əriqətinə  mənsub  şəxslərin necə bir düşüncə sisteminə malik olduqlarını üzə 
çıxarmaq lazımdır. Bu, Nizami G
əncəvinin əxilik təriqəti ilə bağlantısı haqqında 
bir q
ənaətin yaranmasına yardımçı olacaqdır” (http://www.islamisite.com/ 
content/nizami-Gencevi-12.09.08) 
Dr. Mehmet Rıhtımsa Nizaminin 
əxi olması ilə bağlı daha dəqiq tezislərlə 
çıxı
ş edir: “Əxilik XI-XII əsrlərdə mövcud olmuşdur. Əxi Əbulfərəc Zəncani (v. 


Ədəbiyyatşünaslıq
 
 13 
 
 
1062-1065), onun müridi böyük sufi 
şair Nizami Gəncəvi, Sadəddin Əbülqasım 
T
əbrizi (v. 1181) ilə  xəlvətilik təriqətinin  şeyxlərindən  Əxi Məhəmməd,  Əxi 
Yusif, 
Şeyx İzzəddin, Şeyx Sədrəddin bu təşkilata bağlı sufilərdir. Bu məşhur 
sufil
ər qurduqları emalatxana və ticarət fəaliyyətləri ilə öz ehtiyaclarını və 
müridl
ərinin xərclərini ödəməklə yanaşı, istehsalatları ilə  cəmiyyətə faydalı 
olmu
şlar.” (www.Exi-Mehmet_rihtim.htm). 
B
əzi araşdırıcılarsa şairin öz şeirlərinə istinad edərək onun əxi olmasına 
dair fikirl
ər irəli sürmüşlər.   
 
 
Nizami G
əncəvinin bədii əsərlərində  
əxiliklə səsləşən məqamlar 
 
İstər XII əsr Gəncə şəhərinin sosial strukturu və ictimai vəziyyəti, əsnaf 
birlikl
ərinin o dövrdə inkişaf səviyyəsi, istər bir neçə təməl qaynaqlar, istərsə də 
Nizaminin öz 
əsərlərində əksini tapan görüşlər onun əxiliklə əlaqəsi qənaətini 
yaradır.  
T
əbii ki, şairin yaşadığı mühitin onun bədii  əsərlərində  əks olunması 
şübhəsizdir. Bu baxımdan Nizami Gəncəvinin  əxi olması ehtimalı, onların  
mühitind
ə yaşaması kimi amillər  şairin bədii və fikri sistemində bu təşkilatın 
xüsusil
ə  də ictimai mövzularla bağlı məsələlərdə ifadəsinə  səbəb olmuşdur. 
Yuxarıda dediyimiz kimi, M
əhsəti Gəncəvi və  Xəqani  Şirvani kimi əxiliklə 
əlaqəsi  şübhə doğurmayan çağdaşlarının çevrəsində yaşaması, onun da bu 
t
əşkilatla mənəvi bağlılığının sübutu ola bilər.  
Bilindiyi kimi, Nizaminin “X
əmsə”sinə daxil olan əsərlərin hamısında, 
xüsusil
ə  də “Məxzənül-əsrar”, “Həft peykər” və  “İskəndərnamə”də ictimai 
mövzular, hökmdara v
əz və  nəsihətlər, toplumun və  fərdin xoşbəxtliyə  və 
rahatlı
ğa qovuşa bilməsi baxımından öyüdlər geniş şəkildə işlənmişdir. Məhz bu 
öyüdl
ərdə çox zaman əxilik prinsiplərinin necə əks olunduğunu görə bilərik.  
Nizaminin “X
əmsə”sindəki birinci əsər olan “Məxzənül-əsrar”dakı mə-
qal
ət və hekayələrdə ictimai nizam, xalq və hökmdar münasibəti, ədalət, fəzilət, 
halal z
əhmət ilə yaşama və s. kimi cəmiyyəti yaxından maraqlandıran məsələlər 
əks olunmuşdur. Hətta məqaləmizin mövzusu baxımından xüsusi əhəmiyyət 
da
şıyan bir məsələyə də bu əsərdə rast gəlirik. Şair “əxi” deyə birinə müraciətlə 
n
əfsinə hakim olmasını, çörək üçün başqalarına  əl açmamasını, öz ruzisini 
özünün qazanmasını tövsiy
ə edir:   


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə