Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə41/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
163
dirilmişdir: "Azərbaycan kəndinin inqilabdan əvvəl və inqilab 
dövründəki vəziyyəti, xalq kütlələrində inqilabi şüurun oyanması, 
Bakı proletariatının bu sahədəki fəaliyyəti, dostluq… və s" (7, 
səh.148). 
Təkcə "Zəngəzur"da deyil, Əli Vəliyevin bu qəbildən olan 
"Turaclıya gedən yol" (1959), "Budağın xatirələri" (1963) roman-
larında da kənd son dərəcə yoxsul, feodal-patriarxal münasibətləri 
qabarıq olan diyar kimi verilirdi ki, bu, tarixi həqiqətə bir o qədər 
də uyğun gəlmirdi. Y.Şirvanın "Buludlar dağılır" (1959) 
romanında 1917-ci ilin əvvəlindən 1918-ci ilin aprel ayına qədər 
Lənkəranda cərəyan edən hadisələrdən, kəndlilərin mülkədar 
torpaqlarını tutmalarından bəhs edilir. Başqa sözlə,  əsərin 
"mərkəzin"də dövrün "xarakterinə" uyğun konflikt durur. Qılman 
Ilkinin 1959-cu ildə çap etdirdiyi "Qalada üsyan" romanında 
Zaqatala qalasında üsyançı matrosların inqilabçılarla  əlbir işi 
süjetin ideoloji mərkəzinə çəkilir. 
Qəribə burasıdır ki, 60-cı illərin ortalarına qədər Azərbay-
can tarixi romanı sistemli şəkildə yaradılmamışdır. Y.V.Çəmən-
zəminlinin "Qan içində", "Qızlar bulağı", M.S.Ordubadinin 
"Qılınc və  qələm" romanlarını  və bir neçə başqa  əsəri çıxmaq 
şərti ilə  əsas meyl inqilabi-tarixi romanlar yaratmağa doğru 
olmuşdur. Bəzi tədqiqatlarda tarixi romanla inqilabi-tarixi roman 
arasındakı hüdudlar demək olar ki, aradan götürülür. Bunu "Azər-
baycan romanının inkişaf tarixindən", "Azərbaycan sovet tarixi 
romanı" monoqrafiyalarından və ümumən romançılarımızın ya-
radıcılığına həsr edilən tədqiqatlardan da aydın görmək 
mümkündür. 
Qılman Ilkinin Azərbaycan Respublikası Dövlət mükafatına 
layiq görülmüş  "Şimal küləyi" romanının (1967) yaranmasına 
onun  əvvəllər inqilabi mövzuda yazdığı "Çalpapaq", "Hədiyyə", 
"Tapşırıq", "Dəniz yuxusu", "Fotoqrafiya", "Teleqram", "Gene-
ral", "Zənbil", "Sahil küçəsində", "Ləpədöyəndə" kimi hekayələ-
rinin süjetləri mühüm rol oynamışdır. 
Müvafiq olaraq bu romanda 1918-1920-ci illərin mürəkkəb 
siyasi hadisələri təsvir edilmiş, həm xronoloji, həm də hadisələrə 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
164
ideya-siyasi qiymət mənasında M.S.Ordubadinin "Döyüşən şəhər" 
romanı ilə bir tipoloji istiqaməti izləmişdir. Ona görə  "Şimal 
küləyi", Bakı partiya təşkilatının, "Hümmət" təşkilatı Bakı 
komitəsinin, Bakı Sovetinin Sovet hakimiyyətini möhkəmləndir-
mək, ingilis və türk işğalçılarına qarşı ümumxalq mübarizəsini 
təşkil etmək sahəsində fəaliyyətini əks etdirən roman (7, səh.157) 
kimi qiymətləndirilirdi. Nəticədə Yetim, Heydər, Ağadadaş, 
Səriyyə qarı kimi canlı  bədii xarakterlərin sənətkarlıq sirlərinin 
açılması  əvəzinə bu mövzuda yazılan romanların yuxarıda 
göstərilən ümumi siyasi-ideoloji qənaətləri axtarılır ki, bunun da 
nəticəsində "ingilis və türk" millətimizə, vətənimizin taleyinə 
münasibətdə eyniləşdirilirdi. Inlilabi-tarixi mövzuya əllinci illərin 
ikinci, altmışıncı illərin birinci yarısında Abbas Pənahi Makulu da 
"Səttarxan" (1957), "Gizli zindan" romanları ilə münasibət 
göstərdi. "Səttarxan" romanında da M.Ibrahimovun "Gələcək 
gün" romanında olduğu kimi ağaların zülmü dözülməz olanda 
Ismayıl və  Kərbəlayi Məhərrəm öz ailələri ilə birlikdə  Təbrizdə 
Vəliəhdin yanına  şikayətə gedirlər. Hadisələrin bundan sonra 
Təbrizdə  və Tehranda cərəyan etməsi,  şikayətçilərin həmin 
şəhərlərdə gördükləri dəhşətli mənzərələr, ümidlərinin puça 
çıxması motivlərində  də tipoloji oxşarlıq özünü göstərir. 
"Dumanlı  Təbriz" romanında da Səttarxan və Bağırxan Təbriz 
Inqilab komitəsinin rəhbərləri kimi göstərilir. Iranda Məşrutə 
hərəkatının mühüm mərhələsi tarixi ardıcıllıqla əks etdirilirdi. 
"Gizli Zindan"da isə 1920-ci illərin əvvəllərində Rza xanın 
Iran taxtına sahib olması üçün göstərdiyi təşəbbüslər, hərbi 
çevriliş, Qacar sülaləsinin hakimiyyətdən məhrum edilməsi sü-
jetin görünən tərəflərini təşkil edir. Bu tipli romanlarda siyasi 
publisistika, tarixi xronika, sənədlilik meyli, "dəqiqlik" ehtirası 
bədiiliyi üstələyirdi. Məsələn,  Əhməd Kəsrəvinin "Tarixi Məş-
ruteye Iran", M.Tərbiyətin "Danişmandane-Azərbaycan" kimi 
mötəbər mənbələrin göstərilməsi, "1909-cu il, Iran tarixində…", 
"1910-cu il yaz fəslinin ortalarında Tehran öz tarixi günlərindən 
birini yaşayırdı", "1920-ci il qışın lap oğlan çağı idi" və s. dəqiq 
tarixlərin verilməsi buna misal ola bilər. "Səttarxan"ın davamı 


Himalay Ənvəroğlu __________________________
 
 
165 
olan "Gizli zindan" romanında ilk baxışda sanki Rza şahın iyirmi 
illik bir hökmranlığının tarixi təsvir edilmişdir. Lakin romanın 
başlıca ideoloji istiqaməti əvvəllər deyildiyi kimi "Böyük Oktyabr 
sosialist inqilabının" Iran xalqlarına "azadlıq" və "demokratiya" 
uğrunda mübarizə  əzmi aşılamasını göstərməkdən ibarət idi. Biz 
isə  təbii olaraq, Iran məşrutə  hərəkatının "ön plana" çəkməsini 
bütünlüklə romanın ləyaqət ölçüsü kimi qiymətləndirmək 
fikrindən uzağıq. Çünki istər "Səttarxan"ın, istər "Gizli Zindan"ın, 
istərsə də bu qəbildən olan digər romanların bədii xarakterlərində, 
ümumən mətn-məzmununda elə üslubi-sənətkarlıq gedişləri, 
estetik laylar vardır ki, bunlar konkret tarixi zamanın sənət üçün 
ayırdığı siyasi-ideoloji dairədən kənara çıxaraq struktur ideya 
təşkil edir. Əks halda hər bir roman yalnız öz məhdud tarixi dövrü 
üçün yararlı olardı. Lakin sənət başlanğıcı onun ömrünü uzadır və 
hətta bəzilərinə  əbədi yaşamaq imkanı verir. Məhz ona görə  də 
mövzusu yuxarıda qeyd edilən romanlarla səsləşən "Gələcək 
gün"ün Iran və  Cənubi Azərbaycan xalqlarının inqilabi azadlıq 
mübarizəsindən bəhs edən  əsər kimi qiymətləndirilməsi tənqidə 
dözmür. 
Yaxın tarixi keçmişimizdən alınan mövzuların işlənməsi 
sonrakı dövrlərdə  də davam etdirilmişdir. Lakin əvvəlkilərdən 
fərqli olaraq I.Şıxlının "Dəli Kür" (1968), M.Ibrahimovun 
"Pərvanə" (1970) romanlarında bədii xarakterə, insan amilinə, 
şəxsiyyətin daxili bütövlükdə  də göstərilməsinə daha çox 
üstünlük verilmişdir. "Dəli Kür"ün timsalında ilk dəfə olaraq 
qüvvətli  şəxsiyyətin bütün kölgəli və  işıqlı  tərəflərini özündə 
birləşdirən milli xarakter tipi yaradıldı. "Dəli Kür" XIX əsr 
Azərbaycan cəmiyyətinin içərilərini, xalqın mənəvi-psixoloji 
böhran həddini əks etdirən roman kimi həm də janrda yeni tipoloji 
başlanğıcın  əsasını qoydu. Aparıcı  qəhrəman Cahandar ağa bir 
tərəfdən Allahyarın "Halal-kamal arvadını altından çəkib gətirir", 
digər tərəfdən molla Sadığın məclisinə getdiyini biləndən sonra 
çox hörmət bəslədiyi bacısı  Şahnigara rəhm etməyərək onu 
öldürür. Lakin eyni zamanda doğulduğu torpağa pis niyyətlə, xain 
məqsədilə gələnlərə qənim kəsilir. Bu əqidə və inam möhkəmliyi 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
166
son anda onu milli müstəqilliyin düşməni olan naçalniklərlə, 
kazaklarla qarşılaşdırır. "Görüm səni qara gələsən, zamana" deyən 
Cahandar ağa vəziyyəti get-gedə mürəkkəbləşdirərək özünün 
cismani məhv olmasına doğru gedir. Onun nəinki sinfi 
ideologiyası, eyni zamanda şəxsiyyətinin daxili tutumu da cə-
miyyətdəki kəskin dəyişikliklərlə  əkslik təşkil edirdi. Cahandar 
ağanın faciəsinin  əsas kökü və  mənbəyi də  məhz buradan irəli 
gəlirdi 
I.Şıxlı Cahandar ağa obrazının xarakterini milli baxımdan 
yaradaraq onun faciəsinin səbəblərini bilavasitə mülkədar hüqu-
qunun məhdudlaşdırılmasında deyil, bilavasitə sabit və əbədi zənn 
etdiyi həyat tərzinin, ömrü boyu etiqad bəsləyərək mühafizə etdiyi 
dədə-baba qaydalarının alt-üst edilməsini öz şəxsi faciəsi kimi 
yaşaya bilməsi iqtidarında görür. "Qorxuram axırda kişiliyimizi 
də  əlimizdən alalar" duyğusu qəhrəmana bir an belə rahatlıq 
vermir, onu daim izləyir. O, real milli şəxsiyyət və bədii xarakter 
kimi yaşamağın bir yolunu, yeganə formasını qəbul edir ki, bu da 
kişi kimi yaşamaqdır.  Əgər cəmiyyət öz övladına bu şəkildə 
yaşamaq  şəraiti yaratmırsa, Cahandır ağa təfəkkürü belə "dünya 
qaydaları"nı  qəbul edə bilməzdi. Necə deyərlər "daş qayaya rast 
gəlmişdi". Qəhrəmanın sinfinin məhvinə, eyni zamanda bu sinfin 
möhkəm dayağı olan onun özü kimilərinin  şəxsiyyətlərinin 
içəridən dağıdılmasına yönəldilən zamanın sərt münasibətləri 
daxili böhran və  təlatüm dalğaları yaradırdı. Bu isə  təkcə bir 
şəxsiyyətin faciəsi və taleyi deyil, millətin faciəli tarixi taleyinin 
Cahandar ağa müdrikliyində, qeyrətində  və uzaqgörənliyində 
yaşanması idi. Lakin o, nə  qədər qüvvətli  şəxsiyyət olsa da, öz 
zamanında "mövcud dünya qaydaları"nı  qırmaq, münasibətləri 
parçalamaq iqtidarında deyildi. Çünki makromühitin bütün siyasi 
strukturları ona qarşı çevrilmişdir. Bu vəziyyətdən onun yeganə 
çıxış yolu, mərdlik və kişilik yolunu axıra qədər tutub milli qeyrət 
göstərərək fiziki ölümü şüurlu, qəhrəmanlıqla qəbul etmək idi. 
Ümumiyyətlə, "Dəli Kür" və onun aparıcı  qəhrəmanının 
xarakteri göstərdi ki, milli zəmində yaradılan bədii surət geniş 
imkanlara malikdir. Sənətkar istedadlı olanda nəinki qəhrəmanın 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə