Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə37/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   33   34   35   36   37   38   39   40   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
147
bura qonşu dövlətlərin münasibəti də əlavə edilir. Üçüncü hissədə 
ziddiyyətlər daha da şiddətlənir. Xanlığın süqutu başa çatır. 
Beləliklə bu hissələr epoxanın müəyyən mərhələsi kimi canlan-
dırılaraq romanda tarixilyi dərinləşdirmiş, xronikanın ardıcıl 
axınına imkan yaratmışdır. Bunu kompozisiyada tarixiliyi 
gücləndirmək vasitələri kimi də başa düşmək olar. Müəyyən 
parçaların, kiçik hissələrin xronoloji ardıcıllıqla düzülüşü romanın 
yalnız zahiri kompozisiyasıdır. Onun daxilində ''ikinci 
kompozisiya'' da vardır. Bu, ikinci kompozisiya tarixin fəlsəfəsi-
nin kompozisiyasıdır'' (63, səh.456). 
T.Hüseynov göstərilən  əsərində ''Qan içində'' romanını 
A.Tolstoyun ''Birinci Pyotr'' romanının janr və kompozisiya 
xüsusiyyətləri ilə müqayisə edərək onları birləşdirən və ayıran 
cəhətləri göstərir. Burada dramatikləşdirilmiş tarixi prinsip (52, 
səh.71)xüsusi vurğulanır. Lakin A.Tolstoydan fərqli olaraq 
Çəmənzəminli  şəxsi və tarixi başlanğıcların sintezi yolu ilə 
onların birləşməsinə nail olur. Məsələn, Vaqifin şəxsi həyatı tarixi 
qüvvələrin fəaliyyəti və mübarizəsi fonunda canlandırılır. Bunu 
əsər boyu izlənən Vaqif – Qızxanımın xəttində aydın görürük. Bu 
xəttin doğurduğu gərginlik romanın sonuna qədər davam və 
inkişaf etdirilir. Belə motivlərin milli və dünya ədəbiyyatında 
kifayət qədər tipoloji oxşarlığı vardır. "Qan içində" romanında 
tarixi və ictimai şəraitin doğurduğu faciə  şəxsi tale üzərində 
kökləndiyi üçün şiddətləndirilərək son həddə çatır. "Isti bir gün 
idi. Vaqif ilə Qasım ağanı  Cıdır düzünə aparırdılar… Vaqif… 
rəngi qaçmış oğlunun üzünə baxıb: 
 - 
Qasım ağa bizi hara aparırlar? – dedi. 
 
Oğlu sərzənişli bir səslə: 
 - 
Ağa, - dedi, - bir çoxlarını sən bu yolla göndərmisən, indi 
də bizi həmin yolla həmin yerə aparırlar… Vaqif oğlunun 
qurbanlıq qoyun kimi yerə uzadıldığını gördükcə qışqırdı: 
 -Amandır! Əvvəl məni, sonra onu! Mənə oğul dağı göstər-
məyin. 
Cəllad qulaq asmadı. Vaqif oğlunun xırıltısını  eşitdikdə, 
özünü itirdi… Artıq özünün öldürülməsini heç duymadı da – hər 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
148
şey bir yuxu kimi gəlib keçdi…" (37, səh.228-229). Tarixi 
yaddaşımızın bu amansız yuxusu bu gün də insanın qanını coşdu-
rur, onu tarixi şəxsiyyətin faciəsinin və  fərdi müsibətinin səbəb-
lərini axtarıb tapmağa sövq edir. Roman bu tarixi faciənin daxili, 
gizli səbəblərinin meydana çıxarılmasında mühüm rol oynamış-
dır. Bununla belə, 30-cu illərin cəmiyyət həyatında kök salan vul-
qar sosioloji meyllər "Qan içində" romanında da özünü gös-
tərmişdir. Xüsusilə, Qasım ağanın Vaqifə "çoxlarını sən bu yolla 
göndərmisən" deməsi, ata və oğulun süjetindəki münasibətlərinin 
ümumi ahəngindən doğmur və Vaqifin tarixi şəxsiyyəti ilə 
səsləşmir. Görünür, ədib bu gedişi ilə cüzi də olsa Vaqifin tarixi 
şəxsiyyətinə "partiyalı" və "sinfi" ədəbiyyat münasibəti göstər-
məyi çalışmışdır. Çünki mükalimənin həmin məzmunu  əsərin 
ümumi məntiqindən, tarixi həqiqətdən, konkret vəziyyətdən və 
əxlaqın özündən doğmur. Günahsız qurban olan Qasım ağanın 
şəxsiyyətinə kölgə salır.  Əlbəttə, müəllif Vaqifi idealizə etmək 
yolu ilə getməmişdir. Çünki o, həm də öz əsrinin yetişdirməsi və 
övladı idi. Ona görə Vaqif bir tərəfdən  əsrin fövqündə durursa, 
digər tərəfdən mühitə bağlıdır və şəraitin qurbanıdır. 
Azərbaycan tarixi roman tipini lirik-emosional üslubda 
inkişaf etdirən Çəmənzəminli milli-tarixi dramaturgiyamızın 
yaşarlı ənənələrindən ustalıqla bəhrələnmişdir. Tarixi şəxsiyyətin 
romanını yaratmaq və aparıcı  qəhrəmanı  təkcə xronologiyaya 
deyil, eyni zamanda müxtəlif insan münasibətlərinə qoşub onun 
mürəkkəb kompozisiyasını yaratmağın bədii təcrübəsi hələ nəsrdə 
özünü tam şəkildə göstərməmişdisə  də, bunlar dramaturgiyada 
artıq özünün həllini tapmışdır. Ə.Haqverdiyevin, N.Nərimanovun, 
C.Cabbarlının bu sahədə  zəngin təcrübəsi var idi. Bu mənada 
"Qan içində" romanı özünün tipoloji başlanğıcını "Birinci 
"Pyotr"dan  əvvəl "Ağa Məhəmməd  şah Qacar"dan, "Nadir 
şah"dan, "Nəsrəddin  şah" və "Od gəlini"ndən alırdı. Romanın 
uğurlarında Qarabağın tarixinə dair xronikaların da mühüm rolu 
olmuşdur. Faktlar göstərir ki, xronika roman üçün təkcə  mənbə 
deyil, həm də təhkiyə forması rolunu oynayır. Bu baxımdan "Qan 
içində" xronikadan ustalıqla istifadə edilməklə yaradılan tarixi 


Himalay Ənvəroğlu __________________________
 
 
149
roman janrının klassik nümunəsidir. O, təsvirinin realizminə, 
yığcamlığına, canlı koloritinə, xarakterləri təbii inkişaf etdirmək 
imkanına görə də bənzərsizdir. 
30-50-ci illərin Azərbaycan romanından ictimai-siyasi 
meyllərə üstünlük vermək tələb edilsə də, canlı bədii xarakterlər 
yaratmaq sahəsində aparılan axtarışlar davam etdirilmişdir. "Şa-
mo" (1931-1940), "Dirilən adam" (1935), "Daşqın" (1933-1936), 
"Döyüşən şəhər" (1938), "Dünya qopur" (1933), "Bir gəncin ma-
nifesti" (1939), "Gizli Bakı" (1940) və s. romanlar bu baxımdan 
diqqəti cəlb edir. Həmin romanlarda Azərbaycan kəndlərində baş 
verən kəskin siyasi hadisələr qələmə alınmışdır. Bu romanların 
içərisində ən çox diqqəti cəlb edən "Şamo"dur. Hələ 1930-cu ildə 
kiçik həcmdə  nəşr edilmiş bu romanda "vətəndaş müharibəsi" 
deyilən bir dövrün səciyyəvi hadisələri  Şehli və  ətraf kəndlərin 
timsalında  əks etdirilmişdir. Romanın ilk fəsillərində hadisələr 
daha çox ailə münasibətləri çərçivəsində göstərilirdi. Safo kişinin 
ailəsinin taleyi və onun böyük oğlu  Şamonun mənəvi-siyasi tə-
kamülü ilə bağlı  əhvalatlar, onun Qəmərlə sevgi münasibətləri, 
Kürdüstan elində baş verən "sinfi" toqquşmalar haqqında real 
təsəvvür verilirdi. Müəllif Gülsənəmin qaçırılması, Samonun 
döyülməsi, Nazlının zorlanması, yasavul Kəlbalıya güllə atılması 
kimi roman boyu yeri gəldikcə xatırladılan hadisələri məişət 
çərçivəsində  təsvir etsə  də, bunlar əsərin  əsas süjet xətti ilə
aparıcı  qəhrəmanların xarakteri və sonrakı taleləri ilə daxildən 
möhkəm bağlanırlar. 
Romanın süjeti ilk təkanını  Hətəmxan ailəsi ilə Safo 
ailəsinin fərd çəkişməsindən və ixtilafından alaraq get-gedə həm 
eninə, həm də dərininə doğru inkişaf edərək özünə saysız-hesab-
sız əlavə hadisə və xətlər, tarixi şəxsiyyətlər və müəllif təxəyyü-
lünün məhsulu olan obrazlar daxil edir. 
1930-cu ildə yazılmağa başlayan və yalnız 1974-cü ildə 
tamamlanan "Şamo" Azərbaycan romanının qüdrət ölçüsünə, 
milli roman təfəkkürünün meyarına çevrilmişdir. S.Vurğunun 
obrazlı  şəkildə Azərbaycan  ədəbiyyatının "ağır artilleriyası", 
"uzaq vuran topu" adlandırdığı S.Rəhimov ilk növbədə özünün 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
150
"Şamo"su ilə  sənətsevərlərin diqqətini cəlb edib. Burada "sahil-
sizlik", "hüdudsuzluq" özü də bir keyfiyyətdir, janr ölçüsüdür. Əl-
bəttə, Azərbaycan romanının 30-cu illərdən başlayaraq və bu 
günümüzə qədər davam edən romanının heç bir nümunəsini "Şa-
mo" ölçüsünə nəinki bərabərləşdirmək, heç yaxınlaşdırmaq müm-
kün deyil. Burada biz təkcə  həcmi, hadisə  və  qəhrəmannların 
kəmiyyət göstəricisini nəzərdə tutmuruq. Biz birinci növbədə 
roman sənətkarlığı ilə  əldə edilən keyfiyyəti, janr strukturunu, 
roman təfəkkürünü və süjet əlaqələrinin ustalıqla predmetləşdiril-
məsini nəzərdə tuturuq. "Şamo"nu zahiri xronika ilə, yuxarıda 
deyildiyi kimi vətəndaş müharibəsi və inqilabi hadisələr 
çərçivəsilə  məhdudlaşdırmaq olmaz. O, həyatın, insanın daxili 
dünyasının dərinliklərinə gedən geniş, işıqlı  və aydın yoldur. 
"Şamo"nun öz dünyası var, bu aləmin öz sakinləri vardır. O 
oxucu xoşbəxtdir ki, həmin aləmə daxil ola bilir. Çünki oradan 
artıq yeni bir əhval-ruhiyyə ilə, əxlaq və düşüncə tərzi ilə çıxırsan. 
"Şamo" suyu saf və sərin bir şəfa bulağıdır, adi maraq üçün, ötəri 
hisslərin oxşanması üçün yazılan roman deyil. Romanın 745 
səhifədən ibarət olan birinci kitabı yeddi hissədən ibarətdir. Hər 
hissə özlüyündə yeddidən on beşə qədər fəslə bölünür. Məsələn, 
15 fəsildən ibarət olan birinci hissənin "düzülüşü" belədir. 
"Qaçırılan qız", "Yandırılan kağız", "Görünməz gəlin", "Səki 
üstündə", "Hansı ilə?", "Qulluqbaz yasavul", "Ala təsbeh", 
"Xudaverən və yüzlük", "Xain xoflu olar", "Kimdir müqəssir?", 
"Ata ürəyi", "Oğul ardınca", "Ata ocağı", "Qurğu qəziyyəsi", "Əl 
boyda raport". Bu fəsillər romanın 120 səhifəsini əhatə etmişdir. 
15 fəslin müqabilində bu həcm bir o qədər də çox deyil. Çünki 
hər bir fəsil özü ayrılıqda sanki bir nağıl-romandır. Müəllif 
fəsilləri nəinki ədəbi materialla təmin etmiş, eyni zamanda onların 
bədii sənətkarlıq qayğısına da qalmışdır. Hər bir fəsil öz ideya-
məzmununa görə struktur vahiddir, bitkin bir novelladır, eyni 
zamanda ümuminin, böyük tamın tərkib hissəsidir. Bu vəhdət 
süjet əlaqəsindən daha çox daxili, assosiativ əlaqə ilə əldə edilir. 
Əks halda süjetin epik "əlaqələri" ilə bu qədər  əhvalatı müəllif 
ideyasına bənd etmək çətin olardı. "Qaçırılan qız" adlanan birinci 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə