Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə40/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   36   37   38   39   40   41   42   43   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
159
mərhələdə artıq məlum mövzu və  qəhrəman məhdudluğundan 
xilas olmaq imkanı əldə edilir. 
Lakin Azərbaycan romanı özünün bu "ənənəvi" mövzula-
rında da insana, onun əməllərinin bədii əksinə xidmət etmiş, mən-
sub olduğu xalqın milli taleyində fəal rol oynamışdır. Bu mənada 
30-cu illərin tipik mövzuları da ayrı-ayrı yazıçı üslublarında, 
qəhrəman talelərində öz imkanlarını kifayət qədər meydana çıxara 
bilmişlər. Başqa sözlə, mövzu ümumi formasını  və zahiri 
strukturunu saxlasa da, zaman və fərdi baxım altında təbii olaraq 
özünün  əvvəlki mənasını  dəyişir. Məsələn, 30-40-cı illərdə  "Şa-
mo" romanında təsvir edilən, "vətəndaş müharibəsi"nə, "inqilabi" 
hadisələrə müəllif münasibəti əsər üzərində işin sonrakı onilliklə-
rindəki münasibətlə eyni ola bilməz. Məlum olduğu kimi, sonrakı 
dövrlərdə S.Rəhimov aparıcı  qəhrəmanları artıq daxili, şəxsi 
planda, psixoloji istiqamətdə göstərməyə üstünlük verir. Yəni, 
"inqilabi" mövzu getdikcə öz əvvəlki üstünlüyünü şəxsiyyəti 
daxili, eyni zamanda milli və ümuminsani tərəfdən göstərməyə 
verir. Bu meyl janrın təbii inkişaf meyli olub, onun strukturuna və 
estetik tutumuna müsbət təsir göstərir. 
30-50-ci illər Azərbaycan romanının həm boy artımı, həm 
də janrın tarixilik imkanı  əsasında inkişaf etdirmək sahəsində 
M.S.Ordubadinin xüsusi xidməti olmuşdur. O, tarixi, inqilabi 
romanlarının, eyni zamanda vətəndaş mübaribəsinə dair əsər-
lərinin mövzusunu həyatdan və müxtəlif növ mənbələrdən alsa 
da, özünün şəxsi təəssüratından da geniş istifadə etmişdir. Bunu 
"Dumanlı Təbriz" romanında daha aydın görmək mümkündür. Bu 
baxımdan tarixi-inqilabi romanda mənbə  və  sənədlilik mühüm 
şərt olsa da, yazıçının  şəxsi müdaxiləsi janrın təbiətində mühüm 
struktur və keyfiyyət dəyişmələri əmələ gətirir. "Dumanlı Təbriz" 
1907-1917-ci illərdə  Cənubi Azərbaycanda, xüsusən Iranın tari-
xində və s. zamanın həyatında baş verən mürəkkəb hadisələrdən 
bəhs edilir. Romanda inqilabi hadisələrin təsviri macəra ünsürləri 
ilə müşayiət edilir ki, bunu o zamankı Iran həyatına, tarixi-
inqilabi roman janrına və eyni zamanda M.S.Ordubadinin fərdi 
üslubuna xas xüsusiyyət kimi qiymətləndirmək olar. Sonrakı 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
160
dövrlərdə yazılan "inqilabi" romanlarda artıq realizm, tarixi 
yaddaş üstünlük təşkil etməyə başlamışdır. 
Məsələn, "Dumanlı  Təbriz" və  "Şamo"da olduğu kimi 
janrın verdiyi struktur imkandan istifadə edərək mövzu qatlarını 
açmağa və müxtəlif taleli qəhrəmanların romanlarını yaratmağa 
istiqamət götürüldü. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 
M.S.Ordubadi 1918-ci ildə Azərbaycanda gedən mürəkkəb 
ictimai-siyasi prosesləri  əks etdirən "Döyüşən  şəhər" romanında 
məhz bu yolla gedərək aparıcı  qəhrəmanların ayrıca romanını 
yaratmış  və onların bədii xarakterinə  həzin bir lirizm və psixo-
logizm gətirmişdir. Bu cəhətdən "Leylanın romanı", "Rayanın 
romanı", "Doktor Yusidivisin romanı", "Esterin romanı" və s. 
roman daxilində roman kimi həm tipoloji mənada, həm də janr 
strukturu baxımından orijinal təsir bağışlayır. Bu "daxili ro-
manlar" ümumən əsərə həm nağıl xüsusiyyəti aşılayır, həm lirik-
subyektiv başlanğıc gətirir, həm də süjetə novella sonluğu verir. 
Ayrı-ayrı  şəxslərin romanları göstərir ki, "Döyüşən  şəhər"də 
inqilabi, yaxud "vətəndaş müharibəsi" mövzusunda yazılan roman 
təsnifatının zahiri örtüyü altında öz fərd-şəxsi həyatları olan 
insanların canlı bədii obrazları vardır. Bu baxımdan M.S.Orduba-
dinin romanlarına yalnız mövzu və ideya baxımından deyil, 
struktur qiymət verəndə aydın olur ki, tarixi-inqilabi romana xas 
olan və M.S.Ordubadinin üslubunda bir qədər də meydan verilən 
macəra ünsürləri yalnız köməkçi vasitə rolunu oynayır və  zəruri 
hallarda, şəraitin tələb etdiyi məqamda süjetə daxil edilir. Əslində 
Əbülhəsən bəyin Iran mühitində, başı daim dumanlı olan 
Təbrizdə  sərbəst hərəkət etməsi üçün müəllif yeri gələndə nağıl 
qəhrəmanı imkanından istifadə etməli idi. Bu qəhrəmanın 
xarakterindən deyil, bilavasitə  şəraitin özünün tələbindən irəli 
gəlirdi. Məsələn,  Əbülhəsən bəyin bir neçə  dəfə Missis Hannanı 
ən təhlükəli vəziyyətlərdən çıxararaq onun həyatını xilas etməsini, 
yaxud Hacı  Səməd xanın yerinə  təyin olunan Cənubi 
Azərbaycanın hakimi Sərdar Rəşidin qurduğu torları çox ustalıqla 
dağıtmasını  təkcə "realizm"lə göstərmək mümkün olmazdı. Ona 
görə də müəllif qəhrəmanın sərbəst hərəkət etməsi üçün mümkün 


Himalay Ənvəroğlu __________________________
 
 
161
vasitələrdən istifadə edərək bir tərəfdən konflikti kəskinləşdirir və 
xarakteri dolğunlaşdırırsa, digər tərəfdən əsərin struktur imkanını 
artırır, ona zəruri olan komponentləri daxil edərək daxili 
məzmunu zənginləşdirir ki, məhz bu, M.S.Ordubadi romanlarının 
ömrünü uzadır, onların inqilabi-siyasi "hüdudu" aşmalarına imkan 
verir. Bizə belə  gəlir ki, bədii xarakter və  sənət baxımından 
Sərdar Rəşid romanın  ən maraqlı surətlərindəndir.  Əgər Hacı 
Səməd xanın "iki üzü" var idisə, Sərdar Rəşid "dörd sifətə" 
malikdir. Bu, sadəcə olaraq gəlişi gözəl söz deyil, məhz tipin 
roman boyu göstərilən  əməllərinin doğurduğu qənaətdir. 
Yaşamaq üçün hər şeyə hazır olan bu simasız adamın mayasında 
olan bütün pisliklər ayrı-ayrılıqda bədii xarakterin atributu kimi 
özünü göstərərək bir şəxsdə toplu halda predmetləşdirilir. Ona 
görə  mənfi və müsbət qəhrəmanlar adı altında nəzərdə tutulan 
ideoloji qiymət bu tipli romanın ümumi dəyərini heç vaxt tam 
ifadə edə bilməz. 
M.Hüseyn də 1952-ci ildə tamamladığı "Səhər" romanında 
zahiri planda inqilabi-tarixi şəraitin təsvirinə geniş yer vermişdir. 
Ilk baxışda belə görünə bilər ki, romanın  əsas problemini məhz 
xalqın inqilabi şüurunun oyanması və onu inqilaba aparan proses-
lərin bədii təsdiqi təşkil edir. "Müəllif inqilab hərəkatını, xalqın 
azadlıq mübarizəsinə bolşevik partiyasının rəhbərliyini tarixi 
həqiqətlərə uyğun şəkildə təsvir etmişdir (7, səh.142). Tədqiqatçı 
daha sonra sözünə davam edərək yazır ki, romanda "xalq hərəkatı 
bütün dərinliyi, genişliyi və mürəkkəbliyi ilə canlandırılmışdır (7, 
səh.142). 
Belə  çıxır ki, "Inqilab hərəkatını, xalqın azadlıq mübarizə-
sinə bolşevik partiyasının rəhbərliyini tarixi həqiqətlərə uyğun 
şəkildə  təsvir etmək guya məhz elə "xalq hərəkətanı bütün 
dərinliyi, genişliyi və mürəkkəbliyi ilə canlandırmaqdır." 
Göründüyü kimi, bu ideoloji qənaətlər, həm də romanın 
başlıca məzmunu kimi qiymətləndirilir. Bu münasibətin  ənənəsi 
bir qədər dərindən gəlirdi. Məsələn, M.Arif "Səhər" romanının 
məziyyətini M.Qorkinin "Ana" romanından təsirlənməsində, 
M.Seyidov "görkəmli inqilabçıların tərcümeyi-halının qabarıq 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
162
verilməsində" görürdü: Lakin bizim fikrimizcə müəllif vurğusu 
daha çox Bayram obrazı və romanın "Oyanmış kənd" hissəsinə – 
Azərbaycan kəndlisinin milli "mən"i və psixologiyası üzərinə 
düşür. Bu məsələlərin dərindən təhlili məhz romanın başlıca məz-
mununu təşkil edir. Eyni zamanda romanın ideyasından Azər-
baycan kəndinə inqilab ixrac etməyin faciəli nəticələrə  səbəb 
olması fikrini də  çıxarmaq olar. Lakin müəllif bunu struktur 
əsasda, son dərəcə incə yollarla verdiyi üçün ilk baxışdan onu 
seçmək çətindir. 
Bu baxımdan "Gələcək gün"də (1948) "inqilabi mübarizədə 
Iran proletariatının rolu geniş  həyati səhnələrdə canlandırılmır 
(53, səh.97) qənaəti də  həmin struktur münasibətdən doğur. 
"Gələcək gün"ün janr məsələləri ilə  əlaqədar mülahizələrə mü-
nasibət göstərən M.Ibrahimov yaradıcılığının tanınmış  tədqiqat-
çısı A.Hacıyev  əsəri "Xalq qəhrəmanlıq epopeyası", "sırf siyasi 
roman" adlandıranlara qarşı  çıxaraq bunu "ifrata varmaq" hesab 
edir. Eyni zamanda o, romanda "ailə-məişət məsələlərinin təsvi-
rinə geniş yer verildiyini xüsusi vurğulasa da, Mirzə Ibrahimovun 
bu  əsəri "bədii nəsrin  ən mürəkkəb formasında, ictimai-siyasi 
roman səpgisində planlaşdırdığını" (53, səh.99) qeyd edir. Lakin 
bu, "ictimai-siyasi romanı" "bədii nəsrin  ən mürəkkəb forması" 
kimi mütləqləşdirmək meyli kimi də başa düşülə bilər. Halbuki, 
"ictimai-siyasi roman" anlayışı romanın sadəcə olaraq ictimai-
siyasi mənaya meyl etməsidir. Məsələn, romanda Musa kişinin 
ailəsinin, xüsusilə, böyük övladı Gülnazın taleyi ilə bağlı hadisə-
lər daha təbii, emosional və  səmimi təsir bağışlayır, nəinki Firi-
dunun, Rza Qəhrəmaninin, Kərimxan Azadinin, Kürd Əhmədin 
və başqalarının siyasi-inqilabi fəaliyyəti. 
Əllinci illərin ikinci yarısından başlayaraq  ədəbiyyatda 
müasir mövzulu romanlarla yanaşı keçmişdən, xüsusilə Azərbay-
canda sovet hökumətinin qurulması tarixindən bəhs edən  əsərlər 
də meydana gəlirdi. Lakin təəssüflə deməliyik ki, hətta 70-ci 
illərin tədqiqatlarında da bu tipli əsərlərə münasibət birmənalı 
olmuşdur. Məsələn,  Ə.Abbasovun 1957-ci ildə yazdığı çoxbu-
daqlı "Zəngəzur" romanı da ənənəvi problem əsasında qiymətlən-


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə