Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə39/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   35   36   37   38   39   40   41   42   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
155 
quruluş" uğrunda mübarizəyə girişməsi, milli kökə qarşı "ölüm-
dirim" savaşına qoşulması  qəhrəmanın süni yolla hazırlandığını 
göstərir. "Vətəndaş müharibəsi" mövzusunu yalnız bir istiqa-
mətdə, açıq tendensiya və siyasi tərəfkirliklə işləmək tələbi artıq 
ənənə  şəklini alaraq müəlliflərin sərbəst yaradıcılıq axtarışları 
aparmalarına imkan vermirdi. Bir roman kimi "Daşqın" da "və-
təndaş müharibəsi" mövzusuna birmənalı münasibətin qurbanı 
olub. Ona görə  də romanda müəllifin boyaları yalnız qırmızı  və 
qaradan ibarət olmuşdur. Millətinin övladlarını düşmən cəbhəyə 
bölüb, qardaşı-qardaşa qarşı qoyan siyasi şəraitin dərindən yaşan-
madan, tələm-tələsik romanlaşdırılması hadisələrin birtərəfli və 
üzdən təhlil edilməsinə, başqa sözlə qırmızıların həmişə haqlı və 
qalib qüvvə kimi verilməsinə səbəb olmuşdur. Romançı mükəm-
məl bədii xarakterin deyil, daha çox inqilabın qələbəsini təmin 
etmək qayğısına qalmışdır. Ona görə  də "Daşqın" romanın"dakı 
Sərxan və  Şirəli ilə  Əbülhəsənin "Dünya qopur" romanındakı 
Büləndlə Veys eyni biçimdlə yaradılmışdır. Bu dövrün romanı 
"vətəndaş müharibəsi" mövzusunu bütün mürəkkəbliyi, tragizmi 
və ziddiyyətləri ilə yarada bilmirdi. Məsələn, "Daşqın"da 
"istismarçılar cəbhəsi"ni təmsil edən Yolçu, Şəhriyar bəy və 
Şəmsin tünd boyalarda, yalnız millətin düşməni kimi verilməsi 
romanın konfliktinin təbii inkişafından doğmadığı üçün sənətə 
partiyalı, sinfi yanaşmanın qurbanına çevrilmişdir. Onlar ictimai 
həyatın özünün qurbanı olduğu kimi sənətdə də həm "istismarçı" 
sinfin nümayəndəsi kimi, həm də bir xarakter kimi qurbana 
çevrilirdilər. Çünki ideoloji təzyiq bu şəxslərin heç birini canlı 
bədii xarakter kimi yaratmağa imkan verməmişdir. Ona görə  də 
bu dövrdə yaradılan romanlarda "istismarçı siniflərin" nümayən-
dələrinin heç birisinin bədii obrazı F.Kərimzadənin "Qarlı aşırım" 
romanındakı  Kərbəlayi Ismayıl kimi öz sinfi və milli ideallarını 
axıra qədər qoruya bilməmişlər. Bu baxımdan prototipi bəlli olan, 
(Qazaxda yaşamış  məşhur qaçaq Kərəm) özünün mərdliyi və 
igidliyi ilə xalqımızın bir sıra müsbət keyfiyyətlərini ifadə edən 
qaçaq Əmrahın son anda inqilabçılara meyl etməsini də vətəndaş 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
156
müharibəsindən bəhs edən "Daşqın" romanının uğuru hesab 
etmək olmaz. 
30-cu illər Azərbaycan romanı vətəndaş müharibəsi mövzu-
su ilə yanaşı "kolxoz quruculuğu", "kollektiv təsərrüfat" yaratmaq 
uğrunda "mübarizə" mövzusuna da böyük maraq göstərmişdir. 
"Kolxoz mövzusu" poeziyada və dramaturgiyada hətta bir qədər 
əvvəl görünməyə başlanmışdır. Lakin romanın janr təbiəti 
yazıçıları özlərindən asılı olmayaraq "gözləmə mövqeyi" tutmağa 
məcbur edirdi. Bununla belə, çox da gözləmək lazım gəlmədi və 
30-cu illərin bu dəbdə olan mövzusunda romanlarımız yaranmağa 
başladı. Əlbəttə, başqa ənənəvi mövzular kimi "kolxoz mövzusu" 
da  şərtidir və zahiri xarakter daşıyır. Çünki sənətin başlıca 
predmeti insandır. Digər obyektlər isə insanı göstərmək üçün 
vasitədir. Ona görə  də "kolxoz", yaxud "istehsalat" mövzusu 
deyib sükutla keçmək və üstündən xətt çəkmək olmaz. Əsas 
məsələ  həmin dövrlərin mövzularında sənətin idealının necə, 
hansı üsulla və  nə  səviyyədə yerinə yetirilməsidir. Məsələn, 
Əbülhəsənin 1933-cü ildə yazdığı "Yoxuşlar" romanında konkret 
dövr və onun "həqiqətləri" təsvir edilmişdir. Kollektiv təsərrüfat 
yaratmaq yolundakı "yoxuşlar" göstərilmişdir. Romanın təlqin 
etdiyi zahiri ideya budur ki, yoxuşları keçib gedə bilmək üçün 
böyük qüvvə  və siyasi sayıqlıq lazımdır. Romandan göründüyü 
kimi, bir çoxları bu yoxuşları qalxa bilmir, bəziləri isə qalxsa da, 
orada qərar tutub qala bilmir və Bakıdan gələn kolxoz sədri 
Bünyad kimi nəhayət uçuruma yuvarlanır. Əsərdə belə bir ideya 
da aşılanır ki, bunların içərisindən yalnız möhkəm siyasi şüura 
malik olanlar cürətlə aydın gələcəyə, sabaha doğru möhkəm bir 
inamla addımlayırlar. Lakin əslində "Yoxuşlar" kimi realist bir 
romanın bütün məzmununu bu ideyaya bənd etmək olmaz. 
Romanda Bünyaddan, Qumrudan tutmuş ta Babacana və Canı 
kişiyə  qədər mükəmməl işlənmiş canlı  bədii xarakterlər vardır. 
Ona görə  də Bünyad və Qumru münasibətləri təkcə ictimai və 
siyasi baxımdan deyil, həm də insani baxımdan, hissi mənada 
qiymətləndiriləndə aydın olur ki, romanın daxili imkanları daha 
geniş təsir bağışlayır. Ona görə də əsərin bədii dəyərini bir qədər 


Himalay Ənvəroğlu __________________________
 
 
157 
dərin qatlarda axtarmaq lazımdır. Məsələn, Bünyadla Babacanın 
gənc qızı Nuşunun qarşılıqlı daxili münasibətlərinin, 18 yaşlı 
Kamranla 25 yaşlı Qumrunun sevgi həyatının sənət baxımı bunu 
deməyə əsas verir. 
Söhbət  Əbülhəsənin roman yaradıcılığından və onun ayrı-
ayrı nümunələrindən gedəndə etiraf etməliyik ki, o, bir predmet 
kimi geniş tədqiq olunmuşdur. M.Arif, M.Hüseyn, M.Cəfər və b. 
görkəmli tənqidçilər onun roman yaradıcılığını  təhlil etmiş, 
Q.Xəlilov "Azərbaycan romanının inkişaf tarixindən" monoqra-
fiyasında Əbülhəsənə geniş yer vermiş, T.Mütəllibov ədibin yara-
dıcılıq yolunu, roman fəaliyyətini monoqrafiya səviyyəsində 
geniş  tədqiq etmişdir. Təkcə  Əbülhəsən haqqında deyil, 
ümumiyyətlə, 30-50-ci illərdə Azərbaycan romanına gələn və 
zamanın irəli sürdüyü mövzu və  qəhrəmanların bədii həllində 
özünəməxsus uğurlar qazanan yazıçılarımızın demək olar ki
hamısının haqqında xüsusi kitab və monoqrafiyalar yazılıb, 
namizədlik və doktorluq dissertasiyaları həsr edilib. Ona görə də 
belə bir zəngin tədqiqatdan sonra, məsələn, "Yoxuşlar"ı, yaxud 
M.Hüseynin "Tərlan" romanını  ənənəvi mövzu baxımından 
yenidən təhlil etmək deyilənlərə  əslində xüsusi bir yenilik 
gətirməz. Ona görə  də ayrı-ayrı yazıçıların romanlarında təsvir 
olunan problemlərin mövzu və ideya baxımından təhlilinin  əhə-
miyyətini azaltmadan demək lazımdır ki, müasir ədəbiyyatşü-
naslıq təfəkkürü ilə  həmin  əsərlərin bu gün kifayət qədər 
nöqsanını və uğurlarını meydana çıxarmaq mümkündür. 
Bu gün"inqilabi-tarixi", "vətəndaş müharibəsi", "kolxoz 
quruculuğu", "istehsalat" və s. mövzularda yazılan əsərləri yalnız 
mövzu tipologiyası baxımından qiymətləndirib mühüm daxili 
struktur dəyişiklikləri nəzərə almamaq faydalı hesab edilə bilməz. 
Məlum olduğu kimi, 30-cu illər Azərbaycan romanının janr 
imkanları yuxarıda qeyd edilən mövzuların  əsasında geniş-
lənməyə başlamışdır. Ilk baxışda "vətəndaş müharibəsi" mövzusu 
zahiri xarakterinə görə ideoloji mənada başa düşülə bilər. Lakin 
Azərbaycan romanının taleyi sənətkar axtarışları  və  qəhrəman 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
158
problemləri ilə birbaşa bağlı olduğu üçün məziyyətləri zahiri 
mövzuda yox, daha çox daxili məzmunda axtarmaq lazımdır. 
Millətimizin düşdüyü vətəndaş müharibəsi bəlasının ilk 
roman səhifəsi S.Rəhimovun "Şamo"su ilə açılır. Lakin "Şamo" 
öz tərkibində eyni zamanda xalq həyatının, onun tarixi taleyinin 
elə mürəkkəb gedişlərini birləşdirir ki, bunların hamısını bir janr 
və mövzu ətrafında qruplaşdırmaq çətindir. Məsələn,  Şamo 
surətində  həm epopeya, həm roman, həm dram qəhrəmanının 
imkanları birləşdirilib.  Əgər o, xalq taleyinə qovuşanda epopeya 
mövzusunu ifadə edirsə,  şəxsi taleyini düşünəndə, ailəsinin və 
sevgilisi Qəmərin gənclik xoşbəxtliyini fikirləşib mübarizəyə giri-
şəndə roman, mövzu və ideyanı  kəskin qarşıdurmalar  əsasında 
həyata keçirəndə dram poetikasını ifadə edir. Eyni zamanda hər 
bir mövzu və qəhrəman tipi özü ilə bərabər, psixoloji-mənəvi yük, 
bədii məzmun tutumu gətirir. Bu da romanın janr strukturuna, 
estetik poetensialının artmasına müsbət təsir edir. Bu baxımdan 
"Şamo" romanı zahiri mövzusuna görə deyil, daxili məna tutu-
muna, insanı saysız-hesabsız müstəvilərdə göstərmək qüdrətinə 
görə qiymətləndiriləndə burada bir sıra müsbət başlanğıcların 
mənbəyini aydın görmək olur. 
"Şamo"da öz mövqeyini möhkəmləndirən Azərbaycan 
romanı öz yayından "xilas" olan ox kimi milli həyatın sosial-mə-
nəvi içərilərinə sürətlə nüfuz etməyə başlayaraq janrı yeni-yeni 
qəhrəman tipləri hesabına zənginləşdirməyə başladı.  Əlbəttə, 
"vətəndaş müharibəsi" mövzusunun öz qəhrəman tipləri var idi və 
bunlar yalnız məlum dairədə , öz orbitlərində  sərbəst hərəkət 
etmək imkanına malik idilər. Hüdud müəyyənliyi bunlarda şüur 
axınına, qəlbin dialektikasına və bir sıra iradi-mənəvi aktların 
sərbəst həyata keçirilməsinə imkan vermirdi. Onlar ictimai-siyasi 
baxımdan həddən artıq fəal və  hərəkətdə olan qəhrəmanlar 
olduqları üçün janrın lirik-psixoloji istiqamətdə sərbəst inkişafın-
da mühüm rol oynaya bilmirdilər. Yəni burada söhbət elə xüsu-
siyyətlərdən gedir ki, o, başlanğıc mənasında Azərbaycan roma-
nının daha sonrakı  mərhələsində özünü göstərmişdir. Yəni bu 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə