Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə38/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
151 
fəsildə Safo qızı, Şamo bacısı Gülsənəmin Hətəmxan oğlu Maro 
tərəfindən qaçırılmasından bəhs edilir. Başlanğıcda təxminən bir 
neçə  kəlmədən sonra müəllif fəslin qəhrəmanlarını süjet 
mərkəzinə  gətirir. Safonun övlad qayğısı, keçirdiyi həyəcənlar, 
Şamo və Maro haqqında düşüncələr verilir. Bu fəsil Safonu son 
dərəcə  çıxılmaz və mürəkkəb, eyni zamanda qəti hərəkət etmək 
məqamına çatdırır. Cəmi 14 səhifədən ibarət olan bu fəsil həm də, 
böyük hadisələr üçün ilkin hazırlıq rolunu oynayır. Bununla belə, 
Molla Qafar da daxil olmaqla romanın gələcək iştirakçılarının 
müəyyən qismi süjetdə görünmək imkanı  əldə edir. "Qaçırılan 
qız" fəsli aşağıdakı "məzmunda" qurtarır: "Cındırından indi də 
qan süzülən Safo barmaqları üstdə qalxıb boylanıb, kədərli bir 
səslə: 
- Qı…zı…m – dedi – Cana…varlar… qaçıram quzum!... 
Bu zədəli səs Gülsənəmin sinəsini bir ox kimi dəlib keçdi. 
O, hıçqırıb içərisində: 
-Də…də!... – deyə  çığırdı. – Bəs,  Şamo haradadır? (105, 
səh.14). 
Biz yuxarıda qeyd etmişdik ki, S.Rəhimovun roman 
təfəkküründə  məntiqi gedişlər, assosiasiya, "süjetdən kənar" 
komponentlər mühüm yer tutur. Birinci fəslin sonu "Bəs,  Şamo 
haradadır?" sualı ilə qurtarır. Gözləmək olardı ki, ikinci fəsildə 
bilavasitə Şamo hadisələrə qoşulacaq və ailələrinə vurulan namus 
ləkəsinin təmizlənməsi yolunda ölüm-dirim savaşına girişəcək. 
S.Rəhimov Gülsənəmin atasına "Bəs, Şamo haradadır?" son 
dərəcə  həyəcanlı  və ümid dolu verdiyi sualı sanki "Heç eşitmir" 
və "Yandırılan kağız" fəslini (ikinci fəsil) ilk baxışda Gülsənəmin 
qaçırılması ilə bilavasitə  əlaqəsi olmayan Molla Qafarın axşam 
namazına hazırlaşması əhvalatı ilə başlayır.  
S.Rəhimov bu əsərində nağıl, dastan təhkiyəsindən, klassik 
roman təcrübəsindən bəhrələnib orijinal bir yol tutmuş, Azər-
baycan romanının özünün şəxsi üslubu hesabına xeyli inkişaf 
etdirərək ona böyük şöhrət gətirmişdir.  
Həcmi üç min səhifədən artıq olan bir romanın bədii sənət-
karlığını bütün incəliklərinə  qədər təhlil etmək imkan xaricində-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
152
dir. Çünki bu abidənin "memarlıq sirləri" həddən artıq çoxdur və 
onların böyük bir qismi isə romanın daxili məzmunu ilə 
bağlıdırlar. "Səki üstündə" adlanan dördüncü fəsil (birinci cild): 
Gülsənəmlə Maronun bir-birlərinə alışmalarından başlayaraq 
övlad dünyaya gətirmələrinə  qədər bəzi hadisələr S.Rəhimovun 
təhkiyə üslubuna məxsus gedişlərlə nağıl edilir. Lakin burada 
diqqəti cəlb edən bir cəhəti nəzərə çarpdırmaq yerinə düşərdi: 
"Mamaça əlini irəliyə uzadıb: 
- Yaxına bir gəl, ay! – dedi – Ay Pası, heç bilmirəm 
neyləyim? 
-Işçiyəzim var mənciyəz gedirəm, - dedi: - Pası tövlə qapısı 
ağzından geriyə  tərəf ləngərlədi, - mənciyəz  əzəldən bizim 
oğlanciyəzin bu işinə Allah xeyir versin deməmişəm. Bu ötən 
yazda heç dağa da getmədim. Molla Qafar minnətçi düşəndən 
sonra heyvanı Çalbayıra qaldırdım." (105, səh.31). 
Göründüyü kimi, doğum anında, mamaça ilə söhbət 
əsnasında Pası birdən-birə "Bu ötən yazda heç dağa da getmədim" 
– deyərək, sanki əsas mətləbdən uzaqlaşır. Bu adi roman təhkiyə 
xüsusiyyəti deyil. Yəni nə adicə retro, yaxud haşiyə və ricət deyil, 
məhz təhkiyənin mürəkkəb üslubi toxumasıdır. 
Çox maraqlı bir vəziyyət yaranır. Romanının birinci 
hissəsinin birinci fəslində Gülsənəm "Bəs,  Şamo haradadır?" – 
deyə atasından qardaşını soruşur. Bu, romanın 14-cü səhifəsində 
olur. Lakin biz romanın yalnız 614-cü səhifəsində Şamonun dostu 
Fərzəli ilə birlikdə Şehli kəndinə qayıtdığını oxuyuruq. Təsəvvür 
edin ki, 600 səhifəlik bir ədəbi materialda Şamo Şehlinin həsrətini 
çəkir, qoca atasına, kimsəsiz bacısına, vüsalına can atdığı 
Qəmərinə qovuşmaq istəyir. Onlar Şamonu görmək arzusu ilə 
yaşayırlar. Lakin bu müddətdə  Şehlidə çox işlər olmuşdur. 
Gülsənəmin Marodan övladı olandan sonra yenidən ata evinə 
qaytarılmışdır. Məsələ burasındadır ki, müəllif özü də  Şamonu 
Şehliyə gətirməyə çalışırdı. Qəhrəmanın roman həyatı, hadisələrin 
epopeya miqyası alması isə buna imkan vermirdi. Müəllif imkan 
tapan kimi çoxdan arzusunda olduğu bu gəlişi böyük 
məmnuniyyətlə yeddinci hissəsinin "Kölgəli yol" fəslində həyata 


Himalay Ənvəroğlu __________________________
 
 
153 
keçirir. Lakin Şamonun həyatının heç bir anı  əslində  Şehlisiz 
olmayıb və o, daim Şehli arzusu ilə yaşayıb. Öz növbəsində Şehli 
də  həmişə  Şamo ilə yaşayıb, öyünüb və onun yolunu gözləyib. 
Xüsusilə  Qəmər. Bütün bu gedişləri nəzərə alanda adama belə 
gəlir ki, "Şamo" nəinki S.Rəhimovun roman yaradıcılığından, 
ideya və mövzular aləmindən, eyni zamanda Azərbaycan 
romanının sonrakı taleyindən qırmızı bir xətlə keçir. Ilk dəfə 
S.Rəhimov "Şamo" romanında "Həyat nağılı" (105, səh.255), 
"Kankan Gavə" fəsilləri ilə nağıl və dastan poetikasının verdiyi 
imkandan istifadə edərək romançılarımız üçün yeni üslub 
nümayiş etdirmişdir. "Şamo"nun təkcə I.Əfəndiyev, I.Şıxlı, 
I.Hüseynov, B.Bayramov kimi tanınmış yazıçıların deyil, eyni 
zamanda altmışıncı illərdə  ədəbiyyata gələn nəsillərimizin də 
roman yaradıcılığına mühüm təsiri olmuşdur. Ümumiyyətlə, 
Qarabağın tarixini, coğrafiyasını, insanlarının psixologiyasını 
dərindən bilən S.Rəhimovun "Şamo"su, Qarabağ mövzusunda 
yazan romançılarımız üçün həm mənbədir, həm də məktəb. 
Insanı daxili-mənəvi inkişaf prosesində göstərmək sahə-
sində Mir Cəlalın da "Dirilən adam" romanı diqqəti cəlb edir. 
Əsər vaxtı ilə birmənalı qiymətləndirilməmişdir. Romanda əhva-
latçılıq, nağılçılıq da açıq şəkildə özünü göstərir. Qədirin mənəvi 
"dirilmə"sini xüsusi vurğulayan yazıçı onun inandırıcı canlı bədii 
obrazını yaratmaq qayğısına qalmamışdır. Müəllif belə düşün-
müşdür ki, inqilabi gerçəklik Qədiri diriltmək iqtidarına malikdir. 
Bu baxımdan bəzi tədqiqatçılar "dirilmə"nin ləngidilmə-
sinin başlıca səbəbkarı kimi musavat hökumətini, parlamenti 
xüsusi vurğulayır (61, səh.42). Ona görə  də romanda bədii 
sənətkarlıq imkanlarının müəyyənləşdirilməsi kölgədə qalır. 
Nəticədə  əsər bütünlüklə  Qədirin mənəvi "dirilmə"si adı altında 
siyasi "dirilmə"si kimi qiymətləndirilir. Bu romanın uğurlarını 
Qədirin "dirilmə"si ilə bağlamaq düz deyil. Çünki romanda 
Qumru kimi qüvvətli işlənmiş milli-bədii xarakter vardır. Elə 
götürək Xudayar bəylə tipologiya təşkil edən Bəbir bəy. Mənfi tip 
kimi bu harın adamın zahiri portretində və əməllərində də sələfini 
tamamlayan bir ardıcıllıq vardır. Bəbir bəyin məqsədini yerinə 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
154
yetirmək üçün din nümayəndələrindən və divan adamlarından 
bacarıqla istifadə etməsi də, obrazın kompozisiyası baxımından 
diqqəti cəlb edir. Düzdür, klassik dramaturgiyamızda və  bədii 
nəsrimizin bəzi nümunələrində Bəbir bəy tipində olan adamların 
öz məqsədinə çatması üçün istifadə etdiyi vasitələrə kifayət qədər 
rast gəlmək olar. Lakin M.Cəlalın tipi həm romanın 
kompozisiyasında mükəmməl işlənmiş  bədii xarakter olmaqla 
yanaşı, həm də tarixi şəraitin "övladı" kimi meydana çıxmışdır. 
Qumruya gəldikdə isə demək lazımdır ki, bu obraz təbiiliyinə, 
ustalıqla işlənməsinə görə romanın inqilabçı obrazlarını qat-qat 
üstələyir. O, özünün mərdliyi, cəsarəti, dönməzliyi, namus 
yolunda hətta dilsiz körpəsini qurban verməsi ilə "Kitabi-Dədə 
Qorqud" qəhrəmanlarından olan Burla Xatunu, Koroğlunun 
Nigarını, Nəbinin Həcərini, Şamonun Qəmərini xatırladır. Yalnız 
xatırlatmır, xarakteri və əməlləri ilə də bunu sübut edir. Ona görə 
bu gün 30-cu illər romanını mövzu baxımından deyil, ümumən 
sənət baxımından qiymətləndirmək lazımdır. Çünki əsərin 
ləyaqətini siyasi plana tabe etmək müəllifə baş ucalığı  gətirmir. 
Bununla belə, M.Cəlal romanlarında müasir bədii təfəkkürü 
özünə cəlb edən məziyyətlər çoxdur. Başqa sözlə, hər hansı tarixi 
şərait olursa-olsun "Bir gəncin manifesti"ndə Baharın taleyi və 
onun anası Sona xalanın xarakteri bədii düşüncə predmeti olaraq 
qalacaqdır. 
M.Hüseynin 1933-1934-cü illərdə yazdığı "Daşqın"da Azər-
baycanda 1918-1920-ci illərdə baş verən ictimai-siyasi hadisələrə 
həsr olunmuşdur. Bu illər: "vətəndaş müharibəsi" dövrü həqiqətən 
Azərbaycan milləti müxtəlif cəbhələrə bölünmüş  və mövcud 
siyasi iqlim şəraitində ölüm-dirim mübarizəsi aparırdı. Lakin 
kimə qarşı, nədən ötrü döyüşə atıldıqlarını dərindən dərk etməyən 
ayrı-ayrı adamlar müəyyən qrupların siyasi hakimiyyət 
davalarının qurbanı olurdu. Bunu yuxarıda qeyd edilən "Dirilən 
adam" romanının aparıcı  qəhrəmanı  Qədirin timsalında da aydın 
şəkildə görmək mümkündür. Ailəsini yaşatmaq üçün rüşvət verib 
qulluğa girən Qədirin müəyyən macəralardan sonra, müəllif Ira-
dəsi ilə şüurlu inqilabçı kimi yenidən öz kəndinə dönməsi, "yeni 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə