Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə34/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   30   31   32   33   34   35   36   37   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
135 
predmetləşdirməsini əsas götürmüşlər. Lakin hər ikisində bir sti-
xiya yaxınlığı vardır. 
Romanın janr xüsusiyyətindən bəllidir ki, hadisələrin  əhə-
miyyətindən və  əhatə dairəsindən asılı olmayaraq burada insan 
xarakteri ön planda verilir. S.Vurğun mənzum roman üslubunda 
yazdığı "Komsomol poeması"nda aşılamaq istədiyi ideologiya ilə 
yanaşı, sənət baxımını ön plana çəkmiş, geniş düşünən və dövrün 
adamlarının müəyyən xüsusiyyətlərini özündə  əks etdirən 
xarakterlər yaratmağa çalışmışdır. Poemada xarakterlər qarşılaşır, 
ehtiraslar toqquşur,  əqidələr üz-üzə  gəlir. Bunlar Furmanovun 
"Çapayev", Serafimoviçin "Dəmir axın", Qladkovun "Sement", 
N.Ostrovskinin "Polad necə  bərkidi" "eyni mövzulu" romanla-
rında təsvir edilənlərdən qat-qat dərin və  əhatəlidir. 20-ci illərdə 
ayrılan cəbhələrin və  mənafelərin toqquşmasını bir-birinə zidd 
xarakterlərin əsasında əks etdirən, xalq həyatını, məişətini, adət və 
ənənəsini təsvir edən  əsər, başqa sözlə "Komsomol poeması", 
"şübhəsiz epopeya adlanmalıdır" (139, səh.76). 
B.Vahabzadə  və rus tənqidçisi V.Oqnev Bəxtiyarı "ideal 
adam (139, səh.77) olduğuna görə epopeya qəhrəmanı hesab 
etmirlər. Lakin bizə elə  gəlir ki, əgər "Komsomol poeması"nı 
həqiqətən də epopeya hesab ediriksə, deməli, onda qəhrəmanın da 
ənənədən, janrın təbiətindən gələn ideal obrazını qəbul etməliyik. 
V.Oqnev bu əsəri eyni zamanda "hərtərəfli tədqiq edilmiş 
məhəbbət faciəsi" (101) hesab edir. Lakin burada məhəbbət 
faciəsinin roman stixiyası öz qaynaqlarını Nizamidən, Füzulidən 
və başqa romantik poeziya dühalarından alması amili unudulur. 
Poemada Calalın, Humayın, Bəxtiyarın və  hətta epizodik 
planda olmasına baxmayaraq Mirpaşanın xarakterlərindəki bü-
tövlük və bunun üçün tədbiq edilən poetik vasitələr romani baş-
lanğıcın əsas şərtlərindəndir. Məsələn, romantik Cəlalın müxtəlif 
psixoloji vəziyyətlərdən keçirilməsi, eyni zamanda hisslərinin 
əlində əsir olaraq əqidəsindən dönüb Gəray bəyə "yazığam, zaval-
lıyam" – deyə yalvarması, həm "sevdalar düşkünü", həm də 
"komsomol" olan qəhrəmanının xarakterinin roman üstündə kök-
ləndiyini göstərir. Belə süjeti "Kənddə teatr" fəslində də müşahidə 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
136
edirik. Həmin fəsildə retrodan istifadə edilərək bir neçə il əvvələ, 
Gəray bəyin "xanlıq" dövrünə qayıdırlar. Bu, xarakteri sinfi 
mənsubiyyəti ilə, yəni bir mülkədar kimi fəaliyyət göstərdiyi 
dövrdə təsvir etməyə imkan verir. Gəray bəyin öz sinfinin hüquq 
və imtiyazlarını bir döyüşçü və bir başçı kimi mübarizə yolu ilə 
qaytarmağa çalışması da romantik poeziyada xarakterin təbii 
inkişafının yalnız roman süjetində qiymətləndirilə bilmək 
imkanını göstərir. Ona görə  də B.Vahabzadə "Komsomol poe-
ması" həqiqi xalq dastanıdır (139, səh.102) deyəndə  təbiidir ki
buradakı obrazların xarakterlərini, təsvir olunan hadisələrin 
səciyyəsində  tətbiq edilən vasitələri nəzərdə tuturdu: Humayın 
yuxusunda bir anaş qaranquşun onu caynağına alaraq qaçdığını 
görməsi, yuxunun yozulması, fal açması  və s. "Komsomol 
poeması"na belə geniş münasibətimiz onunla bağlıdır ki, ilk dəfə 
bu  əsərdə (1930-1931) prozaik romanın hələ predmetləşdirməyə 
səy göstərdiyi tarixi hadisələrin geniş dairəsi mürəkkəb süjet 
quruluşunda, struktur əsasda  əks etdirilmiş  və bununla müasir 
romanın (30-cu illər) nəinki mövzu hüdudlarını, eyni zamanda 
poetik imkanlarını meydana çıxararaq zənginləşdirmiş  və janrın 
lirik-romantik hərarətdən geniş istifadə etməsinə meydan açıl-
mışdır. 
Məsələ burasındadır ki, 30-cu illər ümumən Azərbaycan 
romanında müəyyən bir mərhələ kimi deyil, məhz "Azərbaycan 
sovet romanının təşəkkülü və inrkişafı" (90, səh.419) mərhələsi 
kimi qiymətləndirilmişdir. Halbuki 20-ci illərin siyası burulğanı 
ümumiyyətlə, Azərbaycan romanının inkişafını  ləngitmişdir. 
"Azərbaycan sovet romanı" anlayışında "sovet sözünün "təyin-
edici rolu" isə zahiri xarakter daşıyır. Burada söhbət xronologi-
yadan və  mərhələdən gedə bilər. Bu baxımdan 30-cu illər Azər-
baycan romanında konkret mərhələ hesab edilə bilər. Çünki bu 
illərin romanının öz tipoloji xüsusiyyətləri, mövzu, ideya və qəh-
rəmanları olub. Bunlar isə  həm dövrün, həm bədii təfəkkürün, 
həm də  ədəbi prosesin faktları olan ayrı-ayrı romanlarda özünü 
göstərib. 


Himalay Ənvəroğlu __________________________
 
 
137
M.Arif 1957-ci ildə yazdığı "Azərbaycan sovet romanı" adlı 
iri həcmli, o zaman üçün metodoloji xarakter daşıyan məqaləsində 
üç onilliyin (30-50-ci illər) roman təsərrüfatının üfüqi təhlilini 
verir. Məqalədə öz zamanında  ədəbiyyatşünaslıq elmimizin, o 
cümlədən roman nəzəriyyəsinin aktual problemlərini qaldıraraq 
müxtəlif roman nümunələri əsasında ümumiləşdirmələr aparılmış-
dır. Lakin məqalənin ideya-siyasi ruhu bu günümüzlə səsləşmirsə, 
bu da müəllifin nöqsanı deyil. Ona görə də həmin dövrün tənqid 
və ədəbiyyatşünaslıq materiallarına münasibət göstərilməsi heç də 
kiminsə xidmətini azaltmaq mənasında başa düşülməməlidir. 
Çünki Azərbaycan romanının ayrı-ayrı mərhələsi ilə bağlı tənqidi 
yazılar müasir metodoloji baxışdan keçirilməsə, predmetin 
tipoloji konsepsiyasını yaratmaq mümkün olmaz. Məsələn, 
M.Arif yazırdı: "Sosialist realizmin bir yaradıcılıq metodu kimi 
inkişafı dramaturgiyadan sonra roman praktikamızda daha aydın 
görünməkdədir" (90, səh.419). Bu, həmin dövr üçün tamamilə 
"doğru" idi. Çünki ədəbi prosesdə bütün inkişafın və yeniliyin 
başlıca meyarı sosialist realizm metodu prinsipləri idi. Yazıçının 
böyüklüyü və  sənətinin imkanı bu metodun siyasi-ideoloji 
tələbinə hansı  səviyyədə cavab verməsindən asılı idi. Lakin 
həqiqətən də "sosialist realizm" deyilən bədii metod öz 
prinsiplərini bizim ədəbiyyatımızda ilk dəfə dramaturgiyada 
göstərmişdir. Hadisələri "konkret tarixi şəraitdə, inqilabi inkişafda 
göstərməyin ilk "təşəbbüsü" olan "Laçın yuvası" da bunu sübut 
edir. Doğrudan da, aprel işğalının ilk çağlarında dramaturgiya 
"zamanın nəbzini" tutmaqda daha "çeviklik" göstərdiyi halda 
roman bu "vəzifələri yalnız 30-cu illərin  əvvəllərindən yerinə 
yetirməyə başladı. 
"Ilk sovet romanlarında (Azərbaycan sovet romanlarında – 
H.Q.) yazıçılarımız elə bir həyat materialı ilə üzləşirdilər ki, bu 
materialı inqilabi nəzəriyyə əsasında öyrənib dərk etmək, sosialist 
inqilabının vəzifələrinə uyğun olaraq qiymətləndirmək və inqilabi 
prosesdə alıb düzgün əks etdirmək onlardan yeni yaradıcılıq 
prinsipləri ilə  işləməyi tələb edirdi. Ilk romanlarımızda təsvir 
olunan yeni həyat: sovet hakimiyyəti uğrunda mübarizə, vətəndaş 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
138
müharibəsi, daha sonra gənc sovet hökumətinin ilk siyasi-ictimai 
tədbirləri ("Daşqın", "Şamo", "Yoxuşlar", "Dünya qopur") yazı-
çılardan tələb edirdi ki, bütün bu hadisələri Marksizm-leninizm 
inqilabi nəzəriyyəsi cəbhəsindən, Kommunist partiyasının siyasəti 
nöqteyi-nəzərindən düzgün qiymətləndirsinlər" (90, səh.419) 
Çoxları kimi M.Arifə  də elə  gəlirdi ki, əsil Azərbaycan 
romanı məhz inqilabın "yetişdirdiyi" romandır. Çünki Azərbaycan 
sovet  ədəbiyyatı  əgər 1920-ci ilin aprelindən, "təşəkkür edib" 
inkişafa başlayırsa, təbiidir ki, onun romanı da məhz bu zəmin 
üzərində irəliləməlidir. Ona görə də "ilk romanlarımız" ifadəsi bu 
baxımdan təəccüblü deyil. Doğrudan da, "yazıçılarımız tamamilə 
yeni həyat materialı ilə üzləşirdilər". Lakin "bu materialı inqilabi 
nəzəriyyə  əsasında öyrənib dərk etmək, sosialist inqilabının 
vəzifələrinə uyğun qiymətləndirmək" tələbi  əsil sənət yaratmaq 
yolu olmayıb, sırf ideoloji məqsədə, yuxarıdan verilən tapşırığa 
xidmət etmək idi. Başqa sözlə, bu, "Kommunist partiyasının 
siyasəti nöqteyi-nəzərindən, marksizm-leninizm inqilabi nəzəriy-
yəsi cəbhəsindən" roman yaratmaq idi. Ona görə də "ilk romanlar 
yazıçılarımızın  əsasən doğru yol tutduqlarını göstərdi" (90, 
səh.419) mülahizəsini iki mənada: "Kommunist partiyasının 
siyasəti"ni həyata keçirmək vasitəsi və sərt siyasi-ideoloji sədləri 
dağıdan  əsil sənət forması kimi qiymətləndirmək olar. Bu 
baxımdan 30-cu illər Azərbaycan romanının tipoloji tədqiqat üçün 
geniş meydan verməsi təsadüfi deyil. Çünki kommunist 
ideologiyası ilə  aşılanan həmin dövrün ədəbi prosesinin alt 
qatında sənət yolu, milli bədii şüuru inkişaf etdirməkdə romanın 
poetik imkanı  dəstəklənib. Halbuki, yuxarıda göründüyü kimi 
"inqilabi siyasət" yazıçıdan açıq tendensiya və "ayıq platforma" 
tələb edirdi. Məsələyə ideya və bədii cəhətdən yanaşanda belə bir 
nəticəyə  gəlmək olur ki, görünür romançılarımızın yalnız 
müəyyən qismi "romanların ideya məzmununu, məfkurəvi-əxlaqi 
istiqamətini" bilavasitə "dövrümüzün tələbləri səviyyəsinə 
qaldırmağa çalışmışdılar (90, səh.420). Başqa sözlə, sənət marağı 
heç də həmişə ideoloji tapşırığa qurban verilməmişdir. Ona görə 
də bir qismi ustalıqla bədii ideyanı daxili struktura keçirmiş, 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə