Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə32/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   28   29   30   31   32   33   34   35   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
127 
III FƏSIL 
 
AZƏRBAYCAN ROMANI ILK INKIŞAF 
MƏRHƏLƏSINDƏ 
 
3.1.Azərbaycan romanının ideya-estetik 
xüsusiyyətləri 
 
 30-cu 
illər Azərbaycan romanı özündə  təkcə xronoloji 
anlayışı deyil, həm də bütöv bir tipoloji mərhələni ifadə edir. 
Məsələnin həllinə 30-cu illərdən başlamağımız da təsadüfi deyil. 
Biz yuxarıda XIX əsrin sonu, XX əsrin  əvvəllərində yaranan 
romanlar haqqında ümumi məlumat verdik. 
Məlum olduğu kimi, bu romanların heç də hamısı sənət və 
janr tələbinə cavab vermir. Ona görə də 20-ci illərdə Azərbaycan 
romanının məhsul verməməsinin amillərindən biri də bu idi. 
1920-ci il aprel çevrilişindən sonra milli bədii təfəkkür özü də bir 
müddət roman yaratmaq imkanı itirmişdi. Ümumiyyətlə,  əsrin 
əvvəllərindən ictimai-siyasi həyatda baş verən ciddi sarsıntılar, 
dünyanın halının pozulması roman yaratmaq üçün əlverişli şərait 
deyildi. Nəinki roman təfəkküründə, eyni zamanda ədəbi prosesin 
özündə meydana gələn daxili qırıqlıq və inamsızlıq, ideoloji 
ştampların sənət ölçüsünə çevrilməsi, çevrilişdən  əvvəl yara-
dıcılığa başlayan yazıçılara ögey münasibət, yazıçılar içərisində 
sinfi düşmən axtarmaq səyləri ümumən yaradıcılıq sahəsinə  ağır 
zərbə vurdu. Sənətkarları  əsrin inqilabi surətinə qoşmağa, H.Ca-
vid kimi dramaturqu, "inqilab qatarına oturmağa" (H.Zeynallı) 
tələsdirən və öz zəhmətinin "bəhrəsi"ni görəndən sonra "rahat" 
nəfəs alan tənqidçi və  ədəbiyyatşünaslar da axına düşür, kəskin 
vulqar-sosioloji tələblər irəli sürürdülər. Bu proses hətta 40-cı 
illərdə  də davam etdirilmişdir. 1948-ci ildə "Azərbaycan sovet 
ədəbiyyatının yaradıcılıq problemləri" məqaləsində M.Hüseyn 
yazırdı: "Bizcə Azərbaycan sovet yazıçılarının bir qismi arasında 
kök salmağa başlayan yanlış bir meyl artıq real təhlükə olmuşdur. 
Bu meyl ondan ibarətdir ki, əsl bədii lövhə guya artıq oturuşmuş 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
128
olan bir həyatdan alınan material əsasında yarana bilər. Mütləq 
gözləməli, hadisələrin sonunu gözləməli, hadisənin sonunu gör-
məli, hər şey axır nöqtəyə çatdıqdan sonra əsər yazmalı və yalnız 
bu yolla uzun zaman yaşayan bədii lövhələr yaradılmalıdır" (88, 
səh.12). 
Görkəmli tənqidçimizin o zaman tənqid etdiyi həmin meyl 
təbii meyl idi. Lakin yazıçıları da bir insan kimi başa düşmək 
olar. Zəmanə onları yelkənsiz qayığa çevirib fırtınalı dəryaya at-
mışdı. 
V.Belinski roman, epopeya yaratmaq üçün yaşanmış, tarixə 
çevrilmiş mövzulara müraciət etməyi məsləhət görürdü. Belə olan 
təqdirdə tənqidçilərimizin "gözləməyi", "görməyi" yazıçılarımıza 
irad tutub bunu "yanlış meyl", "real təhlükə" kimi qələmə verməyi 
necə başa düşmək olar? "Cığırdaşlıq damğası" qorxusundan 
siyasi-ideoloji cəbhədə sayıq dayanmağa çalışan yazıçılarımız 
təbii olaraq yüksək sənət yaratmaq imkanlarını itirirdilər. 
Leninin "Partiya təşkilatı və partiya ədəbiyyatı" yazısı süni 
şəkildə  şişirdilib metodoloji əsas səviyyəsinə qaldırılaraq sənət 
meyarına çevriləndə yazıçının sərbəstliyinin əlindən alınması təbii 
idi. Ona görə  də "sənət sənət üçündür" mövqeyində dayanan 
yazıçılar təqib olundu, kommunist ideologiyasının sərt tələbləri 
ilə böyük sənət cismən məhv edildi. 
Bu dövrdə müxtəlif ədəbi təşkilatlar yaranır, yazıçılar dün-
yagörüşünə, sinfi mənsubiyyətinə  və  hətta yaşına görə müəyyən 
qruplara bölünür, əsil sənət mövqeyində dayananlar gözümçıxdı-
ya salınır, müxtəlif bəhanələrlə yaradıcılıq birliklərinə yaxın bura-
xılmırdı. Məsələn, "Zəhmətkeş  ədib və  şairlər ittifaqı" (1922), 
"Ədəbiyyat cəmiyyəti" (1925), "Qızıl qələmlər ittifaqı" (1926), 
"Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti" (1928) kimi ədəbi 
təşkilatların elə adından da görünür ki, bunlar siyasi-ideoloji 
tapşırığı yerinə yetirmək üçün yuxarıların təşəbbüsü ilə 
yaradılmışdır. 
PK (b)P MK-nın "Partiyanın bədii  ədəbiyyat sahəsində 
siyasəti haqqında" qərarı da (1925-ci il 18 iyun) 1905-ci ildə "Pa-
tiya təşkilatı  və partiya ədəbiyyatı" məqaləsində irəli sürülən 


Himalay Ənvəroğlu __________________________
 
 
129
"Ədəbiyyatı siyasi işin, ümumpartiya işinin" "təkərciyi və vintci-
yi" hesab edən ideoloji "konsepsiya"nın ən ifrat davamı idi. Hə-
min qərar sənəti tabe və asılı vəziyyətdə saxlamaqla bərabər, ədə-
bi döyüşlərə sinfi döyüş xarakteri verir, bədnam "ya bizdən, ya da 
bizə qarşı" şüarını yaradıcılıq cəbhəsinə gətirdi. 23 aprel 1932-ci 
il "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" qərar da 
siyasi-ideoloji platformanı "doğma" və "yad" prinsipi əsasında 
qurmağa yönəldildi. 
Yazıçıların 1934-cü ildə keçirilən birinci qurultayında tələb-
ləri rəsmi  şəkildə elan edilən sosialist realizm partokratiya 
xidmətində duraraq yazıçılardan bir qayda olaraq hadisələri 
"tarixi" konkret şəraitdə, inqşilabi inkişafda göstərməyi tələb 
edərək sənətin romantik qanadını  sındırmağa başladı. Belə bir 
özül boy artımında kəmiyyət üstünlüyünə meydan verdi ki, bunun 
da sonrakı  ağır nəticələri hamıya bəllidir. Məsələn, Azərbaycan 
ədəbiyyatı tarixinin axarından müəyyən xronoloji kəsik (1917-
1930) fərqləndirilərək "Azərbaycan sovet ədəbiyyatının təşəkkül 
dövrü" (11, səh.6) adlandırıldı  və C.Cabbarlı, H.Cavid və başqa 
böyük sənətkarların yaradıcılığında "sovet dövrü" xüsusi 
vurğulanaraq (86) ədəbi prosesin aramsızlığı, klassik ənənə  və 
varislik kimi mühüm amillər yaradıcılıq arsenalından uzaqlaş-
dırıldı.  
Bu kimi bünövrə ümumi nəticəyə mənfi təsir etmiş, həqiqi 
istedadın çiçəklənməsi yolunda əngələ çevrilərək yaradıcılıq axta-
rışlarını daha çox siyasi maraq üzərinə yönəltmişdir. Buna görə də 
"Ədəbiyyatın kamal attestatı" hesab edilən roman (126, səh.55) 
"Azərbaycan sovet ədəbiyyatının təşəkkülü dövrü"nün ilk 
mərhələsində (20-ci illər) qeyri-məhsuldar olmuşdur. 
"Təşəkkül mərhələsi" adlandırılan həmin dövrdə "rus sovet 
romanı" özünün müəyyən nümunələrini meydana gətirsə  də
burada da ilk illər (1917-1920) məhsul verməmişdir. Yalnız 20-ci 
illərin  əvvəllərindən başlayaraq A.Tolstoy "Əzablı yollarla", 
A.Malışkin "Dairanın süqutu" (1921), D.Furmanov "Çapayev" 
(1923), "Qiyam (1925), A.S.Serafimoviç "Dəmir axın" (1921-
1924), M.Qorki "Artamonovların işi" (1926), Çapıgin "Razin Ste-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
130
pan" (1927), A.Fadeyev "Tarmar" (1928), F.Qladkov "Sement" 
(1928) və s. romanlarını çap etdirdilər. 
Azərbaycan romanı isə XX əsrin əvvəllərində, daha doğrusu 
aprel çevrilişi  ərəfəsində özünün yüksək keyfiyyətli nümunələri 
ilə xüsusi fərqlənmədiyi kimi "inqilab"dan sonra da bir müddət 
mövzu, ideya və  qəhrəman axtarışlarında olur. Bədii nəsrimiz 
hələlik öz imkanlarını hekayə janrında nəzərdən keçirir. Bu janrda 
fəaliyyət göstərənlər isə  əsasən "yaşlı" nəslin nümayəndələri idi. 
S.S.Axundov "Qatil cocuq", "Ümid çırağı", "Iki dost, iki 
düşmən", "Molla Qasım", "Mister Qreyin köpəyi", C.Məm-
mədquluzadə "Bəlkə  də qaytardılar", "Şərq qadını", "Taxıl 
həkimi", "Xanın təsbehi", "Qoşa balınc", A.Şaiq "Əsəbi adam", 
"Anabacı",  Ə.Haqverdiyev "Xortdanın cəhənnəm məktubları", 
"Koroğlu", "Qəndil", "Seyidlər ocağı", S.Hüseyn "Yatmış kəndin 
qış gecələri", "Həzin bir xatirə", "Gilan qızı", "Sarıköynək", "Kor 
kişinin arvadı", "Iki həyat arasında", Y.V.Çəmənzəminli "Qazanc 
yolunda", "Namussuz", "Yaramaz", Tağı Şahbazi (Simurq), "Ağa-
nın kənizi", "Zərifə", "Azadlıq üçün cinayət", "Məşədi Qədimin 
evində  bədbəxtlik", C.Cabbarlı "Aslan və  Fərhad", "Gülzar", 
"Gülər", "Dilbər", "Dilarə", H.B.Nəzərli "120-dən ikisi", "Satqın", 
"Qəhrəmanın romanı", Qafur Sədrəddin oğlu  Əfəndiyev 
(Qantəmir), "Ağıl dəryası", "Züleyxa", "Mənim tələbəm", 
"Hərcayi", "Sarı baba", "Aybikə xala", "Nisə xala", "Zeynəb 
Tükəzbanova", "Kolxozıstan" (povest), Ə.Əbülhəsən "Öldürdü", 
"Boşandı" və s. hekayələrini bu dövrdə yazmışlar. 
Doğrudan da, C.Məmmədquluzadənin,  Ə.Haqverdiyevin, 
S.S.Axundovun hələ XIX əsrin sonunda formalaşan hekayə 
ustalığı  əsrimizin 20-ci illərində öz ənənəsini yaşadaraq janrın 
daxili titulunun mövzu dairəsinin genişlənməsində mühüm rol 
oynayırdı. Əlbəttə, bu dövrün hekayələrinin hamısını ucdantutma 
bədii sənətkarlıq nümunələri kimi qiymətləndirmək olmaz. 
Xüsusilə cəmiyyət həyatında meydana gələn ciddi mənəvi Sarsın-
tılar dövründə  bədii səviyyəni daim qoruyub saxlamaq çətin 
olurdu. Sənətin siyasi-ideoloji meyarlarla qiymətləndirildiyi bir 
çağda yazıçının "saf" sənət yaratmaq imkanı minimuma endirilir, 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə