Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə29/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   25   26   27   28   29   30   31   32   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
115 
"Müəmmalı  məktublar"ın materiallarının haradan götürül-
düyünü, hansı dildə yazıldığını markiz d"Arjan ehtiyat üçün bil-
dirmir. Sonra markiz d"Arjan dərc olunan sənədlərin orijinallığını 
mühafizə etmək üçün məktubların müəllifi ilə öz əlaqəsini bildirir 
(113, səh.44). 
M.F.Axundov da vaxtı ilə ehtiyat üçün "Kəmalüddöv-
lə…"nin müəllifi olmasını bir müddət bildirməmişdir. Guya 
onomastika, bu məktubların yalnız üzünü köçürmüşdür. Lakin 
məlum olduğu kimi sonralar M.F.Axundov təkcə  məktubların 
deyil, onların qəhrəmanlarının da müəllifi kimi Şərqdə böyük 
şöhrət qazanmışdır. Onun məktubları  təkcə  sənədləri, faktları  və 
yol qeydlərini real əks etdirmir, həm də  sənətkarın yaradıcı 
təxəyyülünün məhsulu olan xarakterləri formalaşdırır. Bu cəhət 
"Kəmalüddövlə…"ni yalnız fəlsəfi, sosioloji, tarixi, elmi-pub-
lisistik  əsər kimi deyil, eyni zamanda sənət  əsəri kimi qiymət-
ləndirməyi şərtləndirir. 
Markiz d"Arjan bu fikirdə olmuşdur ki, roman həyatın düz-
gün təsvirini verməlidir. Burada hadisələri bəzəmək və  həqiqəti 
gizlətmək olmaz. Roman müəlliflərinin öz əsərlərini tarix hesab 
etmələri təbiidir, çünki onlar tarixçinin qərəzsizliyinə can atırlar; 
buradan romanın xüsusiyyətləri birinci şəxsin təhkiyəsi, memuar 
və ya məktub forması meydana çıxır (113, səh.62). 
Ümumiyyətlə, avtobioqrafik forma markiz d"Arjanın se-
vimli üsulu idi və o, Monteskyenin "Iran məktubları"nın ənənəsini 
davam etdirərək silsilə roman-məktublar yaratmışdır ki, bunlarda 
da aparıcı  qəhrəmanlar bir qayda olaraq ifşaçı-filosof alimlər 
olurdular. 
Müəllifin fikrincə (markiz d'Arjan" – H.Q.) "Yəhudi mək-
tubları", "Müəmmalı  məktublar" və "Çin məktubları" bir vəhdət 
təşkil edirlər. Çünki onlarda müxtəlif xalqların qədim və yeni adət 
və xüsusiyyətlərinin geniş mənzərəsi verilmişdir. Markiz d'Arjan 
özü bu məktubların tərcüməçisi və naşiri maskası altında 
gizlənirdi (113, səh.63). 
M.F.Axundov da "Məktublar"ında belə bir mövqedə du-
rurdu. Çünki onun ictimai vəziyyəti "gizli" dolanmağı tələb edir-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
116
di. Bunu onun "Məktublar"la əlaqədar yazışmalarından aydın gör-
mək olur. Məsələn, "Bu məktubları  əsil nüsxədən köçürər-
kən…"(10, səh.15) dedikdə o məhz ehtiyatlı olmağı  əsas 
tutmuşdur. Məlumdur ki, M.F.Axundov "Kəmalüddövlə…" ilə 
əlaqədar olaraq Şərq müasirləri ilə xeyli məktublaşmışdır: 
"Kəmalüddövlə…"nin müəllifi də Avropa mütəfəkkirlərinin 
əqidəsindədir" (10, səh.149). Elə buna görə  də M.F.Axundov 
"Mirzə Melkum xana" məktubunda "Ancaq "Kəmalüddövlə…"ni 
çap edərkən, olmaya, mənim adımı qeyd edəsiniz" – deyə 
xəbərdarlıq edir. Yaxud, "Əli xana" məktubunda yazır: "…bəzi 
səbəblərə görə, məlumunuz olan nüsxəni ("Kəmalüddövlə…"ni – 
mütərcim) sizə göstərib özümü isə tanıtdıra bilmədim. Ancaq 
xahiş edirəm fikrinizə ayrı  şey gəlməsin, mən sizdən deyil, 
başqalarından qorxuram" (10, səh.170). "Məktublar" ideyasına 
görə müəllifin "müasirlərinin" canına qorxu salmışdı. Lakin 
müasiri olduğu cəmiyyətin kəskin satirik tənqidini verən bu əsərin 
müəllifinin məhz M.F.Axundov olduğunu çoxları bilirdi. 
Roman-traktat maarifçilik ideyasının ifadəsi üçün əlverişli 
forma idi. M.F.Axundovun maarifçi realist estetikası üçün 
xarakterik olan qəhrəmanı Monteskye və markiz d'Arjanın XVIII 
əsr Avropasının real şəraitinə müvafiq olaraq idarəetmənin 
maarifçi monarxiya formasına tərəfdar olan tiplərinə oxşamır. 
M.F.Axundov maarifçi monarxiya idarə formasını hələ "Aldanmış 
kəvakib" (1857) povestində  kəskin tənqid etmişdir. O belə bir 
fikri  əsas götürmüşdür ki, inqilab etmədən, təsadüf nəticəsində 
hakimiyyət başına gələn maarifçi monarx cəmiyyət həyatında 
köklü dəyişiklik edə bilməz və Yusif Sərrac kimi mütləq məhv 
olar. Bu, azadlığın yuxarıdan verilməsi deyil, onu aşağıların zorla 
alması idi.  
Aləmə "Kainatın vətəndaşı" gözü ilə baxan bir sıra XVIII 
əsr fransız maarifçi realistləri katolik kilsəsini mühakimə edir-
dilər. Hətta markiz d'Arjan "Yəhudi məktubları"nın və "Müəm-
malı  məktublar"ın bir çox səhifələrində müsəlmanlığın (islamın) 
və iudaizmin (yəhudi dini) tənqidini vermiş, katolik kilsəsinin 


Himalay Ənvəroğlu __________________________
 
 
117
fanatizminə, inkvizisiyanın barbarlığına, yezuitlərin (katolik 
monaxı) hökmranlığına qarşı kəskin çıxış etmişdir. 
Ümumiyyətlə, maarifçiliyi müdafiə yolu ilə möcüzələri rədd 
etmək, sxolastikaya qarşı  çıxmaq, azad düşüncəyə  və qabaqcıl 
elmi kəşflərə meydan açmaq bu dövrün realistlərinin materialist 
görüşlərinin əsasını təşkil edirdi. Məsələn markiz d'Arjanın yeddi 
cildlik bir romanında pərilər, cinlər,  şəyətinlər, müdrik 
müəmmaçılar, cəhənnəmdən gələnlər iştirak etsələr də əsər boyu 
heç bir möcüzə baş vermir, onlar yalnız müşahidə edir və fikir 
yürüdürlər. Onun qəhrəmanları: yorulmaq bilməyən səyyahlar 
dünyanın bir sıra ölkələrinə  səfər edərək müxtəlif xalqların 
həyatını, müxtəlif cəmiyyət quruluşlarını öyrənir və müqayisə 
edirlər. O, XVIII əsrdə tarixiliyin həqiqi inkişafı üçün mühüm 
amil olan nisbilik kateqoriyasını idraka gətirdi. Ilk dəfə 1730-cu 
ildə aləmə belə baxış fransız romanında geniş  şəkildə özünü 
göstərməyə başlamışdır. Hələ XVIII əsrin ortalarında markiz 
d'Arjan "Məktubları"nın təqlidçiləri meydana gəlmişdir. Məşhur 
romançı Oliver Qoldsmit "Çin məktubları" mənbələrindən 
qidalanaraq 1762-ci ildə özünün "Dünyanın vətəndaşı  və ya çin 
filosofunun məktubu"  əsərini yazmışdır. Monteskye və markiz 
d'Arjanın "Məktubları"nın təsiri təkcə janr ənənələri ilə  məh-
dudlaşmır. 
M.F.Axundov da "ədəbiyyatın ictimai dərdləri demək üçün 
xitabət kürsüsünə" çevrildiyi (Belinski) bir zamanda Şərqdə 
"Kəmalüddövlə  məktubları"nı yazır. Lakin M.F.Axundovun 
"Məktubları" digər "Məktublar"dan təkcə  məzmun, ideya fəlsəfi 
mündəricəsinə görə deyil, həm də estetik fikrin kompozisiya həlli 
baxımından da fərqlənirdi. XIX əsrdən çox-çox uzaq dövrləri 
Kəmalüddövlənin zamanı ilə  əlaqələndirmək üçün müəllifin 
yaratdığı körpülər "Məktublar"da çox realist və orijinal görünür. 
"Məktublar"ın təsvir obyekti, tarix və talelərdir. Peyğəmbər, 
Quran, VII əsrin məzhəb və  təriqətləri, dini söhbətlər 
"Məktublar"da bir o qədər də mühüm yer tutmur. Kəmalüddövlə 
bu məsələlərdən 2-ci məktubunda söhbət açır. Lakin bunlar bütün 
əsər boyu Kəmalüddövlənin və  Cəlalüddövlənin diqqətini çəkir. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
118
Əsərin kompozisiyası dörd məktub əsasında qurulub. Başqa sözlə 
müəllif fikri bu məktublarda inkişaf etdirilir. Birinci məktubda 
sanki tezis irəli sürülür, ikinci, üçüncü məktublar birlikdə antitezis 
əmələ  gətirir, dördüncü məktub isə sintez rolunu oynayır. Yəni 
son məktub həm yekun, həm də artıq ideyası  bəlli olan əvvəlki 
məktubların sintezidir. Özünün xüsusi dəlilləri olan Cəlalüddövlə 
əsas məsələlərdə  Kəmalüddövlə ilə  həmfikirdir. "Məktublar"da 
ədəbi material fərqli olsa da, ideya-fəlsəfi yükün ağırlığını eyni 
dərəcədə hiss edir. 
Məlumdur ki, Kəmalüddövlənin məktubları hicri tarixi ilə 
1280-ci ilin Ramazan ayında, Cəlalüddövlənin məktubu ziqədə 
ayında yazılmışdır. Göründüyü kimi, məktublar çox sürətlə yazıl-
mışdır. Bir ay ərzində  Kəmalüddövlə  təxminən 130 səhifədən 
ibarət olan üç məktub yazmışdır. Təbrizdə yazılan bu məktublar 
qəhrəmanın səyahət həyatı ilə eyni vaxta düşür. Məktublar məhz 
faktik  şahidliyin nəticəsində yaranmışdır. Səyahət dövrü həmin 
aya düşmüş  və  təəssüratın yazıya köçürülməsini tələb etmişdir. 
Kimsə etiraz edə bilər ki, bu yalnız yazıçının priyomudur, heç bir 
Kəmalüddövlə və onun Iran səyahəti olmayıbdır. M.F.Axundovun 
Şərq səfərləri bizə  bəllidir. Lakin bu mənada da Kəmalüddövlə 
M.F.Axundovun "eyni" deyil. Birinci məktubda Iranın keçmişini 
idealizə edən Kəmalüddövlə, təbiidir ki, şəxsi fikirlərini ifadə 
edir. M.F.Axundov öz təfəkkürünə  və müşahidələrinə bu qədər 
sentimental, hissi meydan verməzdi. Sonrakı  məktublarda da 
Kəmalüddövlənin iştirak etdiyi söhbətlərin "dinləyənçisi" ola 
bilməzdi. Bununla belə, o, bütün iş və əməllərini M.F.Axundovla 
"razılaşdırır". Məktublar"da Kəmalüddövlə faktik tarixi 
qəhrəmana çevrilir. Çünki məktublardakı arqumentlər müəllifin 
real tarixi şəxs olduğunu düşünməyə haqq verir. Bu, 
M.F.Axundovdurmu, yaxud onun qabaqcıl  şərq müasirlərindən 
biridirmi? Hər halda, müəllifin qəlbinə yaxındır ki, məntiqini 
qəbul edir. Onun vətənpərvərliyini duyur və kədərinə şərik olur.  
Bu mənada M.F.Axundovun iranlı müasirləri ilə məktublaş-
malarını unutmaq olmaz. "Məktublar"ın fəlsəfi-publisist başlan-
ğıcı aparıcı şəxsləri M.F.Axundovla yaxınlaşdırırsa, bədii başlan-


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə