Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə26/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   22   23   24   25   26   27   28   29   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
103 
Bütün bunlar nəzərə alındıqda "maarifçi" estetikanın və 
onun fəlsəfi-sosial məntiqinin "səhvi" (78, səh.115) yalnız Puş-
kinin və M.F.Axundovun "səhvi" kimi birmənalı  qəbul edilməz. 
Bəziləri bu "ümumiliyi" Axundovun subyektivizmi kimi qəbul 
edirlər. M.F.Axundov sadəcə olaraq maarifçi realizm konsepsiya-
sının təsiri altında özünün sənət prinsiplərini müəyyənləşdirib ona 
itaət etməklə kifayətlənə bilməzdi. O, yaradıcı filosof və maarifçi 
realizmin nəzəriyyəçilərindən idi. O, milli ədəbiyyatı, sənət 
prinsiplərini maarifçi realizmin modelinə, "normativ ölçülərə" 
daxil etmirdi, əksinə, maarifçi realizmi milli ədəbiyyatla 
zənginləşdirirdi. Onun sənətilə  nəzəriyyəsi bir-birini tamam-
layırdı. M.F.Axundovun məntiqində bunlardan birinin digərini 
üstələməsini iddia etmək düz deyil. 
"Kəmalüddövlə  məktubları"nda M.F.Axundov Quranı da 
bütün mizan və ölçülərilə  tədqiq obyektinə çevirmir. "Mək-
tublar"da Quran özünün poetik, bədii qiymətini deyil, fəlsəfi-
sosial dəyərini "alır". Quranın müəllifi və onun baş  qəhrəmanı 
Məhəmməd peyğəmbər  əsasən Kəmalüddövlənin ikinci məktu-
bunda Molla Sadığın moizələrilə "Məktublar"ın kompozisiyasın-
da görünür. Əsərdə islam dininin, o cümlədən xristian və başqa 
dinlərin genezisi, sosial-tarixi və  fəlsəfi mahiyyəti, izlənilən 
məslək bədii-fəlsəfi və publisist ümumiləşdirmələr  əsasında  əks 
olunur. "Kəmalüddövlə  məktubları"  şərq mütəfəkkirinin dünya 
fəlsəfəsinin əsas məsələlərinə dahiyanə nüfuz etdiyini, şərq mate-
rialları  əsasında dialektik materializmin tələblərini dərk etməyin 
metodologiyasını göstərir. Şərq ruhunun bütün incəliklərinə bələd 
olan,  şərqlinin dini görüşlərinin qaynaqlarını  dərindən bilən 
M.F.Axundovun bütünlüklə şərq aləmilə bağlı olan Quranı axıra 
qədər oxumamasına inanmaq çətindir. 
"Kəmalüddövlə məktubları" islam dininin köklərini qazıyan 
traktat deyil. Bu, qüdrətli zəkanın, yaradıcı  qələmin məhsulu, 
insanlığın sosial-tarixi və  mənəvi-idraki təkamülünün parlaq 
ifadəsidir. Burada tarix də, fəlsəfə də, sosial-mənəvi varlığın təh-
lili də, dinin kəskin tənqidi də  və daha bir sıra məsələlər vardır. 
"Məktublar"ın maddi-ruhu, varlığı  sənətkarın dünyagörüşü,  şəx-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
104
siyyəti və əsrin ideyası ilə elə sintez təşkil edir ki, onların birini 
digərindən ayrılıqda qiymətləndirmək olmaz. Ona görə  də  bəzi 
alimlərin göstərdiyi kimi burada söhbət təkcə Quran problem-
lərindən gedə bilməz. M.F.Axundov Quranı, "vəhdəti-vücud"u 
dialektik materializm fəlsəfəsinin işığında təhlil edir, maddənin 
yoxdan əmələ gəlməsi, çıraq, od, şölə və s. anlayışlarından çıxış 
edib Allahın  əzəli olmasını iddia edən vaizin (Molla Sadığın – 
H.Q) "məntiqini" maddi-realist əsasda, dialektik materializm 
konsepsiyası ilə rədd edir. 
M.F.Axundov "vəhdəti-vüxudun" – allah-təala ilə imam öv-
ladının vəhdəti etiqadının kəskin tənqidini verir. "Məktublar"dan 
bəlli olur ki, bu etiqada görə "bütün kainat şüalardan və 
kölgələrdən ibarətdir, bütün şüalar və kölgələr də çıraqla birlikdə 
varlıq aləminə" gəlib yaradılmışdır: yəni onlar çıraq vasitəsilə 
zahir olmuşlar və  çıraq imam övladlarından biridir. Çırağın 
mənbəyi isə oddur ki, bu da Allahın diləyindən ibarətdir. Belə 
olduqda, şüalardan və kölgələrdən ibarət olan biz və habelə şölə 
sayılan imam övladı odun əsli tələbatından başqa bir şeydən 
meydana gəlməmişdir" (10, səh.126). 
"Məktublar"da adı  çəkilən  Şeyx  Əhməd Bəhreyinin "vəh-
dəti-vücud" əqidəsinə görə kainat oddan vücuda gəlmiş və hazırda 
şölə  və  şüa ilə birlikdə onu təmsil edir. Şölə imam övladı  fərz 
olunur,  şüalar və kölgələr  şəklində vücuda gəlmişlər isə "bizim 
simamızda fərz olunur" (10, səh.127). M.F.Axundov yazır ki, 
"vəhdəti-vücuda" görə biz oddan əmələ  gəlmişik. Guya od 
Allahın diləyidir və dilək Allah-təalanın vücudundan başqa bir 
şey deyil (10, səh.127). M.F.Axundov: "Bu surətdə dilək  şölə 
üçün, şüalar üçün və kölgələr üçün maddə ola bilməz. Çünki dilək 
mənəvi bir məfhumdur ki, iradə  mənasında işlənir və bizim 
yaranmağımızın  əməli onunla bağlı olur. Bəs belə olduqda, 
maddə haradan əmələ  gəlir? Mərhum  Şeyx buyurmuşdur ki, hər 
şey heyətdən və maddədən ibarətdir. Bizim heyətimiz məlum 
olur. Axır maddəmiz də olmalıdır. 
Əgər şeyxlər desələr ki, maddə yoxluqdan əmələ gəlmişdir, 
bu iddia sırf qələtdir. Yoxluqdan varlıq-maddə əmələ gələ bilməz. 


Himalay Ənvəroğlu __________________________
 
 
105
Bir halda ki, özləri deyirlər ki, çırağın maddəsi oddur, şölə onun 
bəndəsidir.  Əgər od Allahın öz vücudu deyil, onun diləyi 
sayılırsa, bəs necə olur ki, bu dilək çıraq üçün maddə olur. Necə 
ola bilər ki, şölə Allahın vücudundan başqa bir şeyə bəndə olur? 
Xülasə,  şeyxlərin  əqidəsi çox cəncəlli bir əqidədir. Bilmi-
rəm onlar bunu şəriət əqidələrinə necə uyğunlaşdıra bilirlər" (10, 
səh.127). Bu parçada diqqəti cəlb edən cəhətlərdən biri 
M.F.Axundovun mətni çox mürəkkəb kompozisiya-struktur 
əsasda qurmasıdır. M.F.Axundovu qəzəbləndirən müsəlmanın 
"anlayıb" inanmasıdır. Bütün ictimai köklərin sosial ədalətsizliyə 
bağlı  cəhətlərini "Məktublar"ın baş  qəhrəmanı xüsusi qeyd edir: 
"Bu  əsasda yoldaşlardan biri dedi ki: Bəlkə  də "Rüknü-rabe"in 
əqidələri sizin zövqünüzə uyğun gələ? 
Soruşdum ki, "Rüknü-rabe" – kimdir və bu nə sözdür? 
Cavabında dedi: Axır bir "Rüknü-rabe"də vardır. O Kirman-
da olur. Adına Kərim xan deyirlər. Dünya dörd rüknün üzərində 
qərar tutmuşdur. Birinci rükn Allah-təalanın özüdür, ikinci rükn 
peyğəmbərdir, üçüncü rükn imamlardır, dördüncü rükn isə Kərim 
xanın özüdür ki, imamlar tərəfindən nayibdir və bütün kainat 
onun üzərində  bərqərardır. Bütün insanların haman Kərim xana 
itaət etməsi vacibdir. Dünya heç zaman dördüncü rükndən xali ola 
bilməz" (10, səh.127). 
Kəmalüddövlə  Kərim xanın "Irşadül-əvam" kitabında top-
lanan  əqidələrinə aid mətləbləri "mənasız və puç şeylər" hesab 
edir. Lakin M.F.Axundovu düşündürən "Bütün insanların haman 
Kərim xana itaət etməsi vacibdir. Dünya heç bir zaman dördüncü 
rükndən xali ola bilməz" kimi mülahizələrin mənasıdır. Məsələn, 
birinci üç rüknün mənası dini-mistik təsəvvürlərlə bağlıdır. "Çıraq 
imam övladıdır, onun mənbəyi oddur, bu da allahın diləyidir. Belə 
olduqda, şüalardan və ya kölgələrdən ibarət olan biz (adi insanlar) 
və habelə  şölə sayılan imam övladı (Məsələn, Kərim xan) odun 
əsli tələbatından başqa bir şeydən meydana gəlməmişik (10, 
səh.126). Deməli, Allahın diləyi odun və onun tələbindən 
yarananlar irəlicədən fərqləndirilir. "Biz və imam övladı bir 
mənbədən" oddan-allahın diləyindən yaranmışıq. Belə olan 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
106
təqdirdə dördüncü rükn olan Kərimxana niyə görə bu qədər 
ixtiyarat və üstünlük verilir. Kölgələr və şüalar (bəndələr – H.Q.) 
da çıraqla (imam övladı – H.Q.) birlikdə varlıq aləminə gəlmişdir. 
Allah niyə vücudi-külli təşkil edənləri  ədalətsizliklə bir-birindən 
kəskin fərqləndirmişdir. Məsələn, odun diləyi olan imam (üçüncü 
rükn) nəyə görə Kərim xana itaət etməyi tələb edir. Itaət anlayışı 
cəbri, zorakılığı, despotluğu ifadə etmirmi. Çünki Kərim xan 
ictimai zülmü təmsil edir, onun başında durur. Halbuki, imamın 
naibidir.  Əks halda allahın diləyindən törənənlər qeyri-bərabər-
hakim və  məhkum olmazdılar" deyən qəhrəmanın tənqid hədəfi 
Molla Rəhim yox, Iranın, Hindistanın  şəxsində tipikləşdirdiyi 
ədalətsiz cəmiyyətdir. 
Ümumiyyətlə, "Məktublar" müəllifin öz əsri ilə bir filosof, 
sənətkar, sosioloq və pedaqoq kimi söhbətidir. Bu söhbət və onun 
mövzusu çox geniş olub, uzaq keçmişi, tarixi, ədibin yaşadığı 
əsrin mənasını, bir sıra elmi-tarixi faktların  şərhini və dini 
mənbələrin açıqlanmasını ifadə edir. "Məktublar"dan aydın 
görünür ki, moizələrin və söhbətlərin böyük bir qismi bilavasitə 
Quranın mətni ilə (surələr və ayələr) bağlı deyil. Ondan çox sonra 
meydana gələn etiqadlar, əqidələr və dini rəvayətlərdir. Xüsusilə, 
Kəmalüddövlənin birinci məktubu bu baxımdan xarakterikdir. 
Burada Iranın keçmiş  əsrarəngiz tarixi, füsunkar gözəlliyi, tale-
yinin dönüm və döngələri Kəmalüddövlənin "kaş gəlməyəydim.. 
ciyərim kabab oldu" sözlərində aydın ifadə edilir. "Məktublar"ın 
əsas ideyasını Quranın ateizm, yaxud maarifçilik fəlsəfəsi 
konsepsiyasından tənqidi ilə bağlamaq olmaz. M.F.Axundov 
"Məktublar"da dərin sosial-mənəvi qatlara enir. "Məktublar"ın 
janr modeli dünya ədəbiyyatının təcrübəsinə bağlanır. Struktur 
xüsusiyyətləri "Məktublar"ı roman poetikasına çəkir. 
M.F.Axundovun bu əsəri maarifçi realist sənətin XVIII 
əsrdə geniş yayılmış janr formalarından olan "Məktublar"la səslə-
şir. "Məktublar" bir qayda olaraq həyatı roman əhatəsində, bu jan-
rın problemləri miqyasında tədqiq etməyi əsas götürür. Ona görə 
də milli mövzudan və sənətkar fərdiliyindən asılı olmayaraq bun-
larda bir qayda olaraq məzmun-struktur cəhətlərin yaxınlığı mü-


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə