Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə25/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   21   22   23   24   25   26   27   28   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
99
əxsiyyəti xalqının taleyi ilə sıx bağlı olan M.F.Axun-
dov haqqında dərin tədqiqat əsərləri yazılsa da, bunla-
rın hər biri nisbi mənada o deməkdir ki, aşkarlıq da-
vam edir. Şair, dramaturq, nasir, tənqidçi, pedaqoq, 
filosof, görkəmli ictimai və dövlət xadimi, başlıcası isə böyük 
vətəndaş olan M.F.Axundov XIX əsrdə Şərqin dünya miqyasında 
düşünən ən böyük mütəfəkkiridir. Tarix həm də onun üzərinə öz 
əsrində xalqının müqəddəratı üçün cavabdehliyin ağırlığını da 
qoymuşdu. 
M.F.Axundovun Azərbaycan  ədəbiyyatında yeni və bütöv 
bir mərhələ  təşkil edən yaradıcılığı  bədii düşüncənin üfüqlərini 
xeyli genişləndirmişdir. Məsələn, "Kəmalüddövlə  məktubları" 
əsərinin poetikasının özünəməxsusluğu "satirik pamflet", "publi-
sist povest", "siyasi satira", "povest-pamflet" kimi açıqlamalar 
meydana gətirmişdi. Yaşar "Məktublar"ı yeni, novator janr, poe-
tik xüsusiyyətləri qabarıq ifadə edilən povest hesab etsə də, onun 
"satirik pamflet" olmasına da şübhə etmir. Tənqidçi, dramatik 
antiqütbləri və  təzadları haqlı olaraq "Məktublar"ın "kompozisi-
yanın struktur əlaməti" kimi qiymətləndirərək belə bir qənaətə gə-
lir ki, bunlar müəllifin fəlsəfi, polemik və publisist sənətkarlığına 
dəlalət edir. O, "Povestdə elmi-fəlsəfi", dini-ruhani arqument-
lərdən bəhs edərək bədii strukturda" "dialoq modeli"ni xüsusi 
vurğulayır (78, səh.110). Aydın olur ki, M.F.Axundov "Məktub-
lar"da "satirik-publisist məntiqin köməyindən", "bədii-publisist 
üslubdan" geniş istifadə etmişdir. Yaşar "Kəmalüddövlə  mək-
tubları"nın "sxemi"nin dəyərini "dialoq modeli" və "polemika 
forması" anlayışları ilə  əlaqələndirərək belə  qənaətə  gəlir ki, 
bunlar vasitəsilə "müəllif öz "mən"ini iki yerə bölüb üzləşdirir". 
Yaşarın fikrincə "Kəmalüddövlə daha çox Axundovun özüdürsə, 
Cəlalüddövlə  həm də oxucunun timsalı  və surətidir" (78, 
səh.111). 
Yaşar əsərin poetikası üçün söylədiyi çox əhəmiyyətli müla-
hizəsində deyir: "Cəlalüddövlə  məktubların  əsas ideyası ilə 
möhkəm bağlı surətdir və şübhəsiz, hər iki şahzadənin dili ilə da-
nışan Axundov özüdür" (78, səh.111). Doğrudan da, Kə-
Ş
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
100
malüddövlə bir bədii surət kimi təkcə müəllifin sözlərini deyil, öz 
sözlərini də deyə bilər. Deməli, qəhrəmanları danışdıran, onlara 
dil verən müəllifdir. Söhbət canlı, bədii obrazlardan, xarakterlərin 
realizmindən getdikdə demək lazımdır ki, müəllifin onların 
iradəsini, mənəvi psixoloji varlığını, dünyagörüşünü, sinfi ideolo-
giyasını  nəzərə almalı, qəhrəmanları rupora çevirməməlidir. 
Lakin bu, "Kəmalüddövlə  məktubları" tipli əsərlərdə bir qədər 
fərqlidir. Bu tipli əsərlərin strukturu, "poetik sxemi" şəxslərin 
canlı psixoloji varlığının dərin qatlarına enməyə imkan vermir, 
çünki pafos xarakteri üstələyir. Bu baxımdan "Məktublar"ın 
poetikası şərh edilərkən təbii olaraq birinci tərəfə "fəlsəfə", "sati-
rik", "publisist", "siyasi" və  s.  kimi  anlayışların tətbiq edilməsi 
təsadüfi deyil. 
Ona görə də "Məktublar"ın janr-struktur əlamətlərini müəy-
yənləşdirmək, poetik xüsusiyyətlərini açmaq da bu baxımdan 
mühüm  əhəmiyyət kəsb edir. "Məktublar" mürəkkəb quruluşlu 
əsərdir. Bu mürəkkəblik məzmunla, sənətkarın yaradıcılıq 
fərdiliyi və dünyagörüşü ilə möhkəm bağlıdır. M.F.Axundovun 
həyatı, tənqidi dərk etmə imkanı, idealı təsdiq yolunda axtarışları 
"Məktublar"ın bədii sənətkarlığında, ideya-estetik məzmununda, 
siyasi-fəlsəfi mənasında, publisist kəsərində özünü göstərir. Ona 
görə də "Kəmalüddövlə məktubları"nın normativ estetikanı, onun 
ölçülərini "dağıtması", hüdudları xeyli genişləndirməsi təsadüfi 
deyil. Məsələn, M.F.Axundov bu əsərində elə bir ifadə forması: 
sintez əldə etmişdir ki, burada publisistikanı bədiilikdən ayırmaq 
"olmur". Hörmətli tənqidçimiz Yaşara görə "M.F.Axundov bu 
əsərlə publisistikada, elmi fəlsəfi düşüncənin tərzində realizmin 
əsasını qoymuşdur" (78, səh.109). 
Lakin bizə belə gəlir ki, "publisistikada da" deyilsəydi daha 
dəqiq olardı. Çünki əks halda, "Məktublar"ın bədiiliyi publisisti-
kadan ayrılır. Halbuki Yaşarda "Məktublar"ı bədii əsər kimi təsnif 
etməyə güclü meyl vardır. Fikrimizcə, yalnız "pamflet", "traktat" 
anlayışları ilə "Məktublar"ın hədəfini düz nişan almaq olmaz. 
Əsərin poetikası  əslində bu "təyinedici ölçülər"dən çox kənara 
çıxır. M.F.Axundovun idrakında mühüm yer tutan publisistika və 


Himalay Ənvəroğlu __________________________
 
 
101
pamflet tərzi "Məktublar"ın yeganə keyfiyyət ölçüsü deyil. Ona 
görə  də "Məktublar"ın qüdrətini sırf fəlsəfiliyində, elmiliyində, 
publisistliyində, siyasiliyində axtarmaq düzgün olmadığı  və 
Aristotelin poeziyanı "tarixdən qat-qat fəlsəfi" hesab etməsi 
əvvəlki mülahizələrimizdə də nəzərə çarpdırılmışdır.  
"Məktublar"da predmetləşən fəlsəfi-publisistik konsepsiya 
eyni zamanda bədiiliyin də konsepsiyasıdır. M.F.Axundovun şəx-
siyyəti, onun sosial-tarixi meydanda oynadığı rol ona mövcud 
ictimai cəmiyyətin daha dərin qatlarına enməyə imkan verən 
çevik "ünsiyyət" formaları tapmağı  tələb edirdi. 50-ci illərdə 
"Aldanmış kəvakib" və "Komediyalar", 60-cı illərdə "Məktublar" 
M.F.Axundovun xalqla, tarixlə orijinal, əsrin tələblərinə cavab 
verən tərzdə danışmaq "vasitələri" idi. O, əsri ilə  bədii 
yaradıcılığa, sənətkara geniş imkan verən dram və roman dilində 
danışmağın zəruriliyini dönə-dönə qeyd etmişdir.  Əgər 
V.Q.Belinski "XIX əsr tarixi əsr", "roman əsri idi" deyirdisə, 
M.F.Axundov "Indi millətin karına dram və roman əsərləri gələ 
bilər" inamında idi. Ona görə  də. sənətin güzgüsündə, "publisis-
tikanın realizmində" (Yaşar) millətin  əhvalını  dərin göstərməyə 
üstünlük verirdi. Onun maarifçi realizmi özü də bir "inqilab" idi. 
Əsrinin sosial-mənəvi tapşırığını rəhbər tutan M.F.Axundov 
bədii sərvətlərə maarifçi realizmin, materialist fəlsəfənin tələbləri 
səviyyəsindən qiymət vermiş və modelə uyğun gəlməyən estetik-
bədii prinsiplərlə  sərt rəftar etmişdir. Halbuki, o, öz sənətində 
əsrinin tarixi inkişafını  əks etdirmiş. Tarixi düşüncə, dialektika 
dünyagörüşünün başlıca əsası olmuşdur. Bu, həm təbiət, həm də 
cəmiyyət hadisələrinə münasibətdə özünü göstərirdi. Onun 
təfəkkürü "xıltlardan" və metafizikadan təmizlənmiş dialektik 
materialist fəlsəfi təfəkkür idi. Inqilabi siyasi baxışları böyük rus 
inqilabçı demokratlarının görüşləri ilə "üst-üstə" düşən 
M.F.Axundov inqilabçı demokratlar kimi ədəbiyyatı "ictimai 
dərdləri demək üçün xitabət kürsüsü" hesab edirdi. Məsələyə 
yalnız bubaxımdan yanaşanda Füzuliyə subyektiv münasibətin 
"obyektiv" qiyməti aşkar olur. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
102
Məlumdur ki,maarifçilik estetikasının bayrağını M.F.Axun-
dov  Şərqdə çox yüksəklərə qaldırmış, bu estetikanın modelini, 
onun normativ ölçülərini regional tipoloji çərçivədən kənara 
çıxararaq zənginləşdirmişdir. O da bəllidir ki, M.F.Axundov 
özünün böyük sələfi A.S.Puşkinə  dərin ehtiram bəsləmişdir. 
Sonralar M.F.Axundov Puşkinin professional tənqidçi-ədəbiyyat-
şünas təfəkkürünün qənaətləri ilə, onun "Rus ədəbiyyatının 
miskinliyi haqqında" məqaləsinin ruhu və məzmunu ilə yaxından 
tanış olmuşdur. O, Puşkinin "Fransız ədəbiyyatı haqqında" məqa-
ləsində müəllifin nə demək istədiyini çox gözəl duymuş, 
Belinskinin "Bizdə ədəbiyyat yoxdur" tezisinin mənasını dərindən 
dərk etmişdir. Puşkin yazırdı: "Çox təəssüf ki, bizdə  qədim 
ədəbiyyat mövcud deyil. Arxamız qaranlıq səhradır".  Şairin sərt 
mövqedən belə bir qiymətini Russonun odalarına münasibətində 
də görürük. Ona görə  də Puşkin fransız  ədəbiyyatını  təqlid 
etməyi, odalara meydan verməyi tənqid edirdi. 
Müasir nəzəri tədqiqatlar, xüsusilə üslub nəzəriyyəsi və 
üslubun tipologiyası ilə  məşğul olan bəzi alimlər belə fikirdədir 
ki, Puşkinin tənqidi şübhəsiz, tam tarixi deyil. Çünki o dövrdə rus 
ədəbi dilinin özü tam formalaşmamışdı. Derjavin klassik "üslub", 
"ahəngdarlıq" anlayışlarını dərk edə bilməzdi. Çünki fenomen özü 
yox idi (76, səh.70). V.V.Kojinovun fikrincə Puşkinin haqsızlığı 
nisbidir. Çünki həmin halda onu sözsüz yüksək, özündə qiymətli 
olan Derjavin poeziyası deyil, klassik üslubun təşəkkülü maraq-
landırırdı (76, səh.70). 
Məsələyə bu baxımdan yanaşdıqda M.F.Axundovun da 
Füzulini "Ustadi-nazim" hesab etməsinin kökləri meydana çıxır. 
M.F.Axundov da Puşkin kimi ədəbi hadisələrə dövrün üslubu 
baxımından yanaşırdı. M.F.Axundovun Füzulinin yeni üslub üçün 
möhkəm  əsas olduğunu duyması  çətin idi. Puşkinin maarifçilik 
naminə ulu babalarının, atalarının  şöhrətindən üz döndərməsinə 
oxucunun gülməsini Belinski "sadəlövhlük" (130, səh.104-105) 
hesab etmişdir. Maarifçilikdən bu mənada görünür nə Puşkin, nə 
də Axundov tam yaxa qurtara bilməmişlər. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə