Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə24/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   20   21   22   23   24   25   26   27   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
95
ərəblərin bu nağılın yalanından ləzzət almalarını xüsusi qeyd edir. 
"Min bir gecə nağılı"  şöhrətpərəstliyin kəskin ifşası üzərində 
qurulmuşdur.  Əlbəttə, sosial-fəlsəfi planda yazılmış bir romanda 
"Min bir gecə nağılı" motivlərini folklor qaynağı kimi axtarmaq 
fikrindən uzağıq. Lakin "Məktublar"da folklorun iri janrlarının 
təhkiyə ünsürlərini görməmək, onu nəzərə almamaq mümkün 
deyil. Məsələn, "1280-ci ilin ramazan ayında" "Ingiltərə, Fransa, 
Amerika səfərindən sonra Irana gələn" Kəmalüddövlə "Kaş 
gəlməyəydim". "Ey Iran! Hanı  sənin cahücəlalın, Səadət və 
əzəmətin?!" –deyə  təhkiyəni folklor üslubunda davam etdirərək 
keçmiş zamanla indini müqayisə edir. Iranın bütün keçmişi 
Kəmalüddövlənin birinci məktubunun –romanın ilk fəslinin mətn 
məzmununu təşkil edir. Romanın təhkiyəsi prosesində zaman və 
məkanın tez-tez dəyişməsi klassisizmə  məxsus olan zaman və 
məkan məhdudluğunu aradan qaldırır. Hadisələrin meydanagəlmə 
səbəbləri və yeri məsələsi də XIX əsr realist romanın kompozisiya 
prinsiplərinə uyğundur. Onların motivləndirilməsi də "Məktub-
lar"ın üslubi xüsusiyyətlərilə  sıx bağlıdır. Birinci məktubda "Ey, 
Iran", "Hanı  sənin"…, "O zamanlar ki, sənin" müraciət  ədası 
folklordan gəlir. Bu, Iranın sosial-faciəsinin tarixini epik 
dərinlikdə göstərmək imkanı yaradır. "Kəmalüddövlənin birinci 
məktubu" Iran ictimai həyatı haqqında ümumi mənzərə yaratmaq-
la sonrakı məktublar üçün fabula rolunu oynayır. Bu məktubunda 
möhkəm dayaq nöqtəsi, ideya mərkəzi yaradan Kəmalüddövlə 
sonrakı  məktublarında Iranın yaralarının qaysağını qoparır. 
Ictimai ziddiyyətlərlə dolu olan həyat isə bütün əlaqələrilə 
qavranılır və qiymətləndirilir. Ikinci, üçüncü məktublarda süjet 
hadisələrin sisteminə çevrilərək konflikti həm gərginləşdirir, həm 
də onu daxildən zənginləşdirir. 
Ümumiyyətlə, "Məktublar" janr forması kimi, maarifçi rea-
lizmin Monteskye kimi nümayəndəsində  təşəkkül, formalaşma 
dövrünü keçirirdisə, M.F.Axundovda o, özünün kamil formasını 
əldə edir. Gördüyümüz kimi, Axundovda "məktublar"ın sayı son 
həddə endirilmişdir. Bunlardan üçü Kəmalüddövlənin, biri isə 
Cəlalüddövlənindir. Lakin bu məktubların hər biri ayrılıqda 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
96
romanın konkret bir fəslini, kompozisiyasının bitkin qolunu təşkil 
edir. Monteskyenin "Məktublar"ında süjet zahiri, M.F.Axundovda 
isə o, daxili plandadır. "Məktublar"ın qəhrəmanları idraki imkan-
larına, ictimai mühiti bədii-fəlsəfi dərk və ümumiləşdirmə səviy-
yələrinə görə dövrün qabaqcıl, humanist meyllərinin daşıyıcısı 
kimi müəlliflə birləşirlər. Monteskyenin "Məktublar"ının aparıcı 
qəhrəmanları, o cümlədən Uzbek sadəlövhlük edir. Hətta Raksa-
nanın təbiətini duya bilmir və "sırf maarifçi" olaraq qalır. 
M.F.Axundov isə öz qəhrəmanının məntiqinə, idraki qabiliyyətinə 
inandığı üçün sözü qəhrəmanına verir. "Məktublar"ın mətn 
ideyasında qəhrəmanların romanı ilə müəllifin romanı üzvi 
şəkildə birləşirsə də, bunları eyniləşdirmək olmaz. hətta çox ağıllı 
mühakimələri və sosial tarixi təsəvvürlərilə insanı heyran edən və 
əsərdə mühüm yer tutan Kəmalüddövləni də M.F.Axundovla 
eyniləşdirmək olmaz. Halbuki əsərin spesifik ideya-bədii 
mənasında onlar arasında bir düha qohumluğu müşahidə edilir. 
Sənətdə realizm prinsipini rəhbər tutan Axundov inkişafa 
buxov olanı zəngin və inandırıcı faktlar əsasında bir yazıçı-filosof 
kimi təşrih etməklə  qəhrəmanlarının ideya-mənəvi, sosial-şüuru 
varlığına da təkan verir. Bu baxımdan Axundovun "Məktub-
lar"ının qəhrəmanları müəllifdən mənəvi təkan alır. Halbuki biz 
romanda aparıcı  qəhrəman olan Kəmalüddövlənin dialektikasını 
görmürük. Sanki onun süjetinin inkişafı  və yüksəliş tarixi yox, 
yalnız təşkili vardır. O, romanın ilk səhifəsindən ağıllı, mühaki-
məli, möhkəm ideya inamlı,  əqidəli maarifçi-filosof və  vətəndaş 
kimi diqqəti cəlb edir. Insan ağlının uğurları da, bəlası da sosial-
fəlsəfi baxımdan Kəmalüddövləyə bəllidir. O, həm sosioloq, həm 
maarifçi, həm də dini qnoseoloji cəhətdən qiymətləndirə bilən 
filosofdur. Lakin bununla belə yazıçının özü deyil. Əsərdə 
müəllifin obrazına yer vermək obyektiv qəhrəmanların mövqe-
yini, onlara inamı sarsıtmır.  Əksinə, onların mövqeyi müdafiə 
edilir, müəllif qəlbinin hərarətindən qızınır, idrakından ideya-
fəlsəfi qida alırlar. Müəllifin iştirakı  qəhrəmanların idarəsini 
artırır, ictimai mübarizələrinə geniş meydan verir. Onlar müəllifin 
qüvvətli  əlini öz üzərlərində hiss edir, onun şəxsində  ən inamlı 


Himalay Ənvəroğlu __________________________
 
 
97 
mənəvi dayağı duyurlar. Əsərdən aydın görünür ki, müəllifdə olan 
möhkəm və sarsılmaz ideya inamı sanki irsən, ruhən 
qəhrəmanlara keçmişdir. Qəhrəmanların hərəsi ictimai inkişafın 
müxtəlif qütblərində dursalar da, ümumi meylləri arasında 
antoqonizm yoxdur. Onları bir-birinə dostlaşdıran, məktublaşma-
larına səbəb olan amillər çoxdur: məslək,  əqidə, etiqad, tənqidi 
idrak pafosu, dinin təbiətini  şüurlu dərk, vətəndaşlıq, sosial 
həyatda şəxsən iştirakları və s. Bütün bunlar və Süəllifin ictimai-
idraki konsepsiyası imkan verir ki, qəhrəmanlar dindən, tarixdən 
və müasir sosial-mənəvi həyatdan gətirdikləri saysız-hesabsız 
faktları  tənqidi dərk etsinlər, onları  fərdi və ümumi mənada 
qiymətləndirə bilsinlər. Ona görə də təhkiyəçilər şahidi, iştirakçısı 
və səbəbkarı olduqları hadisələrin fövqündə dura bilmişlər. Bütün 
bunlar bir daha sübut edir ki, Kəmalüddövlə və Cəlalüddövlənin 
qəlbləri və idrakları M.F.Axundovla birbaşa bağldır. Bununla 
belə, müəllif təxəyyülünün məhsulu olan bu qəhrəmanlar ictimai-
tarixi inkişafın obyektiv daşıyıcıları, mükəmməl işlənmiş canlı 
insan surətləri və  bədii xarakterlərdir. Bu baxımdan "Ibrahim 
bəyin səyahətnaməsi"ni bədii nəsrimizin tarixində roman janrının 
ilk nümunəsi" (93, səh.4) hesab etmək düz deyil. Çünki tarix 
qalsın bir yana, eyni zamanda , janr, təhkiyə xüsusiyyətinə görə 
də "Ibrahim bəyin səyahətnaməsi" öz tipoloji başlanğıcını 
"Kəmalüddövlə  məktubların"dan alır. "Kəmalüddövlənin birinci 
məktubu: "Ey mənim  əziz dostum Cəlalüddövlə! Nəhayət sənin 
sözünə baxdım, Ingiltərə, Fransa və Amerika səfərindən sonra 
Irana gəldim" (10, səh.19). 
Zeynalabdin Marağayinin romanında da "məktub"dan istifa-
də edilir. Lakin burada məktub M.F.Axundovda olduğu kimi 
müstəqil komponent deyil, ümumi süjetin tərkib hissələrindən 
biridir. 
Müəllif məktubaqədərki hadisələri hazırlayır, məktubun 
məzmununu açıqlamaq üçün Ibrahim bəyə  həmsöhbət axtarır: 
"Çayxanaya getdik. Oturan kimi çay, qəlyan sifariş elədi. Sonra 
dedi: -Indi oxu görək nə xəbər var? Mən də məktubun əvvəlindən 
oxumağa başladım. 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
98
Məktubun məzmunu: 
"Mənim əziz qardaşım! Məktubunu aldım salamatlığınızdan 
xəbərdar olub, çox-çox sevindim. Az qalmışdı ki, şəni yüksək 
Iran dövləti Ingiltərə hökumətinə müharibə elan etsin" (145, 
səh.29). 
Bizə belə  gəlir ki, hər iki sənətkarın məktublarının mətn 
məzmununu geniş  şəkildə, bütün komponenti və ünsürləri ilə 
müqayisə etmədən də aydın görmək olur ki, M.F.Axundovun 
spesifik roman üslubu "səyahətnamə"nin bədii süjetinə müsbət 
təsirini göstərmişdir. Təbiidir ki, "Səyahətnamə"nin roman janrı 
tipi kimi bədii imkanı "Məktublar"dan genişdir. Burada müəllif 
daha sərbəstdir, qəhrəmanlarını geniş dairədə  hərəkət etdirmək, 
dramatik mükalimələrə meydan vermək imkanına malikdir. 
"Məktublar"ın məlum modeli hadisələrin sərbəst axınının qarşı-
sını alır. Müəllifin və qəhrəmanların zahiri obyektiv forma alma-
larına imkan vermir. Bununla belə, hər iki roman tipi təsvir pred-
metinin xarakterinə uyğun forma kimi meydana çıxmışdır. Iran 
mühitinin bütün ziddiyyətləri və dərinliyi ilə inandırıcı göstərmək 
üçün müəllifin birinci şəxs formasında iştirakı  həqiqətən də 
zəruridir. Bu, eyni zamanda janr tələbi kimi də qiymətləndirilə 
bilər. Lakin belə  əsərlərin janr tipi: "məktub" və "səyahətnamə" 
sanki əvvəldən seçilmiş olur. Hər iki tipdə Azərbaycan ədəbiyya-
tının zəngin ənənəsi vardır. Hələ XII əsrdə Xaqani "Töhfətül-Ira-
qeyn"  əsəri ilə "səyahətnamə", XVI əsrdə  Xətayi "Dəhnamə"si, 
Füzuli isə "Nişançı Paşaya" məktubu ilə "məktublar"ın bir bədii 
üsul kimi əsasını qoymuşlar. Ona görə də hər hansı bir novatorluq 
axtarışlarının izinə düşəndə mütləq milli-bədii kökə, folklora və 
klassikaya gedib çıxırsan. 
 
2.2. M.F.Axundovun "Kəmalüddövlə 
məktubları"nın roman poetikası 
 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə