Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə20/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
79 
Göründüyü kimi, rəvayətdə təsvir edilən hadisə yığcam olsa 
da,  əhvalatın konkret başlanğıcı, davamı  və sonu vardır. 
Mükalimələr, təbiətin ahənginin təsvirindəki ardıcıllıq, hərəkətlə-
rin motivləndirilməsi və s. sanki romandan qoparılmış bir parçanı 
(Belinski) xatırladır. Lakin bu hissənin öz janrına məxsus olan 
bütün xüsusiyyətləri (əhvalatı xüsusi vurğulamaq) yerli-
yerindədir. 
Burada yığcamlıq, həm keyfiyyəti, həm də janr meyarını 
əks etdirir. Məsələn, birinci cildə daxil edilən 21 əfsanə (mif və 
əsatir) kitabda cəmisi 15 səhifəlik bir yer tutur. Bunu "toponimik 
rəvayətlər", "Əfsanəvi və tarixi şəxsiyyətlər haqqında rəvayətlər" 
üçün də demək olar. Eyni vəziyyət "Azərbaycan nağılları" (1976) 
kitabında toplanan nümunələrdə  də müşahidə edilir. Həcm bir 
qayda olaraq 3-5, nadir hallarda isə 8-10 səhifəni  əhatə edir. 
Məsələn, "Tənbəl qızın nağılı", "Əyyarın nağılı", "Sədaqətli 
arvad", "Şirlə tülkü" və s. hətta 2 səhifədən də azdır. 
Lakin süjetin bütün ünsürləri və kompozisiya bu janrlarda 
öz poetik funksiyalarını tam yerinə yetirirlər. Bütün nağıllar 
demək olar ki, eyni şəkildə başlayır: "Bir bağbanın gözəl bir bağı 
var idi" ("Bağbanla padişah"); "Iki qonşu var idi" ("Ər-arvadın 
nağılı"); "Biri var idi, biri yox idi, bir qız var idi" ("Padişahla 
arvad"); "Bir şəhərdə üç sənətkar yaşayırdı" ("Üç sənətkar") və s. 
Sonluq isə çox vaxt xoşbəxt, yaxud ibrətamiz olur. Romanla 
nağılın sonluğunda bir süjet oxşarlığı var. Buna poetikada 
"novelik sonluq" deyilir. Əgər nağılda sonluq bitirsə, romanda o, 
"qurtarmır", fikirdə, daxili süjetdə davam etdirilir. 
Dastanın isə öz xüsusi poetikası var. Başlanğıcda bir qayda 
olaraq 7-14 bənddən ibarət "Ustadnamə" verilir. "Ustadnamə"lər 
adətən qoşma şer şəklindən ibarət olur. Məsələn, "Tahir və Zöhrə" 
məhəbbət dastanının "Ustadnamə"sində  Xəstə Qasımın üç 
qoşması verilmişdir. "Ustadnamə" qurtardıqdan sonra ənənəvi 
şəkildə başlayan nəsr hissəsi gəlir: "Belə rəvayət edirlər ki…", (6, 
səh.24), ("Tahir və Zöhrə"); "Nəql edirlər ki…" ("Əsli və 
Kərəm") (6, səh.71). 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
80
"Kitabi-Dədə Qorqud" dastanlarında və "Koroğlu"da 
romani başlanğıc bilavasitə üstünlük təşkil edir. Bunu onun nağıl 
və  məhəbbət dastanları ilə müqayisədə  bəzi komponentləri də 
aydın göstərir. 
Tarixi kökləri çox dərinlərə gedən "Dədə Qorqud" boyları 
şübhəsiz ki, yarandığı ilkin əsas üzərində qalmamışdır. Zaman 
keçdikcə, həm də yazıdan-yazıya köçürüldükcə  dəyişmiş, yeni 
həyat materialı ilə  zənginləşmiş  və  şifahi xalq ədəbiyyatının 
yaradıcı  ənənəsi ilə  təkmilləşmiş, daha doğrusu, romani bir 
inkişaf yolu keçmişdir. "Dədə Qorqud"un "giriş" hissəsi  əsas 
mətn ilə eyni vaxtda yazılmasa da, ənənəvi roman poema 
(məsnəvi epik poema) "girizgah"larını xatırladır. Burada da süjet 
əhvalatına qədər Dədə Qorqud obrazı, onun şəxsiyyəti və 
fəaliyyəti ilə bağlı fraqmentlər verilir: "Rəsul  Əleyhissalam 
zamanında yağın Bayat boyından, Qorqud ata diyərlər, bir ər 
qopdı" (72, səh.31). "Dədə Qorqud"un "Dirsə xan oğlı Buğac xan 
boyını  bəyan edər, xanım, hey!" başlığı ilə verilən birinci boyu 
aşağıdakı şəkildə başlayır: 
"Bir gün Qam Ğan oğlı xan Bayandır yerindən turmışdı. 
Şami günligi yer üzünə dikdirmişdi. Ala sayvanı kök yüzünə 
aşanmışdı. Bin yerdə imək xalicəsi döşənmişdi. Xanlar xanı xan 
Bayandır yildə bir kərrə toy edib, oğuz bəklərin qonaqlardı. Genə 
toy edib, atdan-ayğırdan, dəvədən buğra, qoyundun qoç qırdırmış-
dı. Bir yerdə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq, qır-
dırmışdı" (72, səh.34). 
Göründüyü kimi, bu başlanğıc nağıllarda və  məhəbbət 
dastanlarında olduğu kimi "normativ poetika"nın  ənənəvi 
ünsürləri ilə deyil, əksinə, təbii bir məntiqlə hadisənin təhkiyəsi 
başlanılır və hadisələr ardıcıl  şəkildə bir-biri üçün zəmin 
yaradaraq zəncirvari rabitə  əmələ  gətirir. Bu, müasir anlamda 
hadisə və qəhrəmanların roman əlaqəsi deməkdir. 
Eyni vəziyyəti "Koroğlu" eposunun "Alı kişi" qolunda da 
(ilk qolu) müşahidə edirik: "Alı kişi neçə illər idi ki, Həsən xana 
ilxı otarırdı. Ömrünü, gününü onun qapısında çürüdüb, saçını-
saqqalını ilxılıqla ağartmışdı. Hər gün səhər dan yeri ağaranda Alı 


Himalay Ənvəroğlu __________________________
 
 
81 
kişi ilxını çölə aparar, bütün günü otarar, gecədən bir pas 
keçəndən sonra gətirərdi. Dağlarda, daşlarda, kövşənlərdə Alı 
kişinin ayağı dəyməmiş bir yer qalmamışdı. 
Bir gün Alı kişi ilxını sürüb dərya kənarına aparmışdı. Alı 
kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdur (73, səh.5). 
Bu parça epik təsvir üsuluna, hadisələrin realist təhkiyəsinə 
görə bilavasitə roman girişidir. Lakin bundan sonra "Dan yeri 
yenicə ağarmışdı, qoca ilxıçı bir də baxdı ki, budur, dəryadan iki 
ayğır at çıxdı. Atlar gəlib ilxıya qarışdılar (73, səh.43) 
cümlələrinin verilməsi artıq romani təhkiyənin ideya mənasını 
mifoloji, nağıl eposu istiqamətinə yönəldir. Az sonra əsər yenidən 
romani epos xəttinə  gətirilsə  də, ara-sıra yeri gəldikcə nağıl 
xüsusiyyətlərindən də istifadə edilir. Məsələn, Dəmirçi oğlunun 
Çənlibelə  gəlməyi" qolunun ilk cümlələrinə diqqət yetirək: 
"Çənlibeldə  dəlilərin sayı günü-gündən artırdı" roman tərzində 
verilən məlumatdan dərhal sonra kəskin mübaliğə ilə ("iş gəlib o 
yerə çatmışdır ki, Koroğlu hay vurub düşmən üstünə gedəndə 
yeddi yüz yetmiş yeddi qılınc birdən çəkilirdi") qəhrəmanlıq 
eposuna keçəndə meydan açılır. "Koroğlu" eposunda qəhrəmanlıq 
eposlarına xas olan xüsusiyyət vardır. Lakin onu klassik eposlarla 
eyniləşdirmək olmaz. Burada nəinki romanı meyl, hətta onun 
başlanğıcı özünü aydın şəkildə göstərir. 
"Koroğlu" eposu ilə müasir Azərbaycan romanının müəy-
yən nümunələrini tipoloji baxımdan nəzərdən keçirəndə  məlum 
olur ki, bu əsərlərin başlıca ideyalarında, qəhrəmanların xarak-
terik cəhətlərinin xalq taleyinə qovuşmalarında, bədii təsvirin və 
süjetin inkişafının formasında yaxınlıq və "yenilik" vardır. Məsə-
lən, S.Rəhimovun "Şamo" romanının birinci cildinin ilk səhifə-
sinin təsvir-təhkiyə üslubu yuxarıda "Kitabi-Dədə Qorqud" və 
"Koroğlu" eposlarının başlanğıc səhifələrindən gətirdiyimiz par-
çalarla "səsləşir". "Şehli kəndinin axşamı çökürdü. Günəş öz sarı 
tellərini yığıb, kəndin qabağındakı dağın arxasına enirdi. Qız və 
gəlinlər kövşəndən qayıdırdılar. 
Safo kişi kahanın üstünə çıxıb, intizarla boylandı, ancaq qızı 
Gülsənəmi görə bilmədi. O, kahanın üstündən düşüb, tələsik 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
82
kəndə getdi, qızlardan Gülsənəmi soruşdu, hamı onun Cırcır bu-
lağında birdən yola çıxdığını söylədi. O, tez geriyə  kəndin uc-
qarına qayıdıb, yeraltı kahasına girdi, köhnə zoğal ağacını  əlinə 
alıb, qızını axtarmaq üçün tərələrin arası ilə Cırcır bulağına tərəf 
yollandı. 
Qaranlıq qarışırdı. Safo kişi meşəni gəzdi, dağa-daşa çıxdı, 
"Gülsənəm, Gülsənəm!" deyə-deyə  qəhərli səslə  qızını çağırdı. 
Lakin onun səsini  şırıltı ilə axan sular, bir də sakitcə dillənən 
meşə eşitdi" (106, səh.3). 
Göründüyü kimi, "Şamo"da da hadisələr üçüncü şəxsin 
ətrafında cərəyan edir. S.Rəhimov başlanğıcdan bilavasitə 
hadisəni və insan talelərini göstərməyə çalışmışdır. Məlum oldu-
ğu kimi bu, "Dədə Qorqud"da, "Koroğlu"da və Azərbaycan na-
ğıllarında da belədir. Vaxtı ilə Aristotel "Poetika"da Homer epos-
larını geniş  təhlil edərkən onun bir neçə  kəlmə girişdən sonra 
dərhal hadisəyə, "kişi və ya qadın xarakterlərini göstərməyə 
keçməsi"ni sənətkarın xüsusi məziyyəti kimi qeyd etmişdir. 
Müasir Azərbaycan romançılarının tanınmış nümayəndəsi 
Mövlud Süleymanlı da "Köç" romanını folklor-fantasmaqorik 
qaynaqlar üzərində kökləmişdir. Roman öz süjetinə belə başlayır: 
"Altı yaşlı Imir bir il idi yuxusunda burulğana düşmüşdü. Gö-
yüdümü, suyudumu, quruydumu, haraydısa, bir quyunun ağzıydı, 
min bir boya bir-birinə qarışa-qarışa Imir də içində yumurlanıb-
yumurlanıb dörd oynayırdı.  Əlləri-ayaqları, üzü-gözü, əyilənə 
kimi fırlanırdı. Nəsə deşilirdi, bir-birinə qarışa-qarışa burulan 
rənglərin qanı axırdı. Imir yavaş-yavaş yerindən dururdu, 
yatağından qalxırdı, iri-iri açılan göyümsov gözləri ilə yox, bütün 
canı ilə görə-görə dünyanın üstü ilə addımlayırdı" (122, səh.7). 
Bu kiçik girişdən sonra romanın I fəsli verilir. Əslində 
"Giriş"lə I fəsil eyni bir hadisənin (Imirin yuxusu və yuxudan 
oyandırılması) başlanğıcı  və davamıdır. Lakin "Giriş" hissə 
romanın süjet ideyaları üçün sanki bir assosiasiya mənbəyidir. 
Roman öz təkanını buradan alır. Bu ona görə mümkün olur ki, 
müəllif qəhrəmanlarına "d ünyanın üstüylə addımlamaq" imkanı 
yaradır. "Dünyanın üstü ilə rahat və geniş addımlamaq üçün 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə