Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə19/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   15   16   17   18   19   20   21   22   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
75 
numental bir epopeyanı "saf" roman təhkiyəsi ilə axıra kimi 
aparmaq qeyri-mümkündür. Çünki "Şamo" bir şəxsin, bir nəslin, 
hətta bir millətin konkret tarixi mərhələsinin də romanı deyil. 
Zahiri mənada burada tarixi dövr də var, onu yaşayan və daşıyan 
şəxslər də. Lakin roman öz ideyasını xalqın tarixi taleyinin dərin 
qatlarından alır. Ona görə  də  əsərin ləyaqəti "vətəndaş mühari-
bəsi" və "inqilabi hadisələrin" təsvirində deyil, roman təfəkkürü 
sahəsində aparılan axtarışlardadır. Roman təfəkküründə nağıl, 
dastan, mifologiya, əfsanə  və  rəvayətlər təhkiyəyə çox möhkəm 
şəkildə qaynaq edilmişdir. Ona görə  də nağıl, dastan və  hətta 
mifoloji təfəkkürə söykənmədən, qədim "Avesta"nın idrakı 
imkanlarına yiyələnmədən bədii fikri belə geniş üfüqlərdə 
dolandırmaq olmazdı.  Əks halda, kənkan Qeybəlidən danışan 
müəllif Zöhhak və dəmirçi Kavə əhvalatının assosiasiyasına necə 
nail ola bilərdi? Yaxud, Qəmərin Sultanın caynağından qurtar-
masını  və uzun müddət "qeyb olması"nı zamanın nağılı ilə necə 
əlaqələndirərdi? Bir sözlə, həcminə onlarla nağılın, dastanın, 
əfsanə və rəvayətlərin sığdığı bu əsərin ayrı-ayrı qəhrəmanlarının 
romanı son anda sanki nağılla qurtarır. Bu, aparıcı qəhrəmanların 
– Şamo və Qəmərin taleyindən tutmuş, romanda az görünən, lakin 
uzun zaman unudulmayan, canavarlara yem olan zavallı Alagözə 
də aiddir. Gözəlliyinin və  məsumluğunun müsibətini çəkən bu 
nakam qızı "canavarların parçalaması"nın göynərtisi yalnız nağıl 
üslubunda verilə bilərdi ki, bunu da S.Rəhimov çox ustalıqla edir. 
Nağıl təfəkkürünə malik olmayan oxucu Alagözün hansı 
canavarlar tərəfindən parçalandığını  çətin ki, dərindən duyar. 
Yaxud Leylək  Ələmdarın Leyləkliyini,  şəhər mağazalarını 
gəzərkən bəzək  şeylərini alıb ağası Müqüm bəyin "maya bud" 
arvadı  Zərrintaca hədiyyə vermək üçün daha nələrə hazır 
olduğunu nağıl təfəkküründə yoğurmadan anlamaq qeyri-
mümkündür. Doğrudan da axı bu Leylək Ələmdar hansı qorxulu 
nağılın qəhrəmanıdır ki, xüsusi tapşırıqla günahsız adamları 
öldürüb Qarabağın kəhrizlərinə doldurub əldə etdiyi qazancı 
Zərrintacın  əndamına "qurban" verməyə hazırdır. Sözün həqiqi 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
76
mənasında yalnız "birtipli" təfəkkürlə bu kimi obrazların yaratdığı 
assosiasiyanı yığıb-yığışdırmaq mümkün deyil. 
Elə götürək Göyərçini. Bu obrazın zahiri "qabığı" ilə daxili 
məzmunu arasında sirli bir nağıl yatır. Yoxsa ona nə düşmüşdü ki, 
öz  şəxsi-intim hisslərini  Şamo ailəsinin faciəsində, "yeraltı 
zoğanın tüstüsünün kəsilməsində" ovundursun. Ağızdan "qətran 
iyi" gələn əri yasavul Kəlbalı ilə "axıra kimi yaşasın", hətta onu 
Maroya "atdırsın" və özünü Sultanın ehtiraslarından xilas etmək 
üçün Qəməri qurban versin. Tilsimli nağıllardakı kimi zahiri 
gözəlliyi ilə insanları aldadıb  şər dünyasının övladlarının sayını 
artırmaq və bu istiqamətdə düşüncə meydanını genişləndirmək 
"adi roman" işi deyil. 
S.Rəhimov klassik nəsr irsinə  nə  qədər bağlı olsa da, öz 
mayasını folklordan alan sənətkar olmuşdur. Bunu onun bilaVasi-
tə dastan və nağıl mövzusunda yazdığı əsərlərdən də görmək olur. 
Hələ 40-cı illərdə "Aynalı" povestində xalq qəhrəmanı  Nəbinin 
sevgilisi Həcərin əfsanəvi obrazını yaradan sənətkar hiss edir ki, 
mövzu onu daxilə, bədii nəsrin daha iri formasına çəkir. Mövzunu 
qəlbində, təfəkküründə  və  təxəyyülündə zaman-zaman yaşadan 
yazıçı nəhayət 60-70-ci illərdə öz sevimli qəhrəmanlarının tarixi-
əfsanəvi talelərinin romanını yaratdı. Bu, üç cilddən ibarət iri 
həcmli "Qafqaz qartalı" romanı idi. Onu sözün həqiqi mənasında 
roman-əfsanə adlandırmaq olar. Çünki romandakı hadisələrin 
realizmi daxildən folklorun romantik stixiyası ilə ruhlandırılır. 
Ona görə  də empirik şüurla romanın ruhi mənasını  dərk etmək 
çətindir. Çünki burada müəllifin romanntik xəyalı əfsanəvidir.  
S.Rəhimovun övlad itkisinin, qəlb yanğısının,  şəxsi kədə-
rinin göynərtisinin bədii etirafı və müəyyən mənada təsəllisi olan 
"Kəsilməyən kişnərti" (1962) romanı eyni zamanda oxucunu 
mifik təfəkkürün qaynaqlarına aparır. Çünki "göz-nəzər" fəlsəfəsi 
öz mənbəyini oradan götürür. Əgər "göz-nəzər" yoxdursa, niyə 
Şüküran kimi bir oğul özünün sevimli Ulduzunun (atın adıdır) 
qurbanı oldu? Eyni zamanda Şüküranın mifik-əfsanəvi ölümü bir 
tərəfdən labüdlük kimi təlqin edilirsə, digər tərəfdən ruhun 
ölməzliyi inamı aşılanır. 


Himalay Ənvəroğlu __________________________
 
 
77
Bununla yanaşı, nağıl-dastan təhkiyəsi və  təfəkkürü nə 
qədər mifoloji-fantastik imkanlara malik olsa da, o, əgər müasir 
roman üslubuna qovuşmursa, struktur məzmun komponentləri 
sayıla bilməz. Ona görə  də folklor motivlərinin romana yalnız 
stixiyası, cövhəri,  şirəsi gətirilməlidir, ta hazır süjet sxemi yox. 
Folklor roman qəhrəmanına narahat düşüncə, dünyanı yaxşılaşdır-
maq və özünü saflaşdırmaq imkanı verir. 
Poeziyanın bir növü olan romanda xəyal həqiqətlə daha 
yaxşı qovuşur" (26, səh.328). Doğrudan da, istedadın hədsiz 
sərbəstliyinə imkan verən roman "poeziyanın hər şeyi əhatə edən 
ən geniş növü" kimi özündə lirik və dramatik formanın imkan-
larını üzvi şəkildə birləşdirir. Belinski uydurma və həqiqətin nis-
bətini tarixi romanın əsasında göstərir. Bu mənada "romançılıq və 
hekayəçilik həyatı  və tarixi təhrif etmək deyil, əksinə, onu bədii 
şəkildə vermək deməkdir" (7, səh.497). 
Həyatı və tarixi bədii şəkildə verməklə xəyalın uydurmaları 
və  həqiqətən olmuş hadisələri ciddi tarixi surətdə  təsvir etmək 
arasında ümumi əlaqə vardır. Çünki "tarixçiləri əbəs yerə sənətkar 
adlandırmırlar" (26, səh.329). 
Ona görə də romanın janr stixiyasında tarix də, "uydurma" 
da,  əfsanə  də struktur şəkildə predmetləşə bilərlər. Romanın tə-
şəkkülündə folklor janrlarından olan əfsanələrin, o cümlədən ta-
rixi  əfsanələrin mühüm rolu olmuşdur. Məsələn, "tarixi şəxsiy-
yətlərlə bağlı  əfsanələrdə müxtəlif dövrlərdə yaşamış  qəhrəman, 
sərkərdə, sənətkar və başqalarının həyatı ilə bağlı əhvalatlar əfsa-
nələşdirilirdi. Xalq içərisində Midiya hökmdarları Astiyaq, Dara, 
Ənuşiravan, Babək, Cavanşir, Cavidan və başqa tarixi şəxsiy-
yətlərin adı ilə bağlı çox əfsanə dolaşmaqdadır" (44, səh.138). 
Azərbaycan Elmlər Akademiyası Nizami adına  Ədəbiyyat 
Institutunun Xalq yazıçısı Mirzə Ibrahimovun baş redaktorluğu 
ilə buraxılan 20 cildlik "Azərbaycan klassik ədəbiyyatı kitabxa-
nası"nın "Xalq ədəbiyyatı" adlanan birinci cildi mif, əsatir, 
əfsanə, rəvayət və s. xalq ədəbiyyatı janrlarına həsr edilmişdir. 
Roman janrı ilə genetik qohumluğu olan mif, əsatir,  əfsanə, 
rəvayətlər həcmi və təhkiyə tərzi ilə diqqəti cəlb edir. Nəsr dili ilə 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
78
tərtib edilən bu janrların həcmi son dərəcə yığcamdır. Ona görə də 
üç min səhifəlik "Şamo" romanının bütün struktur 
xüsusiyyətlərini nəzərimizdə canlandırıb düşünəndə ki, janr öz 
mənbəyiini  əfsanə,  əsatir və  rəvayətlərdən almışdır, nağıl və 
dastan romanın inkişafında genezis rolu oynamışdır, ilk baxışdan 
qəribə görünür. Lakin hər bir janrın embrion halı da olur. Roman 
da vaxtı ilə rüşeym, "hüceyrə" dövrünü yaşayıb. Bununla belə, 
xalq  ədəbiyyatının yazıya köçürülmüş mövcud mənbələrindən 
çıxış edib fikir söyləmək çətin olsa da, fakt faktlığında qalır ki, 
bunların mətnlərinin formasını, fikrin əsaslandırılması üsulunu 
nəzərdən keçirdikdə aydın görürsən ki, müasir romanlarımızın 
mətn tərtibindən kəskin  şəkildə  fərqlənir. Aydın olmaq üçün 
"Nadir şah" rəvayətini olduğu kimi veririk: 
Nadir  şah çətin keçidləri öyrənmək üçün başının dəstəsilə 
birlikdə alçaqlı-ucalı dağlara gəzməyə  çıxır. Yolu Çənlidağın 
ayağına düşür, oradan da Qoşqarçay dərəsinə enir. Şah qəflətən 
qarşısına çıxan mənzərəni görəndə gözlərinə inanmır, onu heyrət 
götürür. Görür ki, gənc bir oğlan iki qaya arasında kəndir üstə 
oynayır, altında da qıjhaqıjla dağ çayı axır. 
Şah ətrafdakılardan soruşur: 
- Bu kimdir? Haralıdır? 
Hamıdan əvvəl Elat kişi dillənir: 
- O bizim pəhlivanımız Xanoğlandır. 
- Sizin xanınız, Xanoğlanınız da var? 
Sözün kinayə ilə deyildiyini başa düşən Elat kişi  şahı 
cavabsız qoymur: 
- Bəli, bu dağlarda hər kəs özündə xandır. 
Şah qəzəbindən dodağını çeynəyir. Elat kişinin yaxasından 
tutub, onu bərk-bərk silkələyir. Bunu görən Xanoğlan kəndirin 
üstündə oynaya-oynaya barmağı ilə şahı hədələyir.  
Şah buna dözə bilmir, Xanoğlan oynaya-oynaya çayın 
ortasına çatanda namərdlik edib xəncərlə  kəndiri doğrayır. Gənc 
pəhləvan Qoşqarçayın sal daşlarına çırpınıb parça-parça olur. 
Qoşqarçayın zümrüd suları al qana boyanır, qayalardan sallanan 
kəndirin ucları suya düşür (8, səh.96). 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə