Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə27/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   23   24   25   26   27   28   29   30   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
107 
şahidə olunur. Fikrimizcə, M.F.Axundovun "Məktublar"ının 
poetikası formal əlamətlərinə görə XVIII əsrin məşhur fransız 
maarifçi realist yazıçısı Monteskyenin "Iran məktubları"  əsərilə 
"səsləşir". Tədqiqatçılar bu əsəri fəlsəfi roman adlandırırlar. 
Müəllif ictimai-fəlsəfi fikirlərini vermək üçün bədii nəsrin bu 
formasından istifadə etmiş, mükalimələr vasitəsilə o, özünün 
dövlət və  cəmiyyət haqqında mülahizələrini söyləmiş  və  həm 
Şərq müstəbidliyini, həm də  Qərb mütləqiyyət üsul-idarəsini 
tənqid etmişdir.  Əsasən məktublardan ibarət olan bu romanın 
süjeti iki gəncin mədəniyyət və əxlaq qaydalarını öyrənmək üçün 
Avropaya gəlməsiylə başlayır.  Əsərdə müstəbidliyin törətdiyi 
dəhşətlərdən, onun insanların təbii hüquq və azadlıqlarını əllərin-
dən almasından geniş danışılır. Qorxu olan yerdə insanlar öz his-
slərini gizlədirlər. Buna görə  də  əsərdəki qadınlardan biri –Rok-
sana özünü zahirən müti, utancaq göstərir. Həqiqətdə isə, başqa 
birisi ilə gizli görüşür. Qəhrəmanın qanunları pozması, "ayaq-
larını namus dairəsindən kənara qoyması" (10, səh.96) ehtirasın 
tələbi deyil, ictimai zülm və konkret həyat şəraitinin nəticəsi idi. 
"Min bir gecə nağılı" bu tipli görüşlərin silsiləsi üzərində 
qurulmuşdur. Məhz belə görüşlər qanlı hadisələrə səbəb olur. 
M.F.Axundovun "Məktublar"da "Min bir gecə nağılı"nı 
xatırlaması təsadüfi deyil. Hərçəndi, M.F.Axundov ərəblərin "Min 
bir gecə nağılı"nın yalanından ləzzət almalarını xüsusi qeyd edir. 
Lakin bu nağılın süjetlərinin Avropa və Şərq ədəbiyyatına təsirini 
unutmaq olmaz. Indi çoxları "Min bir gecə nağılı"nın süjetlərinin 
Avropaya yayıldığını etiraf edir. 
"Iran məktubları"nda  Şərq müstəbidliyi ilə  bərabər Qərb 
mütləqiyyət üsul-idarəsi də  kəskin tənqid edilir. Romanın ikinci 
xətti bu nöqtəyə, dəqiq desək, feodal Fransasının tənqidinə  həsr 
olunmuşdur. Diqqət yetirilsə, M.F.Axundovun "Məktublar"ında 
da  Şərq və  Qərb, Iran və Hindistan, onların ictimai quruluşları 
müqayisəli təhlil edilib qiymətləndirilir. Məsələn, "1280-ci ilin 
ramazan ayında "Ingiltərə, Fransa və Amerika səfərindən sonra 
Irana gələn" Kəmalüddövlə  qəti  şəkildə "Kaş  gəlməyəydim" 
deyəndən sonra "Ey Iran! Hanı  sənin.. cahü-cəlalın, səadət və 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
108
əzəmətin?!" – deyə keçmişlə indini müqayisə edir. Iranın bütün 
keçmişi Kəmalüddövlənin birinci məktubu kimi romanın ilk 
fəslini təşkil edir. Roman təhkiyəsində zaman və məkanın tez-tez 
dəyişməsi bu formanın xüsusiyyətləri kimi dəyərləndirilməlidir. 
Hadisələrin motivlənməsi "Məktublar"ın üslubi xüsusiyyətlərilə 
bağlı olub orijinal kompozisiya vəhdəti əmələ gətirmişdir. Birinci 
məktubda "Ey Iran", "Hanı  sənin", "O zamanlar ki, sənin" 
müraciət formasından tez-tez istifadə edən  ədib Iranın indisində 
iştirak edən, bu günkü uğursuz taleyində az rol oynamayan 
qəhrəmanları da unutmur. Onlara maarifçi realist estetikanın, 
inqilabi demokratik ideyaların işığında baxaraq qiymətləndirir. 
Başqa sözlə Iran həyatın epik dərinliklərində, "Məktublar"ın 
fəlsəfəsi üslubunun verdiyi imkanlar əsasında göstərilir. "Iran 
məktubları"nın iyirmi yeddinci məktubunda Monteskye XIV 
Lüdoviki kəskin tənqid edir. O göstərir ki, Lüdövik Iran və 
Türkiyə hakimiyyət üsulunu, yəni despotizmi ən yaxşı dövlət 
forması hesab edirdi. 
M.F.Axundovun Kəmalüddövləsi isə,  əksinə, Iran cəmiy-
yətini, despotizmi kəskin tənqid edərək birinci məktubunda tutarlı 
faktlar gətirir. Kəmalüddövlənin birinci məktubu Iran ictimai 
həyatı haqqında ümumi mənzərə yaratmaqla sonrakı  məktublar 
üçün fabula rolunu oynayır. Bu məktubunda möhkəm dayaq 
nöqtəsi, ideya mərkəzi yaradan Kəmalüddövlə sonrakı  məktub-
larında Iranın yaralarının qaysağını qoparır, ictimai ziddiyyətlərlə 
dolu olan bu həyatın sosial qatlarına enir. "Məktublar"ın üslubu 
qəhrəmana ictimai həyatı bütün əlaqələrilə qavramağa, 
qiymətləndirməyə kömək etmişdir. Ikinci, üçüncü məktublarda 
süjetin daxili konflikti dərinləşir, faktlarla xeyli zənginləşir. 
Dramatik konflikt M.F.Axundovun materialist fəlsəfəsi və 
maarifçi realist sənətinin ictimai-estetik idealı ilə "Məktublar"ın 
faktları və müəllifin əsri arasında gedir. M.F.Axundovun inqilabi 
demokratik mövqeyi şərq materiallarının sənət dilində daha 
inandırıcı  təhlil edilməsinə xüsusi təkan vermişdir. "Iran 
məktubları"nda aləmin maddiliyini və maddənin daim hərəkətdə 
olduğunu qəbul edən Monteskye də din haqqında öz mülahizə-


Himalay Ənvəroğlu __________________________
 
 
109
lərini söyləyir. Monteskye elm və  mədəniyyətin inkişafı  məsə-
ləsinə də toxunur. O, XVIII əsr maarifçiləri kimi belə əqidədə ol-
muşdur ki, guya kral maarifçi, savadlı və elm adamı olsa, dövləti 
idarə üsulu dəyişər, yaxşılaşar. Təsadüfi deyil ki, Monteskye 
iyirmi dördüncü məktubda kralların toxunulmaz və müqəddəs 
nəslə  mənsub olması iddiasını ciddi tənqid edir. Onun fikrincə 
romalıllar azadlığı sevəndə güclü idilər. Elə ki, bu yoldan 
uzaqlaşıb despotizmə meyl etdilər, o vaxtdan da məhv oldular. 
Monteskye ilə M.F.Axundovu "Məktublar"da bir-birinə 
yaxınlaşdıran mövzu və təhlil materiallarının xarakterindən əlavə 
həm də materialist məsləki izləmələri və maarifçi realist cərəyana 
mənsub olmaları idi. Hər iki mütəfəkkir milli, spesifik həyatın 
humanist və  bəşəri dəyərlərilə  bərabər, mühafizəkar, mürtəce 
cəhətlərini də özünəməxsus şəkildə əks etdirirdilər. Əvvəldə qeyd 
etdiyimiz kimi, "Məktublar" milli janr forması deyil, öncə 
maarifçi realizmin geniş yayılmış  ədəbi priyomudur. Mon-
teskyedə bu forma hələ  təşəkkül, inkişaf dövrünü keçirirdisə, 
M.F.Axundovda özünün kamil şəklini alır. Məlum olduğu kimi, 
M.F.Axundovda məktubların sayı son həddə endirilmişdir. Lakin 
bu məktubların hər biri ayrılıqda romanın bir fəsli olub, kom-
pozisiya ideyasını ifadə edir. Formal baxımdan Monteskyenin 
"Məktublar"ı romana daha çox oxşayır. M.F.Axundovda isə ro-
man poetikası daxili məzmuna, kompozisiyanın bədii-fəlsəfi mə-
nasına tabe edilmişdir. "Məktublar"ın qəhrəmanları idraki im-
kanlarına, ictimai mühiti bədii-fəlsəfi dərk və ümumiləşdirmə sə-
viyyələrinə görə dövrün qabaqcıl, humanist meyllərinin daşıyıcısı 
kimi müəlliflə birləşirlər. 
Monteskyenin "Məktublar"ının aparıcı  qəhrəmanları, o 
cümlədən Uzbek sadəlövhlük edir, hətta Roksananın təbiətini 
duya bilmir. Ona görə də müəllif əsrin ideyası səviyyəsində dur-
mağı öz üzərinə götürür və "sırf" maarifçi kimi çıxış edir. 
M.F.Axundov isə öz qəhrəmanlarının məntiqinə, idraki qabiliyyə-
tinə, tarixi təsəvvürlərinin sosial mənasına inanır. Ona görə  də, 
əsasən sözü, əsrin səviyyəsini ifadə etməyi, humanistlik və 
vətəndaşlıq rolunu qəhrəmanlarına verir. "Məktublar"ın mətn 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
110
ideyasında qəhrəmanların "romanı" ilə müəllifin "romanı" üzvi 
şəkildə birləşirsə də, bunları eyniləşdirmək olmaz: hətta çox ağıllı 
mühakimələri və sosial tarixi təsəvvürlərilə insanı heyran edən və 
əsərdə mühüm yer tutan Kəmalüddövlə ilə  də. Halbuki əsərin 
spesifik ideya-bədii mənasında onlar arasında ruhi-mənəvi 
yaxınlıq daim müşahidə edilir. 
Sənətdə realizm prinsipini rəhbər tutan Axundov inkişafı və 
ona buxov olanı  zəngin və inandırıcı faktlar əsasında bir yazıçı-
filosof kimi təşrih etməkdə  qəhrəmanlarına ideya verir. Yəni 
M.F.Axundovun "Məktublar"ının qəhrəmanları müəllifdən 
mənəvi-idraki təkan alır. Halbuki biz romanda zahiri cəhətdən 
aparıcı qəhrəmanın: Kəmalüddövlənin inkişafını görmürük. Sanki 
onun süjetinin inkişaf və yüksəlişinin tarixi yox, yalnız təşkili 
vardır. O, romanın ilk səhifəsindən ağıllı, mühakiməli, möhkəm 
inamlı, əqidəli maarifçi-filosof və vətəndaş kimi diqqəti cəlb edir. 
Insan ağlının uğurları da, bəlası da sosial-fəlsəfi baxımdan 
Kəmalüddövləyə  bəllidir. O, həm sosioloqdur, həm materialist 
maarifçidir, həm də dini ictimai və qnesoloji cəhətdən qiymət-
ləndirə bilən filosofdur. Lakin yazıçı deyil. Əsərdə bu "rolun" 
qəhrəmanı müəllif – M.F.Axundov özüdür. Əsərdəki müəllif 
obrazı obyektiv qəhrəmanların mövqeyini, onlara inamı sarsıtmır. 
Əksinə, onların mövqeyi bu yolla müdafiə edilir, müəllif qəlbinin 
hərarətindən qızınır, idrakından ideya-fəlsəfi qida alırlar. 
Müəllifin iştirakı  qəhrəmanların iradəsini artırır, ictimai 
mübarizələrinə geniş meydan verir. Onlar müəllifin qüvvətli əlini 
öz üzərlərində hiss edir, onun şəxsində ən inamlı mənəvi dayağı 
duyurdular.  Əsərdən aydın görünür ki, müəllifdə olan dərin və 
sarsılmaz ideya inamı sanki irsən, ruhən qəhrəmanlara keçmişdir. 
Qəhrəmanların hərəsi ictimai inkişafın müxtəlif, yaxud əks 
qütblərində durmurlar və onların meylləri arasında antoqonizm 
yoxdur.  Əsərdə onların  şəxsində meydana çıxan ictimai anto-
qonizm vardır. Onları biri-birinə dostlaşdıran, məktublaşmalarına 
səbəb olan amillər çoxdur: məslək,  əqidə, etiqad, tənqidi idrak 
pafosu, dinin təbiətini  şüurlu dərk, vətəndaşlıq, sosial həyatda 
şəxsən iştirak və s. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə