Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə35/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   31   32   33   34   35   36   37   38   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
139 
bəziləri isə H.Cavid kimi birbaşa, açıq  şəkildə  əsil sənət yolu 
tutmuşlar. 
Bununla belə, "həyat materialı", "bu materialı inqilabi 
nəzəriyyə əsasında öyrənib dərk etmək" tələbi də istər-istəməz ro-
manın janr məzmununa, onun yeni tipoloji əlamətlərinin meydana 
gəlməsinə, mövzu dairəsinin zəmanə ruhuna uyğunlaşmasına 
mühüm təsir edirdi. Məsələn, ailə romanının sosial-məişət 
romanına, bunun da sosial-tarixi və ya tarixi-inqilabi romana 
keçidi bu dövrdə özünü göstərir. 30-cu illərin ilk mərhələsində 
sosial-tarixi roman tipi qızğın  şəkildə inkişaf edirdi. Bu illərdə 
inqilab və  vətəndaş müharibəsi mövzusu geniş yayılır. Fəhlə, 
kəndli və ümumən zəhmət adamları haqqında sosial-məişət 
romanlarında olduğu kimi bu qrup romanlarda da təhkiyə "həyata 
oxşar forma" alırdı. M.S.Ordubadinin, Əbülhəsənin, S.Rəhimo-
vun, M.Hüseynin və bir qədər sonra isə M.Ibrahimovun şəxsində 
siyasi-publisistik və tarixi-inqilabi roman janrı (tipi) formalaş-
mağa başladı. Bəzi romanlarımızda "həyata oxşarlıq", sənədli-
publisistikaya aludəlik özünü açıq hiss etdirirdi. Lakin əslində 
romanın uğuru dünya ilə insanın bədii vəhdətinə nail olmağın 
müasir üsullarını tapa bilməsi ilə bağlıdır. Çünki zamanın roman 
təfəkkürü – dünyanı göstərmək və qiymətləndirmək üsullarının 
tətbiqini ifadə edir. Bunun vasitəsilə hər hansı bir yazıçının roman 
təfəkküründə epik, yaxud lirik-epik başlanğıcın üstünlük təşkil 
etdiyini də meydana çıxarmaq mümkün olur. Lakin, S.Rəhimovda 
epik roman təfəkkürünün get-gedə üstünlük təşkil etməsi 
fikrimizə misal ola bilər. Hadisələri mühüm sosial kateqoriyalar 
əsasında mənimsəmək inqilabı  bədii dərk etməyə yönəldilən 
romanın yeni janr konsepsiyası üçün xarakterik idi. Çünki bu 
mərhələdə 
cəmiyyət özü müxtəlif sosial-sinfi laylara 
bölünmüşdür. Ona görə  də elə  həyat materialı seçilirdi ki, tələb 
olunan ümumiləşdirmələr aparmağa imkan versin. 
Söhbət bu mərhələnin romanından deyil, ümumən  ədəbiy-
yatından gedirsə, onda qeyd etmək lazımdır ki, 20-50-ci illərin 
ədəbiyyatında inqilabi-tarixi mövzu tipi xüsusi yer tutmuşdur. 
Yazıçılar sosialist inqilabına gətirən yolun mənbəyini uzaq və 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
140
yaxın inqilabi-tarixi keçmişdən götürülən mövzularla əsaslandır-
mağa çalışır və tarixi materializm fəlsəfəsini, özünün əsas meto-
doloji prinsipi hesab edən sosialist realizm yarıdıcılıq metodunun 
tələblərinə cavab verməyə səy göstərirdilər. Konsepsiya mənasın-
da o, rus ədəbiyyatının, bilavasitə M.Qorkinin, Furmanovun, 
Serafimoviçin, A.Tolstoyun, Qlaldkovun, Fadeyevin və başqala-
rının yaradıcılıq təcrübəsi əsasında hazırlanırdı. 
Bu baxımdan aşağıdakı mülahizə o zamanın tarixi şəraiti və 
ədəbi prosesin bilavasitə zahiri tərəfini (siyasi tərəf) ifadə edir. 
"30-cu illər romanı bütünlükdə Azərbaycan  ədəbiyyatı kimi 
Azərbaycan gerçəkliyindən boy atmış, xalqın ruhunu və həyatını, 
onun ölkəni sosializm yolu ilə dəyişdirmək uğrunda mübarizəsini 
əks etdirmişdir. Mövzu, həyat materialı bədii süjet, romanın qəh-
rəmanlarının obrazı xalq həyatının dərinliklərindən baş qal-
dırmışdır" (2, səh.65) 
Göründüyü kimi, burada ideoloji konsepsiya hadisələri 
qiymətləndirmək mexanizminə, metodoloji əsasa çevrilmiş  və 
"romanın doğulması" bilavasitə "Azərbaycan ədəbiyyatının 30-cu 
illərin  əvvəllərinin  ənənələri" ilə  əlaqələndirilmişdir. Bunun 
ardınca "milli folklor və klassik ənənəni" qeyd etməklə yanaşı 
inqilabın və  vətəndaş müharibəsinin işıqlandırılmasında rus ədə-
biyyatının, rus sovet yazıçılarının bədii təcrübəsini" (2, səh.65) 
xüsusi vurğulamaq olar: "20-ci, eyni zamanda 30-cu illərin 
ideoloji və  ədəbi həyatı elə idi ki, Azərbaycan  ədəbiyyatı öz 
xüsusi milli ənənəsindən daha çox rus ədəbiyyatı  ənənəsinə 
söykənirdi (2, səh.65). Çünki "köhnə həyat tərzinin və münasibət-
lərinin kökündən dağıdılması  şəraitində rus inqilabi gerçəkliyi 
özündə yeni həyat quruluşunun canlı nümunəsini ifadə edirdi" (2, 
səh.65) Bu mülahizələrə heç bir etirazımız yoxdur. Lakin 
tənqidçinin etiraf etmədiyi bir həqiqət var ki, bu da Azərbaycan 
ədəbiyyatının, o cümlədən romanın 20-30-cu illərdə belə bir 
siyasi-ideoloji burulğana salınması idi. Buradan üzüb xilas olmaq 
isə çox çətin idi. H.Cavid də bu burulğanın  əhatəsində idi. 
S.Rüstəm də ora daxil olmuşdu. Cavid özünün fiziki ömrünü 
sənətə qurban verdi, onu yaşatdı. S.Rüstəm tərcümeyi-halı ilə 


Himalay Ənvəroğlu __________________________
 
 
141 
yaşadı, özündə  sənəti yaşada bilmədi. H.Cavidin faciəsi sənət 
fədailiyində idi. S.Rüstəmin faciəsi siyasətə, ideologiyaya heyran-
lığında, siyasətə qurbanlığında idi. Ona görə də son dərəcə milli 
koloritdə yazan, tariximizin müxtəlif laylarını  bədii həqiqətin 
güzgüsündə, canlı  bədii obrazlarla çatdıran Y.V.Çəmənzəminli 
kimi bir yazıçının "Studentlər", "1917-ci ildə" romanları misal 
çəkilərək "yaradıcılığında inqilabi-tarixi mövzuları əhatəli şəkildə 
təsvir etmək səyini gücləndirən" (11, səh.318) sənətkar kimi 
qiymətləndirilirdi. Ilk variantı "Günah" adı ilə 1914-cü ildə 
Aşqabadda yazılmış, 1931-ci ildə təkmilləşdirilmiş halda Bakıda, 
"Studentlər" adı ilə çap olunan və 1931-1934-cü illərdə yazılıb, 
1935-ci illərdə nəşr edilən, 1917-ci ildən romanları ümumən 30-
cu illərdə yaranan və çox da böyük siyahı  təşkil etməyən 
("Yoxuşlar", "Şamo", "Daşqın", "Dünya qopur", "Dumanlı  Təb-
riz" və "Bir gəncin manifesti"). Azərbaycan romanları arasında 
müəllifini mütəfəkkir sənətkar kimi hadisələri və  həyatın zəruri 
cəhətlərini, insan düşüncələrinin məntiqi ardıcıllığını ustalıqla 
təhlil edib filosof təfəkkürü ilə onları heyran qoyması ilə 
fərqləndirir. Ona görə  də "Studentlər" romanının baş  qəhrəmanı 
Rüstəm bəydə S.Rəhimovun Şamosunun məziyyətlərini axtarmaq 
düz deyil. Əksinə, Rüstəm bəyin bir bədii xarakter kimi qüvvəsi 
onun canlı, təbii, bütün tərəddüdləri və  çətinlikləri ilə 
verilməsindədir. Vaxtı ilə Y.V.Çəmənzəminlini Rüstəm bəyi 
bitkin inqilabçı tipi kimi yaratmamaqda təqsirləndirənlər obrazı 
sənət baxımında, canlı  və inandırıcı xarakter olması  mənasında 
deyil, ideologiya əsasında qiymətləndirdikləri üçün qəhrəmanın 
və yazıçının başlıca ideyasını bütün incəliklərinə  qədər dərk edə 
bilməyiblər. Daha doğrusu "romanda inqilabçı obrazlar axtarmış, 
Mərdana, Büləndə,  Şamoya oxşayan tiplər tapmadıqda yazıçını 
təftişə başlamışlar" (95). Əslində Y.V.Çəmənzəminli qəhrəmanla-
rının inqilabi yüksəlişinin deyil, o zamankı Azərbaycan 
gənclərinin "tarixə qarışmış  həyatını  təsvir etmişdir" (36, səh.8). 
Ona görə  də  ədibin özünün qeyd etdiyi kimi romanın  əsas qəh-
rəmanları "Rüstəm bəylə  Əli vaxtlarının çoxunu dini-müba-
hisələrdə keçirirlər." Qulu "Minbir fəsadla" zəngin olmağa, əlinə 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
142
keçən "xam hərifləri" aldatmağa çalışır. Fərəməz, Qulamrza, 
Cəfər qadına patriarxal düşüncə ilə yanaşır, "ata-babalarının yolu" 
ilə gedirlər. Səlmanla  Əhməd ictimai quruluşun dəyişilməsi 
yolunda fəaliyyət göstərirlər. Bəhram ali təhsili başa çatdırmaq 
üçün hər cür sənətdən yapışmağa məcbur olur. Göründüyü kimi, 
belə bir geniş dairəyə  səpələnən hadisələri, müxtəlif cərəyanları 
izləyən qəhrəmanları vahid bir ümumi ideyaya bağlamaq  əsərin 
imkanlarını  məhdudlaşdırardı. Y.V.Çəmənzəminli sələflərinin 
roman təcrübəsindən yaradıcılıqla istifadə edərək  əsərin süjetini, 
aparıcı  qəhrəmanı dövrün obyektiv gedişində, onun şəxsi 
həyatının, mənəviyyatının və psixologiyasının daxili-milli 
tərəflərini struktur əsasda əks etdirir. Bunu əsərin baş qəhrəmanı 
Kiyev Universitetinin hüquq fakültəsinin tələbəsi Rüstəm bəyin 
Sofya Sergeyevna ilə  uğursuz məhəbbət macərasının yaratdığı 
daxili düşüncələr axını  və assosiasiya da sübut edir. Romanın 
kompozisiyası elə ustalıqla qurulub ki, Rüstəm bəyin Sofya 
xanımla başlayan süjeti sonda da onların vidalaşması ilə qurtarır. 
Lakin bu zaman hər iki tərəf, həm bir insan kimi, həm də bir bədii 
xarakter kimi xeyli dəyişilirlər. Müəllif öz qəhrəmanlarını çox 
çətin sınaqlardan keçirir və  ən sonda obrazların öz üzərində 
mənəvi qələbələrini təmin edir. Bu, insanın çox ağır bir sınağa 
çəkilməsidir. Insanın daxilində gizlənən elə milli hisslər tapılıb 
oxşanılır ki, bunlar əslində, həm də ümuminsani duyğuları, əzəli 
və  ədəbi ləyaqəti bildirir. Rüstəm və Sofya Sergeyevna ən 
həlledici anda öz şəxsi hisslərini ümuminsani ləyaqətə qurban 
verib bir daha milli mənliyi təsdiq edə bilirlərsə, məhz  əsərin 
qüdrətini bu xüsusiyyətlərdə axtarmaq lazımdır, ta Rüstəm bəyin 
inqilabi mübarizədə ardıcıl olmasında və ya olmamasında yox. 
Rüstəm bəyin Sofya Sergeyevnanın  ərindən öz qəlbinə uyğun 
söhbətlər eşitdikdə ruhi sarsıntılar keçirərək vicdanı qarşısında 
haqq-hesab verməsi, dərin peşmançılıq hissi keçirərək, "mən 
böyük "günah" işlətmişəm" – deyə  dərin psixoloji böhran keçir-
məsi təkcə milli bədii xarakterin daxili bütövlüyünü nümayiş 
etdirmir, eyni zamanda mənəvi ləyaqətin qələbəsinin ifadəsi kimi 
səslənir, insanın ülviliyinə, paklığına inam aşılayır. Müəllif birdən 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə