Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə31/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   27   28   29   30   31   32   33   34   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
123
çısına çevirməyə çalışmışdır. Əksinə, qəhrəmanlarının təkamülün-
dəki özünəməxsusluğu, milli liberalizm meyllərini, maarifçi gö-
rüşlərinin hələ tam saflaşmadığını, liberal ziyalı psixologiyasını, 
maarifçi monarxiyaya meyl etmələrinin ictimai səbəblərini sə-
nətin güzgüsündə göstərmişdir. Bəzən Kəmalüddövlə həyatın, el-
min, poeziyanın, dinin vacib məsələlərini elə  şərh edir ki, 
M.F.Axundov onun bu fikirlərilə tam razılaşır. Məsələn, Kə-
malüddövlənin Firdovsi və Qaani haqqında fikirləri bizə müəl-
lifinin  ədəbi nəzəri konsepsiyasının məlum müddəalarını xatır-
ladır. Kəmalüddövlə birinci məktubunda "Poeziyanın həqiqətə 
uyğunluğundan", onun nəsr  əsərlərindən qat-qat təsirli olmasın-
dan" bəhs etdiyi halda, eyni zamanda: "Iran əhli hələ indiyə qədər 
kitab cildləmək sənətini öyrənməyibdir", "başqa xalqlar dəmir 
yolu salır, Iran yollarından atlılar belə keçə bilmir" – deyir. Əlbət-
tə, bunlar maarifçi liberalın istəyidir və bu tipli fikirlərlə müəllif 
özü də şərikdir. 
Yenə Kəmalüddövlənin birinci məktubunda oxuyuruq: "Ey 
Cəlalüddövlə!  Əgər sən özün də despotun qəzəbinə  gəlib vətən-
dən sürgün edilməsəydin və öz həmcinslərindən  şikayətçi olma-
saydın, mən heç bir zaman sənin həmcinslərinin eyiblərini sənə 
yazmazdım və səni kədərləndirmək istəməzdim" (10, səh.45). 
Kəmalüddövlə  həmcins deyəndə  həmyerli, həmvətənli 
anlayışını  nəzərdə tutur. Məlum olur ki, Cəlalüddövlə despotun 
qəzəbinə  məruz qalıb və  vətənindən sürgün edilib. Göründüyü 
kimi,  şəxsi tərcümeyi-halında Cəlalüddövlə  də M.F.Axundovu 
tam ifadə etmir. Iran-fars təəbəsi olan Cəlalüddövlə öz müəllifinə 
şərqli duyğusu, psixologiyası  və ruhu ilə yaxın ola bilər. 
M.F.Axundov isə dövrün inqilabi-demokratik ideyaları ilə 
silahlanmış, siyasi fikir aləmində sabit konsepsiyası olan ardıcıl 
materialist idi. Bununla belə, Kəmalüddövlə  və  Cəlalüddövləni 
M.F.Axundovla bağlayan tellər çoxdur. Hər üçü şərqlidir. Qa-
baqcıl  şərqli təfəkkürü bunları birləşdirə bilər. Hətta qəhrəman-
ların deyim tərzləri də çox yerdə M.F.Axundovun şəxsi mək-
tublarına oxşayır.  Əsərdə müəlliflə onun qəhrəmanlarının ideya 
və baxışlarını birləşdirən və ayıran məqamlar çoxdur. Məsələn, 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
124
Kəmalüddövlə  məktubunda yazır: "Sən sayca və qüdrətcə 
despotdan qat-qat artıqsan, sənə ancaq əlbir, könülbir olmaq 
lazımdır.  Əgər sən bu məsələni həll edə bilsəydin, yəni  əgər birlik 
sənə müyəssər olsaydı, öz işlərinə bir fikir çəkərdin, özünü puç 
əqidələrin zəncirindən və despotun zülmündən xilas edərdin. Fəqət 
nə fayda ki, belə bir iş sənə müyyəssər olmaz…" (10, səh.46) 
Birinci cümləyə diqqət verdikdə görürsən ki, o, məhz 
M.F.Axundov publisistikasına xas olan qəti və kəskin ruhda, daha 
dəqiq desək inqilabi məzmunda başlayır, müəllif xalqı  təşkil 
olunub zalımın atasına od vurmağa çağırır. Lakin getdikcə 
cümlənin tonu dəyişir və qəhrəmanın təbiətinə müvafiq məzmun 
alır. Hətta ikinci cümlədə o bədbin ruhda çıxış edir, birliyə 
inanmır. Daha sonra Kəmalüddövlə birinci məktubunun sonunda 
yazır: "Ey Cəlalüddövlə! Sən bilirsən ki, idarə və siyasət elmlərini 
öyrənmək üçün Iranda imkan yoxdur. Buna görə  də Avropaya 
getmək mümkündürmü? Avropaya necə səfər etmək olar? Orada 
kafirlərlə necə görüşüb yaxınlaşmaq olar? Fanatik və  şarlatan 
mollalar bu işə razılıq verərlərmi?" (10, səh.48) 
Hələ 50-ci illərin lap əvvəllərində M.F.Axundov öz 
qəhrəmanlarından birini – Şahbaz bəyi ("Müsyö Jordan…") bu 
niyyətlə Fransaya göndərmək istəyirdi. O vaxt buna imkan 
verilmədi. 60-cı illərdə bu məsləhəti məhz Hindistan şahzadəsi 
dostu Iran şahzadəsinə verə bilərdi. Çünki Iran xalqının həmin 
dövrdə buna görə böyük ehtiyacı var idi. Mənəvi köləlikdən, 
ictimai zülmdən qurtarmaq üçün maarifçi liberal iranlı dostuna bu 
tipli məsləhət verməkdə haqlı idi. Çünki "maarifçi oxumuşlar" 
Iran mühitinin o zamankı  tələbi idi. Inqilaba maarif yolundan 
keçməli idilər. Rus sosial-mənəvi mühitinin inqilabi gerçəklik 
aldığı bir zamanda bu tələb keçilmiş yol idi. M.F.Axundov isə 
qəhrəmanın görüşlərindən fərqli olaraq, inqilabi azadlığı, təşkil 
olunub hakimiyyəti zorla ələ almağı, məhz aşağıların  əli ilə 
almağı zəruri hesab edirdi. 
Romanda qəhrəmanların nitqini fərqləndirən zahiri əlamətlər 
də aydın görünür: "Indi də Axund Molla Sadığın adını eşidib özünü 
gözünün qarşısında təcəssüm etdir…", yaxud "Bu gün sizə  cəhən-


Himalay Ənvəroğlu __________________________
 
 
125
nəmin  əhvalatını izah edəcəyəm ki, qəflət yuxusundan oyanıb 
dünyaya bu qədər aludə olmayasınız" kimi cümlələrdə "indi də", "bu 
gün sizə" və s. ifadələr təhkiyədə təkcə rabitə əlaməti deyil, həm də 
roman janrının "Məktub" forması üçün vacib priyomdur. Bu kimi 
priyomdan M.F.Axundov "Məktublar"da geniş istifadə etmişdir. 
Yeri gəlmişkən, demək lazımdır ki, şifahi xalq ədəbiyyatının iri 
həcmli epik janrlarından olan nağıl və dastan təhkiyəsində bu cür 
priyomlar struktur əlamət kimi sabitləşmişdir. Məsələn, "Yenə Molla 
Cabbar dedi" (10, səh.118). Yaxud "Bu gün yoldaşlarımla bərabər 
Cümə  məscidinə gedib Molla Cabbar rövzəxanın mərsiyə 
məscidində əyləşdim" (10, səh.115). 
Göründüyü kimi, bunlar sırf epik təhkiyə ünsürləridir və 
bilavasitə qəhrəmana aiddir. 
Kəmalüddövlənin məktublarında nağıl poetikasından gələn 
xüsusiyyətlərin fəal iştirakı, qəhrəmanın tez-tez məkanı  dəyişməsi, 
bir məclisdən digərinə keçməsi həm də onun səyyahlığı ilə bağlıdır. 
O qısa vaxt ərzində çox müşahidə etməli, onları məktubunda təhlil 
edib dostuna göndərməlidir. Nağıllarda "ayla, illə,  şirin dillə" 
"Məktublar"da ayla, günlə "acı dillə" deyilir. M.F.Axundovun əsərin 
bir neçə yerdə "Min bir gecə nağılı"nın adını çəkməsi bu baxımdan 
təsadüfi deyil. Birinci məktubunun sonunda Kəmalüddövlə "Molla 
Sadığın moizəsini "cəfəngiyyat" adlandırır və qeyd edir ki, o (Molla 
Sadıq – H.Q.) "Min bir gecə nağılı"ndan betər əfsanələri quraşdırıb 
söyləyirdi" (10, səh.45). Yaxud, Kəmalüddövlənin ikinci 
məktubunda oxuyuruq: "Indi qoy bu mətləb burada qalsın…" "Ey 
Cəlalüddövlə! Mirzə Əbdüllətif Təsuğulunun "Min bir gecə"ni çox 
təmiz, aydın və gözəl fars dilinə  tərcümə etdiyini bilirsən. Sən bu 
kitabı oxuyarkən dönə-dönə deyirdin: "Təəccüb edirəm bu "Min bir 
gecə"nin müəllifi bu qədər yalanı görəsən haradan tapıbdır?" Indi 
mən sənə deyirəm ki, təəccüb etmə,  Ərəb tayfasının yalan 
quraşdırma,  əfsanə düzəltməkdə bütün tayfalar arasında misli-
bərabəri yoxdur. Iranlılar da yalana və əfsanəyə inanmada dünyada 
təkdirlər. Məşhur bir məsəl var ki, deyərlər: "Əgər islam dini ülkər 
ulduzlardan asılarsa, farslar onu da oradan əldə edərlər" (10, səh.45). 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
126
Doğrudan da, "Min bir gecə nağılı"na heyranlıq ərəb psixo-
logiyasına, onun həyat tərzinə çox ustalıqla uyğunlaşdırılmışdır. 
Elə islam dinini ulduzlardan yerə endirməyə hazır olan iranlıların 
təbiətini bildiyi üçün axund Molla Sadıqlar, Molla Cabbarlar 
moizələrində "Min bir gecə nağılı"nı da arxada qoyurlar. 
"Məktublar"ın təhkiyəsindəki dialoq forması dramatizmi, 
konflikti gücdəndirirsə, xitab (Ey Cəlalüddövlə, Ey Kəmalüddöv-
lə) təhkiyəyə zaman və  məkan ardıcıllığı verməklə qəhrəmanları 
şəxsləndirir və xüsusi intonasiya mərkəzi yaradır. Daha doğrusu, 
folklor ədəbiyyatında geniş istifadə edilən bu kimi vasitələrlə şəxs 
süjetin fəal iştirakçısına çevrilir. 
Deyilənlər "Məktublar"ın poetik xüsusiyyətlərini dərk et-
mək və onun bədii sisteminə daxil olmaq marağımızla bağlı 
mülahizələrimizdir. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə