Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə33/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
131
sərbəstliyi  əlindən alınır, diqqəti dövrün tələb etdiyi mövzu 
dairəsinə yönəldilirdi. Ona görə də yuxarıda göstərdiyimiz heka-
yələrin bir çoxunda adından da bəlli olduğu kimi zahiri pafos və 
zəmanənin nəbzini tutmaq üstünlük təşkil edir. Bununla belə, 
təkcə "keçid" mənasında deyil, həm də  sənət və janr estetikası 
baxımından bu dövrdə yaranan hekayələrin böyük əksəriyyəti 
ədəbiyyat tarixində özünəməxsus yer tutmuşlar. Təkcə  təsvir 
etdiyi tarixi-sosial problemlərə görə yox, həm də bədii təfəkkürdə 
müəyyən inkişaf stimulu əmələ  gətirdiyinə  və  nəsrin daha iri 
formalarına keçmək üçün poetik zəmin yaratdığına görə hekayə 
həmin dövr üçün böyük əhəmiyyət kəsb etmişdir.  
Əlbəttə, hekayə  və roman başqa-başqa janrlardır, təsvir və 
təfəkkür imkanları müxtəlifdir. Lakin eyni zamanda təkcə növ 
əlamətinə və nəsr formasına görə deyil, məhz bir sıra daxili struk-
tur komponentlərinə görə bu janrlar arasında tipoloji qohumluq 
əlaqələri vardır. Ona görə 20-ci illərin hekayə janrında tutumlanan 
Azərbaycan nəsri 30-cu illərin lap əvvəllərində "birdən-birə" 
roman janrına keçə bildi. Bununla belə, Azərbaycan romanının 
klassik yaşarlı ənənəsinin, o cümlədən, XIX əsrin ikinci yarısı və 
çevriliş  ərəfəsi yaradıcılıq imkanının 30-cu illər romanına daxili 
təkanı az olmamışdır. Başqa sözlə, müasir Azərbaycan romanı 
(30-cu illər) yenidən özünə qayıtdı, keçmişinə boylandı  və 
imkanına inandı. Lakin indi artıq zaman və  şərait başqa idi
mövzu, ideologiya və  qəhrəman tipi dəyişmişdi, yazıçı istər-
istəməz dövrün nəbzini tutmağa məcbur idi. Onun vətəndaşlığı, 
vətənpərvərliyi və nəhayət sənətinin xəlqiliyi bu "zəmanə ruhuna" 
bağlı idi. 
Roman janrının inkişafı üçün həmin dövrün dramaturgiya-
sının və poeziyasının da mühüm rolu olmuşdur. Məlum olduğu 
kimi, vaxtı ilə M.F.Axundov romanı dramaturgiyanın bir növü 
hesab etmişdir. Roman doğrudan-doğruya dramın bir növü 
olmasa da, əslində bu formalar arasında müəyyən daxili yaxınlıq 
vardır. Hər ikisinin lirikaya, subyektivliyə, dramatizmə meyl 
etməsi, məhəbbət stixiyasına üstünlük verməsi, personajları daha 
çox daxili dinamikada, zahiri mükalimədə göstərməsi tipoloji 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
132
yaxınlıq kimi mühüm rol oynayırdı. Ona görə də dramaturgiyanın 
çevikliyi, mövzu və  qəhrəmanları zamanın tələblərinə uyğunlaş-
dırmaq imkanı romanda yalnız 20-ci illərin sonu, 30-cu illərin əv-
vəllərində özünü göstərməyə başlayırsa, dramaturgiya aprel 
hadisələrinə "isti-isti" öz münasibətini bildirdi. Əlbəttə, belə 
"çevik" münasibətin nəticəsində meydana gələn pyeslər bədii 
sənətkarlıq baxımından arzu olunan səviyyəyə qalxa bilmirdi. 
Dramaturji konflikt çox vaxt sinfi antoqonizm, ideoloji-siyasi 
prinsiplər üzərində qurulurdu. Ona görə xarakterlər dərindən açıla 
bilmir, obrazlar zəmanənin ruhunun, müəllif ideyalarının 
daşıyıcısına çevrilirdilər. Çünki hadisələri dərindən yaşamadan
tələsik dəstəkləmək dramaturqları  əsil sənət yolundan uzaqlaş-
dırırdı. Məsələn, bunu 1921-ci ildə yazılan və Azərbaycanda 
sovet hakimiyyətinin qurulmasının birinci ildönümü münasibətilə 
elan olunmuş müsabiqədə mükafata layiq görülən "Laçın yuvası" 
(S.S.Axundov) pyesi haqqında demək olar. Əlbəttə, biz bu dövrdə 
yaranan pyesləri geniş  təhlilə  cəlb etmək fikrində deyilik. Lakin 
belə bir cəhəti qeyd etmək istəyirik ki, XIX əsrin sonu, XX əsrin 
əvvəllərində qüvvətli  ənənəyə malik olan Azərbaycan dramatur-
giyası çevrilişdən sonra büdrəmədi, müvəqqəti zahiri illüziyalara 
uysa da, əsasən sənət idealına sadiq qaldı. 
Bununla yanaşı, 20-ci illərin lap əvvəllərində, çoxlarının 
zamanın siyasi-ideoloji burulğanından çıxa bilmədiklrəi çağda 
C.Məmmədquluzadə qatı qaranlığın arxasındakı aydınlığı görərək 
özünün "Kamança" (1920), "Anamın kitabı" (1920), "Dəli yığın-
cağı" kimi klassik pyeslərini yazmışdır. O, "dəlilər" cəmiyyətini 
səhnəyə  gətirərək dəlilər və  ağıllılar, hakimlər və  məhkumlar 
dünyasının daxili ziddiyyətlərini açıb göstərir və "dəliləri"  ələ 
salıb gülən "ağıllılar"ı əsas tənqid hədəfinə çevirir. 
H.Cavidin "Peyğəmbər" (1922-1923), "Topal Teymur" 
(1926), C.Cabbarlının "Aydın" (1919-1921), "Oqtay Eloğlu" 
(1923), "Od gəlini" (1928) romantik pyesləri həm ümuminsani 
meyllərin göstərilməsi, həm də milli tariximizin və mənəviyyatı-
mızın dərin qatlarına enmək imkanının sənət uğurları kimi mey-
dana çıxdı. Bu pyeslərin hər birində aparıcı qəhrəmanın "romanı" 


Himalay Ənvəroğlu __________________________
 
 
133
dramaturji üsullarla özünün bədii həllini tapmışdır. Bizim fikri-
mizcə ayrı-ayrı  şəxsiyyətlərin,  ədəbi simaların, ümumiyyətlə, 
ictimai  şəraitin dramaturgiyasını belə sosial-psixoloji əsasda 
göstərən  əsərlər 30-cu illər Azərbaycan romanının da tarixi 
inkişafında münbit ədəbi zəmin rolu oynamışdır. 
Ümumiyyətlə, dövrün ictimai-siyasi hadisələrinə cavab 
verən tipləri  ədəbi qəhrəmana çevirməkdə dramaturgiya nəinki 
romanı, o cümlədən, "kiçik epik forma" olan hekayəni də üstə-
ləmişdir. Məsələn, adi bir misal. Vaxtı ilə Cabbarlının "Sevil" 
(1928) pyesində toxunduğu problemə eyni vaxtda S.Hüseyn də 
"Gələcək həyat yollarında" hekayəsi ilə münasibət göstərmişdir. 
Hətta S.Hüseyn bir müddət C.Cabbarlını onun mövzusunu mə-
nimsəməkdə ittiham etmişdir. Sonradan yadına salanda ki, C.Cab-
barlı ona belə bir mövzuda dram əsəri yazacağını söyləmişdir, 
onda  ədibdən üzrxahlıq etmişdir. Göründüyü kimi, həyat  şərai-
tinin eyniliyi süjet oxşarlığına səbəb olmuş  və konkret hadisəni 
müxtəlif janrlarda göstərməyə imkan vermişdir. Burada çeviklik 
göstərib birincilik "qazanmaq" həm janrdan, həm də müəllifin 
fərdi yaradıcılıq xüsusiyyətindən asılıdır. Bundan əlavə, müəyyən 
dövrlərdə dram əsərlərinin uğurlu-uğursuz romanlaşdırılması 
göstərir ki, bu janrlar arasında tipoloji yaxınlıq müəyyən hallarda 
belə "əməliyyat" aparmağa imkan verir.  
Yuxarıda qeyd edildiyi kimi roman bir janr kimi eposdan 
daha çox lirikaya meyllidir. Lirik stixiya bu janra doğmadır. Mə-
sələn, qeyd etmişdik ki, rus romanının təşəkkülündə Derjavin liri-
kası mühüm rol oynamışdır. Subyektin daxili-mənəvi aləminə, 
fərdi şəxsiyyətə psixologiyaya, özünü təhlilə və özünü dərkə meyl 
poeziya ilə romanı bir-biri ilə yaxınlaşdırır. Bu, müəllif şəxsiyyəti 
ön planda olan lirik eposda və lirik romanlarda da belədir. Lakin 
bu illərdə V.Mayakovskinin "şer tamam siyasi-ideya gülləsi ilə 
dolu olmalıdır" prinsipini rəhbər tutan (11, səh.94) bəzi 
Azərbaycan şairləri "Tar səsə qoyulur", "Məscid - klub", "Konka - 
tramvay" tipli şerlər yazaraq vulqar sosiologizm meylinə 
yuvarlanırdılar. Buna görə də lirik "mən" kifayət qədər sərbəstlik 
əldə edə bilmir, zahiri pafos poeziyanın romantik ruhunu əzirdi.  
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
134
Əsasən, 1925-1927-ci illərdə  şerə  gələn S.Rüstəm, S.Vur-
ğun, R.Rza, M.Müşfiq, M.Rahim şəxsi lirikadan daha çox siyasi 
lirikaya üstünlük verirdilər. Bədii nəsrin roman formasında oldu-
ğu kimi, poeziyanın süjetin epik formalarında da məhsuldarlıq 
hiss olunmurdu. H.Cavid, Ə.Cavad kimi saf lirik şairlər demək 
olar ki, poema əsərləri yazmırdılar. C.Cabbarlının "Qız qalası" 
(1922), H.K.Sanılının "Aran köçü", "Zülmün sonu", "Turqut qa-
çaqları", "Namus davası" (1927) poemalarını nəzərə almasaq de-
mək olar ki, Azərbaycan şerində ənənəvi qüvvətli qol olan poema 
bu illərdə kifayət qədər özünü göstərə bilməmişdir. Sanılının 
adını çəkdiyimiz poemaları janr estetikası baxımından bir o qədər 
də diqqəti cəlb etmədi. Ümumiyyətlə, poema poeziyanın aparıcı 
forması kimi yalnız 30-cu illərin əvvəllərindən özünü göstərməyə 
başladı. 
20-ci illərin siyasi lirikasında çox fəallıq göstərən S.Rüstəm 
ilk poeması "Yaxşı yoldaş"ı 1933-cü ildə yazsa da, sonrakı illərdə 
bu janrda xüsusi uğurlar qazana bilmədi. Müşfiqin poema ya-
radıcılığı 1935-36-cı illərdə gur inkişaf etdi. S.Vurğun da yalnız 
30-cu illərin  əvvəllərindən başlayaraq müxtəlif mövzularda poe-
malar yazmağa başladı: "Komsomol poeması", (1931-1956), 
"Ölüm kürsüsü" (1934), "26-lar" (1935), "Qız qayası" (1935), 
"Dar ağacı" (1935), "Bulaq əfsanəsi" (1935), "Ölən məhəbbət" 
(1935), "Üsyan" (1936), "Bəsti" (1937). 1926-cı ildə  şerə  gələn 
M.Rahim 1933-cü ildə "Ölməz qəhrəman" poemasında S.M.Kiro-
vun siyasi-tarixi "portretini" yaradaraq bədii sənətkarlıqdan daha 
çox ideoloji saflığın qayğısına qalmışdır. Onun poema janrı sahə-
sində  səsini bir də 40-cı illərin sonlarında eşidirik. R.Rzanın da 
"Almaniya", "Ana", "Hilal" kimi poemalarında cüzi təhkiyə ün-
sürlərini nəzərə almasaq poema yaradıcılığı onda əsasən 40-cı il-
lərdən inkişaf etməyə başlamış və 50-60-cı illərdə gurlamışdır. 
Məlum olduğu kimi süjetli janrın bəzi xüsusiyyətlərini 
özündə birləşdirən poemanın strukturunda, imkanlarında daimi 
bir roman zəmini yaşayır. Çox zaman bunları bir-birindən fərqlən-
dirən  şərt kimi birincinin nəzm formasında olması, həcm ba-
xımından yığcamlığını, poetikliyini, həyatın  şairanə  tərəflərini 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə