Himalay Ənvəroğlu __________________________
143
Rüstəm bəyin daxili süjetinin axarını dəyişərək
dövlətin və
millətin taleyinə keçir: "- Əzizim, hər şeydən əvvəl, vəzifə
paylayanın nüfuzu olmalıdır. Bir axmağın biri başda oturduqda
vəzifə qüdsiyyəti yada düşərmi?"
Rüstəm bəylə Sofya Sergeyevnanın süjeti zahiri mənada
S.M.Qənizadənin "Gəlinlər həmayili" romanındakı Sofya Mixay-
lovna ilə Şeyda bəy arasındakı münasibətləri yada salır. Bunu
mövzu və qəhrəmanların tipoloji yaxınlığı kimi də başa düşmək
olar. Şəxsi həyatlarında və ümuminsani əlaqələrdə belə oxşar
situasiya və süjetlər çox olub. Digər tərəfdən Y.V.Çəmənzəminli
də belə oxşar şəraitdə qəhrəmanın, xarakterin bir sıra başlıca
komponentlərini dərinləşdirərək milli bədii şəxsiyyəti tamamlayır.
Bu romanın qüdrəti ondadır ki, qəhrəmanlar öz içərilərinə
gur işıq saçan geniş bir pəncərə açır və süjeti mənəvi etiraflar üzə-
rinə yönəldirlər. "Günahkaram. Əxlaqi pozğunam. Vəfalı ərimi
qoyub, gəldi gedər bir qafqazlıya həvəslənirəm…" (36, səh.21)
Müəllif qəhrəmanlarının əxlaqca saflaşma imkanlarını
onların inamları ilə əlaqələndirir. Onlar Allaha da,
mənsub
olduqları dinə də inanırlar. Onlar oxuduqları Quran və Tövratdan
təmiz olmağı, əxlaqi davranmağı, günah işləməyin Allah yanında
bağışlanma əməl olduğunu bilir və "Allah divanından" qorxurlar.
Romanda Rüstəm bəylə Sofya Sergeyevna arasındakı dialoqlarda
sufizmin izləri də meydana çıxarılır. Ümumiyyətlə, Rüstəm bəyin
süjetində daxili dinamizmlə yanaşı həzin bir lirika var. Bu
məsələdə müəllifin üslubu da az rol oynamır.
Tədqiqatın xarakteri və predmeti Y.V.Çəmənzəminlinin bu
və digər romanını təfsilatı ilə, hərtərəfli şəkildə təhlil etmək
imkanı vermir. Lakin, məlumdur ki, onun əsərləri Azərbaycan
roman janrının bir sıra struktur komponentlərinin ümumi inkişaf
modelinin formalaşması prosesində mühüm rol oynamışdır. Bunu
"Studentlər" romanının süjet və kompozisiya xüsusiyyətlərinin
müəllif təhkiyəsi hesabına zənginləşdirilməsi, aparıcı qəhrəmanın
tərcümeyi-halının və bədii şəxsiyyətinin tipoloji əlaqələr əsasında
yaradılması da sübut edir. Y.V.Çəmənzəminli romanın mövzu
dairəsini, qəhrəmanın əlaqə sferasını xeyli genişləndirir. Ilk dəfə
______________________
Азярбайъан романынын инкишаф проблемляри
144
Çəmənzəminli baş qəhrəmanına milli məkandan (vətəndən)
uzaqlarda geniş fəaliyyət meydanı verir. Onu dünyanın
narahat və
böhranlı çağlarında öz millətinin gələcək taleyi üçün ümumtarixi
hərəkata qoşur. "Studentlər"in qəhrəmanının ümumən roman
dairəsini genişləndirməsi, janrın tutumunu estetik və idraki
baxımdan dərinləşdirilməsi Çəmənzəminlinin Azərbaycan
romanında böyük xidməti kimi qiymətləndirilməlidir. Onun
taleyüklü vəzifələrin altına girən qəhrəmanları, ictimai, siyasi və
şəxsi həyatda böyük uğurlar qazanmasalar da, bədii həyatları ilə
ümuminsani başlanğıca qovuşur, estetik şüurda, o cümlədən milli
roman təfəkküründə mühüm rol oynayırlar. Bu baxımdan
Çəmənzəminlinin romanları təkcə müəyyən
mərhələnin ədəbi
faktı kimi deyil, məhz janrın poetikasının inkişafı baxımından da
diqqəti cəlb edir.
Aparıcı qəhrəmanla müəllifin tərcümeyi-halının belə bir
mürəkkəb konstruksiyada bütün roman boyu ümumi tarazlığa
xələl gətirmədən axıra qədər davam etdirmək bacarığı yazıçının
klassikadan, milli folklor poetikasından və dünya roman təcrübə-
sindən ustalıqla istifadə edərək janrın milli-tipik imkanlarını geni-
şləndirməsini nümayiş etdirir.
Azərbaycan tarixini, folklorunu, adət-ənənəsini, xalqın
ruhunun incə xüsusiyyətlərini gözəl bilən Çəmənzəminli romanın
istiqamətini çox böyük həssaslıqla və mahir sənətkarlıqla bu
sahələrə yönəldə bilir. "Studentlər"də özünün dünyagörüşünə,
tərcümeyi-halına bilavasitə yaxın və doğma olan Rüstəm bəyin
şəxsində milli dirçəlişin sərt döngələrini, yaşadığı tarixi çağların
həyəcanlı, təkamüllü və faciəli
günlərini təsvir edirsə, "Qan
içində" və "Qızlar bulağı" romanlarında tariximizin diblərinə
nüfuz edir.
Çəmənzəminli mövzunun xarakterinə uyğun olaraq forma
seçir ki, bu da nəticədə janrda yeni poetik naxışların əmələ gəlmə-
sinə səbəb olur və əsərin idraki imkanlarını artırır. Azərbaycan
tarixinin, onu yaradan, irəlilədən də yaşadan insanların bədii
obrazını yaratmaq sahəsində axtarışları Çəmənzəminli dərin
qatlarda aparır və burada milli kökü axtarır. Ona görə də, xüsusi
Himalay Ənvəroğlu __________________________
145
kompozisiya forması tətbiq etmədən "Qızlar bulağı" romanında
tarixin qədim fəlsəfəsini yaratmaq olmazdı. Roman tarixin dərin,
mifik qatlarına daxil olaraq orada ümuminsani başlanğıcların
mənbəyini meydana çıxarır. Çünki tarixin qan yaddaşında insan-
ların faciəsi, kədərli müsibəti ilə yanaşı, sevincinin,
yaşamaq
uğrunda apardığı mübarizələrin dərin izləri yazılmışdır. Romanın
girişi Əhməd adlı bir tələbənin "Yel" ulusuna mənsub olan Çopo
adlı birisi tərəfindən yazılmış, XIX əsrdə Avropa dillərinə tərcü-
mə olunmuş "Qızlar bulağı" əsərini daş kitabələrdən oxuması ilə
başlayır. Əcdadlarımızın ən qədim tarixini, dünyagörüşünü, fəlsə-
fəsini aydınlaşdıran bu kitab oxucunu "Xoruz", "Qoç", "Quzğun",
"Meymun" qəbilələrinin, "Yel" ulusunun adamları ilə qar-
şılaşdırır.
Romanın əsas süjeti ''Xoruz'' qəbiləsinin əsasını qoyan
Cəməsbin – zərdüştliyin dini-fəlsəfi kitabı olan ''Avesta''dan necə
bəhrələnərək Hörmüzün tərəfini saxlamasının təsviri ilə başlansa
da, çevik kompozisiya vasitələri ilə müasir dünyamıza da körpü
salınır, ən qədim tariximizin varisi olan müasir insanlar ''Səadət
nədir?'' sualına qoşulur. Yazıçının gəldiyi qənaət budur ki,
''Səadət şəxsi ''mən''dən, şəxsi təmayüldən, şəxsi arzudan əl
çəkərək ümumi ''mən''liyə, ümumi
təmayülə və ümumi arzuya
xidmət etmək deməkdir.'' Burada ''ümumi anlayışı ictimai yox,
bilavasitə ümuminsani məna daşıdığı üçün estetik dəyər kəsb edir.
Ən qədim tarixi ayrı-ayrı qəbilələrin insanlarının canlı
münasibətlərinin romanına çevirmək təbii olaraq müəllifin ''Qızlar
bulağı'' janr tipini ''seçməsinə'' səbəb olmuşdur. Başqa sözlə,
tarixin belə bir mifoloji-fantastik əlaqədə göstərilməsi özünün
müvafiq formasını yaratmışdır. Əks halda, müəllif kifayət qədər
sərbəst hərəkət edib tarixi-fəlsəfi fon yaradıb obrazların canlı
bədii xarakterini verə bilməzdi. Romanın sonunda Nuşanın
sevgilisini qısqanıb rəqibini qətlə yetirərək, qanlı bıçağı yalaması
sərt realizm deyil, məhz canlı insanın acı taleyinin bir epizodudur.
Bizi maraqlandıran odur ki, bu kimi kompozisiya üsulları fərdi,
üslubi xarakter daşısa da, onların yaşarlı ənənəyə çevrilərək janrın
______________________
Азярбайъан романынын инкишаф проблемляри
146
poetikasını zənginləşdirmək ehtimalını nəzərdən qaçırmaq olmaz.
Hər biri Azərbaycan romanı tarixində müəyyən bir səhifə olan bu
əsərlərdə janrı nisbi mükəmməlliyə doğru irəlilədən mümkün
variantlardan istifadə edilmişdir. Məsələn, XVIII əsrdə Azərbay-
canın xanlıqlara parçalanan tarixinin bütün morfologiyası,
xronologiyası və coğrafiyası yaradılmadan
belə bir dövrün bədii
tarixini, real şəxsiyyətlərin xarakterlərini yaratmaq və bütün bu
qanlı tarixi roman strukturunda nizamlamaq adi ''nağıl'' etməklə
başa gələn iş deyildi. Böyük şəxsiyyətlərin böyük faciələri tarixin
sinəsinə qanla yazılan səhifələr kimi fərdi taleləri deyil, eyni
zamanda bütöv bir xalqın tarixi taleyini öz içərisinə alır. ''Qan
içində'' romanında tariximizin belə bir coşqun axan dövrü
mövzuya çevrilir.
Qarabağ xanı məşhur Ibrahim Xəlil xan, Quba xanı Fətəli
xan, böyük şair və dövlət xadimi Vaqif, cahangirlik iddiasında
olan Ağa Məhəmməd şah Qacar və bir sıra tarixi şəxsiyyət və
hadisələrin ''Qan içində'' romanında tarixilik və bədiilik baxımın-
dan süjetə çevrilmələri yazıçının janr sahəsindəki axtarışlarının
faydalı nəticələr verdiyini sübut edir. Ibrahim xan və Vaqif, Ibra-
him xan
və Məmməd bəy Cavanşir, Ibrahim xan və Qacar xətti,
Ibrahim xanla Vaqifin Rusiya və Gürcüstanla bağlı münasibət-
lərinin romanda verilən bədii təhlili təkcə janrı deyil, eyni zaman-
da tarixin özünü də şəxsi talelər, intim münasibətlər Vasitəsilə
dərindən və canlı şəkildə tədqiq edib inkişaf etdirməkdir. Bu
xətlərin hamısı mövzunun müəyyən istiqamətdə inkişafı üçün bir
ana xətt ətrafında birləşib romanın əsas süjetini təşkil edir.
''Kompozisiyaya heç vaxt zahiri formal üsulların cəmi kimi'' (12,
səh.77) baxmayan Y.V.Çəmənzəminli ''Qan içində'' romanını
arxitektonik baxımdan maraqlı qurmuşdur. ''Çoxplanlılığı və
çoxcəhətliliyi ilə diqqəti cəlb edən bu romanda dövr bütövlükdə,
təfsilatı və təfərrüatı ilə canlandırılmışdır'' (52, səh.69).
Üç hissəyə bölünən bu romanın birinci hissəsində Qarabağ
xanlığının, həm öz daxilində və həm də Azərbaycan xanlıqları ilə
münasibətindən doğan ziddiyyətlərdən bəhs edilir. Ikinci hissədə