Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə28/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   24   25   26   27   28   29   30   31   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
111
Bütün bunlar qəhrəmanlara imkan verir ki, dünyanın 
müxtəlif rayonlarında yerləşən Iran və Hindistanın, o cümlədən 
Şərq və Qərbin dini, tarixi və müasir sosial həyatından gətirdikləri 
saysız-hesabsız faktları  tənqidi dərk etsinlər, onları  fərdi və 
ümumi mənada qiymətləndirsinlər. Gah hadisələrin təhkiyəçisi, 
gah  şahidi və  iştirakçısı, gah da səbəbkarı olsalar da, "zəmanə 
ideyasının tələbini" nəzərə almışlar, hadisələrin fövqündə dura 
bilmişlər. Bütün bunlar bir daha sübut edir ki, "Məktublar"ın bu 
qoşa aparıcı  qəhrəmanının: Kəmalüddövlə  və  Cəlalüddövlənin 
qəlbi, idrakı M.F.Axundova birbaşa bağlıdır. Kök, gövdə 
M.F.Axundovdur. Kəmalüddövlə  və  Cəlalüddövlə  həmişəcavan 
iki qoldur – budaqdır. Bununla belə, müəllif təxəyyülünün 
məhsulu olan bu qəhrəmanlar ictimai-tarixi inkişafın obyektiv 
daşıyıcısı, mükəmməl işlənmiş canlı insan obrazı  və  bədii 
xarakterlərdirlər. Onların iti publisistik təfəkkürləri bədii ölçü və 
mizanlarla elə köklənib ki, müəllifin realist qələminin kəsərini, 
qüdrətini üzə çıxarırlar. Monteskyenin "Məktublar"ında məhz bu 
cəhət-qəhrəmanlara sərbəstlik vermək çatmırdı. Bu, əlbəttə 
Monteskyenin, yaxud onun realizminin nöqsanı deyildi. Bu, 
XVIII  əsr Avropa həyatının, maarifçi realizm pafosunun dövrün 
romanında ifadəsi idi. M.F.Axundovun tarixi şəxsiyyəti  əsrinin 
qabaqcıl ideyaları ilə daha möhkəm bağlı idi. Onun ictimai 
idealını daşıyan qəhrəmanlar da XVIII əsr Avropasındakı  sələf-
lərindən irəli getməli idi. 
Səyahət, səyyahlıq maarifçi realizm qəhrəmanlarını bir 
tipologiyada birləşdirir. Düzdür, antik ədəbiyyatın (Odissey), ro-
mantizmin (Azər) qəhrəmanarı da bəzi hallarda səyahət edirlər. 
Lakin bu "seyrək" səyahətdən fərqli olaraq maarifçi-realist sənətin 
qəhrəmanının səyahətində niyyət başqadır. Vaxtilə  Şarl 
Monteskyenin "Məktublar"ının aparıcı  qəhrəmanları Uzbek və 
Rika əxlaq və  mədəniyyət qaydalarını öyrənmək üçün Avropaya 
gedirlər. Hələ XIX əsrin 50-ci illərinin  əvvəllərində  Şahbaz bəy 
("Müsyö Jordan") bu niyyətlə Parisə getməyə hazırlaşırdı. 
Ümumiyyətlə, maarifçi realistlərin  şərqli qəhrəmanları  Qərbə, 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
112
qərbli qəhrəmanları  Şərqə "səyahət" etmək arzularını imkan 
daxilində həyata keçirmişlər. 
Maarifçi realistlərin öz elini, obasını kənd-kənd, şəhərbəşə-
hər gəzib dolaşan, səyahət edən qəhrəmanları çox olmuşdur: 
(Radişşev, "Peterburqdan Moskvaya səyahət"). Klassisizm və 
sentimentalizm də qəhrəmanlara səyahət etmək imkanı vermişdir. 
Lakin bu cərəyanların heç birində  qəhrəmanın səyahəti maarifçi 
realizmdəki kimi ardıcıl, məqsədli olub, cəmiyyət hadisələri və 
xalq problemi ilə  sıx bağlanmamış, poetikada bu dərəcədə 
möhkəm yer tutmamışdır. Bu baxımdan Kəmalüddövlənin və 
Cəlalüddövlənin səyahətləri sadəcə müvafiq ölkələri gəzmək və 
əldə edilən təəssüratı  məktub vasitəsilə bildirmək deyil. Əsas 
məqsəd xalqın ictimai içərilərinə daxil olmaq, onun qəlbini 
dinləmək, istək və arzuları ilə tanış olmaq, əsrin qabaqcıl ideya-
larını  təlqin etməkdir. Məsələn, "Kəmalüddövlə Faust kimi 
kabinetdə  təklikdə düşünmür. Hamlet kimi sarayda, daxili 
düşüncələrin səssizliyində  tənha qalmır. Yox, o, Odissey kimi 
səyahətə  çıxır. Səyyah Kəmalüddövlə  Təbrizin "içi" və çölü ilə, 
gizli və açıq guşələri, hücrələri, hamamları, meyxanaları ilə hərə-
kət edir və  səfərini Iranın yaxın və uzaq keçmişinə, tarixinə 
aparan yollarda başa çatdırır" (78, səh.112) 
Səyahət, məkan dəyişmə nəinki M.F.Axundovun "Məktub-
lar"ının estetik-bədii prinsiplərinə, məzmununa təsir etmiş, həm 
də əsərin spesifik formasını meydana gətirmişdir. Əsərin forması, 
strukturu sanki səyahət zamanı yaranır. "Məktub", "səyahət" süjet 
"modeli" XVIII əsr maarifçi realist ədəbiyyatında ardıcıl  şəkildə 
özünü göstərirdi. Çünki bu forma sənətkarın fəlsəfi düşüncəsinə, 
elmi-publisist idrakına geniş meydan verirdi. Q.Yaşar kitabında, 
M.F.Axundovun "Məktublar"ından sonra Şərq  ədəbiyyatında 
yaranan "Məktublar"ı  və "Səyahətnamələr"i xüsusi qeyd edərək 
Zeynalabdin Marağayinin "Səyahətnameyi Ibrahim bəy" 
romanının, Mirzəağa xan Kirmaninin "Se məktub" və "Səd 
kitabə"  əsərlərinin "Kəmalüddövlə"nin təsiri və bilavasitə onun 
ənənələri  əsasında yazıldığını göstərir. Yeri gəlmişkən, qeyd 
etmək lazımdır ki, M.F.Axundovun tədqiqatçıları bu məsələdə 


Himalay Ənvəroğlu __________________________
 
 
113
əsasən yekdil mövqe tuturlar. Hətta Yaşar "Molla Nəsrəddin" 
jurnalının publisistikasında "Kəmalüddövlə.." qaynaqlarını da nə-
zərdən qaçırmır. 
Göründüyü kimi, yığcam halda olsa da, M.F.Axundovun 
xələflərinin "məktub" və "səyahətnamələri"lə bağlı  ənənə  nəzər-
dən keçirilir. Bədii metod və dünyagörüşü mənasında M.F.Axun-
dovun Şərq müasirlərinə və xələflərinə təsiri şəksizdir. 
Axundovşünaslıqda "Məktublar"ın xələflərlə bağlanması 
ənənəsi olduğu halda, onun sələflərlə bağlanmaq  ənənəsi 
olmamışdır. 
Məlumdur ki, hər bir milli ədəbi proses dünya ədəbi əlaqə-
lərindən xüsusi təkan alır. Bunu maarifçi realizm cərəyanı baxı-
mından qiymətləndirsək, onda M.F.Axundovun maarifçi realizmi-
ni, sənət prinsiplərini müəyyən etməzdən əvvəl, onun bu realizmə 
münasibətini müəyyən etməliyik. Çünki o, gərək realizmin "mo-
deli"nə: tipologiyasına daxil olsun ki, özününkünü yaratsın. Bun-
dan sonra realizmin milli və dünya tipologiyasından, M.F.Axun-
dovda ifadəsindən, başqa sözlə onun özünün realizmindən 
danışmaq olar. Bu, o deməkdir ki, M.F.Axundov XVIII əsr 
maarifçi realizmin estetik prinsiplərini, ümumiyyətlə, bu metodda 
sələflərinin sənət görüşlərini ehkam kimi qəbul etmədi, onlara 
yaradıcı yanaşmaqla  əsrinin materialist fəlsəfəsinin tələbləri 
səviyyəsində dayandı. Bu, "Məktublar"a da aiddir. XVIII əsr 
fransız maarifçi realist ədəbiyyatında nə qədər "Məktublar" yazan 
vardır: Volter, Andro, Russo, Lammetri, Holbax və Helvetsi və b. 
Materialistlər bu formanın vasitəsilə  fəlsəfi düşüncələrə geniş 
meydan vermişlər. Bu yazıçıların  əsərlərindən aydın görünür ki, 
bunlarda sənətlə fəlsəfə, bədiiliklə publisistika, elmi idrakla bədii 
təfəkkür necə  də birləşdirilib  əsrin ideyalarının ifadəsinə 
yönəldilmişdir. 
Məsələn, Volter həm filosof, həm tarixçi, həm ədəbiyyatşü-
nas, həm şair, həm nasir və dramaturq, həm də tənqidçi-alim idi. 
Bu keyfiyyətlər demək olar ki, eynilə M.F.Axundovda da var idi. 
Lakin M.F.Axundov materialist filosof kimi daha ardıcıl və 
sabitqədəm idi. Volter maddənin özünü qəbul etsə  də, onun 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
114
əzəlini allaha bağlayırdı. Onun fikrincə allah kainatı yaradıb indi 
onun işinə qarışmır. M.F.Axundovun görüşləri tarixi materializmə 
əsaslanırdı. Görüşlərinə görə onu Qafqaz ruhani idarələri, din 
"naşirləri" təqib edirdi. Belə bir münasibətə vaxtı ilə Volter də 
kilsə tərəfindən məruz qalmışdır. 
Volter belə bir iddiada idi ki, allah yoxsa da, onu yaratmaq 
lazımdır. O, camaatı itaətdə saxlamaq üçün allahın olmasını zəruri 
hesab edirdi. M.F.Axundov "itaət fəlsəfəsini" kəskin tənqid etmiş 
və inqilabi azadlıq məsələsini qəti şəkildə irəli sürmüşdür. Digər 
tərəfdən, əgər Volter "Məhəmməd" əsərində islam Dinindən çıxış 
edərək xristianlığı  tənqid edirsə, "Kəmalüddövlə…"də  Şərq 
despotizmi də Qərb mütləqiyyəti kimi eybəcərdir. Çünki hər ikisi 
istibdada əsaslanır. M.F.Axundov itaəti əsaslandıran islam dinini 
də, xristianlığı və bütpərəstliyi də eyni mövqedən tənqid edirdi. 
Fransız materialist filosoflarının xələfi kimi M.F.Axundov 
özünün  ədəbi-nəzəri görüşlərinə görə D.Didroya daha yaxındır. 
Didro fəlsəfə ilə  dərindən, ciddi və ardıcıl məşğul olmuşdur. 
Mütəfəkkir yazıçı kimi hətta o, bədii  əsərlərində elmi-fəlsəfi 
görüşlərini ifadə etmişdir. Məsələn, "Fəlsəfi düşüncələr", "Şək-
kakın gəzintisi", "Korlar haqqında məktub" və s. elmi-publisist və 
fəlsəfi aspektdə yazdığı əsərlərində bədii üsullardan istifadə etdiyi 
halda, "Salonlar", "Ramonun qardaşı  oğlu" və  s.  kimi  bədii 
əsərlərində maarifçi realist fəlsəfə  fəal fon təşkil edir. Məsələn, 
"Ramonun qardaşı oğlu" romanında bədii-fəlsəfi məzmun yüksək 
əxlaqi və ictimai fəlsəfi görüşə malik olan, bilavasitə müəllifin 
prototipi kimi diqqəti cəlb edən  şəxslə insani keyfiyyət və 
ləyaqətini itirmiş bir tipin dialoqu əsasında meydana çıxır. 
Məlum olduğu kimi hələ Monteskye 1721-ci ildə yazdığı 
"Iran məktubları" romanına Fransanın dövlət quruluşu, din, məi-
şət,  əxlaq məsələlərini çıxarır, eyni zamanda iki mədəniyyətin 
müqayisəli təhlilini verir. 
Tanınmış Fransız maarifçisi markiz d"Arjan da "Yəhudi 
məktubları" (1736-1737), "Çin məktubları" (1739-1740) çoxcildli 
fəlsəfi romanları ilə Monteskyenin "Iran məktubları" roman-
traktatının ənənəsinə qoşulur (113, səh.16). 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə