Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə21/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   17   18   19   20   21   22   23   24   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
83 
"Köç" romanının ideya və obrazlar aləmində dolaşmalısan. Onun 
köhlən atı bu sərhədləri özünə maneə hesab etmir. Müəllif 
başlanğıcından hərəkəti folklorun və fantasmaqoriyanın doğma 
stixiyası olan yuxu üzərinə keçirməklə dünyamızın üstündə bir 
mifoloji-fantasmaqorik aləm yarada bilir ki, Dəli Domrul, Beyrək, 
yüz yaşlı dədələr və nənələr (Dədə, Hürü və s.) burada sakin ola 
bilirlər. 
Ümumiyyətlə, köçəri həyat,  əkinçilik, maldarlıq, tayfa və 
qəbilə arasında yüz illərlə davam edən qan intiqamları bir stixiya 
kimi epik keçmiş  təsəvvürləri yaradır. Bu mənada hadisələrə 
zaman və  məkan sərbəstliyi vermək,  şüur axınına yol açmaq, 
əhvalatları psixoloji məqama qaldırmaq təhkiyənin folklor adası 
ıilə mümkün ola bilərdi.  Əsərin uğurlarından biri elə  məhz 
ondadır ki, müəllif "Köç" roman tipi üçün müvafiq təhkiyə üsulu 
tapa bilib. Çoxfabulalı bu romanın vahid süjet xətti sanki yoxdur. 
Lakin roman "köç"ü gedir, şüur axını davam edir, hadisələr 
əvəzlənir, "qarşılaşdırılır", qəlb və şüur isə daim gərgin və tarım 
vəziyyətdə saxlanılır. Müəllif yaxın keçmişimizin acılı-şirinli 
illərinin romanını (nağılını) danışır, tarixin yaşadığımız  əsrin 
astanasına dirəndiyi hiss olunur. Lakin Qarakəllə kökünün 
tarixinə enməklə yenidən tarixin "kələfini itiririk". Çünki Imirin 
gördüyü yuxuda "gələcəyə gedənlər"lə, Dədənin, Hürünün, Dəli 
Domrulun, ümumiyyətlə, Qarakəllə kökünün torpağa çevrilməsi, 
keçmişə "qayıtma" romanda izlənilən tarixin "izini itirir." 
Romanda Dəli Domrulun faciəsi də ürək ağrısı yaradır. "Dədə 
Qorqud"un ozanlar, dədələr, dastanlar zamanında qəhrəman igid 
olan Dəli Domrul bu dövrdə artıq gücünü itirir, zahiri əzəmətilə 
indi camaatı yalnız əyləndirə bilirdi. 
Romanın bir yerindən Bəkilin qardaşı Imirin halına 
yanmasını təsvir edən müəllif heç gözlənilmədən yazır: "Üç yüz 
ildən çox idi Qarakəllə kökü ilə Qanıq nəslinin arasında qan 
axırdı. Üç yüz il idi ki, kök arasında döyüşlər gedirdi. Üç yüz il 
idi yan-yana, qırıla-qırıla təzədən cücərə-cücərə yol gedirdilər. 
Imirin atası axırıncı Qarakəllə idi" (122, səh.28). Bu parça 
tariximizin qan yaddaşının qatlarını qaldıran müəllifin bədii 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
84
təfəkkür xüsusiyyətəlrinin özünəməxsusluğunu və keçmişimizə 
retronun uğurlu ifadə üsulunun tapıldığını göstərir. Burada bir-
birinin ardınca gələn üç cümlədə cəmi 35 söz vardır. Üçü də fellə 
(xəbərlə) qurtarır. 13 söz eynitərkibli ("üç yüz il idi") olub 
anaforma məqamında işlədilmişdir. Üç söz qoşa  şəkildə 
işlədilmişdir. "Köç"də olan bütün anaforalar, epiforalar, təkrirlər, 
parallelizmlər, mübaliğələr bədii ideyanı mücərrəd simvolik ifadə 
vasitələri ilə predmetləşdirir. Ona görə müəllif "Bəkilin iki adam 
bir boyu olan boy-buxunu, enli pələ biləkləri, düyünlü əlləri 
Saracı qurudub yəhərə yapışdırdı" (122, səh.39), deyəndə bu artıq 
folklor  ədəbiyyatının, eyni zamanda eposun ənənələrini və epik 
qəhrəmanının obrazını xatırladır. "Dəli Domrulun ruhu tutub 
dedilər Bəkili" (122, səh.42) ifadələri də insanın əzəli inamlarını 
yada salsa da, yenə folklordan keçib gəlir. 
Romanın II fəsli belə başlanır: "Yüz yaşlı Hürü qarının 
bildiklərindən , yaddaşından da yaşlı, qədim bir keçmiş vardı" 
(122, səh.42). Bir neçə cümlədən sonra elə  həmin səhifədə 
oxuyuruq: "Yüz yaşlı Hürü qarının yaddaşının, bildiklərinin 
qurtardığı bir vaxt, yaz ağzı idi." Bu təkrar deyil, məhz sözlərin 
oyunu ilə eyni fikri müxtəlif bucaq altında ifadə etməklə ideyanı 
dərinləşdirməkdir. Göründüyü kimi, birinci cümlə ilə ikincini 
fərqləndirən cəhət "bildiklərindən" sözünün "yaddaşının" ifadəsi 
ilə yerinin dəyişilməsidir. Bununla da, fikrin əvvəlki axarı 
məqsədli qırılaraq bədii nitq ahəngin dəyişilməsinə xidmət 
etdirilmişdir. "Üç gün üç gecəydi toy çalınırdı. Qarakəllər hələ 
toy havasındaydılar" kimi deyimlər də həmçinin "Dədə Qorqud" 
və nağıl stixiyasının müasir romanda yeni görünüşüdür. Romann-
dakı "dünyanı çox dişinə vuran" Dədə obrazı da böyük sələfi Də-
də Qorqud müdrikliyinə assosiativ fikri körpü salır. 
"Kitabi-Dədə Qorqud" boylarında oğuz igidləri Dədə Qor-
quda necə ehtiram bəsləyirdisə, "Köç" romanında da Qarakəllə 
kökü Dədədən yurddan ayrılırlarmış kimi ayrılırdılar" (122, 
səh.67). Bu epik stixiya müdrikliyi tayfa başçısına tapılmağı 
aşılayır. Göründüyü kimi, o ideyalar ki, insanlığın əzəli, saf varlı-
ğından doğub, bunlar zaman, ideologiya, janr "sərhəddi" ilə məh-


Himalay Ənvəroğlu __________________________
 
 
85
dudlaşmır. Bu mənada Mövlud Süleymanlı romanında insanın 
həyat fəlsəfəsinin, mənəviyyatının elə  məqamlarını verir ki, 
bunlar daimidir, yaşarlıdır. 
Müasir Azərbaycan romanında tənqidin diqqətini cəlb edən 
nümunələrdən biri də görkəmli yazıçı Elçinin "Mahmud və Mər-
yəm"idir. Burada Azərbaycanın "1514-cü il iyun ayının 28-indən" 
(39, səh.7) sonrakı dövrdə siyasi, iqtisadi, coğrafi və  hərbi 
qüdrətinin tarixilik baxımından göstərilmiş folklordan bəhrələ-
nilərək məlum əfsanəvi məhəbbət macərasının əsas motivləri ro-
man süjeti ilə ustalıqla əlaqələndirilmişdir. "Əsli və Kərəm" mə-
həbbət dastanı ilə "Mahmud və Məryəm" romanını tipoloji para-
lellər  əsasında tədqiq etmək də, bu əsərlər arasında həm stixiya, 
həm də kompozisiya əlaqələrini meydana çıxarmaq imkanı verir. 
Ümumiyyətlə, "Əsli və  Kərəm" məhəbbət dastanları içərisində 
həcm etibarilə  ən böyüyü, kompozisiya xüsusiyyətlərinə görə  ən 
mürəkkəbidir. Bu dastan tarixilik baxımından da müasir Azər-
baycan romançısının maraq dairəsinə daxildir. 
Həqiqətən də romanda danışılan dövrün tarixi hadisələri, 
eyni zamanda Azərbaycan dövlətçiliyinin taleyi ilə bağlı maraqlı 
süjetlər verilir. Əlbəttə, bu əsər nə  sırf tarixi romandır, nə  də 
məhəbbət  əfsanəsinin romana çevrilməsi. Lakin elə  həqiqətlər 
vardır ki, yazıçı bundan imtina edə bilməzdi. Məsələn, Mahmud 
və  Məryəmin "Əsli və  Kərəm"dən bizə  məlum olan son taleyini 
dəyişdirə bilməzdi. Vaxtı ilə böyük Azərbaycan şairləri Nizami və 
Füzuli də  məlum süjetlərin motivlərinldə taleyüklü dəyişikliklər 
etməmişlər. Təfəkkürdə möhkəm qərar tutan mövzuların ülviliyi, 
insan ruhunun ən incə  və  əzəli duyğularından yaranan motivləri 
dəyişdirmək, onları zamana və müəllif niyyətinə tabe etdirmək 
əsil sənət yolu olmamışdır.  Əsil ustalıq isə  məlum strukturun 
gözəlliyini, ilkinliyini, saflığını, ülviliyini və  bəşəriliyini 
saxlamaqdır. "Bu mənada müasir ədəbiyyatda dəb halını almış 
folklorlaşdırma üsulundan çox uzaq olan yazıçı (Elçin – H.Q.) el 
ədəbiyyatının imitasiyası yolunu deyil, xalq ədəbiyyatını, xalqın 
yaratdığı süjeti simvol kimi alaraq müasir fəlsəfi roman 
yaratmışdır" (138, səh.5). Doğrudan da, danışılan tarixi dövrün 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
86
xüsusiyyətlərinin dərin təhlili romantik-əfsanəvi məhəbbətin ro-
man qiymətində: müəllif konsepsiyasında birləşdirilmişdir. Çox 
yığcam  şəkildə Sultan Səlim və  Şah Ismayıl münasibətlərini, 
həmin dövrün ziddiyyətli, dumanlı, mürəkkəb, məsuliyyətli, lakin 
eyni zamanda, şərəfli bir tarixini bədiilik qanunları əsasında, lirik, 
romantik məqamlardan sərt sosioloji məqamlara keçməklə realist 
mənzərəsini yaratmaq gərgin sənətkarlıq axtarışlarının nəticəsində 
mümkün olmuşdur. Tragik qəhrəmanların dastan-roman 
həyatlarının tipoloji oxşar motivlərinin ümumi yerlərini bir-bir 
göstərmək məqsədində olmasaq da, qeyd etməliyik ki, belə 
yaxınlıqların olması heç də təəccüblü deyil. Əksinə, tipologiyanın 
pozulması romanın xeyrinə olmazdı. Lakin yeri gəldikcə roman 
müəllifi bəzi gedişlərə özünün əlavələrini də edir. Belə "fərqlər" 
roman poetikası baxımından mümkün hesab edilə bilər. 
Məsələn, "Alov Mahmudun paltarını, saçlarını bürüdü. Mər-
yəm  əvvəlcə başa düşmədi ki, birdən-birə gözlərinin qabağında 
alovlanan bu məşəl nədi belə, sonra başa düşdü ki, Mahmud alışıb 
yanır və özünü bu yanan məşəlin üstünə atdı, əlləri ilə, bədəni ilə 
bu yanan məşəli söndürmək istədi, bu yanan məşəli yalın əllər ilə 
qucaqlayıb sinəsinə  sıxdı  və özü də alışıb yanmağa başladı  və 
nəhayət ki, bədəninin buz soyuğu getdi. Məryəm bir gözəl isti 
hiss etdi… 
…Saray adamları su daşıyıb gətirənəcən o məşəl tamam 
yanıb qurtarıb bir ovuc külə döndü və saray adamları  həmin 
məşəldən alovlanmış otağı güclə söndürdü…" (39, səh.181-182) 
Dastanda isə  qəhrəmanların talelərinin faciəli sonluğu 
aşağıdakı kimi verilmişdir: 
"Alov" təpədən dırnağına Kərəmi bürüdü. "Əslinin dad-
fəryadına camaat tökülüb gəldi. Hamıdan qabaq Əslinin tay-
tuşları içəriyə doluşdular. Ancaq Kərəmin alovunu söndürmək 
mümkün olmadı. Tamam yanıb kül oldu… 
…Əsli tam qırx gün Kərəmin külü yanında dayanıb ağladı. 
Qırx birinci gün öz saçlarını süpürgə edib, külü süpürərkən o da 
kül içərisində qalan oddan alovlandı, yanıb külə döndü" (6, 
səh.163-164). Qəhrəmanların belə  dəhşətli ölümü hər iki əsərdə 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə