Himalay Ənvəroğlu __________________________
235
onlardan kənara çıxmır. Bunu onun ayrılığı, hicranı Muradın
ailəsinin dağılmasından üstün tutmasında da görürük.
Sonuncuya
cüzi də olsa, soyuqqanlı yanaşması onu "arzu
olunan səadətə" çatdıra bilərdi. Lakin bu, qəhrəmanı ömrü boyu
mənəvi əzaba salardı və bir insan kimi onu kiçildərdi, zövq-səfa
əhlinə çevirərdi. Halbuki, Nuriyyə müəyyən maraqları qurban
verməklə müasir dünyamızda ənənəvi əzabkeş insan sırasına daxil
olur. Bununla I.Əfəndiyev göstərmək istəyir ki, hər bir tarixi
dövrdə özünü ümuminsani səadətə, əxlaqi-mənəvi prinsiplərə,
amala fəda edən insanlar ola bilər. Bunun üçün şəraiti düzgün
qiymətləndirib onun "cazibəsindən" xilas olmağı bacarmaq
lazımdır. Nuriyyə səadətin digərinin müsibətindən keçən yolunu
əzablar bahasına başa gəlsə də,
daxili bir mərdliklə kəsir, ağır da
olsa, Muradına belə qovuşmaqdan qəti imtina edir. Nuriyyəni
meydana çıxdığı dövrdə və sonrakı illərdə oxuculara sevdirən
başqasının kədəri üzərində qurulan şəxsi səadətdən imtina etməsi,
xalq və tanrı qarşısında günahsızlığı üstün tutmasıdır. Əlbəttə,
bununla biz Nuriyyəni maddi aləmin həzzlərindən imtina edən,
dünyanın fənalığını əsas tutan, cismani zövqü mənəvi rahatlığa
qurban verən obraz kimi təqdim etmək istəmirik. O, öz əsrinin,
zamanının övladı idi. Lakin bu da bəllidir ki, hansı şəraitdə
yaşamasından asılı olmayaraq qüvvətli şəxsiyyətlərdə qəhrəma-
nilik, xalq ruhunun təcəssümü, ilahi başlanğıc qüvvətli olur. Əks
halda Nuriyyə cismani zövqü qəbul edib, Muradın sinəsinə
sığınıb ömür sürməyi üstün tutardı.
Istər ədəbiyyatda, istərsə də
obyektiv həyatda şəxsi səadəti ümuminsani xoşbəxtliyə qurban
verən insanlar az olmamışdır. Əsrimizin 50-ci illərində yaşayıb,
fəaliyyət göstərən Nuriyyənin də bir sıra cizgiləri bu mənada
özündən əvvəlkilərlə tipoloji ümumilik kəsb edir.
Nuriyyə taleyin hökmu anlamını qəbul etsə də, ona heç də
asanlıqla təslim olmurdu. Bunu "romanının" ayrı-ayrı yerlərində
də etiraf edir: "Onun şənliyi Muradla mənim aramda olan gizli
______________________
Азярбайъан романынын инкишаф проблемляри
236
gərginliyi yavaş-yavaş unutdurur. Muradın kefi açılırdı. Mən tez-
tez Hümmətlə zarafat edir, deyib gülürdüm. Lakin hər dəfə mən
rayon icraiyyə komitəsinin sədri ilə danışanda Murad darıxırmış
kimi yerində səbirsiz bir hərəkət edir,
üzünü başqa səmtə
çevirirdi. Bu isə təbii bir hiss idi. Biz öz taleyimizə asan təslim
olmuruq". Burada "təbii hisslə" "tale" sanki bir-birinə ziddir.
Birinci vüsala, ikinci hicrana çəkir. Lakin sonda tale üstünlük
qazanır. Bu zahiri üstünlükdür. Əslində tale öz oyununu oynayır.
Bu, daxilə, ümuminsani başlanğıca bağlıdır. Əks halda Nuriyyə
təbii hissə sığınıb "qadağanlara" məhəl qoymazdı, gənc leyte-
nantına yiyələnərdi. Axı o özü "yaxşı adama" ərə gedəndən sonra
da Muradı unutmur: "Muradı isə yalnız bircə dəfə, Dezdemona
rolunu ifa etdiyim zaman səhnəyə yaxın lojaların birində
görmüşəm. Mənim gənc leytenantımın saçları xeyli ağarmışdı.
Lakin lojadan səhnəyə dikilən gözləri yenə də əvvəlki kimi sakit
idi, ciddi və gənc idi. Zənn edirdim ki, o, səhnənin arxasına gəlib
mənimlə görüşəcəkdir. Lakin gəlmədi. Mən də incimədim" (47,
səh.195).
Nuriyyənin
bu təhkiyəsindən görünür ki, heç nə unudulma-
mışdır. Xüsusilə saç ağarsa da, "gözlərin əvvəlki kimi sakit, ciddi,
gənc" olması Nuriyyənin təsəvvüründə, qəlbində, yaddaşında ilk
görüşündə həkk olunub, ruhunda əbədi yaşarlıq kəsb edən sima
heç zaman unudulan, dəyişən deyil. Illərin axarına qoşulan
təsəvvürlər yenidən yaşanılır, mənəvi ömrə çevrilir. Yenidən
Muradı çəkib gətirən, Nuriyyəyə Muradın
gözlərini əvvəlki kimi
gənc göstərən məhz bunlardır.
I.Əfəndiyev qəhrəmanının mənəviyyatında mövcud olan
özünəməxsusluğu ümuminsani və ruhi başlanğıc müstəvisində
ifadə edir.
Yazıçı Nuriyyə obrazı vasitəsilə öz dövrünün ictimai hə-
yatında yaxından iştirak edən, vətəndaşlığını qurub yaratmaqda
Himalay Ənvəroğlu __________________________
237
görən insanın obrazını yaratsa da, əsərin ideya məzmunundan gö-
ründüyü kimi, o, burada mənəviyyat məsələlərini əsas götürmüş-
dür. Qəhrəmanında aradığı, onun taleyində predmetləşdirdiyi
məhz bu meyllərdir. "Söyüdlü arx" romanındakı axtarışları onu
təbii olaraq "Körpüsalanlar" əsərinə gətirdi. Bu əsərdə müəllif
fikri bir qədər də mürəkkəb gedişlərlə ifadə olunur. Aparıcı
qəhrəman olan Səriyyənin Nuriyyəyə bənzəri yalnız ayrı-ayrı
məqamların tipoloji xüsusiyyətlərindədir.
"Söyüdlü arx"la "Körpüsalanlar" arasında
cəmi iki-üç illik
qısa bir müddət vardır. Nuriyyə ilə Səriyyə isə tamam başqa
surətlərdir. Müəllifin Səriyyəni Nuriyyədən üstün tutduğunu, ya
ona oxucudan fərqli münasibət bəslədiyini təsdiq üçün inandırıcı
dəlillərimiz yoxdur.
Bu romanlar bir daha təsdiq etdik ki, "varlıqla əlaqəsi qırıl-
mayan, inkişafı və yeniliyi diqqətlə izləyən ədib həyat həqiqətinə
axıra kimi sadiqdir" (119, səh.115).
Göründüyü kimi, I.Əfəndiyevin tədqiqatçısı daha çox təsdiq
pafosuna meydan verir. Bununla belə, Nuriyyə ilə müqayisədə
"Səriyyə isə tamam başqa surətdir" mülahizəsini qeydsiz-şərtsiz
qəbul etmək olmur. Çünki ondan sonrakı cümlədə tədqiqatçı
yazıçının "Səriyyəni Nuriyyədən üstün tutduğu", yaxud ona
"fərqli münasibət bəslədiyi" haqqında "inandırıcı dəlilləri" ol-
madığını söyləyir. Hər cəhətdən I.Əfəndiyevi "həyat həqiqətinə
axıra kimi sadiq olan ədib" kimi dəyərləndirən tədqiqatçının bu
qeyri-müəyyən mövqeyi adama qəribə gəlir.
Nuriyyə ilə Səriy-
yənin yazıçının bədii həyat konsepsiyasında, tipoloji bağlılıqda
təhlil etmək imkanı olan tədqiqatçının əsərin başlıca mahiyyətinə
cavab verməyən fikirləri təəccüb doğurur. Səriyyə orijinal
üsullarla yaradılan, "həyat həqiqətinə axıra kimi sadiqliyin" ifa-
dəsi olan özünəməxsus bədii surətdir. Yazıçının sənət konsepsiya-
sının konkret ifadəsi olan Səriyyə məhz bu mənada Nuriyyə ob-
razının davam və inkişafıdır. Yəni gerçəkliyin bədii idrak pro-
______________________
Азярбайъан романынын инкишаф проблемляри
238
sesində meydana gələn bu surətlər bir çox cəhətlərdən bir-birini
tamamlayır. Lakin hərəsinin öz həyatı, öz xarakteri, öz taleləri
vardır. Ona görə də "Səriyyə tamam başqa surətdir" iddiasının
özü tam deyil.
Yazıçı nə Nuriyyəni, nə də Səriyyəni ideallaşdırmamışdır.
Bu obrazlar ideal insan səviyyəsinə yüksələ bilməzdilər də. Çünki
onların yaşadığı ictimai gerçəklik özü mürəkkəb və ziddiyyətli
idi, siyasət, ideologiya ruhi-mənəvi varlığı sanki
öz içərisində
əridirdi. Belə bir şəraitdə şəxsin vətəndaşlığı da mənəvi üstünlük
vermirdi. Bununla belə, Nuriyyə obrazı ilə bağlı müla-
hizələrimizdən aydın görünəcək ki, I.Əfəndiyev qəhrəmanın
şəraitin fövqündə durmaq cəhdlərini və bu zaman nümayiş
etdirdiyi mənəvi iqtidarı önəmli hesab etmişdir. Bu baxımdan
Səriyyənin Nuriyyənin "yolu" ilə getmədiyinə görə müəllifi
qınamaq düzgün olmazdı. Əgər "həyat həqiqəti" deyilən bir
anlamı obraz yaratmaqda məziyyət kimi qəbul etsək, onda
yazıçıya irad tutmağa qətiyyən haqqımız yoxdur. Iradımız
qəhrəmanın özünə ola bilər. Çünki o da özünəməxsus bir həyat
həqiqətinin doğurduğu tipdir. Yəni güzgüdə çirkin görünəndə onu
sındırmaqda nə lüzum var? Bu mənada Səriyyə öz həyatı, taleyi
olan
insan olsa da, bir obraz kimi o da müəyyən reallıqlara güzgü
tutur.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Səriyyə I.Əfəndi-
yevin ən çox mübahisə doğuran roman qəhrəmanıdır. Səriyyə
obrazı ilə bağlı məsələlərə nəinki tənqid və ədəbiyyatşünaslıq,
eyni zamanda geniş oxucu kütləsi də qoşulmuşdur. Roman çap
olunan kimi oxucular ona geniş maraq göstərdi, müəllifin
ünvanına saysız-hesabsız məktublar göndərildi. Səriyyə və Adil
münasibətləri müxtəlif ədəbi məclislərin predmetinə çevrildi.
Onların süjetinə, xüsusilə, Səriyyənin taleyinə Qəribcanın daxil
olması bu mübahisələri bir qədər də genişləndirirdi. "Kimdir