Himalay Ənvəroğlu __________________________
239
haqlı" - sualı çoxlarını məşğul etdi. Yalnız elə "Azərbaycan
qadını" jurnalına otuzdan artıq məktub göndərilmişdi (34,
səh.147). Redaksiya "Səriyyə haqlıdırmı?" başlığı altında müzaki-
rə də açmışdır.
Məktublarda, əsasən, ailə münasibətləri ilə bağlı
məsələlərə toxunulurdu. Müəlliflərin çoxu bu fikirdə idi ki, "bi-
zim cəmiyyətdə ailə müqəddəsdir", "əsas səbəb olmadan qadın
kişidən ayrılmamalı, ailə dağıtmamalıdır". "Əgər ailədə qarşılıqlı
hörmət, bir-birini başa düşmək, şüurlu, uzaqgörmək prinsipi ilə
hərəkət edirsə, ailə dağılmaz, getdikcə möhkəmlənər" (34,
səh.147) və s. M.Cəfər "Bir mübahisə münasibətilə" məqaləsində
məktubları ümumiləşdirir, onlara münasibət bildirir. Lakin açıq
hiss olunur ki, mövqeyində bir o qədər də sabit deyil. Çünki
rəğbəti daha çox Səriyyə tərəfdədir. Səriyyənin ünvanına deyilən
tənqidi iradlara cavab verərkən subyektivlik özünü göstərir.
Subyektivlik Adilin tənqidində də duyulur. Məsələ burasındadır
ki, "Körpüsalanlar" kimi lirik-psixoloji əsəri "məktublar"ın
"müddəaları" ilə obyektiv qiymətləndirmək qeyri-mümkündür.
Doğrudur, oxucu məktublarının belə miqyas almasına etinasız
yanaşmaq da olmazdı. Çünki onların bəziləri subyektiv
duyğuların təsiri altında yazılsa da, vətəndaşlığı, gənc ailənin
dağılmasına soyuqqanlı yanaşa bilməməkdən doğan həyəcanı,
hətta çılğınlığı başa düşmək və bunları isə hisslərin təzahürü kimi
qəbul etmək olar. Məktubların
bir çoxunda mövcud ictimai
gerçəkliyin doğurduğu əhval-ruhiyyənin də təsiri az deyil. Biz bu
fikirdəyik ki, roman, o cümlədən, onun aparıcı qəhrəmanı Səriyyə
öz tərkibi etibarilə mürəkkəb və polifonikdir. Müəllifin onda ifadə
etmək istədiyi ideya dərindədir. Bu ideyanı zahirdə axtarmaq,
"prinsiplər" əsasında dəyərləndirmək mümkün deyil. Ona görə də
obrazları qiymətləndirərkən nəinki oxucu, hətta peşəkar
tənqidçilər belə nöqsana yol verirlər. Onlara elə gəlir ki,
I.Əfəndiyev bütün maraqlarını Səriyyənin ideallaşdırılması, onu
______________________
Азярбайъан романынын инкишаф проблемляри
240
qabaqcıl Azərbaycan qadını kimi təqdim etməsi üzərində qurub.
Qəhrəmanına müəllifin rəğbəti birmənalı deyil.
Səriyyənin bir obraz kimi əsas xüsusiyyəti "müxtəlifliyin"
sintezindədir. Əslində, bu "müxtəliflik" özünəməxsusluqdur.
Müəllifin sənət qələbəsi ondadır ki, obrazın xarakterinin dinami-
kasını bütün reallığı ilə, o cümlədən, təbii, inandırıcı vasitələrlə
açıb göstərir. Y.Seyidov
etiraf edir ki, yazıçının bu obrazda möv-
qeyini mən dəqiq müəyyən edə bilmirəm. M.Cəfər mülahizə-
lərində sanki I.Əfəndiyevin mövqeyində durur. Lakin o, da
əslində yazıçının idealını dəqiq müəyyən edə bilmir. Əxlaqi
prinsiplər ictimailəşdiriləndə, məsələyə sosializm baxımından
yanaşılanda, müasirliyi Səriyyənin zahiri hərəkətlərində axta-
randa, ruhi-mənəvi əsas unudulanda qiymət də subyektiv, keçici,
"tarixi" və zamanın ruhuna uyğun olacaq. Ictimailik, vəzifə borcu,
vətəndaşlıq prinsipləri ön plana çəkiləndə ümuminsani, milli-
mənəvi dəyərlər nəzərdən qaçırılacaq. "Bir mübahisə müna-
sibətilə" məqaləsində A.Bebelin "Qadın və sosializm" (M., 1969)
kitabına müraciət edilməsi də təsadüfi deyil. Sosializm və qadın
kontekstində problemə qiymət vermək siyasəti ideologiyanı ön
plana çəkməkdir. Bu "prinsiplər"
isə əsas məzmuna, ruhi-mənəvi
başlanğıca münasibətdə zahiridir, keçicidir. Bu baxımdan
"Körpüsalanlar" o zaman həqiqi qiymətini ala bilməzdi. Çünki
tənqid və ədəbiyyatşünaslığın da meyarı birbaşa siyasətə, ideolo-
giyaya bağlı idi. Sənət isə zamanın ideoloji tapşırıqlarından yaxa
qurtarmaq imkanını özündə saxlamağı bacarır. I.Əfəndiyevin
əxlaqi-mənəvi məsələlərə özünəməxsus münasibəti var. Bu ona
hadisələrin qiymətləndirilməsində, daxili sərbəstliyini, həqiqətin
bədii ifadəsində mənəvi üstünlüyünü saxlamağa imkan vermişdir.
Ona görə də I.Əfəndiyev kimi yazıçı birmənalı şəkildə Səriyyənin
mövqeyini dəstəkləməzdi.
Himalay Ənvəroğlu __________________________
241
Tənqid məsələnin çözülməsində məhz bu mənada prinsipial
nöqsana yol verir və müəllifin mövqeyini
zahiri arqumentlərlə
müdafiə etməyə çalışırdı. Əslində, I.Əfəndiyev nigaha daxil olan
tərəflərin ruhlarının eyniliyi, nigahın özünün müqəddəsliyi
məsələsini önə çəkir. Qəhrəmanların ünvanlarına söylənilən və bir
çox hallarda tənqidçilərin də razılaşdığı, yaxud etiraz etdiyi
mülahizələri ümumi şəkildə nəzərdən keçirsək, vəziyyəti müəy-
yən qədər aydınlatmış olarıq. "Adilin bircə çatışmayan cəhəti var
ki, o da şöhrətpərəstlik arzusunda olmasıdır"; "Ehtiyat igidin yara-
şığıdır; Kişi "icazə hüquqlarını öz əlinə almağa çalışdığından qa-
dın hüququnu,
ictimai meyllərini, arzularını məhdudlaşdırdı-
ğından, qadının məğrur ürəyi bu alçaqlığı qəbul etmir. Beləliklə
də, sevgi ailə xaricinə çıxır, yəni Adildən həqiqi həyat yoldaşı,
səmimi məhəbbət, rəftar, açıq ürək görməyən Səriyyə əsil səmi-
miyyəti, məhəbbəti, qarşılıqlı sevgisini, açıq ürəyi ailədən kə-
narda axtarmalı olur. Bu hisslər də Qəribcanın üzərində toplanır"
(34, səh.154). "Səriyyənin öz ərini evdə qoyub oğlanlarla tennis
oynamağa getməsi, ərinin iradəsi əleyhinə hərəkətləri, ərinin
razılığı olmadan oğlanlarla ayı ovuna getməsi məni əsəbləşdirir"
(34, səh.152). Yaxud, haqlı deyil prinsipi əsasında tərtib edilən
məktublarda ailə, məişət, əxlaq, o cümlədən, mənəviyyat məsə-
lələri haqqında
müəyyən problemlərə toxunulur, ictimai və şəxsi
meyllər irəli sürülür. Lakin açıq hiss olunur ki, "Bir mübahisə mü-
nasibətilə" məqaləsində Səriyyənin mövqeyi birmənalı şəkildə
dəstəklənir. Iradları "əsassız" hesab edən məqalə müəllifi belə
qənaətə gəlir ki, "məhəbbətin ailə xaricinə çıxması sosialist ailəsi
üçün çox yabançı və təxribatçı bir haldır" "Səriyyə haqlıdırmı"
sualına "yox, haqlı deyildir", – cavabını verənlər də məsələlərə bu
nöqteyi-nəzərdən yanaşırlar, yəni ailənin dağılmasını istəmirlər,
belə hallara acıyırlar. "Lakin bu yoldaşlar məsələnin çox mühüm
bir cəhətini nəzərdən qaçırırlar. Unudurlar ki, insan taleyini
______________________
Азярбайъан романынын инкишаф проблемляри
242
taclandıran təmiz məhəbbətin ailə xaricinə çıxması məhz ailədə
köləlik hüquqları qalıqlarının nəticəsidir…"
Əvvəla, ciddi əxlaqi-mənəvi problemləri "Haqlı", "Haqsız"
"prinsipləri" ilə həll etmək mümkün deyil.
Ikincisi, məktub
müəlliflərinin məhz nədə haqlı və nədə haqsız olmaları məqalədə
kifayət qədər açılmır. Xüsusilə, Səriyyənin sevgisinin "ailə
xaricinə" çıxmasına haqq qazandıran məktub müəllifinin mövqeyi
yalnız ictimai-siyasi baxımdan dəyərləndirilir. Burada Adillə
Səriyyənin qurduğu ailədə məhəbbətin xaricə çıxması ona görə
"yabançı və təxribatçı bir hal" hesab edilir ki, bu, məhz "sosialist
ailəsidir". Çox güman ki, yazıçı romanında əxlaqi-mənəvi
baxışlarını "haqlı", "haqsız" prinsipləri üzərində qurmayıb və
əsərin süjetini izlədikdə aydın görünür ki, qəhrəmanların tale-
yində reallıqla ruhi-mənəvi başlanğıc vəhdət təşkil edir. Lakin
roman qəhrəmanlarının əməllərinə qiymət verənlər reallığı, zahiri
məqamları əsas tuturlar. Bunlar ilk öncə ruhi-mənəvi tərəfi,
ümuminsani başlanğıcı unudurlar.
Unudurlar deyəndə, əslində,
dəyərləndirməkdə çətinlik çəkirlər. Çünki, "sosialist cəmiyyətində
qadın öz taleyinin hakimidir" (34, səh.154) "prinsipi" birmənalı
şəkildə vulqar sosiologizmdir.
Əlbəttə tənqidçinin mülahizələri ilə oxucu məktublarında
irəli sürülən qənaətlərin "üst-üstə" düşməməsinə, hətta ziddiyyət
təşkil etmələrinə normal hal kimi baxmaq olar. Onlardan
yazıçının baxışları ilə razılaşmağı da birmənalı şəkildə tələb
etmək olmaz. Lakin bədii vasitələrlə meydana çıxarılan həqiqət
sərt, acı olsa da, qəbul etməliyik. Çünki həqiqətdir. Həqiqət isə
zahirdə görünənlərdə, daha doğrusu, reallıq təsiri bağışlayanlarda
yox, daxili məzmunda aranmalıdır. Səriyyənin və Adilin haqlı,
yaxud haqsız olduğu ilk baxışda münasibətlərindən açıq-aydın
"görünür". Bu, əlbəttə, aysberqin görünən tərəfidir. Lakin əsl
məna onun görünməyən tərəfindədir. Başqa sözlə, qiymətlən-