Himalay Ənvəroğlu __________________________
227
cərəyanına qoşulandan sonra insanların əhval
ruhiyyəsində yeni
bir canlanma baş verir, onlarda öz iş və əməllərinə tənqidi
münasibət yaranır, əvvəlki kimi işləməyin və yaşamağın qeyri-
mümkünlüyü qənaətinə gəlirlər. Nuriyyə qibtə ediləcək qədər
işgüzar, şəraiti dərk edib qiymətləndirə biləndir, baş verən
hadisələrin səbəb və nəticələri haqqında düzgün fikir söyləməyi
bacarandır.
Camaatla ünsiyyət yaratmaq, hər bir insanın psixologiyasına
həssaslıq göstərmək, Nuriyyəni bir şəxsiyyət kimi səciyyələndirən
bu xüsusiyyətlər onu xalqın, millətin intibahı yolunda əsil
fədakara və cəfakeşə çevirir. Tənqid və ədəbiyyatşünaslıqda o
zaman belə bir fikir də formalaşmışdır ki, "şəxsiyyətin
xoşbəxtliyi
və ləyaqəti onun əməyi ilə müəyyənləşir". Ona görə də Nuriyyə
obrazının xarakterini məhz bu baxımdan "müəyyənləşdirmək
prinsipi" ön plana çəkilmişdir. Halbuki, obrazı və obrazda
predmetləşən müəllif ideyasını dərindən dərk edən hər bir kəsə
gün kimi aydın olur ki, Nuriyyənin ləyaqətini yalnız əməyə, icti-
mai borca münasibətlə əlaqələndirmək onu birtərəfli anlamağa
gətirib çıxarır. Yazıçı qəhrəmanın uğurlarını əmək cəbhəsində
deyil, mənəviyyat aləmində aramağa çalışmışdır. Məhz bu sahədə
müəllifin uğurları kifayət qədərdir. Nuriyyənin şəxsiyyətinin
dərinliklərinə endikcə orada ümuminsani başlanğıcı hiss edirsən.
Obraz özünün ruhi-mənəvi dünyası ilə, psixoloji həssaslığı ilə
xalqın milli dəyərlərinə bağlıdır. Həm müəllifin, həm də onun
aparıcı qəhrəmanı Nuriyyənin iqtidarını məhz ub istiqamətdə
axtarmaq lazımdır. Ona görə də müəllif qəhrəmanını daha çox
lirik-psixoloji əsasda göstərməyin, belə bir ovqatı ifadə etməyin
qayğısını çəkməli olmuşdur.
"Söyüdlü arx"
birinci şəxsin dilindən, hadisələrdən xeyli
keçəndən sonra qələmə alınmış bir "xatirədir". Nuriyyə öz "roma-
nını yazanda" o, artıq mühəndisə, "yaxşı adam"a ərə getmişdir.
Bədii ədəbiyyatda, xüsusilə roman kimi mürəkkəb tərkibli bir
______________________
Азярбайъан романынын инкишаф проблемляри
228
əsərdə nəql edənin kimliyinin mühüm əhəmiyyəti vardır. Hadisə
və əhvalatların birinci şəxsin dilindən təhkiyə edilməsi
səmimiyyəti və inandırıcılığı artırsa da, əslində, buna nail olmaq
və təhkiyəni bu formada davam etdirmək o qədər də asan deyil və
bu müəllifin manevr etmək imkanını azaldır. Əslində təhkiyə
ədasının seçilməsi və tətbiqi müəllifin səlahiyyətində olsa da,
məzmuna, müşahidə edilib yaşanılan həyat materialının
xarakterinə uyğun gəlməlidir. Başqa sözlə, təhkiyənin forması za-
hiri mahiyyət daşımır və müəllif konsepsiyası ilə, əsərin ideya
məzmunu ilə bibraşa bağlı olur. Bu baxımdan Nuriyyənin "ro-
manı" hesab edilən "Söyüdlü arx"ı başqa
bir təhkiyə tərzində nəql
etmək indiki qədər təsirli, inandırıcı və səmimi ola bilməzdi.
I.Əfəndiyev sanki bu əsərində təhkiyənin ən mümkün variantını
seçibdir. Nuriyyə hadisələri nəql etdikcə, sanki onları yenidən
yaşayır və oxucularını da eyni hərarətlə öz taleyinə qoşur,
kədərini də, sevincini də onlarla bölür. Nuriyyə eyni zamanda
müəllif qəlbinə, onun ruhuna doğma olan bir insandır. Yazıçı hə-
yatla nəfəs alan bu obrazın xoşbəxt olmasına, ailə səadətinə qo-
vuşmasına, sevdiyinə çatmasına daha çox sevinəndir. Roman bo-
yu müəllif öz qəhrəmanının bu qayğısını çəkir. Lakin həyat çox
mürəkkəb və qəribədir, özünün yazılmamış qanunları ilə irəliləyir.
I.Əfəndiyev son dərəcə təbii bir yol seçmiş, qəhrəmanın taleyinə
yazılanları sənət yolu ilə ifadə etmişdir.
Romanın ilk səhifəsində teatr
institutunun məzunu kimi
təqdim edilən gənc Nuriyyə az sonra xəyalına elə məsələlər gətirir
ki, bu həm oxucunu həyat, təbiətin əzəli olması, ilkinlik haqqında
düşüncələr aləminə çəkir, həm də qəhrəmanın mənəvi və idraki
imkanının genişliyindən xəbər verir. "Birdən bu kiçik hadisə nə
üçünsə xəyalımı çəkib, insanları hələ yer üzündə yaşamadığı
zamanlara apardı. Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis
aydınlıq onda da var idi, indi də var.
Biz insanlar dünyaya nə
Himalay Ənvəroğlu __________________________
229
üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? Indi
mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər mən
olmasaydım bu gözəl gecə nə itirərdi?" (47, səh.8-9) cavabı
müşkül olan, mücərrəd təfəkkürün doğurduğu bu suallar sanki
həyatda öz yerini müəyyən etmək istəyən hər hansı bir kamil
şəxsiyyətin öz içərisində baş qaldırır. Bu, həm də onu göstərir ki,
Nuriyyə dünyamıza elə-belə gəlib gedən insanlardan deyil. O öz
aləmi ilə gəlir və qarşısında konkret məqsəd aydınlığı var.
Qəhrəmanını lirik-psixoloji istiqamətdə yaradan müəllif ictimai
həyat hadisələrində iştirakını, müxtəlif insanlarla münasibətini
məhz həmin daxili-mənəvi aləmin dərindən açılmasına yönəldir.
Nuriyyənin hissi-subyektiv əsasda təkamülündə Murada sevgisi
mühüm yer tutur. Sevgi hissi insanda ən ülvi və pak hissdir. Saf
məhəbbəti qəlbində və ruhunda daşıyan ən xoşbəxt adamdır. Belə
adamlar məhəbbətə geniş ümuminsani mənada yanaşır, şəxsi
hisslərini qurban vermək iqtidarına malik olur, şəraitdən, maddi
sevgidən, şəxsi maraqlardan ucada dururlar.
Söhbət Nuriyyədən getdikdə demək lazımdır ki, o, ömründə
bircə dəfə sevən qızlardandır. Hətta illərin həsrəti onun Murada
olan məhəbbətinə kölgə sala bilməmiş, əksinə, bir qədər də
qüvvətləndirmişdir. Nuriyyənin təhkiyəsində bu,
özünü daha
aydın hiss etdirir: "Mən ata-ana, bacı-qardaş ünsiyyəti görməmiş
bir qız idim… Indisə budur, dünyada mənim üçün ən əziz, ən
qiymətli olan adamı tapmışam." Romanın əvvəlində qəribə və
insanı daxildən sarsıdan bir vəziyyət yaranır. Nuriyyə yenidən
Muradla görüşərkən indi də onu qarşısıalınmaz bir ehtirasla
sevdiyini qəlbinin dərinliyindən gələn bir saf duyğu ilə, lakin
səssizcə, öz içərisində etiraf etdiyi anda gözlənilməz dramatik
vəziyyətlə qarşılaşır. Elə həmin gecə eşidir ki, Murad evlidir, oğlu
var. Nuriyyənin əxlaqi qənaətlərinin ümuminsaniliyi,
ləyaqəti də
məhz bu dramatik vəziyyətə münasibətdə açılır. Məlum olur ki,
uğrunda hər cür fədakarlığa hazır olduğu Murad Səadət xanımla
______________________
Азярбайъан романынын инкишаф проблемляри
230
xoşbəxt deyil. Onun həddən artıq qısqanclığı Muradın həyatını
zəhərləyir. Məsələ burasındadır ki, Nuriyyə həmişə özündən çox
Muradı düşünmüş, onun xoşbəxtliyini istəmişdir. Lakin indi o,
vəziyyəti belə görəndə münasibətini qəti müəyyənləşdirməlidir:
"Məni düşündürən Muradın həyatı idi. O həyat mənim üçün hər
şeydən əziz idi." Yaxud Nuriyyənin başqa bir etirafına, daxildən
gələn səsinə diqqət yetirək: "Ah Murad! Mənim əzizim, sənin
qadının olmaq… O qədər böyük səadətdir ki, sevincimdən az
qalır nəfəsim tutulsun." Səadət, xoşbəxtlik ona həddən artıq yaxın
olduğu bir zamanda, illərdən bəri həsrətini çəkdiyi sevgilisinin
sinəsinə sığınmaq məqamında sanki hər şey birdən-birə dağılır,
odlu məhəbbətlə sevən
qəlbi mühakimə, düşüncə, məntiq əvəz
edir:
"-Otur, bir stəkan çaydan-zaddan iç, - deyə Nəriman əmi
ona (Murada – H.Q.) təklif etdi, - Qorxma, bizdə olmağına arvad
bir söz deməz.
Mən bu axırıncı sözləri eşidərkən diksindim. Sonra özümdə
qəribə bir halsızlıq hiss etdim. Elə bil bütün həyat qüvvələrim
məni bir anda tərk edib getdi. Murad Nəriman əminin zarafatına
cavab vermədi, tutqun və sərt bir ifadə ilə: -Xudahafiz, - deyib
tələsik eyvandan düşdü. Darvazadan çıxıncaya
qədər gözlərimi
ondan çəkmədim. Mənə elə gəldi ki, onu təkrar itirdim. Elə bil ki,
bu bir saatın içində yenidən qayıdan ümid və arzularım, səadətim
motosiklin səsi ilə birlikdə gecənin sükutuna qarışaraq yox olub
getdi.
Mən gülümsəyərək Nəriman əmi ilə Qərənfil bacıya bax-
dım. Görünür, bu təbəssümdə qeyr-adi bir hal var idi. Qərənfil ba-
cı bilmirdi ki, mənim daha gülümsəməkdən başqa ayrı çarəm qal-
mamışdı" (47, səh.13).
Romandan gətirdiyimiz bu nümunə geniş olsa da, vəziy-
yətin dramatikliyini qiymətləndirmək baxımından gərəklidir.