Himalay Ənvəroğlu __________________________
231
Çünki obyektiv qəhrəman olan Nuriyyənin
subyektiv aləmi haq-
qında ilkin, lakin tutarlı təsəvvürə malik olmaq üçün təfsilat la-
zımdır. Burada Nuriyyənin qəlb həyatının gizlinləri lirikaya, obra-
zın psixologiyasının şəxsi planda açılmasına meydan verir. Vəziy-
yətin birdən-birə belə mürəkkəbləşib dramatik şəkil alması bir
tərəfdən aparıcı qəhrəmanın mənəvi aləminin incəliyini üzə çı-
xarır, digər tərəfdən müəllifin ustalığından xəbər verir. Nuriy-
yənin qəlbinin incəliyini, kövrəkliyini çox gözəl bilən müəllifin
onu birdən-birə sərt həqiqətlə, reallıqla qarşılaşdırması səbəbsiz
deyil. Əvvəla, Nuriyyənin süjetinin əsasında canlı müşahidə, real
həyat faktı dayanır. Fərqi yoxdur ki, bu, baş vermiş, yaxud
olmamış əhvalatdır. Əsas məsələ odur ki, bu əhvalat olmuş hadisə
kimi nəql edilir. Özü də birinci şəxsin dilindən. Burada birinci
şəxs
təkcə təhkiyəçi deyil, həm də aparıcı qəhrəmandır,
hadisələrin mərkəzində dayanır və əhvalatla birbaşa bağlıdır.
Bir şey bizə tam aydındır ki, təhkiyə onunla bağlı olan süjet
və bütünlüklə əsərin arxitektonikası son dərəcə sənətkarlıqla
qurulmuşdur. Müəllif kompozisiyada sanki əvvəldən fraqmentləri
hansı nisbətdə yerləşdirməyi ölçüb-biçibmiş. Əslində "Söyüdlü
arx" kimi bir lirik-psixoloji romanın strukturunu öncədən
müəyyən etmək qeyri-mümkündür. Çünki süjet hadisələrin sis-
temli, ardıcıl inkişafı üsülü ilə deyil, "gözlənilməz" psixoloji de-
tallar, qəlb çırpıntıları, lirik-emosional məqamlar üzrə qurulmuş-
dur. I.Əfəndiyev də bu kimi məqamlardan qəhrəmanlarının xarak-
terinin və sonrakı ömür yolunun mənəvi mənasının açılması üçün
mühüm detal kimi istifadə edir. Məsələn, Nuriyyənin
gülümsəməsi, təbəssüm göstərməsi, "gülümsəməkdən başqa ayrı
çarəm qalmamışdır", - deyə etiraf etməsi obrazın bir insan kimi
böyüklüyünün əlamətidir. Nuriyyənin həyatına az-çox bələd olan
hər kəs yaxşı anlayır ki, onun
üçün bu gülümsəmək nə deməkdir,
bu, nə qədər mənəvi-ruhi gərginlik bahasına başa gələn
təbəssümdür. Lakin önəmlisi budur ki, o, vəziyyəti daxildə
______________________
Азярбайъан романынын инкишаф проблемляри
232
yaşayır, zahirdə isə təmkinini saxlayır, çılğınlıq etmir, haldan-hala
düşmür, sanki hər şey öz qaydasında, öz axarındadır. Qəhrəmana
dəyən bu qüvvətli zərbə eyni zamanda, onun böyük sınağa
çəkilməsi idi. Nuriyyə ata-anasını da çox erkən itirmişdir və bu
sonuncu itki onun üçün əvəzsiz idi.
Bir neçə il hicran odunda yanan, həsrətlə Muradının yolunu
gözləyən, romantik ruhlu Nuriyyə üçün axtardığını yenidən
itirməsinin nə demək olduğu onun özünə və müəllifinə yaxşı bəlli
idi. Məhz bu baxımdan aparıcı qəhrəmanın təhkiyəsi ilə müəllif
təhkiyəsini struktur mənada bir-birindən ayırmaq çətindir. Çünki
bu "təhkiyələr" formal olaraq lirik-psixoloji
meylin təzahürünə
xidmət edir. Nəticədə, həyat və insan haqqında təsəvvürlərimizi
dərinləşdirir. Əslində, I.Əfəndiyevin Nuriyyəsi xoşbəxt adamdır.
Itirdikləri də var. Lakin qazandıqları qat-qat çoxdur. Məsələn, onu
tanıyıb, yaxından ünsiyyətdə olanların qəlbində yer salması, bir
insan kimi mənəvi zənginlik timsalına çevrilməsi onun
qazancıdır. O, bu hörməti işi və əməli ilə əldə etmişdir. Nuriyyə
valideyn qayğısı görməsə də, belə qənaətə gəlir ki, dünya xali
deyil. Həyatda yaxşı, xeyirxah insanlar çoxdur, elələri hər an
mərhəmət göstərib təmənnasız yaxşılıq edəndirlər. O, həyatda
belələridən daim hörmət və ehtiram görüb. Ələsgər dayını, Güllü
xalanı heç zaman unuda bilməməsi də onda olan insani
duyğuların yaşarlı olmasından irəli gəlir. Bütün bunlar yuxarıda
söylədiyimiz fikrin bu və ya digər mənada təsdiqidir.
Doğrudan
da Nuriyyə xoşbəxtdir. Baxmayaraq ki, səkkiz yaşında ikən
anasını itirib, əmisinin himayəsində olarkən onun arvadından
olmazın pisliyin görüb, uşaq evində yaşamalı olub. Murad kimi
bir könül sirdaşı tapıb, bir çox illər onun həsrətini çəkib,
sevgilisini görmək arzusu ilə yaşayıb, hicran oduna için-için
yanıb və uzun, üzüntülü ayrılıqdan sonra gözlənilməz bir şəraitdə
itirdiyini tapıb, vüsalın doğurduğu sevinc necə gəlibsə elə də yox
Himalay Ənvəroğlu __________________________
233
olub. Başqasının xoşbxətliyinə sevinən, onu öz xoşbəxtliyi kimi
qəbul edən Nuriyyənin sonda özündən 18 yaş böyük olan bir
mühəndisə, özünün dediyi kimi "yaxşı bir adama" ərə getməsi də
təsadüfi deyil.
Biz bilirik ki, o "bu yaxşı adam"ı da sevindirəcək,
onu xoşbəxt edəcək.
Əlbəttə, biz çox arzu edərdik ki, Nuriyyə Muradla ailə qur-
sun və xoşbəxt yaşasın. Buna onun mənəvi haqqı var. Lakin ro-
manda təsvir olunanlar həyatdır. Başqa sözlə, sənət yolu ilə yara-
dılan həyatdır. Biz arzumuzda, xəyalımızda, idealımızda onları
birləşdirə bilərik, lakin həyatda, təəssüf ki, bu mümkün olmayıb.
Əks halda müəllif özü də bunu edərdi. Çünki qəhrəmanın qay-
ğısını hamıdan çox o çəkir. Əslində, Nuriyyə Muradın Səadətlə
evləndiyini və bir oğlu da olduğunu
biləndən sonra onunla vüsala
can atmır və heç vaxt da atmazdı. Yuxarıda dediyimiz kimi,
Nuriyyə ömründə bir dəfə sevən insanlardandır. Lakin bu sevgini
bütün həyatı boyu yaşadandır. Hətta uğursuz olsa belə. Bu mə-
nada Nuriyyə xoşbəxtdir ki, onda pak məhəbbət duyğusu var, öz
sevgisini qiymətləndirə bilir və başqasının hisslərinə hörmətlə
yanaşır. Halbuki Muradı yenidən özünə qaytarmaq, cismən ona
qovuşmaq imkanı var. Bir mənada buna onun haqqı var. Yalnız
cəsarətli bir addım atmaq qalırdı. Lakin I.Əfəndiyevin qəhrəmanı
buna getmədi və nəticədə indiki ucalığa qalxa bildi. Bəlkə Nuriy-
yəni heç el-oba o qədər qınamazdı. Lakin daxili qınaq ona dinclik
verməzdi, mənəvi rahatlığını əlindən alardı. Çünki Nuriyyə
daxilən başqa bir insan idi. Ictimai fəaliyyətində realizm üstünlük
təşkil etsə də,
içərisində ülvi bir romantika, ruhani bir qüdsiyyət
hakim idi. Onun üçün başqasına mənəvi zədə vurmaq müşkül bir
iş idi. Çünki mənəviyyat məsələlərində o, çox həssas idi. Ona
görə də Nuriyyənin sevgisində mənəvi, ruhani tərəf üstünlük
təşkil edir. Doğrudur, o, "romanı"nda mənəvi sevgini açıq ifadə
etməsə də, ilkin məhəbbətin istisinə ömrü boyu qızınmağı üstün
tutmağı buna əyani sübutdur.
______________________
Азярбайъан романынын инкишаф проблемляри
234
Nuriyyə üçün nikah müqəddəsdir. Muradla Səadətin
nikahını pozmaq böyük günahdır. Ailə dağıtmaq, atanı övladına
həsrət qoymaq Nuriyyənin mənəvi-əxlaqi prinsipinə yaddır. O, öz
səadətini başqasının müsibəti üzərində qura bilməzdi. Ona görə
yox ki, o, bizim müasirimiz idi, sovet adamı idi. Ona görə ki, ilk
öncə əsil insan idi. mənəviyyatına zidd olan "xoşbəxtliyə" yol
verməzdi. Çünki Səadət də günahsızdır, o da xoşbəxt olmaq
istəyir. Murad kimi bir insanı sevməkdə haqlıdır. Bu haqqı onun
əlindən almaq böyük bəlalara səbəb olardı.
Nuriyyə belə bir
addımı ata bilməzdi və bu cismani mənada nə qədər əzablı olsa
da, mənəvi-ruhi mənada ona iradə, inam və dözüm verir, reallığın
fövqündə durmağa səsləyirdi. Bu mənada I.Əfəndiyevin
Nuriyyəsi fədakar insandır. Fədakarlıq onun vətəndaşlığında,
insan səadətinə yanğısında, torpaq, millət, Vətən sevgisində və ru-
huna hakim kəsilən ümuminsani məhəbbətindədir. Şəxsi səadəti,
fərdi sevgisini ümuminin xoşbxətliyindən ayırmayan Nuriyyə öz
Muradı ilə mənən birdir, çünki ruhları eyni olanlardır. Belə halda
cismani tərəf mənəvi vəhdət üçün mane ola bilməz. Ona görə
Nuriyyə həm də cəfakeş insan səviyyəsinə yüksəlir. O, öz
sevgisinin cəfasını çəkməkdən mənəvi zövq alır, ruhi qida
götürür. Başqa sözlə, sevgi yolunda çəkdiyi cəfa, hicran ona vəfa,
vüsal qədər şirindir.
Nuriyyənin gücü, qüdrəti onun cəfakeş-
liyində, fədakarlığındadır. Cəfa çəkmək iqtidarı onun sərvətidir və
ona xoşbəxtlik gətirir. Tanrı Nuriyyədən kəramətini Əsir-
gəməmişdir. Onu cismani tərəfdən də gözəl yaratmışdır. Nuriyyə
həyata sanki yaxşılıq etmək, xeyirxahlıq etmək üçün gəlmişdir.
Bu baxımdan onun bəzən öz həyatını unutması təsadüfi deyil.
Bununla belə o, həyatda öz yerini tapır, ictimai idealda ərimir,
şəxsiyyətini uca tutaraq mənəvi gücə tapınır. Sənət yolu ilə
yaradılan bu obrazın ideala bağlılığı son dərəcə tutarlı faktlarla
göstərilir. Nuriyyə heç zaman öz prinsiplərinə qarşı getmir və