Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə17/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   63

_____________Milli Kitabxana_____________ 
57 
nimçələrlə (ilattalam) becid bir ritm yaradacaq. Səh-
nə sanki cuşa gələcək. Eləsən fırtına qopacaq, 
qılınclar yuxarı qaldırılacaq, elə bil ki əlvan bir dəniz 
coşub daşacaq, xeyir şər üzərində  qələbə çalacaq. 
Kathakali teatrının bir gecəlik sirli dünyasının 
şəkillərini günəş işığı sanki buxarlandırıb yox edəcək. 
Təsadüfi deyil ki, bəzən elmi nəzəri  ədəbiyyatda 
Kathakali tamaşalarını  “Malabara misteriyaları” 
adlandırırlar. 
                               4. Raslila tamaşaları 
 
       Hindistanda  xalq  teatr  formaları çeşid-çeşiddir. Hindlilər 
arasında ramlilaraslilacatralartamaşalarnakalalar çox 
geniş yayılmışdır. Bu baxım bucağından yanaşanda mütləq 
deyilməlidir ki, meydan tamaşaları  cərgəsində raslilaların yeri 
xüsusidir. Bunun başlıca səbəbkarı hindlilərin sevimli tanrısı 
Krişna şərəfinə keçirilən bayramlardır.  
     Cavan  Krişnanın igidliklərilə bağlı hörgülənmiş sujetlər 
“Raslila” adı altında Hindistanda məhşur olan teatr 
tamaşalarından ötrü də  əsas müəyyənedici faktordur. Onun 
vətəni Qanq çayının qollarından ən irisi Camna çayı üzərində 
məskunlaşmış  Mathur  şəhəridir. Anası  Devakidir, dayısı 
Kamsa. Mathur Hindistanın müqəddəs  şəhərlərindən biridir, 
zəvvarlıq diyarıdır. Tanrı Krişnanın cavanlığı barədə dolaşan 
əksər əfsanələr bu şəhərlə bağlıdır. Rəvayətə görə dayısı əcinə 
Kamsadan gizlədilən Krişna Mathur şəhərinin kənarında 
Vrindavana  kəndinə  gətirilir və onun bütün uşaqlığı burada 
keçir. Guya bir kahin əcinə Kamsaya deyib ki, onu öz doğma 
bacısı oğlu öldürəcək. Əcinə Kamsanın Krişna ilə düşmənçiliyi 
də elə bundan sonra başlayır. Hind kəndliləri hələ indinin 
özünə  qədər tanrı Krişnanın uşaqlıq sərgüzəştlərindən danışan 


_____________Milli Kitabxana_____________ 
58 
nağıllara valehliklə qulaq asırlar. M.ö. III əsrdə yaşamış yunan 
mütəfəkkiri Meqasfenin qeydlərinə görə  hələ o zaman Krişna 
hindlilərin se-vimli tanrılarından biri imiş. Bu qədim yunan 
tarixçisi Krişnanı Zevsin igid oğlu Herakla bənzədir. Bəzi 
dinşünaslar isə tanrı Krişnanı İsa peyğəmbərin ilk örnəyi sayır. 
Onlar söyləyirlər ki, Tövrat və İncil bu Dravit tanrısını sadəcə 
olaraq gəncləşdirmişdir.  “Dravit tanrısı” güney Hindistanın 
ari olmayan yerli tanrısı deməkdir.  
       Raslila  tamaşaları adətən Krişnaya həsr olunmuş 
bayramlar zamanı oynanılırdı. Bu tamaşalar açıq meydanda 
göstərilirdi.  Əksərən seyrçilər raslila zamanı ya ayaq üstə 
dayanır, ya da dövrə vurub ifaçılar ətrafında əyləşirlər. Raslila 
tamaşaları oynanılan meydanda həmişə xüsusi struktura malik 
səhnə qurulur. Düzünə qalsa, bu, səhnə deyil, taxt-tac formalı 
bir komadır. Bu koma-taxtın uzunluğu təqribən 3, enisə metrə 
ya- rımdır. Koma yaşıl yarpaqlarla örtülür, arxadan isə çit 
pərdə asılır. Ortadan hündürlüyü metrə yarım olan bir taxt 
düzəldilir, balış və parçalarla bəzədilir. Bir qədər aşağıdan isə 
üstünə parça çəkilmiş pilləkən qurulur. Bu pilləkən taxta 
əyləşəcək  aktyorlara kömək etmək məqsədini güdür. Digər 
tərəfdən bu pilləkəndən az nüfuza malik olan personajlar da 
oturacaq kimi istifadə edirlər. Komanın qarşısına xalça (və ya 
palaz) sərilir və hadisələr bu xalça üzərində oynanılır. Dramın 
baş  qəhrəmanı tanrı Krişna və onun qardaşı Balarama həmişə 
meydanda olurlar. Bir tərəfdən bu qəhrəmanlar dramın  əsas 
personajlarıdır, digər tərəfdən isə bu raslila bir tamaşa kimi 
məhz onların  şərəfinə oynanılır.  Krişna və Balaramanın 
daima tamaşa meydançasında gəzişmələri həm də onu bildirir 
ki, bu tamaşalar, hər şeydən  əlavə, bir ayin qismində təsəvvür 
olunur. Koma-taxtın tamaşada öz funksiyası var. O, qorxulu 
ilan-əjdaha  Kalinda üzərində  qələbə çalıb Camna çayının 
dalğaları arasında peyda olduğu zaman taxt üstünə çıxır. Qasidi 


_____________Milli Kitabxana_____________ 
59 
dinləmək üçün də Krişna taxtdan yararlanır. Palazın sağ 
tərəfində sazəndələr  əyləşir. Orkestr adətən yeddi nəfərdən 
ibarət olur. Bu orkestrin tərkibinə mridanq tipli təbillər, saz və 
kamançaya oxşar simli alətlər, metal nimçələr və balaca 
fisqarmoniya daxildir. Sonuncu alətin cəmi iki oktavası var: sol 
əllə tuluqdan alətə hava vurulur, sağ  əlləsə melodiya çalınır. 
Sazəndələr həmişə elə otururlar ki, üzləri aktyorlara tərəf 
olsunlar: əks təqdirdə müşayət aktyorların oyunu ilə uyuşmaz. 
       Krişna, Balarama və onların dostlarını yeniyetmələr ifa 
edir. Digər rollar böyüklərə tapşırılır. Raslila tamaşalarında, 
Kathakalidə olduğu kimi, cəmi rollar kişilər tərəfindən 
oynanılır. Burada iştirak edən personajların geyimləri çox 
sadədir. Təbii ki, baş qəhrəmanların geyimləri daha zəngin və 
daha əlvandır. Raslila dramlarının bütün personajları meydana 
papaqda yox, çalmada çıxırlar. Krişna və Balaramanın 
papaqları isə bir növ dərviş kalansuvasını xatırladır. 
Kalansuvanın arxa hissəsinə müqəddəslərin haləsini nişan 
verən “taxta çevrə” bərkidilir. Krişna qırçınlı, uzun qara 
paltarda, Balarama isə  ağ geyimdə olur: formaca paltarlar 
eynidir. Onların dostları, - çoban oğlan və  qızlar, - adətən al-
əlvan kostyumlar geyinirlər. Kamsa həmişə çalma qoyur, 
muncuqlarla bəzədilmiş  zəngin qaftanda çıxış edir. 
Vasudevanın da paltarı Kamsanın geyiminə oxşayır. Vasudeva 
Krişnanın ögey atasıdır. Bu dramlarda xüsusi yeri olan 
personajlardan biri də  Naradadır. O, tanrı qasididir, falçıdır. 
Raslila tamaşalarında bəzi personajlar saqqal və parikdən 
faydalanırlar. Alicənab personajların, - Krişna, Balarama, 
Vasudeva və Devakinin, - boyunlarında həmişə gül çələngi 
olur.  Çoban oğlan və  qızların  şən xoruna Hindistanda 
RASLİLA
 deyilir. Bu xor əcinə Kamsanın Vrindavanaya şər 
törətməyə göndərdiyi rakşas Putananın Krişna tərəfindən 
öldürülməsilə bağlıdır. Kathakali teatrında olduğu kimi Raslila 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə