Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə20/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   63

_____________Milli Kitabxana_____________ 
66 
və  “Tripuranın yandırılması” adlı pyeslər bu 
növlərə daha 
çox uyğundur. 
       Samavakaranın məzmunu tanrı  və asurların 
mübarizəsini işıqlandırır. Burada qəhrəmanlıq rasası 
üstündür. Pyes üç pərdədən ibarət olmalı  və 
personajların sayı 12-ni aşmamalıdır. 
       Dima da əfsanəyə söykənən dram tipidir
personajları tanrılar, yarımtanrılar və  əcinələrdir. 
Qəzəb burada öncül rasadır.  
       Təəssüf ki, tarix dramın  “İHAMRİQA” 
növündən nümunə saxlamamışdır.  İhamriqa iki 
sözdən ibarətdir:  iha  və  mriqa.  “İha” izləmək, 
“mriqa” ceyran deməkdir. Bu dramda söhbət ilahi pəri 
uğrunda aparılan mübarizədən gedir. Ənənəyə görə 
ihamriqa 4 pərdə ilə məhdudlaşdırılmalıydı.  
       “Natyaşastra”nın təsnifatına düşmüş qalan 5 növ 
isə birpərdəli pyeslərdir. 
       Bhana pyes-monoloqdur. Burada bir aktyor 
iştirak edir, özünün və başqalarının sevgi 
macəralarından danışır. Bhana üçün erotik rasa əsasdır.  
       Prahasana növünə aid edilən pyeslərdə komik 
rasa üstündür. Onun qəhrəmanları nökərlər, rahiblər, 
qulluqçular, fırıldaqçılar və fahişələrdir. Bu növ 
dramlardan ötrü dava-dalaş, hay-küy, mübahisə 
xarakterikdir.       
       Vithi haradasa bhana və prahasananın qarışığıdır, 
mövzusu məişətlə əlaqədardır, bir, iki və ya üç aktyor 


_____________Milli Kitabxana_____________ 
67 
tərəfindən ifa olunur. Bu növün aparıcı rasası erotik 
rasadır.  
       Anki (hərfən “şəkil”, “pərdə” deməkdir) sadə 
insanlardan danışan əfsanələrlə ilişkili pyesdir, iki və 
ya üç sənətçi tərəfindən oynanılır. Burada qüssə 
rasasının rolu böyükdür.  
       Vyayoqa dramın son növüdür və əgər belə demək 
caizsə, qəhrəman tanrı haqqında təmtəraqlı boydur. 
Burada qadınlar iştiak etmirdilər. Ona görə vyayoqa 
erotik rasadan uzaq qaçır, qəhrəmanlıq və  qəzəb 
rasalarını isə vacib bilir.  
       Bu  böyük  on  növlə yanaşı müəlliflər 
“UPARUPAKA” adlanan daha 18 dram növünü 
xatırlayırlar. 18 uparupaka kiçik növlərdir: bu günə 
onlardan yalnız biri gəlib çatıb;  natika,  yəni kiçik 
nataka. Qalan 17 növdən isə heç bir məlumat yoxdur.  
     Belə  təsnifatdan sonra biz “Natyaşastra” risaləsini 
tam  əminliklə dramın poetikası kimi də  qələmə verə 
bilərik. 
                                                                                                             
                                    
 


_____________Milli Kitabxana_____________ 
68 
 
6.  Bhasa 
 
       Sanskrit  dramının məhşur pyes yazarlarından biri də 
Bhasadır. Onu 13 pyesin müəllifi hesab edirlər.  Əslində bu 
pyeslərin heç birində birbaşa  Bhasa adına təsadüf olunmur. 
Lakin teatr sənətinin tədqiqatçıları  şərti  şəkildə  “trivandrum 
pyesləri”  adlandırılmış dram əsərlərini Bhasaya mənsub 
bilirlər. Kalidasa “Malyavika və Aqnimitra” dramında Bhasanı 
öz sələfi kimi tanıtdırır. Belə ki, Bhasa dramın “Natyaşastra” 
risaləsində göstərilən bütün növlərində özünü sınamışdır. 
Onların sırasında 1 pərdəli pyesdən tutmuş 7 pərdəli drama 
qədər istənilən növ əsərə rast gəlmək mümkündür. Bu 
pyeslərdən 6-sı, - “Madhyavyayoqa”,  yəni “Ortancıl qardaş 
haqqında vyayoqa”, “Dutaqhatothaça”, 
yəni “Səfir 
Qhatothaça”,  “Dutavakya”,  yəni “Səfirlik”,  “Karnabhara”, 
yəni “Karnanın aqibəti”,  “Urubhanqa”,  yəni “Sınmış çanaq 
sümüyü”,  “Pançaratra”,  yəni “Beş gecə” hindlilərin epik 
sərvəti “Mahabharata” sujetlərinə, 2-si “Pratimanataka”, yəni 
“Heykəl haqqında nataka” və “Abhişekanataka”, yəni “Şahlıq 
haqqında nataka” isə  məşhur “Ramayana” motivlərinə 
yazılmışdır. Bir dram “Balaçarita” Krişna haqqında mövcud 
əfsanədən bəhs edir. “Yauqandharanın andı”  və  “Xəyala 
dalmış Vasavadatta” da folklor nümunələri zəmnində yaranıb. 
Burada hökmdar Udayana barəsindəki rəvayət nəzmə çəkilirdi. 
Qalan 2 dram isə tamam orijinal sujetlərdir: “Avimaraka” və 
“Çarudatta”. Bhasanın yaşadığı dövrün yuxarı həddi V yüzil 
götürülür. Bu da təqribi bir rəqəmdir. Bəzilərisə onu m.ö. I 
əsrin dramaturqu sayırlar. Həyat faktları ilə bağlı elmdə heç bir 
dəqiq tarixi məlumat olmayan Bhasanın 
əsərlərini 
mütəxəssislər məzmuna görə epik və lirik pyeslərə ayırırlar. 
 


_____________Milli Kitabxana_____________ 
69 
                                   7.  Kalidasa 
 
       Bhasa  kimi  Kalidasa  barəsində  də faktiki tarixi məlumat 
tapmaq çətindir. Lakin Kalidasanın həyat və yaradıcılığı ilə 
bağlı bir sıra  əfsanələr mövcuddur ki, onun şəxsiyyətini 
müxtəlif yönlərdə tanıdır. Kalidasanın həyatı ilə ilişkili 
əfsanələrin yaranmasının  əsl səbəbkarı dramaturqun adı olub: 
KALİDASA.__“Kali”'>KALİDASA.
 “Kali” yeraltı dünyanın qadın hökmdarı, qaraüzlü, 
qəzəbli tanrının adıdır, “dasa” isə qul deməkdir. Rəvayətlərin 
birində söylənilir ki, çobanlar kastasına mənsub kasıb bir ailədə 
kifir bir oğlan uşağı böyüyürdü. Başqa bir əfsanəyə görəsə, bu 
hadisə brəhmənlər kastasında baş vermişdir. Uşaq pəltək, 
qaradərili, sərsəm bir oğlan idi. Onu xəstə bilib tədris üçün 
perspektivsiz sayan kahinlər cocuğu məktəbdən qovurlar. 
Çünki uşaq heç nəyə qadir deyildi və adi məsələləri belə yadda 
saxlamırdı. Odur ki, bütün dünyadan bezikmiş incik uşaq 
tanrıça Kalinin məbədinə  təşrif buyurur. Oğlan gecəni 
məbədgahda keçirir və Kaliyə yalvarır ki, ya onun canını alsın, 
ya da ona ağıl, idrak, yaddaş versin. Kalinin balaca cocuğa 
yazığı gəlib onu öz himayəsinə götürəcəyini vəd edir. Bu şərtlə 
ki, o, Kaliyə sədaqətli qalıb daima ibadətdə bulunmalıdır. Kali 
həqiqətən möcüzə yaradır: həmin bu gecədən sonra oğlan 
mərifətli və  sədaqətli bir bəndəyə dönür, gözəl görkəm alır. 
Uşağın valideynləri və kahinlər bu möcüzəni görüb ona 
KALİDASA
  adı qoymuşdular. Bu əfsanənin başqa variantları 
da var. Amma bu rəvayətlərin hamısı birlikdə olduqca vacib bir 
mətləbi aydınlaşdırır: Kalidasa adlı  və ya təxəllüslü bir 
dramaturq  şivaizmin  şaktist sektalarından birinin üzvi olub 
Şakti-Kaliyə tapınmışdır. Lakin bütün bu məlumatlar içində 
yalnız bircəciyi daha ağlabatan və  həqiqətə uyardır. Bu 
fərziyyəyə  əsasən Kalidasa hind hökmdarı  Çandraqupta II 
Vikramadityanın (IV-V y.) hakimiyyəti dövründə yaşamışdır. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə