Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə19/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   63

_____________Milli Kitabxana_____________ 
63 
ortası isə hökmdar və onun əyanlarından ötrü nəzərdə tutulurdu. 
Teatrda adətən  300-dən 500-ə  qədər yer olurdu. Bu teatrda 
dekorasiyalardan istifadə edilməsi barədə heç bir məlumat 
yoxdur. Dekorasiya burada aktyorun verbal şəkildə təsvir etdiyi 
mənzərə ilə  əvəzlənirdi. Bu məqsədlə hind aktyoru jest və 
mimikalardan geniş surətdə  bəhrələnirdi. Kiçik bir replika, - 
məsələn, “bura məbədgahdır”, - kəlməsi kifayət idi ki, seyrçi 
hadisənin baş verdiyi məkanı bütün reallığı ilə təsəvvür eləsin. 
Aydın görünür ki, burada da şərtilik dərəcəsi çox yüksəkdir. 
Aktyorların oyun tərzi də tam mənası ilə  şərtidir. Sanskrit 
teatrında səhnə  fəaliyyətinin məqsədini görükdürmək üçün 
mimika və jest əsas vasitə hesab edilirdi. Bu teatrda işıqların 
söndürülməsi bir elə  də vacib deyildi. Aktyorlar adi əl 
hərəkətlərilə qaranlığı bildirirdilər.  Əgər aktyor ətəklərini 
çirmələyirdisə, bu, o demək idi ki, personaj çayı keçir. Yox 
əgər özünü üzgüçüyə  bənzədirdisə, aydın olurdu ki, hövzəsi 
dəniz qədər dərindir. Jest və mimikanın köməyilə dağlar, okean, 
sübh, gecə, dəniz, ay və ulduzlar da rəmzi şəkildə göstərilirdi.  
       Aktyorların geyim, qrim və saç düzümləri də pyesin 
mənasının aşkarlanmasında, xarakterlərin açılmasında böyük 
rol oynayırdı. “Natyaşastra”ya görə zahidlər cırım-cındır və ya 
palıd qabığı rəngində paltar geyinməliydilər. Saray əyanlarının 
qırmızı gödəkçələri, tanrı  və tanrıçaların, sultanların 
rəngbərəng qaftanları olurdu. Bulaşıq paltar bildirirdi ki, onun 
sahibi ya divanədir, ya bədbəxtdir, ya da yolçudur. Əcinələrin 
və depressiya keçirən adamların saçları çiyinlərinə 
tökülməliydi; nazirlərin, kahinlərin, rahiblərin başı hamar 
qırxılmalıydı; sultanlar və tanrıların isə  səliqəylə biçilmiş 
saqqalları olmalıydı. Münzəvi qızlar cəmi bir hörüklə 
kifayətlənməli, ərli qadınlar isə saçlarını burmalıydılar.  
       Qrimin rəngi xüsusi əhəmiyyətə malik idi. Brəhmənlər və 
kşatrilər qırmızı, vayşilər və şudralar tünd göy rəngli qrimdə 


_____________Milli Kitabxana_____________ 
64 
olurdular. Bəzi tanrılara  ağ, digərlərinə isə  sarı  rəngli qrim 
məsləhət görülürdü. Qrimin rəngi personajın peşəsini, nəslini 
və ovqatını eyhamlaşdırırdı.  
     “Natyaşastra” risaləsinə istinadən teatrda tamaşa bayram 
ovqatı ifadə edən mərasimlə başlanırdı. Bu mərasimə 
“PURVARANQA”
 deyilirdi. Purvaranqanın birinci hissəsi 
pərdə bağlı olan zaman keçirilirdi. Təbil zərbələri altında 
musiqiçilər ön səhnəyə keçib əyləşirdilər. Tamaşanın musiqi 
kompozisiyasının ilk akkordları  eşidilirdi, aktyorlar qabağa 
gəlib ritmik rəqslər ifa edirdilər. Bu təmtəraq xorun oxuduğu 
nəğmələrlə müşayət olunurdu. Elə bu vaxt sutradhara səhnəyə 
addımlayıb Hindranın bayrağını döşəməyə sancırdı ki, 
tamaşanın gedişatını tanrıça Hindra hər hansı bir maneə  və 
əngəldən apriori hifz eləsin. Sutradhara 
“NANDİ”
 adlanan 
xeyrxahlıq dua- sı oxuyub pyesin 
“PRAROÇANA” 
deyilən 
məzmunu danışırdı. Sutradhara vəzifəsini bitirdikdən sonra onu 
səhnədə sthapaki və digər iki aktyor əvəzləyirdi. Yenidən rəqs 
başlanırdı. Rəqs tamamlanan kimi növbə tamaşanın sujet 
xəttinə çatırdı. Sanskrit dramaturgiyasında klassizm 
cərəyanında olduğu kimi zaman, məkan və  hərəkət birgəliyi 
gözlənilmirdi. Burada hadisələr  10 ilə  də tamamlana bilərdi. 
Lakin “Natyaşastra”ya görə bir pərdənin olaylrı  24 saata 
sığışmalıydı. Odur ki, dramaturqlar müəyyən vəziyyətlərdə  
zamanı süni surətdə “sıxmaq” vasitələrinə əl atırdılar.  
       Qədim yunan teatr mədəniyyəti üçün Aristotelin “Poetika” 
əsəri nədirsə, “Natyaşastra” risaləsi də hind teatr mədəniyyəti 
üçün elə odur. Hindlilərin bu mötəbər beşinci vedasında pyes-
dəki dramatik fəaliyyətin inkişafı  5  mərhələyə ayrılır: 
Arambha (başlanğıc),  Yatna (güclənmə),  Pratyaşa (uğur 
qazanılmasına ümid), Niyatapti (irəliləmə), Qarbha (yaranış), 
Vimarşa  (şübhə) və  Nirvahana (nəticə). Hind sanskrit 
dramlarında bu bölgüyə uyğun  şəkildə  qəhrəmanlar da tiplər 


_____________Milli Kitabxana_____________ 
65 
üzrə qruplaşdırılır. Məsələn, əsas qəhrəman ampluası, 
nayakanın, - dörd növü var və  hindoloq-teatrşünas 
olmadan bunları yadda saxlamaq çox çətindir.  
       Dram  hind  mədəniyyətində  “NATYA”  və 
“RUPAKA”  sözlərilə bildirilir. “Natyaşastra”  10 
rupaka növünün təsnifatını verir. Dramın  ən yüksək 
növü  “NATAKA” hesab edilir. Burada pərdələrin 
sayı  beşlə on arasındadır. Sanskrit dramaturgiyasının 
əsas uğurları bu dram növü ilə bağlıdır. Nataka 
mənaca elə dram deməkdir və onun sujeti mütləq 
şəkildə  ənənəvi olmalıdır. Dramın bu növündə öncül 
aparıcı rasalar qəhrəmanlıq və sevgi rasalarıdır. 
Amma elə sayılırdı ki, nataka növündə yazılmış 
pyesin ortasında qəmli rasa, axırında isə təəcüb rasası 
da işlədilə bilər.  Nataka yüksək ritorik üsluba 
üstünlük verən dram hesab olunur. Bu növ həmişə 
musiqi, mahnı və rəqslərlə müşayət edilir.  
       Dramların  “PRAKARANA” adlanan  növü 
haradasa  nataka ilə eynidir.  Prakarana hadisə 
deməkdir. Nataka qəhrəmanı kimi prakarana 
qəhrəmanının da xeyirxahlığı mütləqdir. Ona pyesdə 
brəhmən statusundan yüksək dərəcə verilmir, yəni bu 
qəhrəmanın tanrı  və ya sultan olmaq ixtiyarı yoxdur. 
Prakaranada aparıcı rasa erotik rasadır.  
       Görünür,  “Natyaşastra” risaləsində dramların 
təsnifatı siyahısına samavakara və dima növləri ona 
görə düşmüşdür ki, səma müdriki Bharatanın yazdığı 
“Amritanın becərilməsi”  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə