_____________ Milli Kitabxana_____________
92
müəyyənləşdirilmişdir. Ceamisə pyeslərin strukturunu
cyö-xa-kyü qodan şəklində qəlibləşdirmişdir. cyö-xa-
kyü Noh dramlarının ritmidir. Qodan isə sujetin
kompozisiya boyunca düzülmə prinsipidir: “qo” beş,
“dan” isə dəyişmə (mərtəbə, mərhələ) deməkdir.
Bütün Noh dramları ənənəvi olaraq bu kompozisiyada
yazılır və bəstələnir:
1 – vakinin gəlişi, onun özünü tamaşaçılara
təqdim
etməsi və fəaliyyət məkanına yönəlməsi;
2 – sitenin səhnədə peyda olması və lirik
monoloqu;
3 – vakilə sitenin qarşılaşması və onların
dialoqu;
4 – site ilə xorun monoloq-söhbəti: site öz
tarixçəsinin
ilkin variantını danışır;
5 – sitenin səhnəyə yeni görkəmdə qayıdışı və
öz
tarixçəsinin əsl həqiqətini nəql etməsi.
Qodan prinsipi musiqinin ritmik strukturu ilə
uyğunlaşdırılır. 1-ci dan pyesin ritmik baxımdan ən
aram hissəsidir, cyö ritmindədir. 2, 3 və 4-cü danlar
xa ritmində cərəyan edir. Məzmun etibarı ilə onlar
daha dramatik və mürəkkəbdir. Bu danlar zamanı çox
vaxt kuse-noh mai (balet-pantomima) rəqsləri ifa
_____________ Milli Kitabxana_____________
93
olunur. 5-ci dan kyü ritmindədir və dramın sürətlə
oynanılan parçasıdır. Bu parçada adətən bir və ya iki
rəqs kompozisiyası seyrçilərə göstərilir. Öz-özlüyündə
pyesin hər dönəmi kiçik bir dandır: yaponlar belə
parçalara “syödan” deyirlər. Syödan ilk növbədə
melodiyanın təbiətinə işarədir və pyesdə onun dəyişə-
cəyini müjdələmək üçündür. Bir dramda kiçik
danların sayı 40-a yaxındır. Müəlliflər kiçik danlarla
sərbəst şəkildə davranırlar və bu, pyesə müəyyən
mənada orijinallıq gətirir. Məsələn, pyesdəki birinci
dan, yəni vakinin səhnəyə gəlişi (öz-özlüyündə kiçik
bir epizod) 4 kiçik dandan (syödan) ibarətdir: siday
(təşəbbüs), nanori (adın bəyan edilməsi), mitiyuki
(vakinin yolu), şukicerifu (varid
olma ilə bağlı mətn).
Noh dramının cövhəri, enerji mərkəzi sitedir.
Burada qəhrəmanla sujet elə bil bir-birinin içində
“əriyib” itir. Sanki site sujetin özüdür, sujetsə sitedir.
Odur ki, əsas personajın, yəni sitenin, xarakterindən
asılı olaraq dramlar, başqa sözlə desək, yökökülər 5
istiqamət üzrə qruplaşdırılır: 1) sin; 2) nan; 3) nyö; 4)
kyö; 5) ki. “Sin” tanrılar, “nan” kişilər, “nyö”
qadınlar, “kyö” divanələr, “ki” əcinələr haqqında
yazılmış pyesləri eyhamlaşdıran adlardır. Bu dramlar
yapon teatrşünasları tərəfindən ayrı cürə də təsnif
olunur:
1 – kami-noh mono (“ilahi pyeslər”)
_____________ Milli Kitabxana_____________
94
2 – syura-noh mono (“döyüşçü ruhu
haqqında pyes”)
3 – katsuro-noh mono (“parik üçün pyes”)
4 – dzatsu-noh mono (“digər pyeslər”)
5 – kiri-noh mono (“tamamlayıcı pyes”)
Tamaşa ərzində isə dramlar aşağıda göstərdiyimiz
ardıcıllıqla oynanılır və bu ardıcıllığın özündə də cyö-
xa-kyü ritmi mütləqdir:
1. Tanrı barəsində pyes cyö
2. Döyüşçü ruhu haqqında pyes cyö
3. Parikdə oynanılan pyes xa
4. Digər pyeslər xa
5. Tamamlayıcı pyes. kyü
Bu sruktur, demək olar ki, həmişə gözlənilir.
Göstərilən pyeslər silsiləsi daxilində personajlar da,
rəqslər də müxtəlifdir. Nadir hallarda, təntənəli
günlərdə ibadət pyesi (ritual təmtərağı ilə aşılanmış)
“ Okina” oynanıla bilər. Noh repertuarının bu ən qə-
dim əsəri əkinçilik kultu ilə bağlı magik rəqslərdən
ibarətdir. “Okina” dramının heç bir sujet xətti yoxdur
və cəmi üç personaj tərəfindən ifa olunur: Okina
müqəddəs əcdaddır, Sencay əbədi gəncliyin,
Sambasyö isə kişilik enerjisinin təmsilçisidir. Onların
müxtəlif templərdə ifa etdikləri rəqslərin simvolik mə-
naları mövcud idi. Ceami dövründə Sambasyönün
_____________ Milli Kitabxana_____________
95
tamaşanın sonundakı üç rəqsinin mənası Budda
təriqətinə uyğun tərzdə yozulurdu. Guya ki, birinci
rəqs Buddanın “zühur bədəni”ni, yəni Budda-
Hautamanı, ikinci rəqs Buddanın “fərəh bədəni”ni
(burada Dayniti sonsuz işığın Buddasıdır), üçüncü
rəqs Buddanın “kosmik bədəni”ni eyhamlaşıdrırdı.
Birinci silsiləyə aid pyeslər Noh teatrında azlıq
təşkil edir. İkinci silsiləyə daxil olan pyeslərin sayı isə
cəmi 16-dır və onlardan düz 12-si Ceamiyə
məxsusdur. Bu dramların qəhrəmanları Tayro və
Minamoto şəcərələrinə mənsub igid əfsanəvi sər-
kərdələrdir. Noh teatrının repertuarında xüsusi çəkiyə
malik üçüncü silsilə pyesləri qadın sevgisindən danışır.
Bu sevgi müsbət işarəlidir və bir seyr ahənginə
köklənib. Dördüncü silsilənin pyeslərində isə
qadınları sevgi divanəliyə gətirib çıxarır. Bu dramların
qəhrəmanı qadın da ola bilər, kinli, məkrli ruh da. Ta-
maşa proqamı tamamlayıcı pyeslə sonuclanır. Adətən,
sonuncu dramın əsas personajı fövqəltəbii əcinə
xislətli varlıqdır. Bir qayda olaraq onların yazılma
tarixi XYI-XYII yüzilləri özündə qapsıyır.
Kögen isə öz xarakteri və strukturu etibarı ilə
Avropa komediyalarına daha yaxındır: burada
obrazlar və vəziyyətlər trafaretdir. Hər pyesdə
kələkbaz nökər Tarokacya, kütbeyin ağa, məkrli arvad
və maymaq ərin iştirakı labüddür. Kögendə baş
qəhrəman site, onun antoqonisti isə ado adlanır.
Siteyə bəzən “omo” da deyirlər. Bu pyeslər, əsasən,
Dostları ilə paylaş: |