Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə25/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

_____________Milli Kitabxana_____________ 
85 
şəkildə samuraylar zümrəsinə  mənsub olmaq hüququ 
qazanırdılar. Lakin bu, heç nəyi dəyiş- mirdi. Aktyorlar 
əksərən samuraylardan dövlətli və savadlı olsalar da, sarayda 
onlarla adi nökərlər kimi davranırdılar.  İnsan ləyaqətinin bu 
dərəcədə itirilməsi Noh aktyorlarının mənəviyyatını pozurdu, 
onları əxlaqsız adamlara çevirirdi. Tam ciddiyyəti ilə mənəvi-
əxlaqi dəyərlərin güdükçüsü kimi çıxış edən Tokuqava 
hökuməti saruqaku kostyumlarından, və bir də  əlbəsələrdən 
savayı  şəxsi  əmlaka malik olmağı aktyorlara yasaq edirdi. 
Aktyorlar öz nəsil peşələrini dəyişə  də bilməzdilər. Onlar 
mütləq öz ailə ənənələrini qoruyub saxlamalı idilər.  
       Noh  janrının Tokuqava hökumətinin saray teatrı elan 
etməsilə  əlaqədar bu teatr avtomatik surətdə öz seyrçi 
kütləsindən məhrum oldu. Bu həmin dövr idi ki, artıq Bunraku 
və Kabuki janrları camaat tərəfindən sevilib təqdir edilmişdi. 
Lakin Noh teatrlarının tamaşaları bu dövrdə  də ara-sıra 
aktyorların benefisi zamanı geniş seyrçi auditoriyasına 
göstərilirdi.   
       1615-1624-cü illərdən etibarən Noh teatrının pyesləri çap 
olunmağa başlayır. Maraqlısı budur ki, Noh dramları  təkcə 
mütaliədən ötrü deyildi, onları həm də avazla oxumaq mümkün 
idi.  Utaibonların   (“Pyes üçün not” və ya “Avazlı oxu üçün 
kitab”), pyes partituralarının, - nəşr etdirilməsi dramların 
bərkdən zümzümə olunmasına imkan verirdi. Odur ki, 
samuraylar və daymyölər tez-tez özlərini Noh teatrının aktyoru 
kimi sınayırdılar. Pyeslərin zümzümə edilməsindən onlar 
xüsusi zövq alırdılar. Hökümət tamaşalarda oynamağı 
daymyölərə qadağan etsə də, buna o qədər də ciddi yanaşmağı 
lazım bilməmişdi.  Şögünlər, daymyölər, samuraylar bu 
partituraları alıb onların ifası ilə öz evlərində məşğul olurdular. 
       Noh  dramlarının nəşrinə Edo dövründə başlanmışdı.  İlk 
əlyazmalar Ceamiyə  məxsusdur və onlar azsaylıdır.  Ən erkən 


_____________Milli Kitabxana_____________ 
86 
əlyazma isə 1427-ci ilə aiddir və pyes “Matsura-noh Noh” adı 
ilə tanınır. Bu ilkin pyesdə dialoq yoxdur və o, romandan, 
risalədən heç nə ilə  fərqlənmir. Utaibonların nəşri Noh 
pyeslərinin saxlanması  işində mühüm rol oynamışdır. Noh 
pyeslərinin  əksəriyyəti Edo dövrünün nəşrlərindən bizə  gəlib 
çatıb. Bunlar yüz dəftər silsiləsinə aid pyeslərdir. Həmin 
dəftərlərin hər birində yalnız bir dram əsəri olurdu ki, onlar da 
Genva (özündə 1615-1624-cü illəri qapsıyır)  ilinin aprelində 
işıq üzü görüb. Yaponlar aprelə “uc(dz)uke” deyirlər. Odur ki, 
1620-ci ildə çap edilmiş yüz dəftər silsiləsi “Genva ucukibon” 
adalanırdı.  “Koyetsubon” (1632) adlı pyes toplusuna isə  89 
dəftər yığılmışdı. Bu nəşr naşirin, - Xanyami Koyetsubunun 
(1558-1637) adını daşıyır. Hər iki toplu, təkcə  məzmununa 
görə yox, həm də kalliqrafik şriftinə görə nadir sənət nümunə-
sidir və artıq Yaponiyanın milli mədəniyyətinin sərvəti sayılır.  
      Yapon  tarixinin  Edo  dövrünün  mərhələləri bir də onunla 
yadda qalandır ki, bu zamanlardan etibarən kögenlərin faktiki 
tarixi başlayır. 
KÖGEN
 fars tipli balaca pyeslərdir.  Bu 
pyesləri tamaşa günü Noh dramlarının arasında zamanı 
oynayırdılar. Adətən onlar gülməli səhnəciklərdən ibarət 
olurdu. O vaxtlar kögen üçün deyirdilər ki, kögen Noh janrının 
sadələşdirilmiş formasıdır. 1660-cı ildə “Kögenciklər” adlı ilk 
pyeslər toplusu çapdan buraxılmışdır. Bu pyesləri 50 kiçik səh-
nəcik  də adlandırmaq mümkündür. Həcm yığcamlığına bax-
mayaraq yapon sənətçiləri onlarla həmişə böyük məsuliyyətlə 
davranmışlar.  Əgər belə demək caizsə,  kögen yapon milli 
zarafatının və yumorunun zirvəsidir. Ona görə kobudluq və 
ləntəranilik kyögenlər üçün pis əlamət sayılırdı. Bunun başqa 
bir səbəbi də onda idi ki, hakim dairələrin nümayəndələri 
kögen pyeslərini çox sevirdilər. Hətta XVII əsrdə kögen 
aktyorları Komparu Noh teatr məktəbinin nəzdində 14 nəsillik 
şəcərəsi olan öz məktəblərini yaradırlar. Başqa kögen 


_____________Milli Kitabxana_____________ 
87 
məktəbləri də (məsələn, “Hacıleylək”) məhz Edo dövründə 
formalaşır. Məhz bu məktəbdə kögen janrının estetik kanonları 
işlənib hazırlanır. Lakin hər bir şəraitdə kyögen pyesləri Noh 
tamaşalarının köməkçisi, seyrçilərin isə qısamüddətli əyləncəsi 
olaraq qalacaq. Bu, qərinələrdən bəri belədir və belə də olacaq. 
       Köhnə  əyyamlarda, daha doğrusu, XII əsrdə fars xislətli 
kiçik tamaşalar, yəni gülməli səhnəciklər,  ennen tamaşaları 
zamanı göstərilərmişdir. Kögen aktyorları barədə Ceaminin də 
qeydləri var. O, kögen aktyorlarını əsl gülüş ustaları adlandırır. 
Lakin C(dz)eami bu aktyorlara bir xəbərdarlıq kimi yazır: “Kö-
gen aktyoru gülməli olmağı bacardığı halda sarsaq və şit rəftarı 
öz sənətinə buraxmamalıdır”. Köhnə  əyyamlarda belə hesab 
edilirdi ki, hər dəfə tamaşa müddəti boyunca beş pyes, - üç 
Noh dramı və iki kögen, - oynanılmalıdır. Lakin Edo dövrünün 
Muromati mərhələsi bu kögenləri də öz üslubuna tabe elətdirdi, 
saray çərçivəsində onları  sısqalaşdırdı  və bu səhnəciklərdə 
yumor sanki donub qaldı.  
 
                    


_____________Milli Kitabxana_____________ 
88 
 
2. Noh dramlarının quruluşu 
 
       Noh  dramının  ənənəvi, klassik modeli XVII-XVIII 
yüzillərdə öz yetkin formasına çatmışdır. Muromati 
dövründəki Noh tamaşalarının mətnləri artıq yazılırdı və onlara 
“Noh-xon” deyilirdi, yəni “Noh kitabı”. “Noh” həm də 
ümumiləşdirici bir sözdür, tamaşanın bütün komponentlərinin 
birgəliyini bildirmək üçündür. Bu ifadə tamaşa mətlərinə də aid 
edilirdi. Belə ki, o zaman bədii mətnin tamaşadan kənarda 
mövcudluğu qəbul olunmurdu. XIX əsrin sonuncu rübündən 
başlayaraq Noh tamaşa mətnləri  “YÖKÖKÜ” adlandırılır. 
Yökökü “nəğmə və melodiya” deməkdir. Bu onu bildirir ki, 
səhnə üçün yazılmış  mətn xüsusi tələffüz və ifa qaydası  tələb 
edir. Ancaq müasir teatrşünaslıq yökökü əvəzinə “Noh pyesi” 
terminini işlətməy üstün sa-yır.  
     Klassik  Noh  dramlarında iştirakçıların sayı minimaldır: 2 
nəfərdən 5 nəfərə qədər. Noh dramının əsas personajı, belə de-
yək də  əsərin qəhrəmanı 
SİTE”
 (ingilis dilli ədəbiyyatda bu 
söz “şite” kimi yazılır. Bu məqamda bizim fikrimizcə rus 
mütəxəssisləri orijinala daha yaxındırlar) adlanır. Hərçənd 
“site”yə amplua da desək, düzgün səslənər. Amma müəllif bu 
teatrın tədqiqatçıları  tərəfindən təsdiqlənmiş  ənənəni heç də 
pozmaq istəmir. Site personajdır ki var və bu sözün mənası 
“fəaliyyət adamı” kimi çözülür. Bir dramda sitenin iki təzahürü 
ola bilər: mayesite (öndə fəaliyyət göstərən) və notisite (sonda 
fəaliyyət göstərən).  
       Dramda ikinci personaj (amplua) vakidir, “küncdəki”, 
“böyürdə dayanan” anlamlarına uyğun gəlir. Vaki elə bil 
tamaşaçıdır; o, küncdə dayanıb site ilə sorğu-sual aparmalı və 
sonradan səbr və  ləyaqətlə, diqqətlə onun macərasını 
dinləməlidir. Adətən Noh dramlarında c(dz)ure (“yol yoldaşı”), 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə