_____________ Milli Kitabxana_____________
114
duz və düyü səpir, özü isə sake içir. Bu bir növ onun
sənətçi qüslüdür. Yalnız bu ayindən sonra aktyor
maskanı üzünə taxır və uzun müddət sükut içində güz-
güyə baxa-baxa dayanıb durur. Bu zaman aktyor sanki
özü ilə, öz fərdiyyətilə “vidalaşır” və daxilən
personajla eyniləşir. Odur ki, Noh teatrının tamaşası
hər bir vaxt insan ruhunun misteriyasıdır.
Kögen maskaları isə çox azdır və onlar 4 əsas
kateqoriyada cəmləşir: tanrılar, ruhlar, insanlar və
heyvanlar. Əksərən “kögen” deyilən fars səhnəcikləri
maskasız ifa olunur. Şişirtmə kögen maskalarının
xarakterik cizgisidir. Hətta fiziki eybəcərlik və
qəddarlıq belə kögen maskalarının görünüşündə gülüş
doğurur. Adətən aktyor kögen tamaşalarında qadınları
göstərmək üçün maskadan faydalanmır. Yalnız
ailəsində bədbəxt ərlərin arvadları “oto” adlanan
çirkin bir maska geyinirlər. Yastılanmış burun, donuz
yanaqları, meymun alnı, sallanmış buxaq bu maskaları
çox gülünc eləyir. “Oci”, yəni “Baba” maskası mənən
pozğun qocaları lağa qoymaqdan ötrüdür.
_____________ Milli Kitabxana_____________
115
6. Səhnə davranışı, rəqs və musiqi
Noh teatrında rolun rəsmi, rəqs, musiqi, nəğmə, danışıq
tərzi əvvəlcədən kanon-qəlib, partitura şəklində mövcuddur.
Oyun texnikası Noh teatrında stilizə edilmiş rəqs-pantomima
kimi başa düşülür. Səhnə davranışı bütövlükdə 250 sadə
hərəkətlər toplusundan ibarət kata (forma, model) sisteminə
əsaslanır. Yapon Noh teatrında aktyora, ilk növbədə, yeriməyi
öyrədirlər. Bu xüsusi bir yerişdir, haradasa baletvaridir. Öncə
daban döşəmə ilə sürüşdürülür, sonra pəncə səhnə planşetinə
ya bərkdən çırpılır, ya da ehmalca, sakitcə qoyulur. Noh
teatrında hər bir hərəkətin simvolik mənası var. Məsələn,
“siori” adlanan silsilə jestlər kədər və yaxud göz yaşları
bildirir: bu zaman yelpik qatlanıb ağzı aşağı tuşlanır, sağ və sol
(məktəbin ənənəsilə bağlı) ovuc astaca üzə yaxınlaşdırılıb
gözlər fövqündə saxlanılır, baxışlarsa yerə dikilir. Noh
teatrında qəm, qüssə, bədbin ovqat belə ifadə olunur. “Cuki-
nohki” jestlər silsiləsi Ay seyrinə dayanmış bir yolçunu
tanıtdırır. Bu zaman aktyor açıq yelpiyi sol çiyninə toxundurur,
üzünü sağa çevirib çənəsini azacıq yuxarı qaldırır: güya ki, sağ
çiyni üstündən səmaya baxır. Səhnədə ara-sıra real, həyati jest
və pozalar da görünür. Təzim, şəhadət jesti gerçəklikdə olduğu
kimidir. Lakin onlar da öz ifa manerasına görə simvolik
jestlərdən seçilmir. Səhnə döşəməsinə vurulan adi ayaq zərbəsi
belə mətndən asılı şəkildə həm qəzəb, həm də sevinc təzahürü
ola bilər. Noh teatrında rolun plastik rəsmi heç vədə obrazın
xarakterilə bağlı olmur. Aktyor Noh teatrının oyun
meydançasında həmişə ovqatlar mənzərəsini sərgiləyir.
Burada konkretlik hər zaman maksimal ümumiləşdirmələr
_____________ Milli Kitabxana_____________
116
vasitəsilə ifadə edilir. Noh tamaşalarının bəzəyi sayılan
rəqslərin əhəmiyyəti də bu baxımdan son dərəcə böyükdür.
Beş pyes silsiləsinin hər biri üçün müəyyən rəqslər
şəbəkəsi mövcuddur.
Birinci silsilənin rəqsləri bunlardır: kami-noh mai (cavan
tanrı rəqsi), sinno-cö-noh mai (qoca görkəmində görünən
tanrının olduqca yavaş rəqsi), tyu-noh mai (səma pərisinin
rəqsi), xataraki (qorxmaz və qəzəbli tanrının rəqs-
pantomiması), qaku (eqzotik tanrının rəqsi), sisi-mai (şir rəqsi)
və kaqura (sintoist məbədində oynanılan misteriya rəqsi).
Ikinci silsilədə bir rəqs var: kakeri. Qısa və enerjili bu
rəqs-pantomima döyüşçünün ölüm məqamında və cəhənnəmdə
çəkdiyi iztirabları görükdürür.
Üçüncü silsilə ən zərif və ən yavaş cö-noh mai rəqsi
üçündür.
Dördüncü silsilədə rəqslər müxtəlifdir: tyu-noh mai,
kakeri, inori (ruhları və əcinələri ram edən qızğın rəqs).
Beşinci silsilə pyeslərində isə heç bir xüsusi adı olmayan
dinamik kyü-noh mai pantomima rəqsi ifa olunur. Coşğun
sambyösi rəqsi də bu silsilənin dramlarına aiddir. Bütün
rəqslər içində ən mürəkkəbləri əcinələrə məxsusdur. Çünki bu
rəqslər sürətli fırlanğıc hərəkətlərindən və hündür
tullanışlardan ibarətdir. Ancaq hətta burada da statika (pauza-
poza) və davranış təmkini rəqsin estetik gözəlliyinin vacib
elementidir. Bu rəqslər zamanı aktyorun bir nömrəli məqsədi
hadisənin misteriya atmosferini görükdürməkdir. Belə
məqamlarda aktyor sanki mediumun (falçı, baxıcı, ovsunçu)
trans, ekstaz yaşantıları içində bulunduğu kimi rəftar etməlidir.
Yalnız bu cür vəziyyətdə yugenin bədii təcəssümü baş verə
bilər.
Noh aktyoru tamaşa zamanı rəqs etdiyi məqamlarda
insan bədəninin plastikliyini, onun çevikliyini,
_____________ Milli Kitabxana_____________
117
yüngüllüyünü, elastikliyini deyil, insan bədəninin ağırlıq və
möhtəşəmliyini ön plana çəkir: hərəkətlər ya çox ləng, ya da
ildırım sürətilə yerinə yetirilir. Rəqsin hər bir tamamlanmış
fraqmentini bir fiksə edilmiş statik poza sonuclayır. Noh
teatrında rəqs həmişə qəhrəmanın təbiətinə və dramın ümumi
psixoloji qayəsinə görə seçilir.
Noh dramının səhnə təcəssümünün məqsədi mətni, sözü
məkanda görükdürmək, onu musiqi obrazlarında
səsləndirməkdir. Noh teatrı vokal sənətidir. Burada mətn
danışılmır, bir növ zümzümə edilir, liturgiya kimi,
özünəməxsus mərsiyə kimi oxunur. Noh teatrında nəğmə
ifaçılığı burunaltı mızıldamadır. Musiqi bu teatrda ritmin
partiturasıdır. Nohqaku janrında musiqi heç də vokal
partiyaları ilə qaynayıb qarışmır və oynanılan tamaşanın
müşayətçisinə çevrilmir. Musiqinin məqsədi dramın mənəvi
atmosferini aşkarlamaq, tamaşanın ritmini təşkil etməkdir. Bu
teatrda pyesin mətnini dilə gətirmək üçün iki üsul vardır:
yövəgin (“zəif oxuma”) və syögin (“güclü oxuma”).
İntonasiyanın xarakteri seyrçiyə personajın ovqatından xəbər
verir. Noh teatrında aktyorun söz ifaçılığı səhnə danışığı yox,
səhnə nitqidir. Bu nitqdə samitlər xüsusilə uzadılır, aktyor sözü
sanki boğazında “qaynadıb” söyləyir. O, hətta ağzını geniş
açdıqda belə dişlərini göstərmir. Belə olduqda isə diksiya
kökündən dəyişir.
Pyes musiqi baxımından da 40 kiçik parçaya (syödan)
bölünür. Bədii əsərin musiqi strukturunun özgürlüyü orada
istifadə edilən kiçik danların xislət müxtəlifliyindən asılıdır. Bu
danlardan yalnız qəbul olunmuş ardıcıllıqla istifadə edilə bilər.
Məsələn, siday (başlanğıc) vakinin səhnəyə gəlişinin
müşayətçisidir. Bundan sonra nanori (adın bəyan edildiyi
nöqtə) məqamının musiqisi eşidilir. İssey qəhrəmanın səhnəyə
gəlişinin melodiyasıdır. Bütün danlar üç ritm tipinə sığışdırılır.
Dostları ilə paylaş: |