Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə34/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

_____________Milli Kitabxana_____________ 
118 
Ən geniş yayılmış ritm xira-nori (“səlis oxuma”) adlanır. 
Tünori (“orta oxuma”) və  onori (“böyük oxuma”) digər iki 
ritm tipidir. 
       Noh  teatrında demək olmaz ki, musiqi müşayəti var.  
Musiqi vokal partiyaları ilə  vəhdət təşkil eləmir, lakin onlara 
zidd də getmir. Burada musiqi tam müstəqil şəkildə mövcuddur, 
tamaşanın və tamaşada oxunan mətnin yaraşığıdır, bəzəyidir. 
Yaponiyada Noh “orkestri” “xayasi” sözü ilə bildirilir. Bu 
“orkestr” uzunluğu  37.5 sm.  olan bir fleyta və üç təbildən 
ibarətdir. Fleyta bambuk ağacının müxtəlif növlərindən 
hazırlanır: bu alət üç hissəlidir, geydirilmə prinsipi üzrə 
quraşdırılır. Beləliklə, bir fleytada üç bambuk ağacı  təmsil 
olunur. Fleytada “yeddi üstəgəl iki” nisbətində  dəliklər var. 
Kotsucumi dayça, otsucumi və ya okava öküz dərisindən 
çəkilmiş təbillərdir. Onların sağanağı gilənar ağacından kəsilir. 
Boğuq, küt səslər birinciyə, cingiltili, gur səslər ikinciyə 
məxsusdur. Taykonu isə qoşanağara kimi çubuqlarla çalırlar.   
     Noh  teatrında  “ciutayi” adlanan və  tərkibinə, bayaq 
dediyimiz kimi, 8-10 nəfər adam daxil olan xor səhnədə iki 
cərgə ilə əyləşir. Onların hər birinin yanında bükülü yelpik olur. 
Nəğmə oxunuşundan öncə xor üzvləri yelpiklərini açıb yuxarı 
qaldırırlar: sonradan yelpiyi qatlayıb təzədən yerə qoyurlar. 
Musiqiçilərin və xor üzvlərinin  üzü tamaşa boyu sanki maska 
kimidir, statikdir, ifadəsizdir. Noh teatrında hər bir pyesin 
səhnələnmə müddətinin 30 dəqiqədən 70 dəqiqəyədək 
uzanması mümkündür və bu, seyrçi tərəfindən adi hal kimi 
qavranılır.  Yapon mədəniyyətinin sehrli dünyası Noh 
teatrının səhnəsində güzgülənir.  
 
                 


_____________Milli Kitabxana_____________ 
119 
 
7. Noh teatrında aktyor tərbiyəsi 
 
       Bütün  dediklərimizdən aydın olur ki, rolun səhnə  rəsmi, 
nitqin, oxumaların xarakteri öncədən aktyora məlumdur və o, 
yalnız təklif edilən şərtlərin dəqiq icraçısıdır. Burada aktyorun 
əsas vəzifəsi yugeni bəlirtmək, onu görümlü etməkdir. Yugen 
məxfi mənadır, dramın daxili atmosferinin cövhəridir. Noh 
teatrında ideya da emosional yaşantı vasitəsilə açıqlanır. 
Yugenin səhnə  təcəssümü üçün hər aktyorun öz bənzərsiz 
üslubu var. Bu bacarıq bir növ ruhi improvizədir. Ceami bunu 
XANA, yəni “çiçək” adlandırıb. Bu əfsanəvi aktyorun “Üslub 
çiçəyi haqqında rəvayət” (üslubun cövhəri kimi başa düş) 
risaləsi də aktyorun səhnədə yugeni təcəssüm etdirmək 
yollarını  aşkarlamağa həsr olunmuşdur.  “ÇİÇƏK”  (cövhər) 
sənətkar məharətinin, ustad dəst-xəttinin simvolik terminoloji 
bildiricisidir. Bu elə bir haldır ki, yolu gedə-gedə  məxfi 
mənanın tam dərkinə gəlib çıxırsan. 
       Ceaminin  teatr  nəzəriyyəsi  əsasında artıq XV yüzildə 
aktyor hazırlığından ötrü dəqiq sistem mövcud idi. Yaponiyada 
teatr məktəbləri 
“MƏKTƏB-EVLƏR” timsalında 
formalaşmışdı. Hər məktəb-evin ustadı, böyüyü, başçısı vardı 
və o, hər hansı bir konkret Noh truppasının oyun ənənələrini, 
repertuarını  gənc nəsillərdən ötrü qoruyub saxlayan əcdad 
qismində qavranılırdı. Son zamanlara qədər Noh teatrında 
aktyorluğun sirləri, hər məktəbə xas təkrarsız xüsusiyyətlər 
varislik prinsipi üzrə nəsildən-nəslə ötürülüb. Aktyorluq yapon 
mədəniyyəti  şəbəkəsində heç vədə peşə sayılmayıb; onu 
həmişə  həyat yolu, həyat tərzi kimi anlayıblar. Gündoğan 
ölkəsində  sənətkarlıq heç bir vaxt fərdin fiziki və  mənəvi 
kamilliyindən kənarda təsəvvür edilməyib. Burada da aktyorun 
tərbiyə üsulu 
“USTAD - ŞAGİRD”
 prinsipinə söykənir. Şagird 


_____________Milli Kitabxana_____________ 
120 
hər gün dəfələrlə ustadın görsətdiyini təkrar etməlidir: o, 
haradasa Şərq əlbyaxa dö- yüşünü öyrənən idmançıya bənzəyir. 
Təlim prosesinin heç bir mərhələsində aktyordan rolun analizi
obrazın, xarakterin psixoloji təhlili tələb olunmur. Sənətçi 
gündəlik təkrarlar zamanı intuitiv şəkildə duymalıdır ki, ona 
konkret  şəraitdə  nə lazımdır. Aktyora bu vaxt intellektdən 
faydalanmaq məsləhət görülmür. Burada hər  şeyin başlanğıcı 
duyumlar, yaşantılardır. Aktyor rolu öz körpəsitək içində 
böyütməlidir və onu sənət dünyasına bu vərəsəliklə 
gətirməlidir. Yəni rol aktyorun varisidir. Ceami üçün bu halət 
“kurai”dir, ləyaqətin bildiricisidir. 
KURAİ
 zahirən aktyorun 
mütləq sükunət vəziyyətilə onun intensiv daxili həyatının 
birgəliyinin, vəhdətinin işarəsidir. Noh teatr məktəblərinin əsas 
məqsədi aktyora dünyanı intuitiv tərzdə qavramaq, dərk etmək 
bacarığını aşılamaqdır. Təlim-tərbiyə prosesində etik məsələlər 
də ön planda dayanır, həya,  şərəf, qürur hissi olduqca üstün 
tutulur.  Şagirdlər bu məktəblərdə asketik həyat tərzi keçirirlər 
və taleyin onlar üçün seçdiyi 
AMPLUANI
 ləyaqət duyğusu ilə 
qəbul etməyi öyrənirlər. Bu o deməkdir ki, Yapon Noh 
teatrının  ənənəsinə görə vaki personajlarını oynamış aktyorun 
ailəsində doğulmuş  uşaq  heç vaxt site kimi səhnəyə  çıxa 
bilməz. Həqiqi ustad məharəti öz sənətinə daimi xidmət zamanı 
meydana gəlir. Noh aktyoru üçün ən pis cizgi özbaşnalıq və 
müştəbehlik sayılır. Dünya mədəniyyətində Noh teatrının 
tərbiyə sistemini “aktyorluğun yoqası” adlandırırlar. Ona görə 
də Ceami yazırdı ki, insan həyatı sonlu, sənətkarlıq isə 
sonsuzdur. Məhz bu yöndən Noh aktyorunun sənətinə yanaşan 
Ceami onun həyatını, yəni sənətçi ömrünü 7 dövrə bölür: 
                 
  1) 7 yaşından 12-13 yaşınadək; 
                     2) 12-13 yaşından 18-ə qədər; 
                     3) 18-dən 25 yaşınadək; 
                     4) 25-dən 35 yaşına kimi; 
                     5) 35 yaşından 45-ə qədər; 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə